nin bir sıra özəl xüsusiyyətləri vardır. Dil istisnasız olaraq in
sanın hər cür fəaliyyətinin inikasıdır. Buna görə də dilin lüğət
tərkibinin daima inkişafda olması, m üxtəlif dəyişikliklərə
məruz qalması təbii və son dərəcədə labüddür. Belə ki, cə
miyyətin inkişafi nəticəsində dildə m üxtəlif yollarla yeni söz
lər (neologizmlər) əmələ gəlir, bir sıra söz və ifadələr arxaik
ləşərək dili tərk edir, bir sıra dil vahidləri leksik və semantik
dəyişikliklərə uğrayaraq tanınmaz şəkil və m ənada dildə özü
nə yer tutur. Sanki dərin dərya və ümmanlarda olduğu kimi,
dildə də «daxili təmizlənmə» prosesi gedir, dil cilalanır və
təkmilləşir.
Dilin daim inkişafda olması danılmaz həqiqətdir. Lakin
bu proses heç də hər zaman eyni templi, bərabərsürətli ol
mur. Çox vaxt isə cəmiyyətin siyasi, iqtisadi, mədəni və elmi
həyatında baş verən dəyişikliklərlə bağlı olan bu proses ol
duqca yavaş gedir. M üxtəlif tarixi səbəblər, eləcə də ictimai-
iqtisadi quruluşların biri-birini əvəz etməsi nəticəsində dildə
bəzi söz və ifadələr sıradan çıxır, işlənmir, arxaikləşir. Əlbət
tə, arxaikləşmə prosesi heç də birdən-birə baş vermir. O, təd
rici xarakter daşıyır. Arxaik sözlər həyatın m üxtəlif sahələ
rinə aid ola bilər. Bu cür sözlərin və ya terminlərin dilin lüğət
tərkibindən çıxması onların ifadə etdikləri məfhumların həyat
meydanından yox olması ilə bağlıdır.
Türk dillərinin lüğət tərkibinin tədqiqi zamanı aydın
olur ki, dil prosesləri - arxaikləşmə, yeniləşmə, terminləşmə
və s. kimi hallar heç də bütün türk dillərində eyni zaman kə
siyində və ya eyni şəkildə və eyni səviyyədə olmamışdır. Bir
türk dilində arxaik sayılan söz və ya ifadə digər türk dilində
bu gün də ümumişləkliyini itirmədən işlənir. Belə sözlərin
bəziləri bu və ya digər türk ədəbi dilində, bəziləri isə bu hə
min türk dillərinin dialekt və ya şivələrində məskən salır.
M ə h ə b b ə t M irzəliyeva .S ö zy a ra d ıc ılığ ı p ro sesin a d a ir n azari qeydlar
Q ıpçaq qrupu tü rk dillərinin leksikası, sə h ifə 2 6
Morfoloii yol. Sözyaradıcılığı prosesində morfoloji
üsul da mühüm rol oynayır. Belə ki, sözün quruluşunda baş
verən dəyişikliklər əslində yeni dil vahidinin meydana çıx
ması ilə nəticələnir. Bu sözyaratmada iştirak edən şəkilçi
morfemlərin dilçilikdə bir neçə təsnifat bölgüsü mövcuddur.
Belə ki, ümumi dilçilikdə, eləcə də Azərbaycan dilçiliyində
şəkilçilər bəzən 2 (sözdüzəldici və sözdəyişdirici), bəzən 3
(sözdüzəldici, sözdəyişdirici və formadüzəldici), bəzən də 4
(leksik, leksik-qrammatik, qrammatik-leksik və qrammatik)
yerə bölünür. Bizcə, 4-cü bölgü özünü daha çox doğruldur.
Belə ki, türk dillərinin materiallarına görə, tam leksik şəkilçi,
yəni yeni söz yaradan bir şəkilçi bəzən həm də qrammatik
mahiyyət daşıyır. Və ya tam qrammatik şəkilçi bəzən də lek
sik səciyyə daşıyaraq yeni söz yaradır.
Bu isə əslində şəkilçilərin tarixi-etimoloji təbiətinə işıq
salmaqla yanaşı, həm də türk dillərində sözyaradıcılığı prose
sini bütün çalarları, əlvanlığı və əsrarəngizliyi ilə ortaya qo
yur. Buraya söz səviyyəli frazeoloji vahidləri də daxil et
məliyik.
Sintaktik yol. Bu yolla sözyaratmanm bariz nümunələri
kimi qısaca olaraq mürəkkəb sözləri, birləşmə səviyyəli fra
zeoloji vahidləri nümunə göstərə bilərik.
Sözyaradıcılığı prosesində
sözdəyişdirmə və ya form adüzəltm ə
Aqqlütinativ tipli türk dillərində sözyaradıcılığı prose
sinin tərkib hissəsi kimi qəbul etdiyimiz sözdəyişdirmə və
formadüzəltmə əslində qrammatik və qrammatik-leksik şə
kilçilər vasitəsi ilə gerçəkləşdirilir. Belə ki, bu şəkilçilər vasi
təsilə söz leksik dəyişikliyə uğramadan, müəyyən semantik
çalar qazanaraq yalnız zahiri, yəni forma dəyişikliyinə uğra
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyast məsələləri, III cild, Bakı, 2012
Q ıpçaq q ru p u türk diiU n n in leksikası, səh ifə 2 7
yır. İsmin hal, mənsubiyyət, kəmiyyət, felin zaman, məna
növ və s. şəkilçilər, bizcə, məhz bu növ şəkilçilərdir. Onlar
cümlədə sözlər arasında əlaqələrin yaranmasında, predikativ-
liyin, modallığm formalaşmasında mühüm rol oynayır. Lakin
qoşulduqları sözlərdə yeni bir məfhum yaratmaq qabiliyyə
tinin olmaması onların fəaliyyətinin sözyaradıcılığı prosesin
də yalnız sözdəyişdirmə və ya formadüzəltmə funksiyası ilə
məhdudlaşdığını bir daha sübut edir.
ƏDƏBİYYAT
1. Бердимуратов E. О терминологии каракалпакского
языка. - в кн. «Тюркская лексикология и лексикогра
фия. Москва, 1971.
2. Блумфилд Л. Язык.Москва,1968.
3. Будагов Р.А.Что такое развитие и совершенствование
языка. Москва, 1977.
4. Cəfərov S. Azərbaycan dilində sözyaradıcılığı.Bakı,1960.
5. İbrahimov M. Azərbaycan dili. Bakı, 1957.
6. Ожегов С.И. Лексикология.Лексикография.Культура
речи. M .,1974,
7. Мусаев Г.Г. К вопросу о словообразовании//Иссле-
дование по грамматике и лексике тюркских языков:
сб.ст.Ташкент: Наука, 1965.
8. Кубрякова Е.С.Что такое словообразование? Изд.-во
«Наука», Москва, 1965.
9. В.И.Цинциус. Проблемы сравнительно-историческо
го изучения лексики алтайских языков. - В сб. «Ис
следования в области этимологии алтайских языков».
Ленинград, Изд.-во «Наука»,с..3-17.
Məhəbbət Mirzəliyeva .Sözyaradıcılığı prosesinə dair nəzəri qeydlər
Q ıpçaq qrupu türk dillərinin leksikast, səh ifə 28
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
M ay il B. ƏSGƏROV
filologiya üzrə fəlsəfə doktoru, dosent
SÖZ VƏ FORMALARIN YARANMA VƏ
MƏNİMSƏNİLMƏ MEXANİZMİNİN
LINQVOPSIXOLOJI MODELİ
D
ilin funksiyaları ilə bağlı K.Byülerin təlimini linq-
vistik problemlərin psixoloji cəhətdən həllinə cəhd
kimi qiymətləndirən R.V.Pazuxin belə hesab edir
ki, “dilin işlənmə səbəbini, ümumiyyətlə onun strukturunu,
eləcə də məlumatın tərkibində olan hər bir dil elementinin
mahiyyətini aydınlaşdırmağa qadir olan yeganə funksiyası
kommunikativlikdir”1. Kommunikativlik deyərkən R.V.Pazu
xin məlumatın ötürülməsini nəzərdə tutur və onu ünsiyyətin
tərkib hissəsi hesab edirdi. Bu tədqiqatında R.V.Pazuxin K.
Byülerin dilin funksiyaları nəzəriyyəsini, R. Yakobson və
N.S.Trubetskoyun bəzi müddəalarım tənqid hədəfi seçir.
R.V.Pazuxinin monofunksionallıqla bağlı konsepsiyasının
əsas müddəaları ondan ibarətdir ki, 1) dilin tək bir funksiyası
var və o da kommunikativlikdir, 2) bütün digər funksiyalar
ondan törəmədir2.
Dilin monofunksionallığı ilə bağlı fərqli bir fikrə Q.V.
Kolşanskidə rast gəlinir. O, belə hesab edir ki, “Dilin bir əsas
funksiyası vardır - o, təfəkkürün gerçəkləşməsidir və ictimai
hadisədir”. Hətta Q.V.Kolşanskinm fikrincə, dilin bütün
funksiyaları, o cümlədən ekspressiv (bunu m üəllif dərketmə
'Пазухин P.В.Учение К.Бюлера о функциях языка как попытка психологического
решения лингвистических проблем
“Вопросыюыктиания ,
1963. с. 103.
2 Yeno orada, s. 90-110.
Q ıpçaq qru pu tü rk dillərinin leksikast, səh ifə 29
Dostları ilə paylaş: |