Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə30/340
tarix26.08.2018
ölçüsü4,41 Mb.
#64733
1   ...   26   27   28   29   30   31   32   33   ...   340

83 

 

Şirvan  əhalisinin  bəzi  hissəsi  Gülüstan  qalasında 



olduğundan [o həzrət] Bakı qalasından çıxaraq,  Gülüstan qalasının 

yaxınlığına gəldi. 

Şirvan vilayətinin uca və məşhur qalalarından olan bu qala 

mühasirəyə  alındı.  Mühasirə  vaxtı  qeyb  aləmindən  xəbər  gətirən 

mələk  (soruş)  o  həzrətə  Azərbaycanın  səltənət  taxtına  və 

padşahlığına  yetişmək  müjdəsi  verdi.  Həmin  mələk  röya  aləmində 

ona belə demişdi: "Həqir bir alacəhrə quşu (sə ve) iqbal ənginliyinin 

uca  uçan  şahbazını  ovlaya  bilməz".  O  həzrət  əzəmətli  əmirləri 

çağırıb onlara dedi:  "Sizə  Gülüstan qalası lazımdır, ya  Azərbaycan 

taxtı?".  Müqəddəs  Səfəvi  xanədanına  etiqadı  olan  adamlar  sədaqət 

və  müdriklik  aləminə  qapılıb,  ilham  dilinin  sidq  sözlərini  bəyan 

edərək, bu fikri düzgün sandılar, Azərbaycan taxtının müjdəsi ilə öz 

sevinc sözlərini Keyvan** eylamnadək (eyvane-Keyvan) ucaltdılar. 

Bu  əsnada  əmirzadə  Əlvəndin***  artıq  türkman  əsgərləri  ilə 

Naxçıvana  gəlmə  və  Süleyman  şanlı  xaqanla  döyüşməkdən  ötrü 

türkman döyüşçü dəstələrini təyin etmə xəbəri gəlib-çatdı. 

O  həzrətin  işıqlı  qəlb  ocağında  (kanune-zəmire-monir) 

qeyrət şöləsi alovlandı və Gülüstan qalasını tutmaqdan birdəfəlik əl 

çəkərək, qeyb aləminin xəbərgətirənlərinin (monhiyane-aləme-ğeyb) 

işarəsi ilə qala ayağından qalxdı və Azərbaycana yollandı. 



 

SÜLEYMAN ŞANLI XAQANIN MİRZƏ ƏLVƏND 

TÜRKMANLA HƏRBİ VƏ ONUN ALLAHIN 

KÖMƏYİ İLƏ ZƏFƏR ÇALMASININ ZİKRİ 

 

[Əmirzadə  Əlvənd]  Naxçıvanda  olarkən,  Süleyman  şanlı 



xaqanın  Azərbaycana  yürüş  xəbərini  eşitdi,  ordusundakı  otuz  min 

döyüşçüsü ilə o həzrətin qarşısına  yollandı. Amma Süleyman şanlı 

xaqanın  sücaəti  və  qorxmazlığı  (delavəri),  həmçinin  pərvanə  kimi 

özlərini atəşə vurub ölümü əbədi həyat bilən qızılbaşların fədəkarlığı 

(fədəviyyət)  türkmanları  bərk  qorxuya  salmışdı.  Doqquz  yüz 

yeddinci  ildə  (miladi  1501),  Naxçıvanın  Şərurunda  tərəflər  bir-

biriylə  qarşılaşdılar.  Yeddi  min  nəfərdən  ibarət  qızılbaş  ləşkərinin 

dilavərləri  fədai  kimi  döyüş  meydanına  qədəm  ataraq,  onlara  qarşı 

mərdanəlik  göstərdilər,  qarşı  tərəfdən  də  türkman  döyüşçüləri 

bacardıqları  qədər  cidd-cəhd  etməyə  başladılar.  Amma,  Allahın 

istəyi ilə zəfər, qələbə və tale (eqbal) amalları zəfər olan (zəfərməal) 

qızılbaşlara  nəsib  oldu,  əmirzadə  Əlvənd  məğlub  edildi, 




84 

 

türkmanların  böyük  əmirlərinin  və  əyan-əşrafının  çoxu,  habelə 



saysız-hesabsız  döyüşçüsü  həmin  mərəkədə  öldürüldü,  qalibiyyətli 

qoşuna  bol  qənimət  qismət  oldu.  Azərbaycanda  qalmağa  macal 

tapmayan Mirzə Əlvənd Ərzincana qaçdı, Süleyman şanlı xaqan isə 

zəfərlə Təbriz darüssəltənəsinə çataraq, padşahlıq taxtına əyləşdi və 

islamın  isnaəşəri  haqq  məzhəbi  zühura  gəldi.  Minbərlərdən 

imamiyyə*  xütbəsi  eşidildi,  pulların  (dənanir)  üstündə  "La  ilahə 

illəllah  və  Məhəmməd  rəsulillah  və  Əli  vəliyullah"  yazıldı  və 

sikkələr "Allah" sözü ilə bəzəndi. Zəlalət sahiblərinin (ərbabe-zolal) 

dinsiz  adətlərindən  əcər-əlamət  qalmadı.  Gözəl  əxlaq  və  pak 

davranışlı  əhli-beytin  şiyələri,  yəni  indiyədək  öz  dini  əqidələrini 

gizlədənlər  (təqiyyə),  imamiyyə  haqq  məzhəbinə  gəldilər,  buna 

müxalif  olanlarsa  zaviyələrdə  gizləndilər.  O  həzrətin  mətanəti 

(səlabət) və qüvvəti (qəhhari) barədə xəbər ətrafa yayıldı, onun atəş 

yağdıran  qılıncının  şöləsi  fələyə  ucaldı.  Mirzə  Əlvənd  bir  dəstə 

adam  toplayıb  Əzrincandan  Azərbaycana  yürüşə  başladı.  Şahın 

qələbə  ayəli  qoşunu  Tərcan  yoluyla  Əzrincana  yollanan  vaxt 

[Əlvənd]  Təbriz darüssəltənəsinə çatıb rəiyyətin  və  varlı adamların 

mallarına  əl  uzatdı,  oradan  Ucana*  getdi.  Cahanlar  tuta  biləcək 

ordunun  ona  yaxınlaşdığını  bilib,  orada  qalmayaraq,  Ucandan 

Həmədana  getdi,  oradan  da  Bağdada  üz  tutdu.  İşi  gətirmədiyindən 

və  orada  Qasım  bəy  Pornakla  döyüşməyi  bacarmadığından, 

Diyarbəkrə  gəldi,  o  həzrətlə  döyüş  əmri  ilə  Həmədan  yaxınlığına 

qayıtdı.  Türkman  döyüşçülərindən  yetmiş  min  nəfərədək  adam 

toplayan  Əlvəndin  üç  yüz  araba  topu,  zərbzəni  və  yaraq-yasaqı 

vardı.  Bu  tərəfdənsə,  Süleyman  şanlı  xaqan  inadkar  iqbal 

döyüşçüləri  ilə  İlahinin  inayətinə  və  müqəddəs  imam  ruhlarının 

köməyinə  bel  bağlayaraq,  müqəddəs  qoşunundakı  yüksək  qızılbaş 

tayfalarından  on  iki  min  döyüşçü  ilə  düşmənə  qarşı  yola  düşdü. 

Allah ona yar olsun! 

 

SÜLEYMAN ŞANLI XAQANIN SULTAN MURADLA 



MÜHARBƏSİ VƏ ALLAHIN KÖMƏYİ İLƏ İRAQİ-

ƏCƏMİN, FARSIN VƏ KİRMANIN FƏTH  

OLUNMASININ ZİKRİ 

 

Doqquz  yüz  səkkizinci  il  zilhiccə  ayının  iyirmi  dördü 



(miladi  1503,  21  iyun)  şənbə  günü  Həmədanın  Alma  bulağı  adlı 

yerində  onların  arasında  böyük  hərb  oldu. Süleyman  şanlı  xaqanın 




85 

 

heydəri  qol  gücü  və  isnaəşəri  dövlət  günəşinin  xoşbəxt  doğuşuna 



görə o, müqayisəsiz ləşkərə qalib gələrək, həmin mərəkədə türkman 

döyüşçülərinin  kələyini  kəsdi.  Süleyman  şanlı  xaqanın  həmişə 

"Namurad"  adlandırdığı  Sultan  Murad**,  eləcə  adlandırıldığına 

uyğun olaraq, bəxti dönük və muradsız halda (namurad) fərar yoluna 

düşüb  Şiraza  getdi.  Bü  döyüşdə  müzəffər  əsgərlərin  əlinə  bol 

qənimət çatdı, atlar və hər diyardan toplanılan saysız-hesabsız başqa 

mallar  keçdi,  Süleyman  şanlı  xaqan  ətraf  yerlərə  fəthnamələr* 

göndərdi.  Ətraf  yerlərin  məlikləri  və  başqa-başqa  məmləkətlərin 

əyanları  türkman  sultanlarının  uğursuz  və  bəxti  dönük  olduqları 

barədə yəqinliq hasil etdilər, şahın ucalan dövlətinə ümüdvar olaraq, 

aləmpənah  dərgaha  gəldilər,  yer-yerdən  onun  hüzuruna  elçilər* 

yollanıldı. Dünya sultanlarının fəthlərinin ziynəti (təraz) olan bu fəth 

dildən-dilə düşdü, [şaha] təbriklər və peşkəşlər göndərildi. Müzəffər 

ordu  o  baharı  Əlvənd  dağının  ətəyində  keçirib,  bahar  günlərini 

həmin  cənnət  gözəlliyində  olan  yerdə  eyş-işrət,  seyr  və  söhbətlə 

başa vurdu. O, əsnada münhilər** xəbər gətirdilər ki, Sultan Murad 

Şiraz  darülmülkündə  əyləşib,  Fars  məmləkətlərində  özünü 

möhkəmlətməklə  məşğuldur.  Süleyman  şanlı  xaqan  öz  istirahətini 

saxlayıb  Təxti-Süleyman  səmtinə  yollandı,  uca  bəxtli  müzəffər 

əsgərləri ilə İsfahan darülmülkünə təşrif apardı, ordansa Şiraza tərəf 

hücumla rəvan oldu. Hümayun şah qoşununun (rayat) gəlişi xəbərini 

eşidəndə Sultan Murad qorxdu, hümayun dövlətin hücumuna qarşı 

çıxmaq üçün özündə güc görməyərək Şüstərə tərəf qaçdı. Müzəffər 

ordu  isə  şan-şöhrət  və  kamranlıqla  Təxti-Süleyman  yüksəkliyinə 

qədəm basdı  və Şiraz darülmülkü bu sərəfraz padşahın iqamət yeri 

oldu. Fars [vilayətinin] camaatı və əyanları onun ali sarayına gələrək 

layiqli  peşkəşlər  gətirdilər,  bütün  fars  əhalisi  Mürtəza  xislətli  o 

padşahın ədalət kölgəsi altında dövr hadisələrindən asudə yaşamağa 

başladılar.  Amma,  namurad  Sultan  Murad  müzəffər  qazilərin 

hücumunun  qorxusundan  Şüstərdə  qala  bilməyib,  oradan  Bağdada 

yollandı.  Oranın  da  vəziyyətini,  Barik  Pornakın  o  yerləri  istila 

etdiyinə  görə özünə  münasib  görmədi.  Hümayun xaqan ordusunun 

oraya yürüş xəbəri yayıldıqda dayana bilməyərək adı çəkilən Bariklə 

birlikdə  Hələbə  getdi,  bir  neçə  vaxt  Misir  və  Şam  padşahı  Sultan 

Qansunun***  dövlət  kölgəsi  altında  güzəran  keçirdi,  oradan 

çıxdıqdan sonra Diyarbəkr və Rüstəmdara getdi, zülqədər faydasının 

hakimi  və  Mürqəş  (?)  ölkəsinin  varisi  olan  Əlaüddövləyə 

sığınmaqdan  ötrü  onun  yanına  yollandı.  Sultan  Muradın  gələcək 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə