72
çatmaqda idi. Dinpərvər sultan qala ayağından qalxaraq, o pis əməlli
(nabekar) adamlarla döyüşə amadə oldu. Xülasə, Təbərsəran
yaxınlığında o iki qaniçən ləşkər bir-birlərinə çatdı. Hər iki tərəf
qoşunun hərb hazırlığına başlayaraq, öz döyüş səflərini bəzədi. Hərb
atəşi elə şölələndi ki, bir çox dəst və düşmənin ömür xırmanını
yandırıb-yaxdı.
Beytlər
Elə ki, tutdular gəlib səhranı,
Hər iki ləşkərin töküldü qanı.
Bütün qılınclardan şölə çıxırdı,
Oxlardan torpağa al qan axırdı.
95
Bu tərəfdən sufiyyə döyüşçüləri öz şirin canlarından əl
çəkib, qılınc və oxlara qarşı gedirdilər. Xülasə, elə hərb başlandı ki,
sabiq dövrlərdə o cür döyüş az olmuşdur. Vuruş əsnasında Sultan
Bəyçioğlu döyüş meydanının bir dəstəsi ilə o başıuca (sərəfraz)
sultanın qarşısına çıxıb o sərvərə qəsd etdi. Sultan Heydər də o
talesizin (bədəxtər) qarşısına çıxaraq, nizəsi ilə o qiymətsizi
(bədgövhər) at üstündən yerə saldı, qara torpaqla bir etdi. Bəyçioğlu
onu tanıyıb qanından keçməsi üçün yalvardı, Sultan Heydər də
kifəyətlənib onun qətlindən keçdi, Bəyçioğlu yenidən atına süvar
oldu. Müqəddəs ordu mülazimləri Şeyx Heydərdən ondan bu
mərhəmətin səbəbini soruşdular. Dedi: "Onun əcəli hələ gəlib-
çatmayıb, amma mənim ömür günəşimin zavalı gəlib-çatmaqdadır.
Mən bu döyüşdə şəhadət şərbəti içəcəyəm. Qismətə çarə yoxdur".
Xülasə,
bu
xanədanın
dövlət
günəşinin
doğuşu
hələ
müəyyənləşməmişdi. Cəng əsnasında can üzən bir ox qəza
kamanından çıxaraq döyüş meydanının o şahsüvarına dəyib istədiyi
işi yerinə yetirdi. Bu vəqiyyəni görən qazilərin əlləri işdən, işləri
əldən düşdü və o sülalənin yüksəlişdən ötrü açılan dövlət bayrağı
zillət torpağına yıxıldı. Bu kəramətli dudmanın canlarından keçən
95
Beytlərin farscası:
Dər an dəşle-pormohnəte - hovlnak
Bəramixt xune-do ləşkər be xak.
Dəme-tiğ çon şo'le atəşfeşan
Senanha ze zəxme-yəlan xunçekan.
73
bir çox sufisi o dinpərvərlik asimanındakı ayın müqəddəs qoşununda
əcəl saqisinin əlindən ölüm badəsi içdi, cansız halda torpağa düşdü.
"Fotuhate-Yəməni"də yazılmışdır ki, o (tarixçi Yəməni -Ş.F)
məsələnin necə baş verməsini Süleyman şanlı xaqanının (Şah
İsmayıl - Ş.F) əmri ilə o cəng meydanında olmuş Hüseyn bəy Lələ,
Fərrux ağa və başqalarından soruşmuş və ona deyilənləri qələmə
almışdır. Xülasə, Səfəviyyə xənadanının sufiləri o xeyrül-bəşər
mücəssəməsinin mübarək cəsədini Təbərsəranda dəfn etdilər.
Süleyman şanlı xaqanın ikinci dəfə Şeyxşahı cəzalandırmaq üçün
Şirvana hücumu zamanı Sultan Heydərin şəhadətindən iyirmi iki il
ötmüşdü. O, onun pak nəşini dəfn olunduğu yerdən çıxarıb Ərdəbil
darülirşadına apardı, böyük əcdadlarının qəbrləri yanında dəfn etdi.
O hadisə səkkiz yüz doxsan üçüncü ildə (miladi 1488) baş
vermişdir. Allah ona rəhmət etsin. O, comərdlik bostanının
sərvindən (Sultan Heydərdən - Ş.F.) və Həsən padşahın qızından
"Həbibüs-Siyər"* və "Tarixi-cəhanara"** kitablarının müəllifləri
belə yazırlar: Xoşbəxt ulduzlu üç şahzadə vücuda gəldi ki, onların
hər biri vilayət gülzarından çıxan, nihal və xilafət asimanından
doğan ulduz olmuşdu: Əhali arasında Sultanəli padşah kimi tanınan
Sultanəli Mirzə, İsmayıl Mirzə və Seyid İbrahim Mirzə. Xülasə,
qələbədən sonra Sultan Bəyçioğlu Təbrizə qayıtdı. Sultan Heydərin
ortaya çıxmasından (xoruc) vahiməyə düşmüş Sultan Yaqubun
qorxusu aradan getdi.
SULTANƏLİ PADŞAH İBN SULTAN
HEYDƏRİN SƏADƏT MİNVALLI ƏHVALI VƏ
BÖYÜK XALİQİN TƏQDİRİ İLƏ O HƏZRƏTİN
ŞƏHADƏTƏ YETİŞMƏYİNİN ZİKRİ
İradət və sədaqət məmləkətlərinin fatehləri olan bu
xanədanın səadət nişanlı sufiləri alinejad adamların övladı olan o
dindar sultanla (Sultan Heydərlə - Ş.F.) vidalaşdıqdan sonra iradət
təriqətini sədaqət qədəmləri ilə adlayaraq, qalib bəxtinin köməyi
sayəsində Ərdəbildə bir yerə yığılıb, yaşına görə səltənət və irşad
taxtına layiq olan həzrət Sultanəliyə öz əqidə birliklərini izhar və
ona beyət*** edir, hərb alətlərinin tədarükündə olurdular. İftiraçı
adamlar (ərbabe-qəmz və səayət) Sultan Yaquba dedilər ki, Sultan
Heydərin əziz (ərcomənd) oğlu səadətli atasının yerinə qaimməqam
olmuşdur və onun dövlət bayrağı tezliklə göyə ucalacaqdır. Sultan
74
Yaqub Ələmşah bəyim kimi məşhurlaşan və ali mənzilli
şahzadələrin anası olan əzəmətli bacısı Həlimə bəyimin həqpərəst
məsləkini, qohumluğunu və incikliyini (azərm) gördü və ona öz
məhəbbətini göstərdi. Belə ki, sultan məşhur əmirlərdən birini
böyük bir türkman dəstəsi ilə Ərdəbilə göndərib, o kamkarlıq
bəhrinin dürrünün (yəni Sultanəlinin - Ş.F.) ələ gətirilməsini, Farsda
yerləşən Estəxr qalasına aparılmasını, həmin diyarın hakimi Mənsur
bəy Pornaka tapşırılmasını və qalada qalıb yaşamasını tapşırdı ki,
bundan sonra onun iradət əli və sufiyyə təbəqəsinin əlləri o dövlətə
(Ağqoyunlu dövlətinə - Ş.F.) tərəf uzanmasın. Amma, [Sultan
Yaqub] bunu bilmədi ki, Xaliqin istəyi və təqdiri xəlq olunanın
(xəlayiq) tədbir və qüdrətindən yüksəkdir "De: "Ey Malikül-Mulk
(Mülkün Sahibi - Ş.F) olan Allahım! Son dilədiyinə mülkü bəxş
edər, dilədiyindən mülki geri alarsan. Dilədiyini əziz qılar, dilədiyini
zəlil edəlsən."
96
Allah-taala məmləkəti özünün məsləhət bildiyi
adama verəcəkdir. Sultan Yaqubun bu əməli Allaha xoş gəlmədi,
onun dövlət ruxsarına xal vurdu. Xülasə , göndərilən adamlar gedib
Ərdəbilə çatdılar. Sultanəli padşah zəmanəyə görə məsləhət bildi ki,
bir neçə vaxt sağ-salamat qalaraq, zəmanəyə saz olsun.
Çarəsizlikdən, o, hər şeyin Xalqinə təvəkkül etdi, böyük qoşunu,
möhtərəm anası və əziz qardaşları ilə birlikdə Estəxr qalasına doğru
üz tutdu, onlar qorxu və vəhşətlə dolu olan o zindanda yerləşib
ruzigarın cəfa və möhnətinə dözdülər:
Şer
Zindan şan-şərəfdir comərd insana,
Yusif bu səbəbdən düşdü zindana
97
Bu hadisə səkkiz yüz doğsan altıncı ildə (miladi 1490) baş
verdi. Xülasə, həmin qalanın torpağı bir müddət onların etibar
gözləri üçün etibarlı sürmə, o məmləkət isə onların fəzilət
nihallarından ötrü cənnət bağı (xolde-bərin) oldu. Nadir hallardan
96
İfadənin ərəbcəsi: "Qul: Allahummə məliku-l-mulki tuətti-l-mulkə mən təşau və
tunəzziu əl-mulkə mimmən təşau və təuzzu mən təşau və təzullu mən təşau bari
subhanəhu və təala" (Ali-İmran, 26)
97
Beytlərin farscası:
Mərd be zendan şərəf arəd bedəst,
Yusif əz an ruy be zendan neşəst.
Dostları ilə paylaş: |