prosesinin mexanizmi, yəni, dil struktur vahidlərinin və nit
qin yaranması, ötürülməsi, qəbulu və mənimsənilməsi həmişə
diqqət çəkmişdir. Bu məsələlərin istər sistemli şəkildə, istərsə
də epizodik öyrənilməsi, sadəcə dilçilərin deyil, eləcə də dil
dən istifadə edən digər sahə mütəxəssislərinin marağına sə
bəb olmuşdur. Onlarda bu məsələləri araşdırmaq, öyrənmək
ehtiyacı yaratmışdır. Xidmət etdikləri elm sahələrinin köməyi
ilə dil problemlərini həll etməyə çalışan filosof, psixoloq, ki-
bernetik, sosioloq və bir çox digər sahə tədqiqatçılarının səyi
və dilçilərlə əməkdaşlığı nəticəsində həmin elm sahələri ilə
dilçiliyin kəsişmə nöqtələrində nəzəri dilçilik, psixolinq-
vistika, riyazi dilçilik, sosiolinqvistika kimi dilçiliyin yeni is
tiqamətləri yaranır. Qətiyyətlə deyə bilərik ki, gələcəkdə də
belə çoxyönlü istiqamətlər yaranmaqda davam edəcəkdir və
bu heç də “professional modabazlıq deyil. Bu, hər şeydən əv
vəl dilçilik elminin təbii, dialektik inkişafının obyektiv nəti
cəsidir” 1.
Dilçilik elmində yaranan bütün sahə və istiqamətlərin
ən başlıca məqsədi dilin tam mahiyyətini açmaq, onun yaran
ma və fəaliyyat qanunauyğunluqlarını, prinsip və üsullarını
üzə çıxarmaq, elmi cəhətdən şərh etmək, dillərin tədqiqi yol
larım dəqiqləşdirmək, bu və ya digər dilin qeyri-dil daşıyıcı
ları tərəfindən öyrənilməsini asanlaşdırmaqdır. Psixolinqvis-
tika bəzən fizioloji-psixoloji proseslərin sırf təcrübi nəticələ
rinə əsaslanmaqla dilin mahiyyətini açmağa cəhd göstərsə də,
istənilən halda dilin dərketmə, idrak və təfəkkür proseslərinin
aparıcı amili olmasından çıxış edir və bu cəhəti bütün psixo-
linqvistik tədqiqatların ümumi qayəsi kimi səciyyələndirir.
M ayıl В. ƏSGƏROV.Söz və formaların yaranma və mənimsənilmə
___________________
mexanizminin linqvopsixoloji modeli
__________
’Mahmudov M.Ə.Ənənəvi dilçiliyə qeyri-ənənəvi baxış.
AMEA-nın Xəbərləri,
Humanitar elmlər seriyası N 2-4, Bakı 2006, s. 102.
Q ıpçaq qrupu tü rk dillərinin leksikası, sə h ifə 34
Bununla yanaşı, psixolinqvistikanm ilkin istinad nöqtəsini
müəyyənləşdirərkən yol verilən və ilk baxışdan o qədər də
nəzərə çarpmayan, hətta bir qədər gerçəyə də bənzəyən xə
talar, həm problemin qoyuluşunu, həm də onun həlli imkan
larını əvvəlcədən uğursuzluğa məhkum edir. Fəlsəfi, məntiqi
və metodoloji cəhətdən yol verilən səhv ondan ibarətdir ki,
dilin mahiyyətini ümumi psixoloji proseslər və mühəndis psi
xologiyası (eksperimental psixologiya) əsasında izah etməyə
çalışan psixolinqvistika idrak və təfəkkürlə bağlı psixoloji
proseslərin özünün əsasında dilin və ya nitqin dayandığım id
dia edir, bununla da dilin psixoloji proseslər baxımından iza
hının önünə sədd çəkir.
Doğrudan da, əgər idrak və təfəkkürlə bağlı psixoloji
proseslərin əsasında dil və ya nitq dayanırsa, o halda ilkin
meyar kimi götürülən dil və ya nitq əsasında psixoloji proses
lərin özünü izah etməyə cəhd göstərmək daha məntiqi görü
nərdi. Bizcə, prosesin reallaşmasını təmin edən ilkin meyarın
özünü həmin proses əsasında izah etməyə çalışmaq məntiqi
nəticə verə bilməz. Bu ən yaxşı halda, tam əsasında hissəyə
aid xüsusiyyətlərlə ilkin tanışlıqdan başqa bir şey deyildir.
Belə bir cəhd, əslində, bütün psixolinqvistlərin böyük inamla
istinad etdiyi L.S.Vıqotskinin “hissə tama aid olsa da, tamm
xüsusiyyəti hissələrin xüsusiyyətləri cəminə bərabər deyil”1
deyə qətiyyətlə əleyhinə çıxdığı “hissə əsasında tamın izahı”
qədər yanlış bir mövqedir. Təbii ki, biz, yol verilən yanlışlığa
görə “dilçilik problemi ilə məşğul olan psixoloqlar üçün bu,
qəbahət sayılmaya bilər” deyənlərə qətiyyən haqq qazandır
mırıq və ədalət naminə etiraf edirik ki, dilçilik məsələləri ilə
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
‘В ы готский Л .С .П си хология, М осква, 2000.C 267.________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 35
bağlı bir sıra psixoloji problemlərin həllində m əhz L .S .V ıqot-
ski, A.N.Leontyev, A.R.Luriya, C.Keroll, Ç.O squd, J.Piaje,
C.Miller kimi psixoloqların böyük əməyi vardır. A m m a n ə z ə
rə almaq lazımdır ki, dili ali psixoloji fəaliyyət və proseslərin
ilkin meyarı hesab etmək, mahiyyət etibarilə özünün p alçıq
dan düzəltdiyi ilahə heykəlindən imdad diləyən bütpərəstin
inancına şübhə edən və həmin heykəli rentgen aparatında
yoxlayaraq onun içərisində ilahi ruhun olub-olm adığını
müəyyənləşdirməyə çalışan “alimin” gərgin əməyindən heç
bir cəhəti ilə fərqlənmir.
