Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə23/340
tarix26.08.2018
ölçüsü4,41 Mb.
#64733
1   ...   19   20   21   22   23   24   25   26   ...   340

63 

 

 



Elə ki, o müqəddəsin ömrü Allah axtarışı və şəriət pərvərlik 

yolunda sona yetdi, öz hörmətli atasının yanında fəzilət və kəmalət 

öyrənən, həmçinin irfan bəzəyi ilə bəzənən ləyaqətli fərzəndi  Xacə 

Əli*  o  ehtirama  layiq  (sotudexesal)  həzrətin  qaimməqamı  oldu, 

böyük  atasının  pak  cəsədini  əvvəlki  övliyalar  kimi  sultanül-

övliyanın  qübbəsi  göylərə  ucalan  türbəsində  dəfn  etdi,  həmin  şərif 

məkanın  şərəfini  daha  da  çoxaltdı.  Sultan  Xacə  Əli  mücahidə, 

riyazət,  nəfs  toxluğu,  batin  saflığında  "öz  əcdadlarının  yolunu 

davam  etdirən  layiqli  oğul  kimi"

83

  ləyaqətli  şeyxlərdən  olan  ata-



babasının  yolunu  davam  etdirdi,  rəbbani  rəmzlərdən  və  asimani 

sirlərdən  xəbərdar  oldu.  Baş  vermiş  vaqiədən  sonra  o,  hidayət  və 

irşad taxtını öz hümayun parlaqlığıyla bəzədi,  müqəddəs Səfəviyyə 

xanədanının  saf  sufitari**  həmin  saf  adamdan  feyz  və  nur  aldılar. 

Onlar  o  həzrətin  adət  və  xüsusiyyətlərini  daim  müşahidə 

etməkdəydilər.  Deyilənə  görə,  Sultan  Xacə  Əli  böyük  əmir 

sahibqran Əmir Teymurla*" üç dəfə üzbəüz görüşdü. İlk görüş onun 

(Əmir  Teymurun  -  Ş.F.)  Xorasana  yürüş  əmri  ilə  Ceyhun  çayını 

keçib*  gəlməsi  zamanına  təsadüf  etdi.  O  vaxt  əmirin  qamçısı 

(tazyane) çaya düşmüşdü. Nimdaş geyimli bir dərviş həmin qamçını 

sudan  çıxarıb  ona  verdi.  Əmir  Teymur  bu  əhvalatın  yozumunu 

(təfal) dərvişdən xəbər aldıqda o, dedi: "Vətənim Ərdəbil, doğumum 

Dizfuldur,  məzanın  isə  Qüdsi-Xəlil**  olacaq".  Bu  sözlər  batini 

aləmdən xəbər verən o həzrətə aid misallardan biridir. Əmir Teymur 

Bağdaddan  Xüzistana  ləşkər  çəkən  vaxt  Dizful  çayındakı  körpüdə 

çiyninə qara bir xirqə*** salmış bir dərviş ona dedi: "Mən Ceyhun 

                                                                                                               

belə  tərcümə  olunur:  "Allahdan  başqa  ilah  yoxdur,  O  təkdir,  Onun  şəriki  yoxdur, 

hakimiyyət (mülk) Ona məxsusdur. Bütiin tə'riflər (həmd) Ona aiddir. Və O hər şeyə 

qadirdir." 

82

 Beytlərin farscası: 



Dər an mərqede-pak minusereşt  

Fekənde benayi ço qəsre-beheşt.  

Homayun məqami ze feyze-ilah  

Məh-o mehr xeşli əz an bargah.  

Səre- qobbe bər çərx əfraşte,  

Həriməş ze Kəbe neşan daşte.  

Şəb-o ruz hafeze-an asitan  

Be təsbih-o təhlil çon qodsiyan. 

83

 Ərəbcəsi: "Əl-vələdu hurrun yaqtədi bi əbəihi-1-ğuru" 



 


64 

 

çayının sahilində tazyanəni sənə verən həmin dərvişəm. Bizim daha 



bir  görüşümüz  isə  Ərdəbildə  olacaqdır".  Bir  neçə  ildən  sonra  Əmir 

Teymur Rum səfərindən qayıdaraq, əsir tutduğu bir dəstə rum adamı 

ilə  gəlib  Ərdəbil  darülirşadına  çatdı.  Möhtərəm  Şeyx  Səfiəddinin 

tərifini,  yüksək  dərəcələrini  və  məqamının  ucaldığını  eşidib,  onun 

mübarək  qəbrinin  ziyarətinə  gəldi.  Ziyarət  mərasimini  bitirdikdən 

sonra  həmin  türbənin  səccadəneşinlərini  (yüksək  rütbəli  namaz 

qılanlarını  -  Ş.F.)  də  görmək  fikrinə  düşdü.  Ona  Sultan  Xacə  Əli 

barədə  məlumat  verdilər.  Əmir  Teymur  onunla  görüş  üçün  şeyxin 

xəlvətsarayına  gəldi.  Şeyx  ibadət  səccadəsi  üstündə  oturub,  ilahi 

həmd  ilə  məşğuldu.  Xadimlərin  padşahın  gəldiyini  bildirmələrinə 

baxmayaraq,  şeyx  ona  iltifat  göstərməklə,  oturmağı  təklif  etdi, 

əyləşərək  moizə  və nəsihət xəsinəsinin qapılarını onun üzünə açdı, 

əmirin diqqətini xəlqullah barədəki fikirlərlə zənginləşdirdi. Ürəyinə 

yatacaq  hərəkət  müqabilində  öz  iradət  əlini  o  həzrətin  hidayət 

çiyninə  toxundurmaq  məqsədilə  Əmir  Teymur  özü  ilə  üç  şey 

götürmüşdü  ki,  onların  hər  üçünü,  Əmir  Teymurun  əgər  istəyi 

ürəyində tutduğu kimi baş versə, onun iradət əlinə təqdim edib onun 

hidayətini eşitsin. Hər üçü könlü istədiyi kimi oldu. Buna görə də, 

iradət əlini həzrət şeyxə verib, şeyxdən nə xahiş edəcəyini soruşdu. 

Fəqirlik  və  məna  padşahlarının  məgər  surətə****  ehtiyacları 

vardırmı?  Bu  alçaq  dünyanın  xırda  saxsı tör-töküntülərinin  (xəzəf) 

ilahi  mərifətin  qiymətli  cəvahirlər  bazarı  ilə  nə  əlaqəsi?  Şeyxin 

parlaq  beyni  dünyəvi  işlərdən  uzaq,  şərafətli  istəyi  isə  dünya  ilə 

zahiri  əlaqələrdən  kənar  olduğu  üçün  o,  şeylər  barədə  öz  mübarək 

dilini danışdırmadı. Padşahın təkidindən sonra, Allah rizası naminə 

Rum  əsirlərinin  azad  buraxılmasını  xahiş  etdi.  Əmir  Teymur  öz 

razılıq  barmağını  gözünün  üstünə  qoyaraq,  bütün  əsirlərin  azad 

olunması barədə hökm verdi, Ərdəbildə və onun hüdudunda olan bir 

neçə  kəndi  və  məhsuldar  tarlanı  da  öz  halal  pulu  ilə  alaraq,  o 

müqəddəs türbəyə bağışladı, o şərafətli məkanı pənah və bəst* yeri 

elan  etdi,  həmin  yerin  xəracının  o  ali  sülaləyə  (Səfəvilərə  -  Ş.F) 

verilməsini buyurdu. O tarixdən etibarən, həqiqətdə dudmanın azad 

etdiyi  həmin  əsirlər  bu  vəlayət  nişanlı  sülalənin  pak  etiqadlı 

müridləri  və  sufiləri  silkinə  daxil  oldular.  Camaat  arasında  belə 

danışırlar: Əmir Teymurun həzrət Sultan Sədrəddin Musa ilə görüşü 

olmuş və yuxarıda yazılanlar onların arasında baş vermişdir. Amma, 

məsələnin  düzgünlüyü  (əsəh)  bundadır  ki,  [Teymurla]  söhbət  edən 

Sultan Sədrəddin Musa deyil, məhz Sultan Xacə Əli olmuşdur. Mən 




65 

 

tarix  kitablarında,  yaxud  bu  sülalə  haqqındakı  mənzum  və  mənsur 



yazılarda  bu  haqda  heç  nə  oxumamışam,  amma  yuxarıda 

söylənənlərin  şayiə  (təvatöre-əfvah)  olduğunu  bildim  və  bu  barədə 

məlumat  verdim.  [Eyni  vaxtda  bildirirəm  ki,]  qızılbaşların  Bəlxə 

yürüşü  və  Əndxəd  qalasının  qazilər  tərəfindən  alınması  vaxtı 

monqolların  al  tamğası  (möhür)  və  Əmir  Teymurun  möhürünün 

əlaməti  olan  bir  vəqf  dəftəri  (dəftəre-vəqfiyyə)  qazilərin  əlinə 

keçmiş  və  əlahəzrət  zilləllah  şaha  göstərilmişdir  ki,  həmin  vəqf 

dəftərində  həzrət  Sultan  Xacə  Əlinin  bəzi  kəramətləri  haqqında 

məlumat  vardır.  Xülasə,  heç  vaxt  mənəvi  təvaf  və  ziyarətdən 

qalmayan  Allahsevərlik yolunun o yolçusu şəriət qayda-qanununun 

tələbi üzrə öz məqsəd Kəbəsinə getmək şövqü ilə həmin istiqamətə 

yola  düşdü,  irşad  taxtını  (məsnəd)  və  cənnət  əcaclı  (cənnətnehad) 

rovzənin  seyidliyini  (səyadət)  və  vəlayotini  böyük  bir  ağacın 

(dəvhe) bəhrəsi olan Sultan Şeyx İbrahimə" tapşırdı. Bir dəstə haqq 

ohli  (əhli-Haqq)  və  yoqinlik  [yolunun]  ərbabı  ilə  birgə  "hər  kim 

Allahın  şüarlarını  (şəayer)  uca  tutarsa"

84

  [ayəsinə]  əməl  edib, 



beytullah  Həccinə  tərəf  yola  düşdü,  "ləbbeyk"  ("eşidirəm  və  itaət 

edirəm")  deyə-deyə  və  səadət  yolunu  axtara-axtara  həmin  əminlik 

(eymən) vadisinə çatdı. 

Onun səadətli oğlu atasından ayrılığa tab gətirə bilmədi, o 

da faydalı Hicaz* səfərinə başladı, tələb vadisinə səy qədəmi ataraq 

uzun  yol  getdi,  Kəbə  ziyarətinə  yetişərək,  mələk  xislətli  atasının 

ayağını  öpməklə  şərəfləndi.  Ata  ilə  oğul  birlikdə  Həcc  ziyarətini 

başa  vurub  oradan  Qüdsi-Xəlilə  yollandılar,  orada  ənbiyanın 

(nəbilərin  -  Ş.F.)  ruhlarının  (ərvah)  ziyarəti  və  Əqsa  məscidinin 

təvafı  ilə  feyziyab  oldular.  Elə  o  müqəddəs  yerdə  də  Sultan  Xacə 

Əlinin  şərafətli  məzacı  öz  təbii  axarından  dönüb  axirət  səfərinin 

hazırlığına  başladı.  O,  irşad  dəvəsinin  (naqe)  cilovunu  öz  sevimli 

fərzəndinin əlinə  verdi, o səfərdə  yol yoldaşları olanlarla  vidalaşdı, 

həyat nəqdini Qüds aləminin xəzinədarına təhvil verdi. Şeyxin oğlu 

dəfn  mərasiminə  başlayıb,  o  pak  cəsədi  həmin  müqəddəs  torpaqda 

dəfn  etdi.  [Sonra]  müridlər  və  yoldaşlar  (rəfiqan)  zümrəsi  ilə 

birlikdə  o  xoşbəxt  (meymənətəsər)  səfərdən  qayıtdı  və  Ərdəbil 

darülirşadı  onun  hümayun  gəlişiylə  çiçəklənməyə  (13)  başladı. 

Onunla  görüş  xanədan  üzvlərinin  gözlərini  işıqlandırdı  və  onlarm 

dilləri bu şer kimi danışmağa başladı: 

                                                           

84

 İfadənin ərəbcəsi: "Və mən əzzəmə şəaira-1-lahi" 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə