Ruslan ABDULLAYEV. Qıpçaq qrupu türk dillərində leksik-semantik
_________________________
konversiya
_________________________
Yerim uzaq qaldı
(Toktogul, tandalmalar -Irlar, Frunze, 1984)
Yüksək sifəti cümlə daxilində zərfləşmişdir.
(Qırğızca)
- Aydalıp bardım alışka
Çaşımda ketken ekemin
Bolup kaldım abışka
(Azərbaycanca) - Sürülüb getdim uzağa
Gencliyimde getmişdim
Olub qaldım qoca ixtiyar
(Toktogul, tandalmalar - Irlar, Frunze, 1984)
Genclik sözü cümlə daxilində zaman anlayışı bildirə
rək zərfləşmişdir.
(Tatarca) - A çık eytkeç anlaşıldı.—Açıq söyləyincə an
laşıldı. Açıq sözü felə aid olaraq zərfləşmişdir.
(Tatarca) - Bugen maynın urtaları bulganga, koy aş yı-
rak, lekin tun hem matur капу.— Bu gün Mayın ortaları ol
duğu üçün, günəş uzağdan doğru və gözəl baxır. Doğru və
gözəl sifətləri zərfləşmişdir.
(Qırğızca) Men kalp aytkandıktan, atam cardı bolup
cürgön körünöt, a men tuulup kalıp ayta elekten murunku,
malınar kayda, eger cırgay turgan bolsonor?— Mən yalan
söylədiyim üçün atam yoxsul olub qalmış görünür, fəq ət mən
doğulub yalan söyləməzdən əvvəlki malınız haradadı, eger
rifah içində yaşamısınızsa? Burada kalp-valan ismi zərfləş
mişdir.
Sifətin zərfləşm əsi.Ym k dillərində zərf bir nitq hissəsi
kimi mübahisə doğurmuşdur. Bəzi dilçilər zərfi müstəqil nitq
hissəsi hesab etdiyi halda, bəziləri onları köməkçi nitq his
səsi kimi xarakterizə etmişlər.
Qıpçaq qrupu tiirlı dillərinin leksikası. səhifə 410
A.Kazımbəydən üzü bəri türkoloqlar zərfi qoşmanın,
sual əvəzliklərinin İçərisində vermişlər. A.Kazımbəy yazır:
«Zərf kimi işlədilən sifətlərin sayı olduqca çoxdur... Bu si
fətlər onlarm arxasınca hər hansı bir fel istifadə olunarsa və
ya düşünülərsə o zaman zərfə çevrilirlər».1
“XVI əsrdən başlayaraq qərbi Avropa ölkələrində tər
tib olunan qrammatikalarda klassik yunan-İsgəndəriyyə dil
çilik məktəbinin prinsiplərinə müvafiq olaraq türk dillərində
zərf ilk dəfə müstəqil nitq hissəsi kimi öyrənilib. Lakin
Avropa qrammatikləri də zərfi tədqiq edərkən türk dillərinin
daxili inkişaf qanunlarına əsaslanmırlar. Onlar əslində latın
dilinə məxsus bütün sadə və düzəltmə zərflərin qarşılığım
türk dillərində araşdırırlar. Ona görə də, bir qayda olaraq,
türk dillərində zərfin hələ formalaşmadığını iddia edir və bü
tün sadə sifətləri eyni zamanda zərf kimi öyrənirlər”.*
2
Türk dillərində zərfləşmə prosesinə Ə.Şükürlünün tari
xi aspektdə yanaşması maraqlıdır. M üəllif «Azərbaycan dili
nin tarixi qrammatikası» adlı dərs vəsaitində yazılı abidələri
mizdə rast gəlinən zərflərin bir qisminin zərfləşmiş sözlər
(adverbial sözlər) təşkil etdiyini göstərir. O yazır: “Zərfləş
miş sözlər içərisində hal görümlərində təcrid olunmuş sözlər
xüsusi yer tutur. Hal və ya mənsubiyyət şəkilçisi ilə birgə
zərfləşən sözlər öz lüğəti mənasım itirərək iş, hərəkətə aid
m üxtəlif əlamət və ya keyfiyyəti bildirmişdir. Deməli, zərfm
Azərbaycan dilində başqa nitq hissələri arasında təcrid olu
nub formalaşması tarixi çox qədim dövrlərdən başlamışdır.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
'Казембек А. Общая грамматика турецко-татарского языка. Казань,
1846, с.318
2 Щербак А.М. Очерки по сравнительной морфологии тюркских
языков (Имя). М , 1977. sah.32-65____________________ ___________
Qıpçaq qrupu türk dillərinin leksikası. səhifə 411
Z ə rf dilimizin inkişafı prosesində, əsasən, aşağıdakı yollarla
əmələ gəlmişdir: ä)zərflik vəzifəsini yerinə yetirən başqa nitq
hissələrinə məxsus sözlərin öz lüğəvi mənasını itirərək təcrid
