Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə21/340
tarix26.08.2018
ölçüsü4,41 Mb.
#64733
1   ...   17   18   19   20   21   22   23   24   ...   340

58 

 

gələn  vaxt  öz  məhrəm  otağına  (hərəmsəra)  təşrif  aparar  və  gecə-



gündüz  taət  və  ibadətlə  məşğul  olardı.  İftarı  öz  əhli-əyali  ilə  açar, 

fitrə  bayramınadək  müridlər  zümrəsi  ilə  görüşməzdi.  Şeyx 

Səfiəddinin  o  ali  yerə  gəlib  çatdığı  gün  Şeyx  Zahid  öz 

xəlvətgahından çıxıb bir xidmətçisinə dedi: "Bu gün ruzigarın haqq-

tələb  adamlarından  biri  bizə  qonaq  gəlmiş  və  ibadətgahda  namaz 

qılmaqdadır.  Namazını  qurtardıqdan  sonra  onu  mənim  yanıma 

gətir". Xidmətçi haqq yolunun o arif yolçusunu (salik) gətirdi və o, 

şeyxlə  görüşdən  şərəfləndi.  Şeyx  ona  "Səfiəddin"  deyə  xitab  etdi, 

onun  yüksək  mərtəbələrə  və  böyük  məqama  yetişəcəyi  barədə 

deyilənlərin  həqiqət  olduğunu  gördü,  bağlılıq  əlini  onun  ətəyindən 

asdı və ləyaqətli xidmətinə görə  onun  xüsusi  məhrəmlərindən  biri 

oldu. Nəfsinin  təmizliyi (təzkiye)" və pəhrizkarlığı  (rəyazət) həzrət 

Şeyx Səfiəddini həftədə bir yol deyil, üç gündə bir kərə ifrat açmağa 

sövq etdi. Şeyx onun bu adətini də dəyişdi və o, hər gün iftar etmək 

barədə  qərar  verdi.  Amma,  Şeyx  Səfiəddin  fəqət  bir  loğma  quru 

düyü çörəyi ilə kifayətlənib, bol çeşidli yeməklərdən sərfnəzər etdi 

və  qətiyyən  ət  yemədi.  [Ümumiyyətlə]  Şeyx  Səfiədinin  adət  və 

kəramətləri  haqda  çoxlu  məlumat  vardır  ki,  bunlar  haqqında 

"Səfvətüs-səfa"  və  Yəməni  Herəvinin*  kitablarında  daha  çoxdur. 

Sözün  qısası,  o  kamil  sifətləri  olan  zat  daim  ruhlar  və  kabuslar 

(əşbah) aləmi barədəki dərki çətin məsələləri öz bəsirət gözü ilə açır 

və  doğru  yuxular  (röyaye-sadeqe)  görürdü.  Onlardan  biri  beləydi: 

Bir  gecə  yuxuda  gördü  ki,  belində  qılınc,  başında  isə  samur 

dərisindən  bir  papaq  var.  Papağı  başından  çıxaran  kimi  onun 

hümayun başının düz ortasından (fərq) aləmi işıqlandırmaqdan ötrü 

bir  günəş  parlayırdı.  O,  gördüyü  yuxunu  Şeyx  Zahidə  danışdı  və 

onun yozumunu (təbir) ondan xəbər aldı. İşıqlı fikri olan şeyx onun 

yuxusunu təbir edərək buyurdu: "Qılınc və günəş güclü bir padşahın 

zühuru  və  aradan  getməsinin  (zühur  və  xüruc)  əlamətidir.  Yaxın 

vaxtlarda sənin belindən (solb) bəxti günəş kimi hamıya işıq saçan, 

iti qılıncı isə ərbabların zülmünü yox edən bir şəxs peyda olacaqdır". 

Xülasə, Şeyx Səfiəddin mübarizə və pəhrizkarlıqda çox inkişaf etdi 

və  onun  işıqlı  batinində  ilahi  sirlər  nuru  parlamağa  başladı.  Şeyx 

Zahid  onu  öz  kəşflərindən  (mosaherat)  agah  edərək,  Zöhreyi-

Zəhradan  (Məhəmməd  Peyğəmbərin  qızı  -  Ş.F.)  işıqlanan  Fatimə 

adlı pak qızını onunla evləndirdi. Baxmayaraq ki, Şeyx Zahid hələ 

sağlığında  ona  irşad  və  səcdəyə  oturma  icazəsi  (mürşidlik  -  Ş.F.) 

vermişdi,  amma  o,  bunu  qəbul  etmirdi.  Həmin  hidayət  və  vəlayət 




59 

 

taxtının  sahibi  (Şeyx  Zahid  -  Ş.F.)  vəfat  edərkən  o  həzrətlə  əhd 



edərək,  onun  qabiliyyət  qamətinə  həmin  köynəyi  geyindirdi  (yəni 

onu mürşid elan etdi - Ş.F). Qərəzkar adamlar Şeyx Zahidə etirazla 

dedilər:  "Sənin  sadiq  oğlun     kamallı  və  yetkin  Cəmalləddin  Əlini 

irşadla  şərəfləndirməkdənsə,  niyə  Şeyx  Səfiəddini  bu  ali  taxta 

qaldırırsan?" Şeyx  müridlərin şübhəsini aradan qaldırmaq  və onları 

sakitləşdirməkdən  ötrü  oğlunu  və  Şeyx  Səfiəddini  sınamaq 

məqsədilə  dedi:  "Oğlumun  xəlvət  yeri  haradır?"  Dedilər: 

"Xanəgahın  məhrəm  yerində."  Buyurdu:  "Səfinin  xəlvət  yeri 

haradır?" Dedilər:  "Şeyx Səfiəddinin yerindən oraya yarım fərsəx* 

yol var." Dedi: "İndi mən onların hər ikisini buraya çağıracağam, siz 

onların hansının bu rütbə və məqama layiq olduğunu görəcəksiniz." 

O,  oğlunu  üç  dəfə  səslədisə  də  ondan  səs  gəlmədi,  amma  Səfini 

çağırmaqla ondan cavab eşidildi: "Ləbbeyk, ey şeyx, ey mürşid" və 

özü də gəlib çıxdı. Şeyx soruşdu: "Səfi, sən haradaydın?" Dedi: "Öz 

xəlvət  yerimdəydim. Şeyxin şövqlü nidasını eşidib onun xidmətinə 

gəldim."  Şeyx  üzünü  qohumlarına  tutub  dedi:  "Mənim  nəzərimcə, 

"Allah-təala"

77

  mənim  nəzərdə  tutduğumu  Səfiyə  vermişdir, 



Cəmaləddinə yox. Mən də Allahın əmanətinə xəyanət etmədən onu 

öz  sahibinə  verdim."  Xülasə,  Şeyx  Zahid  Gilanın  Savrud  adlı 

yerində yeddi yüzüncü ildə (miladi 1300/01) üqba aləminə yollandı 

və elə vəfat etdiyi yerdə də dəfn olundu. Həzrət sultanül-övliya Şeyx 

Səfiəddin  iradəti,  geyim-keçimi  (xirqə)  və  irşadı  (mürşidlik 

nişanələridir -Ş.F.) baxımından Şeyx Zahiddən, Şeyx Zahid - Seyid 

Cəmaləddindən,  Seyid  Cəmaləddin  -  Şəhabəddin  Mahmud 

Ameridən, Şeyx Şəhabəddin - ondan yeddi nəsil əvvəl yaşamış Şeyx 

Cüneyd  Bağdadidən,  Şeyx  Cüneyd  -  Səri  Səqətidən,  Səri  Səqəti  - 

"Kerexi-Xadim" kimi tanınan Həzrət İmam Əbülhəsən Əli İbn Musa 

ər-Rizadan  götürmüşdür.  Nəticə  etibarilə  [deyə  bilərik  ki,]  Şeyx 

Zahidin  vəsiyyətinə  görə  həzrət  Şeyx  Səfiəddin  hidayət  və  irşad 

taxtına əyləşdi, əhalini şəriət, təriqət və həqiqətin müstəqim (doğru) 

yoluna  çatdırmağa  başladı.  O  həzrətin  Şeyx  Zahidin  qızından 

Sədrəddin Musa*  adlı bir fərzəndi doğuldu. Həzrət Şeyx Səfiəddin 

pəhrizkarlığının çoxluğundan zəiflədi və bir müddət öz dini dərdinin 

darmanını təsəvvüf aləmində tapdı  və buna sevindi. Nəhayət, onun 

zəifliyi  qüvvətləndi,  şcyx  natəvanlıq  yatağına  düşdü.  Xəstəlik 

vaxtında ağrıdan narahatlığına baxmayaraq, Şeyx Zahidin uyuduğu 

                                                           

77

 İfadənin ərəbcəsi: "Allah sobhanə və təalə" 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə