Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə99/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   95   96   97   98   99   100   101   102   ...   114

Ruslan  ABDULLA YEV.  Qıpçaq qrupu türk dillərində leksik-semanlik
_________________________
konversiya
_________________________
sıra  sözlərdə  özünü  göstərir.  A.Axundov  bu  barədə  yazır: 
«İltisaqi  dillərdən  biri  kimi  Azərbaycan  dilində,  flektiv  dil­
lərdə olan fonematik əvəzlənmə yoxdur.
Ümumiyyətlə,  qrammatik  və  leksik  mənaların  ifadə 
olunmasında  başqa  türk  dillərində  olduğu  kimi  bizim  dili­
mizdə  də  monosemantik  affikslər,  həm  sözdəyişdirici,  həm 
də  sözdüzəldici  şəkilçilər  əsas  rol  oynayır.  Fonetik  asılılığa 
məruz  qalmayan  söz  kökləri  isə  m üxtəlif qrammatik  vəziy­
yətlərdə sabit və dəyişməz qalır.  Bir sözlə, Azərbaycan dilin­
də  fonematik  əvəzlənmə  axtarmaq  nəzəri  cəhətdən  doğru 
deyil.  Lakin bir çox  amillər bizim  dilimizdə  fonematik əvəz­
lənmələrin tədricən  özünü göstərməsi  üçün müəyyən əlveriş­
li şərait yaratmaqdadır»1
Konversiyanın  tipləri  m üxtəlif və  rəngarəngdir.  Sözün 
bir nitq hissəsindən digərinə keçidinin 3  tipi  vardır:
1) leksik-semantik;
2) morfoloji-semaııtik;
3) morfoloji-sintaktik.
Leksik-semantik  konversiyada  eyni  sözlər  yalnız  kök­
lərdən  ibarət olur.  Məsələn,  “yaxşı ”  sözünü götürək.  Bu lek­
sik vahid yalnız kökdən ibarət sifətdir.  Leksik-semantik kon­
versiya  statusu  qazanmaq  üçün  bu  sifət  zərfə  keçməlidir  və 
onun  sintaktik  funksiyasım  qazanmalıdır.  Müqayisə  et: yaxşı 
adam-yaxşı  oxuyur.  Göründüyü  kimi,  “yaxşı ” sözü sintaktik 
variasiyaya məruz qalmışdır.
Biz  bu  hadisəyə  sintaktik  hadisə  kimi  deyil,  leksik-se­
mantik  hadisə  kimi  baxmalıyıq.  “İkinci  dərəcəli  sintaktik 
funksiyalarda  bu  nitq  hissələrində  sözlərin  istifadə  edilməsi,
1 A x u n d o v  A.  A zərb ay can  dilin in   fonetikası.  B akı:  M aarif,  1984,
s ə h .88_________ ________________
Qıpçaq qrupu türk dillərinin leksikası.  səhifə 398
digər  nitq  hissələrində  əsas  sintaktik  funksiyalardırsa,  sözün 
sintaktik dəyişməsi adlana bilər. Digər nitq hissəsinə aid olan 
və  sintaktik  dəyişmənin təzahürünü  söz  yaratmağa aid  etmə­
yə  əsas  yoxdur.  Sintaktik  dəyişmənin  hədləri  substantiv,  ad- 
yektiv,  verbial  və bu  kimi  xüsusiyyətlərdə  aşkara çıxır.  Düz­
dür, bir nitq hissəsindən başqa nitq  hissəsinə keçid,  şübhəsiz, 
sözün  sintaktik  dəyişmələr  imkanı  ilə  əlaqədardır.  Sonuncu 
başlanğıc nöqtə rolunu oynayır və birincinin əsasıdır.  Bunun­
la  bərabər  prinsip  etibarilə  bunlar  ayrı-ayrı  təzahürlərdir  və 
onları  məhdudlaşdırmaq  lazımdır:  birinci  halda,  həqiqətən 
yeni lüğət vahidi yaranır, ikinci halda isə bu baş vermir” 1
Bu hadisə  haqqında baxışlar müxtəlifdir.  Türkologiya­
da  konversiya  hadisəsi  haqqında  üç  nöqteyi-nəzər  diqqəti 
cəlb edir.
Birinci  qrup dilçilər  hesab  edirlər ki,  isim  tamamlığın. 
sifət təyinin  funksiyasında çıxış edir.  Bu, konversiya  hadisə­
sidir (N.K.Dmitriyev,  A.N.Kononov,  A.İ.İsakov,  F.R.Zeyna- 
lov və b.).
İkinci fikrin tərəfdarları  belə bir mülahizə  irəli  sürürlər 
ki, türk dillərində isim sifətin,  sifət zərfin funksiyasını  müəy­
yən  kontekstdə  yerinə  yetirirsə,  bu,  konversiyadar (P.M.Me- 
lioranski, N.F.Katanov, N.İ.Aşmarin).
Üçüncü  fikrə görə, bu hadisə  (konversiya)  nitq hissələ­
rinin zəif diferensiallaşmasıdır (İ.A.Batmanov,  S.K.Kenesba- 
yev,  L.N.Xaritonov, N.A.Baskakov, E.V.Sevortyan).
Tədqiqatların  gedişində  türkologiyada  bu  problemlə 
əlaqədar  dördüncü  bir  konsepsiya cla  meydana  gəldi.  Həmin 
konsepsiyanın  tərəfdarları  -   A.A.Yuldaşev,  F.A.  Qəniyev,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şiibəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri

III cild, Bakı

2012
‘Современный русский язык.Морфология.М.,1952.
Qıpçaq qrupu türk dillərinin leksikası. səhifə 399


A.A.Axundov,  İ.P.Pavlov,  S.Abdullayeva)  bu  hadisəni  dilin 
tipoloji  quruluşu  ilə  bağlayır,  bunun  müqayisəli-tutuşdurma 
qrammatikasında,  leksikoqrafik  praktikada  dəyərini  göstə­
rirlər.
Beləliklə,  qıpçaq qrupu türk dillərində  leksik-semantik 
konversiyanın aşağıdakı növləri müəyyənləşdirilmişdir: 
substantivləşmə (isimləşmə) 
adyektivləşmə (sifətləşmə) 
adverbiallaşma (zərfləşmə) 
verballaşma (felləşmə)
Konversiyanın  bu  növləri  birinci  və  ikinci  tiplər  adı 
altında  birləşir.  Substantivləşmə  və  verballaşma  birinci  tip; 
sifətləşmə  və  zərfləşmə  konversiyanın  ikinci  tipi  kimi  xa­
rakterizə olunur.
§1. Substantivləşm ə leksik-sem antik 
konversiyanın  bir növü kim i 
Qıpçaq  qrupu  türk  dillərinin  morfoloji  sistemində  elə 
sözlər vardır ki,  cümlədə yerinə  görə m üxtəlif funksiyalarda: 
həm fel,  həm ədat, həm əvəzlik, həm bağlayıcı və  s.  kimi iş­
lənir.  Bu  ondan  irəli  gəlir  ki,  konversiya  deyilən  linqvistik 
hadisə  bir  nitq  hissəsinin  digər  nitq  hissəsinə  keçməsi  prin­
siplərinin  funksional  xüsusiyyətlərini  müəyyənləşdirir.  Bu 
funksiyalar aşağıdakı kimidir:
Qisim sifət funksiyasında.
2)  sifət zərf funksiyasında.
3)  say zərf funksiyasında.
4)  qoşma zərf funksiyasında.
«Substantivləşmə»  termini  ingilis  dilində  “substanje”, 
“substantive”  sözündən  olub,  mənası  əşya,  isim  deməkdir. 
Bu  anlayış  sifət,  say,  əvəzlik,  zərf  və  felin  müəyyən  kon-
Ruslan  ABDULLAYEV.  Qıpçaq qrupu türk dillərində leksik-semantik
___   _______________________
konversiya
_____________________________
Qıpçaq qrupu türk dillərinin leksikası. səhifə 400
tekstdə  əşyalıq  məzmunu kəsb  etməsi  və  ismə məxsus  bütün 
morfolji  əlamətlərin  öz  üzərinə  keçirilməsi  prosesinə  əsas­
lanır.
«Substansiya»  bir  termin  kimi  fəlsəfə  elmində  bütün 
əşya  və hadisələrin ilk əsası,  mahiyyəti  və  məğzi  mənasında 
işlədilir.  «Substantivləşmə» isə dilçilikdə digər nitq hissələri­
nin  isim  kateqoriyasına  keçməsi,  isim  xüsusiyyətini  qazan­
ması,  yəni  isimləşmə  anlamındadır.1  Substantivləşmə  leksik- 
semantik konversiyanın növlərindən biridir.  Leksik-semantik 
konversiyanın  bu  növündə  m üxtəlif nitq  hissələrindən  isim 
yaradılır.  Bu  prosesə  konversiya  yolu  ilə  isim  yaradıcılığı  da 
demək  olar.  «Substantivləşmə  sözlərin  digər  qrammatik  si­
niflərdən  hər hansı  sözdüzəldici  vasitələri  (affıks,  kökün  də­
yişməsi) tətbiq etmədən isim siniflərinə keçidi qədim zaman­
lardan məlumdur»1
 2.
Türk  dillərində  konversiya  yolu  ilə  substantivləşmənin 
aşağıdakı tip və istiqamətləri özünü göstərir.
Sifət-isim  istiqamətində substantivləşmə.  Bu  istiqamət­
də  keçid  sifətlərin  substantivləşməsi  də  adlanır.  Sifətlərdən 
isimlərin  törəməsi  və  ya  isimlərdən  sifətlərin  törəməsi  hadi­
sələri  bu  nitq  hissələrindən birincinin -  sifətin  substantivləş­
məsi,  ikincinin - ismin atributivləşməsi ilə əlaqədardır.  Lakin 
türk  dillərində birinci  hadisə ikinciyə nisbətən daha qüvvətli­
dir.  Nümunələrə baxaq:
Jas kartaymak, joktuvmak, tuvgan ölmek.
Tağdır jok, ötken ömir kayta kelmek.
AMEA Nəsimi adına Dilçilik institutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
1 Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə. Bakı: Elm,  1987, s.109
2Татарская  грамматика.  2.  Морфология,  Казань,  Татарское  книжное  изда­
тельство,  1993, с. 100;  Георгиева В.Л.  О субстантивация  как языковом явле­
ния. - «Ученые записки ЛГПИ имени А.И.Герцена», т. 242, Л.,  1963, с.63
Qıpçaq qrupu türk dillərinin leksikası. səhifə 401


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə