92
döyüşçüləri isə fərara başladılar. Bu məğlubiyyətindən sonra
Əlaüddövlə öz fərzəndləri və qohumları arasında qara keçədən
(nəməd) libas geyinməyə başladı. Onun əmirləri də çiyinlərinə qara
keçələr salaraq təziyə saxlamağa başladılar ki, [indiyə kimi] belə bir
təziyə mərasimi heç vaxt olmamışdı. Əlaüddövlə tamah dişini
Diyarbəkrdən çəkərək, bihudə səylər etdisə də, onun dövləti özünə
gələ
bilmədi.
Əlaüddövlənin
ard-ardınca
üz
verən
məğlubiyyətlərindən, həmçinin onun övlad, əmir və döyüşçülərinin
öldürülməyindən xəbərdar olan Rum padşahının ürəyində ona qarşı
qədim bir kin vardı. O, furəsti qənimət bilərək, Əlaüddövlənin
üzərinə ləşkər çəkdi və aralarında hərb başlandı, rumilərlə olan o
döyüş vaxtı Əlaüddövlə öldürüldü, onun dövləti süqut etdi. Zülqədər
tayfasının bir hissəsi xandgarın (Rum sultanı - Ş.F.), başqa hissəsi
ilə Süleyman şanlı xaqanın mülazimətinə gəldi. Bu Əlaüddövlə
Mərəş və Əlbostan vilayətinin və həşdad min zülqədər evinin sahibi
idi. O silsilədən dörd nəfər həmin vilayətdə hökmranlıq etmişdilər:
Məlik Aslan, Nasirəddin və Əlaüddövlə (üç nəfər olmalıdır - Ş.F.),
amma ata-babalarına nisbətən Əlaüddövlə daha çox iqtidar və
istiqlala yiyələnmiş oldu. O, Rum və Misir padşahları ilə
hiyləgərliklə davranmaqdaydı. Yanına Rum elçiləri gəldikdə, bütün
mülazimlərinə Misir cəng libasları geyindirib onlara deyirdi: "Bu
libasları mənə Misir padşahı göndərmişdir. O, Rum ləşkərini dəf
etməkdən ötrü mənə belə kömək göstərməkdədir, çünkü mən
xandgarın dostluğuna inanmıram". Əlaüddövlə Misir padşahına da
bu qayda üzrə sözlər söyləyir, onların hər ikisindən faydalanırdı.
Onun həmişə dediyi bu cümlələr məşhurdur: "Mənim iki qızıl
quşum var ki, biri gümüş, o birisi isə qızıl yumurta doğur". Xülasə,
zülqədərlərlə cəng gedən vaxtlarda Əlaüddövlənin yanına gedərək
onun damadı olmuş Sultan Murad rumilərin əlinə keçdi. Sultan
Səlim ehtiram edib onu bir müddət öz yanında saxladı. Süleyman
şanlı xaqanın üzərinə hücuma keçən illərdə Rum padşahı, Sultan
Muradı yanında saxlamağı məsləhət bilmədi. Buna görə də o,
rumilərdən ayrıldı, ətrafına yığılan bir dəstə adamla Sultan Qacarın
kiçik sarayı (soraçe) üzərinə yürüş etdi. Səkkiz yüz nəfərlə hərbə
yollanan Sultan Murad onun səkkiz minlik ləşkərinə qalib gəlsə də,
həmin mərəkədə öldürüldü. Əcə Sultan (?) onun başını və üzüyünü
bir nişanə kimi aləmpənah dərgaha göndərdi və “Miş Sultan” adı ilə
ləqəbləndirildi*. Sultan Muradın qətli ilə ağqoyunlu sultanlarının
dövləti süqut etdi. Bu hadisənin İraqi-Ərəbin fəthindən sonra baş
93
verməsinə baxmayaraq, biz yeri düşdüyünə görə bu haqda məlumat
verdik.
HÜMAYUN MƏİYYƏTİN İRAQİ-ƏRƏBƏ YÜRÜŞÜNÜN
ZİKRİ, O VİLAYƏTİN FƏTHİ VƏ BAŞ VERƏN
[BAŞQA] HADİSƏLƏRİN BƏYANI
O
vilayətin
fəthi
belə
olmuşdur:
İraqi-Ərəb
məmləkətlərinin əyanları Sultan Murad əhvalatından xəbər
tutduqda, türkman əmirlərindən Barik adlı birisi o mülkü zəbt etdi
və onun mühafizəsinə başladı. Həmin vilayəti tutmaq fikri humayun
şahın da işıqlı beyninə yol açdığı üçün, o, əvvəlcə Barik üçün zərlə
işlənmiş tac, kəmər və xüsusi xələt göndərdi,* onu itaətə dəvət etdi.
Barik məsələnin başlanğıcında şah xələtini həvəslə qəbul edərək,
türkman papağını başından götürüb şahın tac və xələtini özünə
iftixar bildi, özü də bargah adamlarından ötrü layiqli peşkəşlər
yolladı, o vilayət idarəsinin onun ixtiyarında saxlanılması xahişini
etdi. Amma hümayun şahın nəzəri onun göndərdiyi şeylərə qonmadı
və Barikə məktubla bildirdi: "Mənim ürəyimə ali müqəddəslərin
ziyarətgahlarına (ətəbat) getmək fikri düşmüşdür və bu işi yerinə
yetirməliyəm (fəsxe-an nəmişəvəd). Əgər sənin sözlərindən sədaqət
qoxusu gəlirsə, yubanmadan aləmpənah dərgaha gəl və əmirlər
silkinə daxil ol, əks təqdirdə bu dərgaha məkr və hiylə yolu
qapalıdır". Barik bir neçə gün dövlətxahlıq şüarını öz şüarı etdi.
Hümayun yürüşün o səmtə başlanacağı aydınlaşanda qaladarlaq
ehtiyatı və silah-sursat toplamağa başladı. Şahın gəlişinə maneçilik
törətmə şeypurunu çalaraq, zərrin tacı başından atdı. Elə buna görə
də o tərəfə hümayun yürüş başlandı. Şah, Hüseyn bəy Lələni
qoşunun münqəlayı** edib, irəli yolladı. Hüseyn bəy Bağdadın iki
mənzillik*** məsafəsinə çatdıqda Barik qorxuya düşdü. O vilayətin
əksər əyanı şah bargahının adamlarına itaətə meyilləndi, Barik isə
özündə qarşılaşma (moqabele) və qaladarlıq qüdrəti görməyərək, bir
gecə gizlicə Dəcləni keçdi, Sultan Muradla birlikdə yorğun halda
(təəb) Hələbə qaçdı, onlar da oradan çıxıb, yuxarıda yazıldığı kimi,
zülqədərlərə qoşuldular. Ertəsi gün şəhərin əhalisi və əyanları Nəcəf
seyidlərindən olan və o vilayətin ixtiyar sahibinə çevrilən, amma
Barik tərəfindən yüksək şah dövlətinin tərəfdarı kimi quyuya salınan
Seyid bəy Kəmunəni quyudan çıxarıb şahsevənlik şüarı**** elan
etdilər. Seyid Məhəmməd Kəmunə cümə günü came məscidə gedib,
94
hümayun şahın adına isnaəşəri xütbəsi oxudu. O. Hüseyn bəy Lələni
qarşılayaraq, onu Mirzə Pirbudaq bağına* gətirdi. Hüseyn bəy
Bağdadın fəthinin şah dərğahı sayəsində mümkün olduğunu ərz etdi.
Əzəmətli ordu ov edə-edə tələsmədən gedib zəfər və kamranlıqla
darüssəlama (Bağdada - Ş.F.) çatdı. Əhali şadlıqlarını izhar edərək
onları istiqbal etdi, dua mərasiminə başladı. Süleyman şanlı xaqan
darüssəlamın fəth olunması münasibəti ilə o mülkə şükürlər diləyib
doqquz yüz on dördüncü il cəmadüs-sani ayının iyirmisində (miladi
1508, 16 oktyabr) darüssəlama təşrif gətirdi, Seyid Məhəmməd
şahın izzət və ehtiramı ilə şərəfləndi və iftixar etdi, o vilayətin
idarəçiliyi Xadim bəyə verildi, şah onu orada "əbülmənsur" və
"xəlifətül-xüləfa" adları ilə ləqəbləndirdi. Şah oradan çıxaraq öz
ehtiyat və sədaqət üzünü pak Kərbəla torpağına tərəf tutdu, Əbi
Əbdullah əl-Hüseynin və Kərbəla çölü şəhidlərinin nurlu qəbirlərini
ziyarət etməklə müşərrəf oldu, behişt ehtiramlı o rövzənin
gözəlləşməsinə və mücavirlərə ənamlar verilməsinə böyük diqqət
göstərdi. Oradan çıxaraq pak, nurlu vəlayətpənah (İmam Əlinin -
Ş.F.) yəni "o pak nurun, Allah vəlisinin"
103
cənnət mənzilli təvaf*
ehramını*** geyindi, Hillədən Nəcəfi-Əşrəfə getdi, bu böyük
səadətə yetişib xoşbəxt (fayez) oldu, səxavət əlini oranın
xidmətçilərinə ehsan vermək üçün açdı. O, Nəcəfi-Əşrəfin vəqf
qəyyumluğunu (tovliyət) İraqi-Ərəbin bəzi mahalları ilə birlikdə
Seyid Məhəmməd Kəmunəyə verdi və [Kəmunə] həmin işlərlə
məşğul olmağa başladı. [Şah] darüssəlama qayıdaraq, ali nejadlı
imamlar olan Əbi İbrahim Musa əl-Kazimin və Məhəmməd Təqi əl-
Cavadın məzarlarının ziyarəti ilə müşərrəf oldu. Oradan Samirəyə
gedərək həmin şərafətli məkanda dua, ziyarət, ənam və ehsan
rəsmlərini icra etdi.
İraqi-Ərəb məsələlərini nizamladıqdan və mübarək
ocaqlara zəruri diqqətini yetirdikdən sonra [şah] Xuzistan fəthinə
bayraq qaldırıb, o tərəfə rəvan oldu. Xuzistan hüdudunda Hüseyn
bəy Lələ və Bayram bəy Qaramanlını qələbə nişanlı əsgərdən on
min nəfərlə birlikdə Luristan hakimi Məlik Rüstəmin üstünə
göndərdi, humayun ordu isə Həvizəyə tərəf hərəkət etdi. Həmin
vilayətdə yaşayan müşəşə ərəbləri* o vaxtlarda azğınlıq (zəlalət)
yoluna düşərək, şahi-vilayət pənahın (Həzrət Əlinin - Ş.F) Allah
103
İfadənin ərəbcəsi: "Mutəhhiru ənvarin ınnəmə vəliyəkum Allahu"
Dostları ilə paylaş: |