olunması yolu ilə. b) xüsusi şəkilçilərin köməyilə. Bu qrupa
daxil olan zərflər zərfləşən sözlərdən onunla fərqlənir ki, kök
və şəkilçiyə ayrıla bilir. Etimoloji araşdırmalar göstərir ki,
zərf düzəldən şəkilçilər də öz növbəsində başqa nitq hissələ
rindən təcrid olunmuşdur”.1
Ə.Şükürovun bu haqda belə bir fikri maraq doğurur ki,
«zərf özünəməxsus fonetik uyuşmalarla deyil, başqa nitq his
sələrinə aid hazır leksik-qrammatik vasitələr üzərində mey
dana gəlmişdir. Hər hansı bir dil özünəməxsus istiqamətdə
inkişaf edir. Türk dillərində də zərfin, əsasən, başqa nitq his
sələrinə məxsus morfoloji əlamətlərlə əmələ gəlməsi onun
özünəməxsus formal xüsusiyyətidir. Sadə zərflərin bir his
səsi başqa nitq hissələrinin adverbiallaşması nəticəsində ya
ranmışdır. Bu proses sözlərin leksik-qrammatik cəhətdən ye
nidən dərk olunması və onların zərflik funksiyasında işlən
məsi ilə əlaqədardır”.1
2
Adların zərfə konversiyası. Zərfləşən (adverbiallaşan)
sözlər orta yüzilliklər dövründə yerlik, çıxışlıq, alətlik-birgə-
lik hallarında müşahidə olunmuşdur: anda «orada», saatda
«həmin anda», ildən «irəlidən», öndin «öndən», küzün «pa
yızda», oğrun «xəlvətcə», sonun «sonra» və s.
Ə.Şükürov alətlik-birgəlik halında zərfləşmiş sözlərə
münasibətini belə bildirir: “Alətlik-birgəlik halı, məlumdur
ki, X əsrə qədər qədim türk dilində hələ öz varlığım qoruyub
saxlamışdır. Ehtimal ki, X əsrdən sonra həmin şəkilçi tədri-
Ruslan ABDULLA YEV. Qıpçaq qrupu türk dillərində leksik-semaniik
_____________________
konversiya
1 Şükürov Ə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı: APİ, 1981 səh. 19-20
2 Yenə orada, s.9
Qıpçaq qrupu türk dillərinin leksikası. səhifə 412
cən arxaikləşmişdir. Həm də alətlik-birgəlik halının arxaik-
ləşməsində “ilə” qoşması mühüm rol oynamışdır. Ona görə
də yazılı abidələrimizdə alətlik-birgəlik hal görümündə rast
gələn bir çox sözləri yalnız zərfləşmiş söz kimi qəbul etmək
lazımdır” 1
Feli bağlama z ə r f istiqamətində konversiya. Türk dillə
rində feli bağlamanın təcrid olunub zərfə çevrilməsi hadisəsi,
ehtimal ki, daha qədimdir. Təkcə bunu demək kifayətdir ki,
dilimizdə işlədilən bəzi əsli zərf məhz feli bağlamanın təcrid
olunması nəticəsində əmələ gəlmişdir. Bu cəhətdən -a, -ə şə-
kilçili feli bağlamaların zərfləşməsi hadisəsi diqqəti daha çox
cəlb edir: kıya «çəp»{¥JAQ,\6), kuruyı «hərəkətsiz» (SS 247)
və s.2
Qıpçaq qrupu türk dillərində müxtəlif şəkilçili feli bağ
lamalar zərfə konversiya oluna bilir. Məs.:
-ganda/-gende şəkilçili feli bağlamaların konversiya
olunması:(tatar) Anı kürsende selam birdem— Onu görəndə
salam verdim', (tatar) Sez kilsende aşıy idek.— Siz gelende ye
mək yeyirdik; (qırğız) Sizderdikine barganda içeyli de ceyli,
bizdikine kelgende ırdaylı da oynoylu.— Sizinkinə gəlincə
içək və yeyək, bizimkinə eəlincə oxuyaq və oynayaq.
-gaç/-geç şəkilçili feli bağlamaların konversiya olun
ması: (tatar) Arıgaç yal ittem -Yorulunca istirahət etdim.,
açık eytkeç anlaşıldı — açıq söyləyincə anlaşıldı. Üzen kür-
megeç berni de eyte almıym - özünü görməyincə heç bir şey
də deyə bilmirem.
-gah/-geli şəkilçili sözlərin konversiya olunması: (qa-
zaxca) Sizben tanıskalı köp bolgan sıyaktı — sizi çoxdandırki
1 Şükürov Ə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı: APt-nin nəşri, 1981.
2 Yenə orada, səh. 19 ________________ _________________ _________
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli toksikologiyası məsələləri, III cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikası. səhifə 413
Dostları ilə paylaş: |