75
yaxınlaĢır. O zamanlar oraya yollar onlar üçün açıq və asan keçiləsi idi. Kisra
onların hərəkətlərinə [əvvəlcə] etina etmədi, amma elə ki onun ölkəsinin içərilərinə
soxuldular, [dərhal] öz qoĢunlarını onların üstünə göndərdi. [Kisranın döyüĢçüləri]
onlarla vuruĢdular və onlardan əsir tutulan on min adamdan savayı, [hamısını] qırıb
tökdülər. [Bunlar da] Azərbaycan və onun tabeliyində olan [ərazilərdə] məskun
edildilər. Məlik Feyruz
28
Sul və Allan nahiyəsində dağ süxurundan bir tikili inĢa
etmiĢdi: bundan məqsədi öz ölkəsini həmin xalqların hücumundan möhkəmləndirib
qorumaq idi. Məlik Qubaz ibn Feyruz da atasından sonra həmin yerlərdə çoxlu
tikililər bina etdi. Kisra Ģah olan kimi əmr edib, Sul nahiyəsində yonulmuĢ
süxurdan Curcan istiqamətində çoxlu sayda Ģəhər, qala, istehkam və tikililər qurdu
ki, bunlar düĢmən hücumu zamanı onun ölkə əhalisinin sığına biləcəyi təhlükəsiz
yer olsun.
Sincibu xaqan
29
türklərin ən cəsuru, ən yenilməzi, onların ən qüdrətlisi və
döyüĢçüsü ən çox olanı idi. Bu, o adamdır ki, heytalların çoxluğundan, onların
yenilməzliyindən qorxmayaraq heytalların padĢahı Vazərlə vuruĢmuĢdu; onların
padĢahı Vazəri [öldürmüĢ], onun cəmi döyüĢçülərini qıraraq, onların mal-dövlətini
qənimət olaraq ələ keçirmiĢ və (səh 101) Kisranın tutduğu yerlər istisna olmaqla
onların ölkəsini zəbt etmiĢdi.
30
[Sincibu] əbxiz, bəncər və bələncərləri öz tərəfinə
[cəlb edib] çəkir. Onlar da öz itaətini ona göstərərək bildirirlər ki, Fars məlikləri
onları öz ölkələrinə basqın etməkdən çəkindirmək üçün hələ də bac verərək
özlərini onlardan qoruyurlar. [Sincibu xaqan] yüz on min döyüĢçü ilə çıxıĢ edərək
Sul ölkəsinin həndəvərinə gəlib çıxır: dikbaĢlıq edib Kisraya hədə-qorxu gələrək,
ona [sorağ] göndərir ki, onun özünə pul, əbxiz, bəncər və bələncərlərə də Kisra
hələ Ģah olmazdan qabaq [Fars məliklərinin] onlara verdikləri bacı göndərsin və
hərgah onun tələb etdiklərini tezliklə göndərməsə, ölkəsinə soxulub, onunla
vuruĢacaq. Kisra isə onun hədə-qorxularını vecinə almır. Sul qapısı tərəfdə
möhkəm istehkam qurduğundan, Sincibu xaqanın keçib onun üstünə gələ biləcəyi
yol və dərələri tutub kəsdiyindən, həm də onun [hərbi] gücündən xəbərdar olub
Ərminiyə sərhəd məntəqəsini beĢ min atlı və piyada döyüĢçü ilə gücləndirdiyindən
[Kisra] onun bütün tələblərini cavabsız qoyur.
Kisranın Sul sərhəd məntəqəsini möhkəmlətməsi [xəbəri] Sincibu xaqana
gəlib çatır və o, ordusu ilə kor-peĢman öz ölkəsinə qayıdır. Kisranın əmri ilə
Curcan ətrafında tikilmiĢ istehkamlara görə Curcanla üz-üzə duran düĢmənin heç
biri ona nə basqın edə bilmiĢ, nə də ələ keçirə bilmiĢdi...
(səh. 176) [Kisra Abərviz ibn Hürmuzun
31
Ģahlığı haqqında hekayət]
Sonra Kisra Abərviz ibn Hürmuz ibn Kisra ƏnuĢirvan Ģahlıq etdi. O, [Ġran]
Ģahlarının ən qüdrətlisi, ən bəsirətlisi və ən uzaqgörəni idi. Artıq deyildiyi kimi, o
heç bir padĢahın təsəvvürə belə gətirə bilmədiyi qüdrət və hünərə, qələbə və zəfərə,
var-dövlət və sərvətə, xoĢ tale və bəxtə malik idi. Buna görə də o, «Abərviz»
76
adlanmıĢdı ki, bu da ərəbcə «müzəffər» [deməkdir]. Rəvayət olunur ki, [Abərviz]
atası Hürmuzdən
32
kənarlaĢaraq xəlvəti Azərbaycana getdikdə bu iĢdə Bəhram
Çubinin
33
müəyyən hiylə iĢlətdiyini [baĢa düĢən] Hürmuz anlayır ki, [Bəhram] özü
onun yerində Ģahlıq etmək fikrindədir. Öz niyyətini [Bəhram yalnız] sonra aĢkar
edir. [Belə ki] nahiyədən keçərkən orada olan isbahbəzlərdən və digər [əyanlardan]
ibarət bir dəstə onun baĢına toplaĢaraq, ona kömək edəcəkləri barədə and içirlər;
[Hürmuz isə] bununla əlaqədar hələ ki bir iĢ görmür. Deyirlər ki, Bəhram Çubinlə
vuruĢa göndərilmiĢ AzincuĢnas öldürüldükdə (səh. 177) onun ordusu pərən-pərən
olub əl-Mədainə
34
üz qoyur. Çubin də onları təqib edir. Hürmuzun vəziyyəti
pisləĢir. AzincuĢnasın Abərvizlə həmyaĢıd bacısı AzincuĢnasın aqibəti ilə əlaqədar
[Abərvizə] yazıb, Hürmuzun zəiflədiyi və əyanların onu devirmək fikrinə
gəldikləri haqda xəbər verir və bildirir ki, əgər Çubin onu qabaqlayıb əvvəl gələrsə,
o, əl-Mədaini ələ keçirmiĢ olacaq.
Məktub Abərvizə gəlib çatdıqda o, Ərminiyə və Azərbaycandan mümkün
qədər adam toplayıb, onlarla əl-Mədainə yollanır. [Abərvizin] gəliĢinə sevinən
əyanlar və kübarlar onun baĢına toplaĢır və [Abərvizin] baĢına tac qoyulur; o, taxta
çıxaraq deyir: «Ġtaət göstərmək - bizim dinimizdən, xeyir iĢlər görmək isə - bizim
müdrikliyimizdəndir. Babamız Kisra ibn Qubaz sizin üçün ata yerində idi. Atamız
Hürmuz də sizin üçün ədalətli hökmdar olub. Odur ki, siz boyun əyib itaət
etməlisiniz!» [Bunun] üçüncü günü o, atasının yanına gəlir və onun qarĢısında diz
çökərək deyir: «ġah sağ olsun! Sənə bəlli olsun ki, fitnəçilərin Sənə qarĢı
etdiklərində mənim təqsir-günahım yoxdur. Bir də ki, Sənin [məni] öldürə
biləcəyindən qorxaraq, mən qaçıb Azərbaycanda gizlənmiĢdim.» Hürmuz ona
inanıb deyir: «Oğlum, mənim səndən ikicə [xahiĢim var], bunlarda sən mənə
kömək ol. Onların biri - məni [taxtdan] salıb yıxmaqda, gözlərimi ovub
çıxartmaqda əlbir olanlardan mənim qisasımı alasan, qoy onlara rəhmin gəlməsin!
Digəri isə - hər gün sağlam düĢüncəli üç nəfərin yanıma gəlməsinə icazə verməklə
məni Ģad edib sevindirəsən». Abərviz ona razılıq verərək deyir: «ġah sağ olsun!
Dönük Bəhram hərbi kömək və cəsur döyüĢçülərlə artıq bizi haqlayıb. Biz daha
gözləyə bilmərik, kim Sənin [köməyinə] gələ, ya gəlməyə. Hərgah Allah [bu]
yaramaza qarĢı [mübarizədə] mənə yar olarsa, mən Sənin xələfin [kimi] itaətində
durram»...
Azərbaycanın fəthi
IV cild. Qahirə, 1970
22 (642)-ci il.
səh.153
[Ət-Təbəri] deyir:
Nüeym [ibn Mükarrin]
35
Həmədanı ikinci dəfə
36
ələ keçirib Vac-Ruzdan
37
ər-Reyə
38
doğru gedərkən Ömər
39
ona yazıb [sərəncam verir] ki, Simək ibn XəraĢə
əl-Ənsarini
40
Azərbaycanda olan Bukeyr ibn Abdullaha
41
kömək olaraq ezam etsin.
Dostları ilə paylaş: |