mədov ( “Qıpçaq qrupu türk dillərində toponimlərin linqvis-
tik təh lili”), filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə
Əliyeva-Ələkbərova ( “Qıpçaq qrupu türk dillərinin dialekt
leksikası”), filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şü
kürova ( “Qıpçaq qrupu türk dillərində alınma term inlər”),
filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Mahmudova
(“Qıpçaq qrupu türk dillərində morfoloji yolla söz yaradıcı
lığı”), elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Ruslan Ab
dullayev ( “Qıpçaq qrupu türk dillərində leksik-semantik kon
versiya ”), eləcə də şöbənin yetirməsi, filologiya üzrə fəlsəfə
doktoru - hal-hazırda Moldova Respublikasında çalışan mil-
liyyətcə qaqauz Güllü Qərənfil (“ Qıpçaq qrupu türk dilləri
nin antroponimiyasının ümumi mənzərəsi ”) yazmışlar.
3 cildlik «Türk dillərinin tarixi-müqayisəli leksikologi-
yası məsələləri» kitabının nəşrinə öz xeyir-duası ilə yaşıl işıq
yandırmış unudulmaz direktorumuz akademik Ağamusa
Axundova, eləcə də digər cildlər kimi son III cildin də nəşrin
də maddi və mənəvi dəstək göstərdiklərinə görə türk dilləri
şöbəsinin bütün əməkdaşlarına, xüsusən kitabın çapa hazır
lanması prosesində fəal və təmənnasız çalışmış böyük elmi
işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Ənvər qızı
Məşədievaya və kiçik elmi işçi, doktorant Günel Əmirxan
qızı Mirzəyevaya, eləcə də «Nurlan» nəşriyyatının direktoru
filologiya elmləri doktoru, professor Nadir Məmmədliyə tə
şəkkür edirəm.
Monoqrafiya ilə bağlı fikir və mülahizələrini bizə çatdı
ran, irad və tövsiyələrini bizdən əsirgəməyən, dəyərli məs
ləhət və təklifləri ilə kitabın müəllifləri - sabahlarına məsu
liyyət daşıdığımız gənc tədqiqatçıları türkologiya sahəsində
daha uğurlu addımlara sövq edən hər bir oxucumuza, xüsu
Məhəbbət Mirzəliyeva. Türkün müqəddəs Tarixinə işıq salmaq Elmin sabahının
________________________
əsl təminatçıları
-
X X I əsr gəncliyinin mənəvi borcudur
________________________
Q ıpçaq qrupu tü rk d illərin in leksikası, sə h ifə 10
sən tanınmış türkoloq-dilçilərimizə əvvəlcədən minnətdarlı
ğımı bildirirəm.
Ünvanımız: Azərbaycan Respublikası, Bakı şəhəri,
Hüseyn Cavid p r o s p e k tijl, Akademiya şəhərciyi (Əsas
bina), V qat, AMEA İ.Nəsimi adına Dilçilik İnstitutu, Türk
dilləri şöbəsi (538-ci otaq)
Məhəbbət MİRZƏLİYEVA
filologiya elmləri doktoru,
türk dilləri şöbəsinin m üdiri
А М Е Л İ. N əsim i a d m a D ilç ilik İn stitu tu n u n tü rk d illəri şö b əsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,III cild, Bakı, 2012
Q ıpçaq q ru p u tü rk dillərinin leksikası, sə h ifə 11
M əhəbbət MİRZƏLİYEVA
filologiya elm ləri doktoru
SÖZYARADICILIĞI PROSESİNƏ DAİR
NƏZƏRİ QEYDLƏR
S
özyaradıcılığı prosesi dilçilikdə ənənəvi olaraq
leksika bölməsində yada salındığı və öyrənildiyin
dən onun qıpçaq qrupu türk dillərinin leksikologi-
yası məsələlərindən biri kimi təqdim olunması təbii sayılma
lıdır. Halbuki, biz bu fikrin tam əksi olaraq sözyaradıcılığını
dilçiliyin bir şöbəsi kimi deyil, bütün şöbələri əhatə edən fa
siləsiz bir proses kimi qəbul edir, tədqiqatımızı məhz bu isti
qamətdə aparmağı məqsədəuyğun sayırıq. Buna görə də bu
rada sözyaradıçılığı prosesinin mahiyyəti ilə bağlı düşüncələ
rimizi əks etdirən nəzəri qeydləri təqdim etməklə kifayətlən
mək istərdik.
Dilçilikdə sözyaradıcılığımn qrammatika, daha dəqiq
desək, morfologiyanın, eləcə də leksikologiyanın tərkibində
öyrənilməsi bir çox dilçilərə məxsusdur. Təsadüfi deyildir ki,
onlar sözyaradıcılığını «leksik-morfoloji kateqoriya» kimi
təqdim edirlər1. Bu gün də davam edən belə mövqe əslində
məntiqsiz və yanlış hesab olunmalıdır.
Sözyaradıcılığı - çoxəsrlik dilçilik elminin tərkib hissə
si olub, tarixi səciyyə daşıyır. Müəyyən zaman kəsiyində baş
verən (və ya gedən) bu proses sinxron mahiyyət kəsb edir.
Bizcə,
M əh əbbət M irzəliyeva .S özyaradıcılığı p r o s e s im d a ir n əzəri qeydlər
1 М усаев Г.Г. К вопросу о словообразовании И И сследование по
грам матике и лекси ке тю ркских язы ковхб .ст.Т аш кен т: Наука, 1965.
Q ıpçaq qrupu türk dillərinin leksikası, səh ifə 12
Sözyaradıcılığı prosesi
dilin bütün qatlarında, bütün səviyyələrində gedən
_________________ fasiləsiz prosesdir.__________________
Məgər dildə səs, vurğu, intonasiya dəyişikliyi nəticəsin
də meydana gələn sözlər, fonetik qatda cərəyan edən sözya-
radıcıhğı prosesinin nəticəsi deyilmi?!!
Düzəltmə, mürəkkəb və qoşa sözlərin yaranması isə,
sözsüz ki, bu prosesin morfoloji qatda baş verməsi ilə əlaqə
dardır.
Sintaktik layda da sözyaradıcılığı prosesini izləmək
mümkündür və maraqlıdır. Belə ki, sintaktik əlaqələrin mü
hüm rol oynadığı söz birləşmələrinin, hətta bəzən cümlələrin
vahid məfhum ifadə etməklə mürəkkəb sözə çevrilməsi də
sözyaradıcılığı prosesinin təzahürüdür.
Frazeoloji vahidlər də dilin frazeoloji qatında gedən
sözyaradıcılığı prosesinin nəticəsi kimi qiymətləndirilməli
dir.
Dilin leksik qatında bu prosesin baş verməsi ilə dilə ye
ni sözlərin daxil olması, yad dillərdən yeni termin və sözlərin
dilə yol açması, ümumi sözlərin xüsusiləşməsi, təkmənalılıq-
dan çoxmənalılığa və ya əksinə, eləcə də sinonimliyə və
omonimliyə keçidlərin meydana gəlməsi müşahidə olunur.
Sözyaradıcılığımn ümumi dilçilikdə bu və ya digər dil
yarusuna aid edilməsi hər şeydən əvvəl, bu prosesin iki qütb
lə bağlı olmasından irəli gəlir. Belə ki, sözyaradıcılığmda
həm məzmun, həm də forma dəyişikliyi baş verir. Elə buna
görə də dilçilər adətən bu prosesi morfologiyaya (forma baxı
mından) və leksikologiyaya (məzmun baxımından) aid edir
lər.
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
Q ıpçaq qru pu tü rk dillərinin leksikası, səh ifə 13
Dostları ilə paylaş: |