Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə77/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   73   74   75   76   77   78   79   80   ...   114

ri  indiyə  qədər  geniş  tədqiq  olunmuşdur.  L.A.Pokrovskaya,
U.D.Dospanov,  S.İ.Rudenko  da bu  sahədə  olan  tədqiqatlarım 
müqayisəli şəkildə aparmışdır.  Lakin qıpçaq qrupu dialektləri 
müqayisəli  tədqiq  olunmadığından  diqqəti  bu  sahəyə  yönəlt­
məyi məqbul bildik.
Bütün dillərdə  olduğu kimi,  qıpçaq qrupu türk dillərin­
də  qohumluq  terminləri  2  yerə  ayrılır:  qan  qohumluğu  və  n i­
kaha  əsaslanan  qohumluq  sözləri.  Qıpçaq  qrupu  dialektlə- 
rində  qohumluq  terminləri  həm  fonetik  variantlarının  çoxlu­
ğuna,  həm  də  omonimlərin  zənginliyinə  görə  seçilir.  Onlar­
dan bəzilərinə nəzər salaq.
ANA.  M üasir Azərbaycan dilində işlənən ana sözü qıp­
çaq  qrupu  dialektlərində  müxtəlif  variantlarda  işlənir:  ana/ 
ene  (Şimali  Altay),  əni/ ana/ ada/ nənə  (tatar),  ana  (noqay), 
əni/əne/inəy/ənkəy/əsəy/əpsəm  (başqırd),  anay/  nənəy  /nənə 
(xristian tatarları).  Bu ifadə qədim yazılı abidələrdə və müasir 
türk  dillərinin  əksəriyyətində  ana  şəklində  işlənir.  Birinci 
hecada  anlautda  dialektlərin  əksəriyyətində  a/e/ə  saitləri  m ü­
şahidə  olunur.  Başqırd  dili  dialektlərində  (inəy  sözü)  -kəy 
şəkilçisi canlıların adını  düzəldən məhsuldar şəkilçidir1.
Başqırd  dialektlərində  inəy  sözü  “ananın  böyük bacısı; 
xala”  mənasında  da  işlənir.  Ümumiyyətlə,  başqırd  dili  dia­
lektləri  ana məfhumunun ifadə  vasitələrinin zənginliyinə  gö­
rə  seçilir.  Burada  “ananın  anası  -  nənə”  öləsəy,  yırağəbey/ 
jırağəbey,  “atanın  anası  -  nənə”  isə  durinəy/durnəy/zurinəy/ 
zurnəy şəklində ifadə olunur.  Göründüyü kimi,  ana tərəfindən 
nənə bir qədər uzaq tutulmuş,  ata tərəfindən olan nənə isə zur 
adlandırılmışdır.  Zur  sözü  tatar  dili  dialektlərində  1.  “güclü, 
möhkəm”;  2.  “uzun”;  3.  “uzaq”  mənalarında  işlənir.  Burada,
Elnarə Nadir qızı Əliyeva.  Qıpçaq qrupu türk dillərinin dialekt leksikası
'М а к сю т о в а  H.  В о сто ч н ы й  д и ал ект  баш ки рско го я зы к а.М .,  1976,  s.l 13 
Q ıpçaq qru pu  türk dillərinin  leksikası, səh ifə 308
həmçinin zurata  ifadəsi  də  qeydə  alınmışdır  ki,  bu,  ataya  və 
ya  atanın ən  böyük  qardaşına  müraciət  forması  kimi  işlənir1. 
Qırğız  dili  dialektlərində  isə  zor  sözü  “böyük”  mənasını 
bildirir.
Azərbaycan  dilinin  Cəbrayıl  dialektində  zorapa  ifadəsi 
işlənir  ki,  bu  leksem  qıpçaq  qrupu  dialektləri  ilə  müəyyən 
yaxınlıq  təşkil  edir.  Cəbrayıl  dialektində  zorapa  sözü  “tut 
yarpağının özəyi-zoğ” mənasını  ifadə edir:  -Bir çəngə zorapa 
olseydi,  qurdu yayardıx 1
 2.
Buradakı  I  tərəf (zor)  məlumdur,  apa  isə  “ana”  məna­
sında  türk,  türkmən,  qırğız,  özbək  dili  dialektlərində,  uyğur, 
tuva, çuvaş dillərində işlənir.
Zorapa  və zorinəy  leksemlərini  semantik  eynilik birləş­
dirir.  Azərbaycan  dilinin  Cəbrayıl  şivəsində  isə  zorapa  sözü 
semantik dəyişikliyə uğramışdir.  Yarpağın özəyi  və ana “baş­
lanğıc” məfhumları  arasındakı  əlaqə  göz qabağındadır.  S.Qil- 
manovanın  zorinəy  ifadəsi  ilə  bağlı  qeydi  diqqəti  cəlb  edir: 
Kart, yəş,  zor//dur,  dəri  sifətləri  ilə ana xətti qohumluğu bil­
dirmək  üçün  çoxlu  yeni  tərkibli  terminlər  düzəlir.  Zurinəy 
ifadəsi  m üxtəlif  fonetik  variantlarda  aktiv  işlənir:  zurinəy, 
durinəy,  durnəy,  dəünə,  durəni,  zurənəy  və  s.”3.  Sonradan 
m üəllif əlavə edir ki, zurinəy/ zurnəy  daha çox atanın anasına 
aid  edilir4.  Başqırd  dili  dialektlərində  kartinəy,  nənəy,  kartıy 
terminləri  isə  ata nənəyə  aid  edildiyi  kimi,  ana  nənəyə  də  aid
AMEA  İ.Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,III c.,Bakı,  2012
1  T atar telen in q   dialek to lo q ik  silzleqe,  s . l 38
2  A zərb ay can  d ilin in  d ialek to lo ji  lüğəti.,s.232.
3  Г и л м ан о ва  С .Г .Т ер м и н ы   родства  в  северо-зап ад н ом   ареале  баш ки рского 
я з ы к а ./  И ссл ед о ван и я  и  м атер и ал ы   по  баш ки рской ди алектологи и .  -  У ф а:  изд- 
и е   Б Ф   А Н   С С С Р ,  1982,  с.51.
4  Y en ə  orada,  с.51.
Q ıpçaq qrupu  tü rk dillərinin leksikası, səhifə 309


E lnara N adir qızı  Ə liyeva.  Qıpçaq qrupu türk dillərinin dialekt teksikası
ш ш т т вш яяш лш т ш яят ш ^т вт ш т яяш т ш т яяят т т ияш и^^ш яш ш ^т ят т ш ш т яят ш ш ш ш т т ят ят я^ш ят
edilə  bilir.  S.Qilmanova  bildirir  ki,  sonu  -y,-ey,-əy  formantı 
ilə  bitən  qohumluq  terminləri  müvafiq  şəkilçisiz  term inlərə 
nisbətən daha geniş yayılmışdır.  İm ,  ə m   yalnız müəyyən  söz 
birləşmələrinin  və  cümlələrin  tərkibində  işlənə  bildiyi  halda, 
onlar daha çox müraciət məqamında işlənir.1.
Qırğız  dialektlərində  ene  termini  “ana”  mənasında  şi­
mal  zonasmm  Issık-kul  vadisində  geniş  yayılmışdır.  Q ırğı­
zıstanın  digər  əksər  şivələrində,  həmçinin  Özbəkistanın  və 
Tacikistanın  digər  qırğız  şivələrində  ene  m üxtəlif  mənaları 
bildirir:  l.ana;  2.nənə;  3.qaynana  (həm  oğlana,  həm  də  qıza 
aid).  “Ana” mənalı apa izoqlosu Qırğızıstanın bütün ərazisin­
də,  müəyyən  qədər  Özbəkistanda,  həmçinin  qırğız  ədəbi  di­
lində  yayılmışdır;  eyni  mənada  ene  izoqlosu  yayılmış  İssık- 
kul vadisi dialekt arealı  istisna təşkil e d ir.
Zaqatala  şivəsində  ana  sözünə  adıy  şəklində  rast  gəli­
rik ki, tatar dilindəki ada,başqırd dilindəki atay “ata” leksemi 
ilə səsləşir.-Bizim adıy fermada işləyir3  Ene termini çon  sözü 
ilə  birgə  (çon  ene;  çon  “böyük”)  cənubi  qırğız  şivələrində, 
xüsusən  İssık-kul  vadisində  “nənə-anamn  anası”  mənasında 
işlənir.  Çuy,  Talas,  Ketmen,  Tübin  vadisində  isə  çon  sözü 
apa  lekseminə  qoşularaq  çon  apa  “ata  nənə-böyük  nənə” 
mənasında işlənir4.
Geniş  semantikaya  malik  ana  sözü  Azərbaycan  dilində 
qayın  lekseminə  qoşulmaqla(qayınana)  “həyat  yoldaşının
1  Г и л м ан о ва  С .Г .Т ер м и н ы   р о д ств а  в  север о -зап ад н о м   ареале  б аш к и р ск о го  
язы к а./  И сследован и я  и  м атериалы   по б аш к и р ск о й  д и алектологи и.  - У ф а:  изд- 
ие  БФ   А Н  С С С Р ,  1982,  с.51.
2
  Y enə  orada,  s.28.
3 A zərb ay can   d ilin in  d ialektoloji  lüğəti,lc.,A -L .A nkara, 1999,s.2.
4 Б а к и н о в а  Г .Л екси к а д и ал ект о в   ки рги зского язы к а в  ареальном  о свещ ени и,
Ф рун зе,  И лим ,  1990. с.27._______________________________ _____________________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 310
anası”  mənasında  işlənirsə,  bu  anlayış  başqırd  dili  dialekt­
lərində  daha maraqlı  şəkildə  ifadə  olunur:  kəym m   “qadının  - 
arvadın  anası”,  beyəm  “kişinin  -  ərin  anası”.  K əym m /beyəm / 
qaynana  leksik  vahidlərindən  istifadə,  görünür,  böyüklərdən 
utanma,  çəkinmə,  böyüklərə  hörmət  əlaməti  ilə  bağlıdır.  Tə­
sadüfi  deyildir ki,  bu  gün də  bəzi  bölgələrdə  həyat  yoldaşına 
“uşaqların  anası”  deyə  müraciət  olunması  onunla  bağlıdır. 
Başqırd  dilində paralel  olaraq  beyana,  beyanay,  biana,  beye- 
mey  variantları  da  qeydə  alınmışdır.  Bəy  köklü  variant  xris­
tian  tatarlarının  dialektində  beyem,  beyatay  variantlarında  iş­
lənir. Xristian tatarlarının ədəbi dilində kaynana,  kaynata lek- 
semləri qeydə alınmışdır.
Qaynana məfhumu ilə bağlı  Şimalı Altayda kayın,  tatar­
larda isə babay leksemi işlənir.
Qırğız  dili  dialektlərində  mama  leksemindən  istifadə 
olunur.  Mama  burada  izoqloss  təşkil  edərək  Özbəkistanın 
(Əndican,  Səmərqənd,  Sır-Dərya,  Daşkənd),  Tacikistanın 
(Cerqe-Talsk  rayonu  və  Leninakan  vilayətinin  rayonlarında) 
bəzi  şivələrində,  bütün  qırğız  şivələrində,  Fərqanə  vadisində 
və  Qırğızıstanın  Oş  vilayətinin  cənub-qərb  rayonlarında  aşa­
ğıdakı mənalarda işlənir:
1. Mama,  kəmpir mama “nənə” (ata xətti üzrə);
2. Mama “nənə” (ana xətti üzrə);
3.  Mama,  kəmpir mama,  mama ene “ulu nənə”;
4.  Mama  “uşaqların  atanın  böyük  və  ya  kiçik  qardaş 
arvadlarına müraciət forması”.
5.  M ama  “uşaqların  böyük  qardaş  arvadlarına  müraciət 
formaları”;
6.  Mama,  kəmpir  mama  “yaşlı,  avtoritetli  qadına  mədəni
müraciət forması ” .
AMEA  LNəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,III c.,Bakı,  2012
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 311


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə