83
yanımıza qayıtdı, ətin də üstündə - bir yaqut [daĢı]. [QuĢağası] onu mənə [hədiyyə]
verdi. (səh. 160) Budur o [daĢ]!»
ġəhribəraz onu - qırmızı [yaqutu] götürüb, Əbdü-r-Rəhmana ötürür. [Əbdü-
r-Rəhman] onu alıb nəzərdən keçirir və sonra ġəhribəraza qaytarır. ġəhribəraz
deyir: «Bu [yaqut daĢı] ölkənin özündən, yəni əl-Bəbdən də dəyərlidir. Allaha and
olsun, hakimliyə görə siz mənim Xosrovlar nəslindən daha çox xoĢuma gəlirsiniz.
Əgər onların hakimiyyəti [zamanı] olsaydı və onlar yaqutdan xəbər tutsaydılar, onu
mənim əlimdən qapıb alardılar. Allah haqqı, nə qədər ki siz və sizin böyük
hökmdarınız vəfalıdır, sizə heç nə olası deyil!»
Əbdü-r-Rəhman elçiyə üz tutub soruĢur: «O sədd nə Ģəkildədir və nəyə
bənzəyir?» [Elçi də]: «Bu adamın əynindəki paltara», deyə cavab verir və o, Matar
rəvayət edir deyə, mənim paltarıma baxdı.
Sonra Matar ibn Səlc Əbdü-r-Rəhman ibn Rəbiəyə deyir: «[Bu] adam,
Allah haqqı, düz danıĢır. O, [doğrudan da], gedib və [onu] görüb» və sonra: «Bəli,
o, dəmirlə bürüncün xüsusiyyətini [düzgün] qeyd etdi», - deyərək, «Mənə dəmir
parçaları gətirin...»
69
[ayəsini] axıra kimi oxuyur.
Əbdü-r-Rəhman ġəhribərazdan soruĢur: «Sənin [bu] hədiyyənin [qiyməti]
nə ola bilər?» O cavab verir: «Mənim bu ölkəmdə 100 min [dirhəm], o biri
ölkələrdə isə 3 və bəlkə də daha artıq milyon»...
(Səh. 162) ... Müaviyə
70
dövründə Ərminiyə əhalisi [sülh müqaviləsini]
pozur və [Müaviyə] Həbib ibn Məsləməni o zaman Həbib Curzanda [idi] - əl-Bəbə
əmir təyin edir. [Həbib] Təflis və ətraf dağların əhalisi ilə yazıĢmalar aparır, sonra
onlar müqavilə bağlamaq razılığına gələnə kimi onlarla vuruĢur. [Bir müddət]
yazıĢdıqdan sonra [Həbib] onlarla qarĢılıqlı müqavilə
bağlayır:
«Bismillahi-r-rəhmani-r-rəhim!
Həbib ibn Məsləmədən Hurmuz torpağı Curzanın Təflis əhalisinə!
Salamatlıq [olsun] sizə!
ġükür edirəm sizə görə o [Allaha] ki, Ondan baĢqa bir ilahi yoxdur!
Sizin elçiniz Təfli yanımıza gəlib, haqqınızda bizə xəbər verdi və
göndərdiyinizi də çatdırdı. Təfli adınızdan bildirdi ki, biz sizin zənn etdiyiniz kimi,
bir millət deyildik. Biz belə idik o vaxta kimi, ta ki o böyük və qüdrətli Allah bizi
[uzun müddət] azlıqda, zillətdə və cəhalətdə saxladıqdan sonra Məhəmmədin
köməyilə, Allahın xeyir-duası və salamı olsun Ona! - doğru yola çıxararaq, islamla
gücləndirib Ģərəfli etdi.
Təfli bildirdi ki, siz sülh arzusundasınız. Mən və mənimlə yanaĢı iman
gətirənlər [buna] razı olub, yanınıza Əbdü-r-Rəhman ibn Cəz əs-Suləmini
göndərdim. O, ilahiyyat və Quran biliciləri arasında bizim ən yaxĢı bilənimizdir.
Onunla mən həm də sizin əmniyyətiniz haqqında öz fərmanımı göndərdim. Əgər
razı olsanız, onu sizə verər, yox əgər razı olmasanız, onda o sizə müvafiq olaraq
müharibə elan edəcək! «Allah xainləri sevmir...»:
72
«Bismillahi-r-rəhmani-r-rəhim!
84
Bu, Həbib ibn Məsləmə tərəfindən Hurmuz torpağı - Curzanın Təflis əhlinə
[verilən] fərmandır!
[O] sizin həyat və əmlakınız, kilsə və monastırlarınız, hücrə və dini
ibadətləriniz üçün təminatdır! [Bu Ģərtlə ki,] hər bir ev əhli üzərinə tam bir dinar -
alçaldıcı cizyə qoyulur!
Bizə [sizdən] Allahın düĢməninə və öz düĢmənimizə qarĢı [mübarizədə]
məsləhət və köməyiniz, yol üstə olan [müsəlmanı] əhli-kitaba məxsus halal yemək
və halal içməklə qonaq edib bir gecə saxlamağınız və heç biriniz tərəfindən ona
zərər gətirilmədən yol göstərməyiniz gərəkdir.
Ġslamı qəbul edib, namaz qılsanız və zəkat versəniz, bizə - din qardaĢı
məvalisiz! [Amma] hərgah bir kəs Allahdan, Onun elçilərindən, [müqəddəs]
kitablarından və zümrəsindən üz döndərərsə, belə halda sizə hərb elan edəcəyik.
[Çünki] «Allah xainləri sevmir...»!
(Səh. 163) Təsdiq etdilər: Əbdü-r-rəhman ibn Xalid,
73
əl-Həccac və Ġyad
Yazdı. Rabah.
ġahid oldu Allah, Onun mələkləri və o kəslər ki, iman gətirmiĢlər. Yetər
təkcə Allahın Ģahidliyi!»
24 (644)-cü il
(səh.246) [Azərbaycanla Ərminiyəyə hücum]
Həmin ildə, mən 24-cü ili nəzərdə tuturam. Əbu Mixnəfin
74
rəvayətinə görə
əl-Valid ibn Ukbə
75
- əhalisi hələ Ömər vaxtında müsəlmanlarla bağlamıĢ olduğu
sülh müqaviləsini pozduğundan Azərbaycanla Ərminiyəyə yürüĢ edir. Amma
baĢqalarının rəvayətinə görə bu, 26 (646)-cı ildə olub.
Bu barədə habelə müsəlmanların vəziyyəti və həmin yürüĢ zamanı onların
fəaliyyəti haqqında hekayət:
HiĢəm ibn Mühəmməd
76
qeyd edir ki, Əbu Mixnəf [əvvəllər] əl-Əzdi,
sonralar isə əl-Qəmdi [adlanan] Fərva ibn Lakıta isnadən ona rəvayət edib ki, Kufə
əhlinin hərbi yürüĢləri [adətən] ər-Reylə Azərbaycana olub. [Bu] iki sərhəd
məntəqədə kufəlilərdən 10 min döyüĢçü saxlanılırdı: 6 mini Azərbaycanda, 4 mini
də ər-Reydə. Kufədə isə o zamanlar 40 min döyüĢçü vardı. Hər il bunların 10 mini
həmin sərhəd məntəqələrinə basqın edirdi. Beləliklə, [hər] döyüĢçünün payına dörd
ildən bir yürüĢə getmək düĢürdü.
Əl-Valid ibn Ukbə Osmanın hökmranlığı zamanı, özünün Kufədə əmirlik
etdiyi dövrdə Azərbaycan və Ərminiyyəyə yürüĢ edir. O, Səlman ibn Rəbiə əl-
Bəhilini yanına çağıtdırıb, onu öz qabağınca ön dəstəsi baĢında irəli göndərir. Özü
isə Ərminiyyə ərazisinə soxulmaq məqsədilə [onun ardınca] qoĢunla çıxıĢ edir və
qoĢunu ilə hərəkət edərək Azərbaycana daxil olur. Sonra Abdullah ibn ġübeyl ibn
Auf əl-Əhməsini 4 min [döyüĢçü] ilə [irəli] göndərir. O da Muğan, əl-Bəbr
77
və ət-
Taylasan
78
sakinləri üzərinə basqınlar edir və qənimət olaraq onların var-
Dostları ilə paylaş: |