Burada, hər şeydən əvvəl, metodoloji xətaya yol veril
diyini etiraf etmək və gec də olsa, onu düzəltməyə çalışmaq
vacibdir.
Bizcə, psixoloji proseslərin tədqiqi baxımından faydalı
ola biləcək metodoloji norma birbaşa psixoloji tədqiqatlar
müstəvisindən linqvistik tədqiqatlar müstəvisinə köçürülmüş,
psixologiya elmi baxımından faydalı olan norm anın dilçilik
elmi üçün faydasızlığının və ya qəbuledilməzliyinin fərqinə
varılmamışdır.
Böyük ehtimalla qeyd etmək istərdik ki, bu metodoloji
yanlışlığın səbəbi bir sıra psixoloq-alimlərin və o cümlədən
L.S.Vıqotskinin dərketmə və düşünmədə nitqin aparıcı rolu
ilə bağlı fikirlərinə birtərəfli yanaşmanın nəticəsidir. Doğru
dan da, L.S.Vıqotski uşağın fəaliyyətini müşayiət edən nitqi
və ya hər hansı işi icra edən uşağın danışmasını onun sözlü
düşünməsi kimi qəbul edir və icra edilən tapşırıq çətinləş
dikcə danışığın çoxalmasını dərketmə və düşünmədə nitqin
aparıcı rolu kimi qiymətləndirir1. Amma nəzərə almaq lazım-
Mayıl В. ƏSGƏROV.Söz və formaların yaranma və m ənim sənilm ə
mexanizminin linqvopsixoloji m odeli
__________
‘В ы готский Л .С .П сихология, М осква, 2000, с 840-842.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 36
dır ki, dövrünün ən böyük psixoloqlarından biri olan L.S.Vı-
qotski bu mülahizəni psixoloji proseslərin mahiyyətini açmaq
məqsədi ilə və sırf psixoloq mövqeyindən söyləmişdir. Müla-
hizələrindəki bəzi mübahisəli məqamlardan daha sonra danı
şacağımız bu alimin sırf psixoloji məsələlərlə bağlı irəli sür-
diyi bu fikri olduğu kimi dilçiliyə şamil etmək, təbii ki, dil
çilik baxımından gərəksiz və artıq qeyd etdiyimiz kimi, hətta
qəbuledilməz idi. Klassik1 psixolinqvistikadan ilkin meyarı
və nəzərdən keçirilən problemlərə yanaşma bucağı ilə fərq
lənən bu tədqiqatımızda dil, nitq və söz formalarının dərk
etmə prosesi ilə bağlılığı, yeni dil struktur vahidinin yaran
ması, dilin istənilən istiqamətdə inkişafının hərəkətverici
qüvvəsi olan okkazional nitq ehtiyacı, dildə keçid mərhələ
sində olan amorf, okkazional formaların mahiyyəti kimi dil
çilik məsələləri funksional-semantik və linqvopsixoloji ba
xımdan nəzərdən keçiriləcək, dilin və nitqin əsasını təşkil
edən leksik, leksik-qrammatik və qrammatik formalar türk
dilləri materialları əsasında eyni aspektdən analizə cəlb olu
nacaqdır.
Bu problemlərin həlli obyektiv gerçəklik-şüur-dil-nitq-
forma zənciri üzrə reallaşan dərketmə və təfəkkür prosesləri
ilə birbaşa bağlı olduğuna görə tədqiqatda ilk növbədə dərk
etmə və onun fazaları, sinktual dərketmə, onun məhsuldarlı
ğı, başlanğıc şərtləri, nitqin yaranmasım şərtləndirən modul-
laşma və onun transformativ,reprezentativ növləri,birinci və
ikinci intellekt obrazının yaranması, sinktual dərketmədə di-
АМЕЛ Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəlileksikologiyası məsələləri, Illc ild , Вак1^2012_
' Dilçilik elminin bir sahəsi kimi cəmisi 50 illik tarixə malik olmasına baxmayaraq
psixolinqvistikanın bir-birini inkar edən və bir-birinə zidd olan 3 pilləsi və ya 3
psixolinqvistik məktəbi vardır. Eyni baza əsasında 4-cü psixolinqvistik məktəbin və ya
dilçiliklə psixologiyanın kəsişmə nöqtəsində dilçiliyin tamamilə yeni bir istiqamətinin
yaranma zəruriyyəti əsas verir ki, daha əvvəlkiləri klassik psixolinqvistika adlandıraq.
Q ıpçaq qru pu türk dillərinin leksikası, səh ifə 3 7
Dostları ilə paylaş: |