Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə13/40
tarix19.07.2018
ölçüsü1,69 Mb.
#57268
1   ...   9   10   11   12   13   14   15   16   ...   40

Maşın tərcüməsinin nəzəri problemləri 
 
37 
§3. Frazeoloji semantika və maşın tərcüməsi sistemində 
frazeoloji lüğətlərin tərtib prinsipləri 
Dilçilikdə  dil  universialiyası  kimi  qəbul  edilən  frazeolo-
gizmləşmə dilin bütün struktur səviyyələrini əhatə edir. Əlbəttə, 
bu, hər bir dil səviyyəsində fərqli səciyyə daşıyan frazeologizm-
ləşməyə  müxtəlif  strukturlu  dil  sistemlərində  dil  refleksiyasının 
təsiri də müxtəlifdir. Bunu bir tərəfdən hər bir dilin quruluşunun 
(arxitektonikasının)  xüsusiyyəti  ilə,  digər  tərəfdən  isə  müxtəlif 
dünyagörüşlü  xalqların  metaforik  təfəkkürünün  özünəməxsus-
luğu ilə izah edən  Z.R.Aqleeva  yazır: “Doğrudan da, hər hansı 
etnosun  nümayəndəsi  obrazlı  təfəkkürə,  mənanı  yenidən 
dəyişdirmək, dərk olunan obyektləri qarşılaşdırmaq və müqayisə 
etmək,  eləcə  də  bunların  əsasında  dildə  ümumbəşəri  və  hər  bir 
etnos  üçün  qarşılaşdırılan  linqvo-mədəniyyətlərə  xas  olan  koq-
nitiv-metaforik strategiyanı gerçəkləşdirmək qüdrətinə malikdir. 
Lakin  müxtəlif  strukturlu  dillərin  daşıyıcılarının  obrazlı  tə-
fəkkürün  assosiativ  konfiqurasiyaları,  məna  dəyişmələrinin  xa-
rakteri, müqayisəli nitq təfəkkürünün etalonu, əlbəttə, (bu və ya 
digər dərəcədə, köklü və ya cüzi şəkildə) fərqlənir.”
1
 
Frazeoloji  vahidlərin  semantik  xüsusiyyətlərinin  tədqiqi 
əslində onun mənsub olduğu xalqın təfəkkür və düşüncəsinin in-
kişaf mərhələlərinə işıq salmaq, onun tarixi ənənələrini, mədəni 
irsini, dil dünyagörüşünü öyrənmək üçün böyük əhəmiyyət kəsb 
edir. 
Rus dilçiliyində frazeologiyanın müstəqil bir elm kimi tə-
şəkkül  və  inkişafının  2  mərhələsi  xüsusi  qeyd  olunur:  klassik 
mərhələ  –  bu  mərhələ  frazeologizmlə  sözün  oxşar  və  fərqli  cə-
hətlərinin  aşkarlanması,  frazeologizmləşmə  meyarlarının  müəy-
yənləşdirilməsi,  frazeoloji  təsnifatın  semantik  əsaslarının  üzə 
çıxarılması,  frazeoloji  vahidlərin  paradiqmatik  və  sintaqmatik 
                                                           
1
  Аглеева  З.Р.  Фразеологизация  сложноподчиненных  предложений  разнострук-
турных языков как когнитивно-синтаксическая проблема. Автореферат диссер-
тации  на  соискание  учёной  степени  доктора  филологических  наук.  Белгород, 
2012, s.3 


Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
38 
münasibətləri,  tarixi  inkişaf  və  müqayisəli-tipoloji  öyrənilmə 
məsələlərinə,  eləcə  də  frazeoloji  leksikoqrafiya  problemlərinə 
aydınlıq  gətirilməsinə  zəmin  yaratmışsa,  post  klassik  mərhələ 
(ötən  əsrin  80-ci  illəri)  frazeoloji  vahidlərə  funksional-kommu-
nikativ yanaşma ilə səciyyələnir.
1
 
“Dil cəmiyyəti üçün səciyyəvi olan dünya bölgüsünü, xü-
susilə  dünyanın  dil  mənzərəsini,  troplar  və  tropomorflar  vasi-
təsilə  fəaliyyət  qabiliyyətini,  semantik  motivasiya  tipini,  eləcə 
də  etimologiyanı  və  s.-ni  fraza  yaranma  və  motivasiyanın  baş-
lıca amilləri hesab etmək olar. Dil hadisələrinin məhz belə geniş 
fonunda  idiomların  əmələ  gəlmə  mexanizminin  izah  yollarını, 
onların  mənalarının  motivasiyasını  və  nitqdə  işlənməsini  ax-
tarmaq  lazım  idi.”
2
  Heç  şübhəsiz,  bu  ideya  ilə  meydana  atılan 
yeni  dövrün  araşdırıcıları  (məs,  V.N.Teliya)  klassiklərin,  xü-
susilə V.Vinoqradovun fikirlərinə qarşı dururdular. 
Ünsiyyət  yaratmaq  funksiyası  daşıyan  dil  yalnız  insanın 
fikir və düşüncələrinin, istək və arzularının ifadəsinə deyil, həm 
də onun gerçəkliyə münasibətini – hiss və duyğularını, emosiya-
larını ifadə etməyə xidmət edir. Bizi əhatə edən gerçəklik maraq 
və ehtiyaclarımızı, eləcə də bizim aləmə bağlılığımızı əks etdirir. 
Dilçiləri  həmişə  dilin  insan  fəaliyyətinin  mətn  vasitəsilə 
reallaşan müxtəlif cəhətləri maraqlandırmışdır. Elə buna görə də 
mətn bir sistem kimi çox zaman diqqət çəkmişdir. Məlumdur ki, 
müxtəlif növ mətnlər mövcuddur. 
Dilçilərin diqqətini ən çox bədii mətnlər cəlb etmiş və et-
məkdədir.  Bu  mətnlərin  əsas  məqsədi  müəyyən  informasiya 
haqqında məlumatı ötürmək, təsir etmək funksiyasını yerinə ye-
tirməkdir. 
Dildə insan amilinin ifadəsini əks etdirən antroposentrizm 
                                                           
1
  Василенко  А.П.Аспекты  сематики  фразеологизмов  (на  материале  русского  и 
французского языков). Автореферат  диссертации на соискание  ученой  степени 
доктора филологических наук, Орёл – 2011, c.11-12  
2
  Василенко  А.П.Аспекты  сематики  фразеологизмов  (на  материале  русского  и 
французского языков). Автореферат  диссертации на соискание  ученой  степени 
доктора филологических наук, Орёл – 2011, c.12  


Maşın tərcüməsinin nəzəri problemləri 
 
39 
dil və təfəkkürün qarşılıqlı təsiri, dil və cəmiyyət münasibətləri, 
dil və xalqın mənəvi-mədəni bağlılığı, milli təfəkkür və xalq ya-
radıcılığı kimi məsələlərin həllində böyük əhəmiyyət kəsb edir.  
Frazeoloji  vahidlərin  semantik  aspektdən  tədqiqi  mənsub 
olduğu  xalqın  təfəkkür  tərzini,  onun  inkişaf  mərhələlərini,  bu 
xalqın  tarixi-mədəni  ənənələrinin,  dil  özəlliklərinin  öyrənilmə-
sində mühüm rol oynayır. 
 Frazeoloji  vahidlərin  dilin  milli  simasını  əks  etdirdiyini 
nəzərə alsaq, onun tərcümə prosesində, xüsusilə maşın tərcüməsi 
sistemində yaratdığı çətinlikləri görməmək və ya təsəvvür etmə-
mək olmaz. 
Frazeoloji  maşın tərcüməsi  sisteminə biliklər bazası  daxil 
edilməlidir. Bu baza tez-tez rast gəlinən söz və frazeoloji vahid-
lərin  tərcümə  ekvivalentlərini,  mətnlərin  morfoloji  və  sintaktik 
təhlilini, onları insanın redaktə etməsi üçün proqram vasitələrini 
əhatə  edir.  Frazeoloji  maşın  tərcüməsinin  problemlərinin  həlli 
istiqamətində  aparılan araşdırmalar xüsusi maraq doğurur. Şüb-
həsiz,  ilk  növbədə  maşın  tərcümə  sistemləri  məsələsinə,  onun 
tarixinə diqqət yetirmək istərdik. 
Bu  vaxta  qədər  yaradılan  maşın  tərcüməsi  sistemləri  söz-
bəsöz  tərcüməyə  əsaslanmışdır.  Lakin  bu  üsulla  yaradılmış  sis-
temlər  özünü  doğrultmur  və  effektli  deyildir.  Yaradılan  sis-
temlər insan-tərcüməçi  modeli  üzrə  hazırlansa, daha keyfiyyətli 
olar. Çünki insan-tərcüməçi bir təbii dildən digər dilə tərcümədə 
böyük səriştə, biliyə, təcrübəyə malikdir. Doğrudan da, mürək-
kəb proses olan tərcümədə tərcüməçi təkcə linqvistik biliklə ki-
fayətlənməyib,  tərcümə  etdiyi  mətnin  məxsus  olduğu  sahədən 
asılı olaraq, həmin sahəni dərindən bilməli, bir sözlə mütəxəssis 
olmalıdır.  
Sistemin effektli olması üçün dil və təfəkkürün qayda-qa-
nunlarını  dərindən  tədqiq  etmək  lazımdır.  Bu  səpkidə  aparılan 
tədqiqatlar  istənilən  səviyyədə  deyildir.  Tərcüməçi  mətnin  tər-
cüməsində  sözlərin  deyil,  ayrı-ayrı  frazeoloji  ifadələrin,  durğu 
işarələri ilə  ayrılmış  seqmentlərin kontekstdəki  mənalarını dərk 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə