madağm etmiş, Xarəzmdə qalanları isə sonralar Orta Asiya
xalqlarının (özbək, qazax, qaraqalpaq, eləcə də başqırdla-
nn) tərkibinə daxil olmuşlar.1 Kanlılar isə VII-VIII əsrlərdə
Sırdərya çayının orta axını hövzələrində yaşamış türk tayfa
birləşməsinin adı kimi qeyd olunur.
Oğuz və karluklarm VIII əsrin 70-ci illərində iki his
səyə parçalanmış bir hissəsi Aral dənizindən şimal-qərbin-
dəki çöllərə çəkilmiş, sonra peçeneq və qıpçaqlara qarış
mış, digər hissəsi Qazaxıstanda Talas və Ç u çaylarının sa
hillərində məskunlaşmış, sonralar başqırd, qazax və qara-
qalpaqların tərkibinə daxil olmuşlar.
Kanlıların oğuz və monqolların tərkibində Cənubi
Qafqaza yürüşlərində də iştirak etdikləri yazılır. Azərbay
canda Kəlbəcərin Qarılıkənd, Tovuzun Bozalqanlı topo
nimlərinin kanlılarla əlaqədar yaranması haqqında məlumat
vardır.1
2
T.Əhmədov kəngər/kanqar və qanlı/kanqlı etnonim
lərini eyni adların m üxtəlif dil və ya dialekt paralelləri sa
yır. O yazır: “ ... bunu ekstralinqvistik faktlarla yanaşı, adın
linqvistik təhlili də təsdiq edir. Hər iki etnonimin əsasını
kanq/kəng sözü təşkil edir. Əsas fərq onlardan birinin et
nonim düzəldən “adam, ər, kişi” mənalı ar/ər vahidi, ikin
cisinin isə təxminən eyni funksiyanı yerinə yetirən -lı/-li
şəkilçisi ilə yaranmalarmdadır”.3 Göründüyü kimi, o, Azər
baycan dili üçün incələşmənin xarakterik olması, sağır
mm-un(q) ədəbi dilimiz və əksər dialekt və şivələrimiz
üçün səciyyəvi olmaması və ya rıq-nin ng-yə keçməsi ilə
əlaqədar kanq + ar-ın kəng+ər formasına düşdüyünü gös
1 D ü n y a x alqları. E n sik lo p ed ik m əlu m at kitabı. B akı, 1998, s.149.
2 Y enə orada, s.150.
3 T .Ə h m əd o v . A zərb ay can to p o n im ik asın ın əsasları, B akı, 1991, s,159._________
Ş akər O R U C O V A .Q ıpçaq qru pu tü rk d illərin d ə etn on im lər
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 126
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyast məsələləri, III cild, Bakı, 2012
tərir. Digər tərəfdən, kayı/qayı - qaytaq/xaytaq da bu cür
izah oluna bilər.
Qumuq və Qaytaq adlı ərazilərin mövcudluğu haq
qında məlumat XV əsr tarixi mənbələrində verilir (Əb-
dülhüseyn Nəvai). 1479-cu ildə Dərbəndə səyahət edən ita
liyalı İosfat Barbaro burada (caitacci) - kaytaq!qaytaqların
yaşadığını söyləmişdi. Qaytaqları ağ və qara olmaqla iki
hissəyə ayıran Y.Pototski yazırdı ki, dəniz sahilində yaşa
yan ağ qaytaqlar türk dialektində danışanlar, dağlarda məs
kunlaşaraq yaşayan qara qaytaqlar isə ləzgi və akuşinlər-
dir. Rus dilçisi S.Vronevski də qaytaqların Kadaka şəhərin
də yaşayan qədim türk xalqlarından olduğu fikrinin tərəf
darıdır.1 Qaytaq!/xaytaq etnonimini ilk dəfə A.Bakıxanov
Qaptaq (qap+ taq) - «böyük dağ» kimi izah etmişdir.
V.F.Minorski bu etnonimi Altay xalqları arasında ge
niş yayılan Kay antroponiminə bağlayır ki, bu da fikrimiz-
cə, əsassızdır. Çünki kaytaq - «iribuynuzlu mal-qara sax
layan» mənasında bir sıra türkdilli xalqlarda işlənir. Bura
dan belə bir nəticə də hasil olur ki, qaytaqlar həm də iri
buynuzlu mal-qara saxlamaqla da məşğul olurmuşlar.
Okoçan - okoçir etnonimi rus mənbələrində qumuq-
lara yaxın olan qəbilə adı kimi (okoki, okox, okoçan, ako-
çari) qeyd edilir. Bu etnonimin formalaşmasında hələ VI-
VII əsrlərdə tarixi mənbələrdə qeyd olunan akuk və akaçir
etnonimləri əsas baza rolu oynamışlar.
Qumuqlar o zamanlarda aykblar kimi tanınırdılar.
Akaçir variantına gəlincə, aq+kassir, qazar>aq qazar (xə
zər və hunların qəbilə adı) kimi izah edilir.
www.rainbler.ru. Племена кумыков. Тайны кумыкской этнонимии.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 127
A.Bemştam onları xəzərlərin sələfləri (akuq-okuq -
oq ox «oq+uq\ann qəbiləsi») olduğu fikrindədir.1 Bu fikirlə
tam razılaşmaq olmur. Tədqiqatlar onu göstərir ki, akaçirlər
Sasani mənbələrində akatzir kimi verilmişdir. Bu etnonimə
okoçan formasında qumuq mənbələrində də təsadüf edilir.1
2
Kizlyarda məskunlaşaraq yaşayan Okonçen tatarları ilə
akaçirlər arasında genetik qohumluq bağlarının olduğu
şübhəsizdir.
B A ŞQ IR D etnonimləri.
Müasir dövrdə etnik proseslərin ənənəvi inkişaf və
ziyyətinin dərindən öyrənilməsi çox zəruridir və hər bir
tədqiqatçıdan dəqiqlik və böyük bacarıq tələb edir. Müxtə
lif millətlərin və onların mədəniyyətlərinin bir-birinə ya
xınlaşması bu xalqların etno-mədəni proseslərinin keçmiş
dəki vəziyyətləri: müəyyən etnik toplumun mənşəyi, bu
toplumları formalaşdıran m üxtəlif komponentlərin araş
dırılaraq üzə çıxarılması, bunların həyatında baş verən assi
milyasiya, inteqrasiya və onları mövcud olduqları ana qə
dər müşaiyət edən bütün proseslərin(siyasi-ictimai və iqti
sadi) öyrənilməsi düşündüyümüzdən də böyük əhəmiyyət
kəsb edir. Etnogenetik araşdırmalar, tarixin qədim, orta və
daha qədim dövrlərinin rekonstruksiyası (bərpası) bu qə
naətə gəlməyə imkan verir ki, bütün müasir xalqlar qarışıq
etnik tərkibə malikdir və onların mədəniyyəti də mürəkkəb
qanunauyğunluqların nəticəsinin bəhrəsidir. Bu baxımdan,
başqırd etnogenezi də az öyrənilən və mənşəyi 200 ildən
bəri m üxtəlif fikir və mülahizələrə məruz qalan problem
lərdəndir.
_____
Şakər ORUCOVA.Qıpçgq qrupu türk dillərində etnonimlər
1 А.Бернштам. Очерки истории гуннов. Л., 1951, с.264.
2 www.turkoloq.narod.ru,www.Google.refine.kam.ru.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 128
AMEA Nəsimi adına Dilçilik institutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
Əcdadlarının sarmat və Voljsk bulqarları, noqaylara
qohum olan qəbilələr, fin-uqor, hun və uyğurlar olduqları
söylənilir.1 Bu barədəki fikirlər (türk və ya uqro-madyar
hipotezi) indi də haçalanır və mübahisəli olaraq da qalır.
Başqırdlar haqqında ilk yazılı məlumata 922-ci ildə Əhməd
ibn Fədlanın əsərində rast gəlinmişdir. M üəllif burada baş-
qırdların türk mənşəli olduqlarının üzərindən ehtiyatla ke
çərək onları Voljsk bulqarlarına aid edir.2 Başqırdların türk
mənşəli olduqlarına aid ilk məlumata Mahmud Kaşğarinin
“Divani luğat-it-türk” əsərində rast gəlinir.3
Əhməd-ibn Fədlanın verdiyi məlumatın X əsrə, ma
car xalqının mənşəyinin IX əsrə aid olduğu haqqında olan
bilgilər başqırdların macar mənşəli olduqlarını iddia edən
alimlərə ipucu verir. Belə ki, orta əsr səyahətçilərinin əl
yazmalarına əsasən I minilliyin orta və ikinci yarısında Av
ropanın şərqindən Urala qədər uqor və qədim macar qəbilə
lərinin məskunlaşdıqları yerlər kimi qeyd olunur.4
Bəlkə elə buna görədir ki, bəzi tədqiqatçılar macarları
başqırd adlandıraraq başqırdların özünü unutmuşlar?!
Başqırd xalqının tarixin müxtəlif zaman süzgəcindən
keçməklə formalaşdığı tayfa, qəbilə, nəsil adları aşağı
dakılardır:
Cənub-Şərq başqırdları qrupu - burzyan, userqan,
yurmal, lamyan, manqaur, kıpsak\
1 Кузесв Р.Г. Происхождение башкирского народа. Уфа. 1974, с. 16.
2 Ковалевский А.П. Книга Фхмеда ибн-Фадлана о его путешествии
на Волгу в 1921-1922 гг., Харьков, 1954, с. 130.
3 МК., 1960, с.66.
4Аннинский С.А. Известия венгерских миссионеров XI1I-X1V вв., о
татарах и Восточной Европе. M.-JL, 1940, т.З._____ ====_ _ _ _ _ _
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 129
Dostları ilə paylaş: |