85
dövlətindən [bir qədər sərvət] ələ keçirir. Camaat ondan ehtiyatlanıb qorunduğu
üçün [Abdullah] onlardan çox az əsir tuta bilir və qayıdaraq əl-Valid ibn Ukbənin
yanına gəlir.
(Səh.247) Sonra əl-Valid Azərbaycan əhalisi ilə [onların] 800 min dirhəm
[xərac verməsi] Ģərtilə sülh [müqaviləsi] bağlayır. [Əslində] bu, həmin o sülh
müqaviləsi idi ki, [Azərbaycan əhalisi] onu hələ Nihavənd savaĢından
79
bir il sonra
22 (642)-ci ildə Huzeyfə ibn əl-Yəmənlə bağlamıĢdı. Lakin Ömərin vəfatı ilə onlar
bu [pulu] saxlayıb verməmiĢdilər. Osman hakimiyyətə gəlib, əl-Valid ibn Ukbəni
Kufəyə vali təyin etdikdə isə [əl-Valid] ordu yeridərək, onları basıb əzir. Bunu
gördükdə onlar [əl-Validə] tabe olur və xahiĢ edirlər ki, o, əvvəlki sülh
müqaviləsini onlar üçün imzalasın. O [bunu] edir və [xərac] pulunu onlardan tutub
alır. Sonra onların ətrafındakı müsəlman düĢmənlərinə qarĢı geniĢ basqınlara
baĢlayır. Abdullah ibn ġubeyl əl-Əhməsi öz hərbi yürüĢündən sağ-salamat və
qənimətlə [əl-Validin] yanına qayıtdıqda [əl-Valid] 24 (644)-cü ildə Səlman ibn
Rəbiə əl-Bəhilini 12 minlik [bir ordu] ilə Ərminiyyəyə yollayır. [Səlman]
Ərminiyyə ərazisi ilə hərəkət edərək [adam] qırır, əsir edir, qənimət ələ keçirir.
Sonra əlidolu geri dönüb, əl-Validin yanına gəlir. Beləliklə, əl-Valid zəfər çalıb
məqsədinə çataraq, çəkilib gedir.
30 (650)-cu il
(səh. 281) Əs-Səri ġueybə, [ġueyb isə] Seyfə, [o da] Mühəmməd və
Təlhaya isnadən mənə yazıb ki, [bunların ikisi də] rəvayət etmiĢdir:
Əbdü-r-Rəhman ibn Rəbiəyə kömək olaraq Hüzeyfə ər-Rey yürüĢündən əl-
Bəb yürüĢünə keçirilir. Onunla Səid ibn əl-As
81
da yola düĢür və onlar birlikdə
gəlib Azərbaycana çıxırlar. [Ərəblər] orduya arxa yaratmaq məqsədilə [adətən]
belə edirdilər. Hüzeyfə [yürüĢdən] qayıdanadək [Səid Azərbaycanda] qalır. Sonra
onların ikisi də geri dönür.
32 (652)-ci il
(səh.304) Bu ildə Səid ibn əl-As Bələncər sərhəd məntəqəsinə Səlman ibn
Rəbiəni amil təyin edir və oradakı Hüzeyfə ordusunu, Seyfin dediyinə görə, Həbib
ibn Məsləmə əl-Fihrinin baĢçılıq etdiyi ġam döyüĢçüləri ilə möhkəmləndirir.
[Həmin] ildə də [orduya] baĢçılıq üstündə Səlmanla Həbibin araları dəyir və
bununla [əlaqədar] ġam camaatı ilə kufəlilər arasında mübahisə baĢlanır.
Bu barədə xəbərin Ģərhi:
Əs-Sərinin ġueybə, [ġueybin isə] Seyfə, [onun da] Mühəmməd və Təlhaya
isnadən yazdıqları içində belə bir məlumat var ki, [Mühəmmədlə Təlha] rəvayət
etmiĢlər:
86
Osman Səidə yazır: «Səlmanı əl-Bəbə yürüĢə göndər!» Əbdü-r-Rəhman ibn
Rəbiəyə də - [o zaman] o, əl-Bəbin [valisi] idi, yazır: «Rəiyyət [müsəlmanların]
çoxunu harınlaĢdırıb korlayıb, Sən [yürüĢləri] kəs, [belə] müsəlmanlarla hücumlar
etmə! Qorxuram ki, baĢları bəlaya düĢə». Amma bu, Əbdü-r-Rəhmanı öz fikrindən
daĢındırıb saxlaya bilmir və o, Bələncərdən əl çəkmir. Odur ki, Osmanın
hökmranlığının doqquzuncu ilində o yürüĢ edərək, Bələncərə gəlib çıxır.
[Müsəlmanlar] onu mühasirəyə alıb, mancanaq və ərradələrdən atəĢə tuturlar. Əgər
bir kəs cürət edib [Ģəhərə] yaxınlaĢsaydı, onu yorub əldən salar ya da vurub
öldürərdilər. Sonra birdən ordu ilə hücum edirlər və elə həmin günlərdə də Mi`dəd
həlak olur.
Sonra bir gün türklər sözləĢib vədələĢir və Bələncər əhli çıxıĢ edir. Türklər
də onlara qoĢulub, [birgə] vuruĢurlar. Ləqəbi Zu-n-Nur olan Əbdü-r-Rəhman ibn
Rəbiə həlak olur, müsəlmanlar da məğlub olub pərən-pərən düĢürlər. Səlman ibn
Rəbiənin ardınca düĢüb gedənləri o, mühafizə edib əl-Bəbdən çıxarır. (səh 305)
Amma Xəzər və onun [sahilyanı] ölkələrinə üz tutub gedənlər isə Cilan və Curcana
doğru hərəkət edirlər: Səlman əl-Fərisi
82
ilə Əbu Hureyra da onların arasında idilər.
[
Yerli] camaat Əbdü-r-Rəhmanın cəsədini ələ keçirir, onu qutuya qoyur və
[cəsəd] onların əlində qalır. Onlar yağıĢ və kömək diləyərkən, bu günə kimi ondan
istifadə edirlər...
Əs-Səri ġueybə, [ġüeyb isə] Seyfə, [o da] əl-Qusn ibn əl-Qasimə, [bu da]
bənu kinənədən olan bir adama isnadən mənə yazıb [ki, həmin Ģəxs] demiĢdir:
Xəzərlər üstünə basqınlar aramsız davam etdikdə, onlar bir-birinə
Ģikayətlənib gileylənməyə baĢlayır və özlərini qınayaraq deyirlər: «Biz elə bir xalq
idik ki, bu azsaylı millət nə qədər ki gəlməmiĢdi, bizə heç kəs bata bilmirdi, [indi
isə] biz onların qabağında dura bilmirik». Bəzisi də digərinə deyirdi: «Bunlar
ölməzdir, əgər ölən olsaydılar, üstümüzə [belə] hücumlar etməzdilər»
[Müsəlmanların bu] basqınlarında və yalnız sonuncusunda Əbdü-r-Rəhmandan
savayı, ölüb-itəni olmayıb. [Nəhayət, türklər]: «Bəlkə cəhd edib görək?», – deyib,
kolluqda pusquya yatırlar. Bir dəstə döyüĢçü bunların yanından ötüb keçərkən,
[pusquçular] ox atıb, onları öldürürlər. Bundan sonra onlar öz baĢçılarının
görüĢünü təĢkil edib, onları müharibə etməyə çağırırlar. Bir gün isə onlar sözləĢib,
vuruĢa gedirlər. [Həmin vaxtlar da] Əbdü-r-Rəhman öldürülür. [Müsəlman]
döyüĢçüləri qəfil hücuma məruz qalaraq, iki dəstəyə bölünürlər: biri əl-Bəbə [üz
qoyur], onları Səlman mühafizə edib [aradan] çıxarır; digəri isə bunların arasında
Səlman əl-Fərisi və Əbu Hüreyra da olmaqla Xəzərə sarı üz tutaraq, Cilan və
Curcana tərəf yollanır.
Əs-Səri ġueybə, [ġueyb] isə Seyfə, [bu da] əl-Müstənir ibn Yəzidə, [o da]
öz qardaĢı Qeysə, [Qeys isə] atasına isnadən mənə yazıb ki, [sonuncu] rəvayət
etmiĢdir:
Yəzid ibn Müaviyə,
83
Əlqamə ibn Qeys,
84
Midəd əĢ-ġeybani
85
və Əbu
Müfəzzər ət-Təmimi bir çadırda, Əmr ibn Utbə,
86
Xalid ibn Rəbiə, əl-Halhal ibn
Dostları ilə paylaş: |