Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə22/340
tarix26.08.2018
ölçüsü4,41 Mb.
#64733
1   ...   18   19   20   21   22   23   24   25   ...   340

60 

 

ətirli (möəttər) qəbrin ziyarətinə gedərək, orada bir az arxayınlaşdı, 



vəziyyəti  yüngülləşdi.  Bir  gün  ağrının  şiddətindən  möhtərəm 

zövcəsinə  (həbilə)  dedi:  "Məni  mənim  evimə  aparın".  O  həzrətin 

xidmətçiləri ona dedilər:  "Siz öz  evinizdəsiniz." Buyurdu:  "Mənim 

əsl  evim  oradadır",  (yəni  Şeyx  Zahidin  yanındadır  –  Ş.  F.). 

[Beləliklə,] Şeyxi oraya apardılar. Bu hal bir neçə dəfə təkrarlandı. 

Vəfat  edən  vaxt  müqəddəs  nişanlı  səfəviyyə  müridlərini  bir  yerə 

topladı, səhabələrinə  və övladlarına pak şəriət  yolundan  və şeyxlər 

təriqətindən  dönməməyi  buyurdu,  kasıblara  (füqəra)  ənam 

vermələrini  vəsiyyət etdi. Şeyx Sədrəddin Musa haqqında isə dedi: 

"Səcdəyə  oturmaq  və  irşad  hüquqi  fərzəndim  Sədrəddinə  çatır". 

Sonra  möizə  və  nəsihətlərə  başladı.  Nəhayət,  gücünü  qeyb 

aləmindən  alan  ecazkar  dili  danışıqdan  qaldı,  son  sözü  bu  oldu:  

"Ona (Məhəmməd Peyğəmbərə  - Ş.F.)  salavat göndərin  - gözəl bir 

salam"


78

  Yeddi  yüz  otuz  beşinci  ilin  (miladi  1334)  məhərrəmül-

həram  ayının on ikisində, düşənbə günü sübh namazından sonra o, 

əcəl  saqisinin  əlindən  şərbət  içdi,  dünya  aləminin  iztirab  evini 

(aşubxanə)  müşahidə  etməkdən  gözünü  çəkdi.  Onun  möhtərəm 

xanımı  da,  Allah  dərgahından  etdiyi  dua  və  xahişə  görə  on  səkkiz 

gündən  sonra  vəfat  edərək  həzrətlə  birləşdi,  cənnət  bağçasına 

yollandı. "Mən  Allaha  mənsubam  və ona da qayıdacağam.  Allahın 

övliyaları ölmürlər, lakin dəyişirlər"

79

 



 

Beytlər 

 

Ölməyir, ölməzdir sadiq adamlar

Ölüm aid deyil onlara qəti. 

Fəna zövqünü sən dadıb bilərsən

Bahardan üstündür xəzan xələti.

80

 



                                                           

78

 İfadənin ərəbcəsi: "Səllə əleyhi və səlləmə təslimən". 



79

 İfadənin ərəbcəsi: "İnnənə li-1-lahi və innənə ileyhi raciunə illə ənnə ovliyaə-1-lahi 

və yəmutunə və lakin yənqəlibunə". 

80

 Beytlərin farscası: 



Hərgez nəmordeənd - o nəmirənd əhle-del,  

Namist hərfe-mərg bər in qovme-torcoman.  

Zovqe-fəna noyafteyi v-ər nə dər nəzər  

Rəngintər əz bəhar bovəd xələte-xəzan.  

Qeyd:  Bir  din  qardaşımız  Altay  Cəmil  bu  beytləri  tərcümə  etmişdir  ki,  məzmun  və 

məna baxımından opijinala uyğun olduğu üçün onun tərcüməsini də burada verməyi 

münasib bildik. - Ş.F.  



61 

 

 



Yəməninin  "Fütuhat"  kitabında  belə  yazılmışdır:  "O 

həzrətin  vəsiyyətinə  görə  onun  qüslü  və  kəfənlənməsi  Seyid 

Cəmaləddin  İsfahani  tərəfindən  icra  olundu,  Sultan  Sədrəddinsə  o 

vaxt  Sultaniyyədə  idi.  Səfəviyyə  sülaləsinin  üzvləri  onun  pak 

cəsədini  həzrət  şeyxin  özünün  buyurduğu  yerdə  dəfn  etdilər  ki, 

həmin yer indi "Təvaf yeri" ("Mətafe-təvayef”) adlanır". 



Sultan Sədrəddin Musa*: Sərvərlik asimanından çıxan ay 

(bədr)  və xoşbəxt ulduzlarla dolu göydən doğan günəş idi. Uşaqlıq 

və cavanlıq dövründə onun hümayun alnında zöhd və təqva nurları 

parlayır,  çöhrəsində  xeyirxahlıq  və  cəsarət  (səlah  və  rəşad) 

əlamətləri aydın görünürdü. Başçılıq etməkdə və irşadda sərəfraz bir 

sərv, alicənablıqda (olovv) isə başqalarından fərqlənən və üstün olan 

bir adam idi. Qiymətli atası tərəfdən üstünlük (səyadət) və kəramət 

bürcündən,  xoşbəxt  ulduzlu  anası  tərəfdən  isə  irşad  sədəfindən 

doğan  ulduz  idi.  O,  hidayət  və  zahidlik  səccadəsində  əyləşən 

yeddinci şeyx idi. "Fütuhate-Yəməni"də yazılmışdır: "Şeyx Zahidin 

qızı ilə həzrət sultanül-övliya (Şeyx Səfiəddin - Ş.F.) arasında kəbin 

kəsilən gün şeyx kəbinkəsmə  mərasimində ayağa durub [sanki] bu 

məclisdə iştirak etməyən  məchul bir şəxsə böyük təzim  və ehtiram 

nümayiş  etdirdi.  Məclisdə  olan  adamlar  ondan  bunun  sirrini 

soruşdular.  Şeyx  buyurdu:  "Mənim  nəvələrim  olacaq  Səfiəddin 

övladlarının  təcəssümünü  gördüm.  Onlarınsa  arasında  elə  bir 

səadətli  adam  gözümə  dəydi  ki,  mənim  və  Səfinin  qaimməqamı 

olacaqdır. Elə buna görə də, mən bu adamda ali bir məqam görərək 

ona  təzim  etdim".  Elə  ki,  taleyin  doğuş  üfüqündən  o  ayüzlü 

(mahtələt) şeyx (Sədrəddin Musa  - Ş.F.)  çıxaraq aləmi işıqlandırdı, 

həzrət  sultanül-Övliya  iradət  ərbablarına  və  rəşadətli  səhabələrinə 

belə  bir  xəbər  verdi:  "Bu  qiymətli  cövhər  o  səadətli  fərzənddir  ki, 

Şeyx Zahid kəbin mərasimində ona təzim etmişdi". Sədrəddin Musa 

öz  böyük  atasının  yanında  bir  neçə  il  fəzilətə  və  yüksək 

xüsusiyyətlərə malik olmağı öyrəndi, zahiri və batini ülviliyin kamal 

mərtəbələrini  qət  etdi,  onun  hidayət  və  irşad  sahibi  olması  xəbəri 

(seyt)  bütün  dünyaya  yayıldı.  "Nəfəhatül-üns"*  kitabının  müəllifi 

                                                                                                               

Könül yolçuları ölməyir, ölməz.  

Ölüm onlar üçün qəlbin xilası.  

Kim fəna zövqünü dadmasa, bilməz  

Ki, yazdan əlvandır xəzan libası." 




62 

 

"bütün  dövrlərin  sirrlərini  kəşf  edən  (kaşef)"**  Seyid  Qasım 



Ənvarın***  mədhində  belə  deyir:  "Hələ  məlum  deyildir  ki,  bütün 

dünyada  pak  imamlardan  sonra  Seyid  Qasım  Ənvar  kimi  başqa  bir 

adam  tapıla  bilsin."  Sonra  sözlərini  izhar  edib  yazır:  "İradət  və 

müridçilik baxımından Allahın o arif bəndəsi (arife-rəbbani) həzrət 

Şeyx Sədrəddin Ərdəbilinin davamcısıdır." Xülasə, o həzrət yüksək 

nejadlı atasının vəfatı vaxtı irşad sərvətinin xəzinədarı oldu, səadətli 

atasının  vəfatından  sonra  isə  Sultaniyyə  səfərindən  qayıtdı.  O  ali 

sülalənin üzvləri onun aləmi bəzəyən cəmalını müşahidə edib şeyxi 

yas libasından çıxarmaqdan ötrü bir təziyə məclisi qurdular, düzgün 

yolu  (təriqe-möbin)  müəyyənləşdirənlər  əməlinin  paklıq  və 

niyyətinin  xoşxahlıq  olduğuna  görə  o  həzrəti  həzrət  şeyxin 

vəsiyyətinə əsasən irşad taxtına əyləşdirdilər, ona itaət etdilər [və o 

irşad  taxtı]  məliklər  və  şərafətli  şəxslər  üçün  səadət  qapısı  oldu. 

Moğol  (monqol  -  Ş.F.)  əmir  və  əyanlarının  o  irşad  xəzinələrinin 

xəzinədarına  böyük  etimadları  vardı  və  şeyx  gün-gündən  izzət  və 

sərvərlik meracına yüksəlirdi. 

Onun  himmət  memarı  hal-hazırda  hamının  ziyarətgahına 

(motafe-təvayef) çevrilən böyük bir bina, sultanül-övliyanın şərəfinə 

mübarək bir türbə (mərqəd) tikdirdi, həmçinin oranın mühafizə evini 

(darül-heffaz)  və  başqa  tikililəri  öz  vəsaiti  ilə  olduqca  gözəl 

görünüşdə  inşa  etdirdi,  o  yerlərə  xoş  səsli  Quran  qiraətçilərini 

(hafezan)  cəlb  etdi.  O  tarixdən  bu  tarixədək  həmin  işıq  və  rəhmət 

məskənindən gecə-gündüz Quran təlavəti eşidilməkdədir. 

 

Beytlər 



 

O pak məzar üstə şövqə gələrək  

Bir türbə ucaltdı cənnət qəsritək.  

İlahi feyz ilə özül qoyuldu,  

Ayla gün o qəsrin kərpici oldu.  

Göylərə baş vurdu başı qübbənin  

Hər görən "tayıdır,- dedi.-Kə'bənin". 

Türbə hafizləri gündüz və gecə  

Təsbih və təhlillə

81

 məşğuldur necə!



82

 

                                                           



81

 Qeyd: Təsbih - "sübhanallah", təhlil isə "Lə iləhə illəllahu vəh-dəhu lə şərikə ləhu. 

Ləhul  mulku  və  ləhul  həmdu  və  huvə  alə  kıılli  şə'yin  qadirun"  ifadəsinin  zikridir. 

Təsbihdəki sübhanallah - "Allah pak və nöqsansızdır" deməkdir; Təhlildəki cümlə isə 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə