Dilin inkişafı yalnız cəmiyyətin daxilində maddi həya
tın dəyişməsi əsasmda baş vermir. Xalqlar arasındakı iqtisa
di, siyasi və ədəbi-mədəni əlaqələrin inkişafı da dildə müəy
yən izlər salır. Bu isə özünü dilin zənginləşməsinə xidmət
edən alınmalarda daha qabarıq təzahür etdirir.
Dilin lüğət tərkibi onun maddi bazasıdır. Belə ki, “lek
sik vahid kimi söz maddi səs örtüyünə malikdir. Bu, sözün
həm əmələ gəlməsi və yaşamasının zərunı şərtidir, həm də
onun formalaşma və inkişafının izlərini daha dəqiq qoruyub
saxlayır. Bununla yanaşı, söz - m əna daşıyıcısı kimi öz növ
bəsində gerçəkliyin ümumiləşdirilmiş inikası olan fikrin
predmeti haqqında təsəvvürün ifadəçisi funksiyasım yerinə
yetirir.” '.
İnsanlar ictimai əmək prosesində əşyaların mühüm əla
mətlərini öyrənir, bu əşyaları bir-birindən fərqləndirir, onla
rın haqqında məfhumlar yaradır. Deməli, məfhumlar obyek
tiv gerçəkliyin, dünyanın qavramlması, dərk edilməsinin ən
mühüm formasıdır.
Əşya və hadisələrin ən əsas, fərqləndirici əlamətlərini
özündə əks etdirən məfhumlar dildə sözlər vasitəsilə ifadə
olunur. Sözlər əşya və hadisələrlə münasibətdə meydana çı
xır. Buna görə də onun aid olduğu əşya və hadisələr arasında
fikri əlaqə olur ki, bu da sözün bütün cəmiyyət üzvlərinin qə
bul etdiyi leksik mənası sayılır.
Hər bir söz xalqın və onun dilinin müəyyən inkişaf
dövründə yaranır. Buna görə də söz xalqın təfəkkür tərzi,
onun inkişaf səviyyəsi ilə bağlıdır. Söz insanın yaradıcı tə-
M ə h ə b b ət M irzəliy e v a .S ö z y a r a d ta lığ ı p ro se sin ə d a ir n ə zə ri qeydlər
1 В.ИДинциус.Проблемы сравнительно-исторического изучения
лексики алтайских языков. - В сб. «Исследования в области этимо
логии алтайских языков».Ленинград, Изд. «Наука»,с.4
Q ıpçaq qru pu tü rk dillərin in leksikası, sə h ifə 2 2
fəkkürünün məhsuludur. Sözlər hər hansı nitq fəaliyyətinin
ilkin elementləridir. Dilin lüğət tərkibini təşkil edən sözlər
heç də eyni xarakterdə olmur, Onlardan bəziləri çox, bəziləri
isə az işlənir. Çox işlənən sözlər dilin aktiv, yəni əsas lüğət
fondunu, az işlənən sözlər onun passiv fondunu - dilin əsas
lüğət tərkibini təşkil edir. Dilin əsas lüğət fondu olduqca mü
hafizəkar təbiətə malikdir.
Bütün m üasir dillərdə sözlərdən istifadə olunması on
ların cümlələrdə dəyişməsi zəruriyyətini doğurur. Bunsuz hər
hansı söz konkret məzmundan uzaq, boş, mücərrəd bir şey
olar.
Deməli, hər bir dilin leksik və qrammatik quruluşu ara
sında qırılmaz bağlılıq vardır. Məhz bu əlaqənin xarakteri
forma və məzmun kimi götürülən leksikaya və qrammatikaya
münasibətdə meydana çıxır. Dilin zəruri tərəfini qrammatik
quruluş təşkil edir. Qrammatik quruluş əsasmda sözlər müx
təlif sintaktik əlaqələrdə (yanaşma, idarə, uzlaşma) olub bir
ləşir, müəyyən intonasiyaya malik olur və yalnız cümlədə
ünsiyyət vasitəsi kimi «həyat qazanır».
Qrammatika bir forma kimi, məzmuna, yəni leksikaya
nisbətən çox gec inkişaf edir. Leksika mütəhərrik olduğu
üçün qrammatika bəzən ondan geridə qalır. Belə vəziyyət bir
vaxt müəyyən zaman kəsiyində çoxlu yeni sözlərin məzmu
nunun zənginləşməsi ilə köhnə qrammatik formaların arasın
da ziddiyyətin yaranmasına gətirib çıxarır. Bu isə dilin gələ
cək inkişafı üçün də mühüm mənbədir.
Leksik y o l Leksik yolla sözyaratma prosesi dilin inki
şafına, formalaşması və təkmilləşməsinə xüsusi təkan verir,
onun cəmiyyətin ən m üxtəlif sahələrinə nüfuz etməsinə əlve
rişli şərait yaradır. Bu prosesi izləyərkən dilin lüğət tərkibi-
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəti leksikologiyası məsələləri, III cild, Bakı, 2012
Q ıpçaq q ru p u tü rk dillərinin leksikası, sə h ifə 23
nin zənginləşməsinə xidmət edən terminoloji leksika, dialekt
leksikası, neologizmlər, çoxmənalı sözlər, omonim, sinonim
və antonimlər, eləcə də müəyyən zəruriyyətin nəticəsi kimi
meydana gələn alınmalar öz rəngarəngliyi ilə diqqəti çəkir.
Dilin lüğət tərkibinin inkişafı tarixində baş verən dəyi
şikliklər ictimai-siyasi, elmi, mədəni və mənəvi proseslərin
nəticəsində meydana çıxır. Türk dillərinin leksikasmın da
son 20 ildə müstəqil türk dövlətlərinin yaranması ilə səciyyə
lənən xüsusiyyətləri böyük maraq doğurur. Müstəqillik döv
rünün ilk illəri türk dillərinin inkişafında yeni bir mərhələdir.
Bu mərhələdə ictimai-iqtisadi həyatla, elmi, siyasi və mədəni
durumla bağlı proseslərin bu və digər türk dilinə təsiri danıl
mazdır. İstər şifahi, istərsə də yazılı dildə həm bədii, həm el
mi, həm də rəsmi-işgüzar üslubda ciddi dəyişikliklər baş ver
mişdir. Bu dəyişikliklər isə, sözsüz ki, özünü ilk növbədə di
lin leksik qatında göstərir. Bu isə olduqca təbiidir.
Türk dillərində baş verən və son nəticədə bütövlükdə
dilin zənginləşməsinə, onun təkmilləşməsinə xidmət göstərən
dəyişiklikləri belə qruplaşdıra bilərik:
• Türk dillərinin fonetik, morfoloji, leksik normalarına mü
vafiq yeni sözlər yaranır.
• Dilin passiv fondunda qalmış söz və ya terminlər (xüsusilə
arxaik və dialekt sözləri) yeni mənada dilə daxil olur.
• Beynəlxalq aləmə inteqrasiya ilə əlaqədar iqtisadiyyat, mə
dəniyyət, elm və siyasətlə bağlı əcnəbi söz və terminlərin
müstəqil türk dillərinə, o cümlədən qıpçaq qrupu türk dillə
rinə güclü axını baş verir.
Terminlər. Müxtəlif ictimai-siyasi, tarixi hadisələrin
burulğanında ən güclü təsirlərə məruz qalmalarına baxmaya
raq türk dilləri bu mübarizədə nəinki özünü qoruya bilmiş,
M əh əb b ət M irzəliyeva .S özyaradıcılığı prosesin ə d a ir n əzəri q eydlər
Q ıpçaq qrupu tü rk dillərinin leksikası, səh ifə 24
hətta bu tarixi mərhələlərdə daha da möhkəmlənmiş və on
ların lüğət tərkibi yeni leksik vahidlərlə - söz, termin və ifa
dələrlə zənginləşmişdir. Bu sırada terminlər xüsusi yer tutur.
Qıpçaq qrupu türk dillərinin terminoloji aləmi də bu baxım
dan maraqlı və əhəmiyyətlidir. Dildə mövcud olan terminlər
həyatın bütün sahələrini əks etdirir və cəmiyyətdə gedən bü
tün proseslər terminlərdə ehtiva olunur.
Terminlər mənşə etibarı ilə türk kökənli və alınma xa
rakterli ola bilər. “Leksikanın inkişafı onun ayrı-ayrı prob
lemlərinin, hər şeydən əvvəl isə terminologiyanın nəzəri
ümumiləşdirilmələrinin və praktiki işləmələrin aparılmasını
tələb edirdi” 1. Əlbəttə, türk dillərində terminlərin yaranması,
bu dillərin terminoloji sisteminin formalaşması, əsasən dil-
daxili mənbələrə söykənir. Yəni həmin dillərin terminlərinin
böyük əksəriyyəti ümumtürk mənşəlidir. E.Berdimuratov ya
zır: “Qaraqalpaq dilinin lüğət tərkibi qaraqalpaq xalqının
çoxəsrlik tarixi boyu təşəkkül tapmışdır. Bu dövr ərzində qa
raqalpaq dili çoxlu leksik elementlərlə zənginləşmişdir ki,
bunların da içərisində terminlər mühüm yer tutur”1
2. Əlbəttə,
bunu bütün türk dillərinə şamil etmək olar. Qıpçaq qrupu
türk dillərinin terminologiyası ictimai-siyasi, iqtisadi, mədəni
və elmi həyatı bütövlükdə əhatə edən və rəngarəngliyi ilə se
çilən bir dünyadır.
Arxaizm və neolosizmlər. Məlum olduğu kimi, dilin ya
ranma tarixi xalqın əmək fəaliyyəti ilə, onun siyasi, iqtisadi,
sosial-mədəni durumu, elmi səviyyəsi, intellekti ilə bağlıdır.
Dildə olan sözlərin yaranmasının, inkişafının və dəyişməsi-
AMEA Nəsimi adına Dilçilik İnstitutunun tiirk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyast məsələləri, III cM1 Bakı1 2 0 l2 _
1 Бердимурагов E.О терминологии каракалпакского языка. -
в кн.
«Тюркская лексикология и лексикография. Москва, 1971, с.208
2 Yenə orada.
Q ıpçaq qrupu tü rk dillərinin leksikası, səh ifə 25
Dostları ilə paylaş: |