916
tələb etdi. Əbdülmömin xan onları atasının yanına göndərdi və
Abdulla xan onları cəzalandırdı. Ata və oğulun hər biri isə öz dövlət
paytaxtlarına döndülər. Abdulla xan haqqında danışan doğruçu
adamlar belə deyirlər: "Abdulla xan bu hadisədən sonra tez-tez
deyirdi ki, bütün ömrüm boyu etdiyim böyük-böyük müharibələrdə
çox vaxt düşmənə arxa çevirməmişəm, amma ömründən və
dövlətindən ləzzət görə bilməyəcək Əbdülmömin xan məni
ömrümün sonunda fərar arına giriftar etdi". Həqiqətən də
Əbdülmömin xan atasma qarşı üsyan etməyinə görə axırda atasının
qarğışına gəldi, gələcəkdə yazacağımız kimi, ömür və dövlətdən
kam ala bilmədi. Xülasə, ata və oğulun müxalifət xəbəri Türküstana
yayıldıqda, Abdulla xanın əzəməti sayəsində ədəb-ərkanla yaşayan
qazax sultanları üsyana qalxdılar. O cümlədən Təvəkkül Sultan
Qazax özünə "xan" ismi qoyub böyük qoşunla Daşkənd üzərinə
yürüş etdi. Amma, Abdulla xan ona məqabil durmağı özünə layiq
bilməyib, qohumları olan sultanları, məmləkətlərin sərhəd əmirlərini
(məmaleke-soğur) və öz ləşkərini onunla hərbə namizəd etdi,
Daşkəndlə Səmərqənd arasında o iki dəstə arasında böyük cəng baş
verdi. Cülusundan indiyədək bütün cənglərdə qalib gələn
Abdulla xanın ləşkərləri bu dəfə məğlub oldular, onun əmirlərinin
əksəriyyəti, qoşununun tanınmış (məarif) adamları və öz
əqrabasından olan bir neçə sultanı qətlə yetirildi, sağ qalanlarsa
məğlubiyyət və pərişanlıqla Buxaraya gəldilər. Bu iş onun oğluna
qarşı olan küdurət və pərişanlığını bir qədər də artırdı, məsələni
bitirmək qərarına gəldi. Mir Qulbabanı çağırmaqdan ötrü Herata
adam yolladı. O, belə fikirdəydi ki, ləşkərlər toplayıb bu
məğlubiyyətin əvəzini çıxsın. Bundan sonra Mir Qulbaba və
toplanmış əmirlər Təvəkkül xanı dəf etmək və intiqam almaqdan
ötrü yola düşdülər, Abdulla xan Səmərqəndə tərəf yollandı. Elə
orada da oğlunun müxalifəti və qazax ləşkərinin qələbəsi (çirəgi)
səbəbindən məzacı pozuldu, natəvanlıq yatağına düşdü, nəticədə
həyatını, ömrünü əcələ təslim etdi.
917
ABDULLA XANIN VƏFATI, OĞLU ƏBDÜLMÖMİN XANIN
TAXTA CÜLUSU VƏ ABDULLA XANDAN SONRA
DÖVLƏT TAXTINA ÇIXMIŞ ÖZBƏK SULTANLARI
HAKİMİYYƏTİNƏ SON QOYULMASININ ZİKRİ
Abdulla xanın Səmərqənd yaxınlığında xəstələnib əcəli
gözlədiyi min altıncı (miladi 1598) xoruz ilinin axırlarında təbiblərin
onun müalicəsi ilə məşğul olmalarına baxmayaraq, bunun heç bir
faydası olmadı. Abdulla xanın başqa əmirlərinin hamısından şövkət
və iqtidarlı olan atalığı Məhəmməd Baqi Divanbəyi Əbdülmömin
xandan qorxduğuna və ona etibarı olmadığına baxmayaraq, bilirdi
ki, doğma (solbi) oğul sağ ola-ola səllənəti xanın qardaşı oğullarına
vermək əhalinin əqidəsinə xilafdır və qəbulolunmazdır. [Buna görə
də] istər-istəməz Əbdülmömin xanın padşahlığı ilə razılaşıb,
dövlətxahlıq məqamına gəldi, gizlicə adam yollayıb, ona atasının
əlacsız xəstəliyə düçar olmasını xəbər verdi, Səmərqəndə dəvət etdi.
O vaxt Mir Qulbaba Səmərqəndə idi. Xorasan və Mavərənnəhr
hadisələrinin şərhi zamanı Mir Qulbaba adı tez-tez çəkildiyi üçün,
lazım bilindi ki, o vilayətin sözləri etibarlı şəxsləri tərəfindən mir
barədə deyilən fikirlər bu kitabın yazı ipinə düzülsün.
Mir Qulbabanın vəziyyəti:
Mir Qulbaba əslən Səmərqənddən idi. Onun anası Abdulla
xanın dayəsi olmuş və xanı öz südü ilə böyütmüşdü. Özbək və
cığatayların adətinə görə süd qardaşı "kukəltaş" adlanır. Elə buna
görə də o, Abdulla xanın kukəltaşı oldu. Mir fəzilət və kəmalata
yiyələndi, dilini şer yazmağa də açdı. Abdulla xan Mavərənnəhdə
səltənət və cahandarlıq bayrağı qaldırdığı zaman Mir Qulbaba ona
müxtəlif xidmətlər etdi, fədakarlıq (canseparı) göstərdi. İnkişaf,
bacarıq və xidməti müqabilində xan tərəfindən nəvazişlənən və
tərbiyət olunan bu seyid mirin etibarı gün-gündən artmaqdaydı.
Sədarət və əmarət mənsəbinə yetdikdən sonra bir neçə il əzəmət və
iqtidarla Heratda hakim oldu. O, həmin vilayətin əhalisiylə ölçülüb-
biçilmiş və bəyənilən tərzdə rəftar edir, cənab xanın iltifatını
qazandığı üçün daim bütün əmirlərin və dövlət başçılarının həsədinə
səbəb olurdu.
918
Mavərənnəhr padşahı Abdulla xanın vəfatı:
Xülasə, Abdulla xan xəstələndiyi vaxt öz bimarlığından
məyus idi və Mir Qulbabaya qarşı olan böyük məhəbbət və iltifatına
görə, Əbdülmömin xanın mirə olan ədavətini bildiyi üçün, onun
buranı tərk edib-getməsini məsləhət bildi və dedi: "Nə qədər ki,
mənim həyat ipim qırılmamışdır, yola rəvan ol, Əbdülmömin xanın
qəzəb və bəlasından qorunmaqdan ötrü özünü Herat qalasına çatdır,
orada nəyi məsləhət görsən, onu da et". Mir Qulbaba padşahın
yanından mürəxxəs olub [hamıya] belə dedi: "Xan məni [mühüm]
bir xidməti icra etməyə göndərir". O, yanındakı oğlanları və
mülazimləri ilə atlanıb [Herata] rəvan oldu. Məsələdən agah olan
Məhəmməd Baqi Atalıq Divanbəyi, mir Qulbabanın getməyinə görə
Abdulla xanın onu cəzalandıra biləcəyindən qorxub, ona mane
olmaq istədi. Mir Qulbaba gördü ki, adamlar artıq Abdulla xanın bu
ağır vəziyyətindən məyus olmuşlar, belə bir vaxtda Məhəmməd
Baqi ilə mübahisə edə bilməyəcəkdir. Əvvəlcə, kömək istəməkdən
ötrü xanın yanına getdi. Onun balışının yanında olarkən vəziyyətinin
pozulduğunu gördü, müşahidə etdi ki, təbiblər artıq onun
müalicəsindən əllərini üzmüşlər, çünki xanın şüuru qalmamışdı.
Məcbur olub Məhəmməd Baqi Atalıq ilə mülayim söhbətə başladı,
yağlı dili və aqilanə sözləri ilə onu fikrindən döndərdi və belə
söylədi: "Mənim və sənin - hər ikimizin məqsədəuyğun
vəziyyətimiz [səlah] mənim getməyimdən asılıdır, çünki
Əbdülmömin xan mənim kimi sənə qarşı da iltifatsızdır. Bizim hər
ikimizin yaxasının ona verilməsi ağıldan uzaq bir məsələdir. Mənin
Herat qalasında olacağım təqdirdə sən və Abdulla xan
tərəfdarlarının heç biri Əbdülmömin xan tərəfindən tutula bilməz.
Sən əgər mənimlə razılaşsan biz nicat tapa bilərik". Məhəmməd
Baqi Divanbəyi mirin getməyinə razı oldu və onlar bir-biriləri ilə
əhd edib şərtləşdikdən sonra mir eşiyə çıxıb ata süvar oldu. Mir
Qulbaba yola düşən vaxt Abdulla xan artıq keçinmişdisə də, o, bunu
heç kimə demədi və bu hadisədən onun mülazimlərindən heç kəsin
xəbəri olmadı. Amma, xanın vəfatını böyük etimad etdiyi və
tərbiyətləndirdiyi əmirlərindən olan Mövlana Qaraya
bildirmişdi. Onlar Ceyhun çayı kənarına çatıb, bir az dayandılar və
gəmiləri gözləməyə başladılar. Gəmi sahiblərindən iki-üç nəfər
salam verərək, xanın əhvalını ondan xəbər aldılar. Mir Qulbaba
biixtiyar ağlamağa başladı, vəziyyət hamıya məlum oldu. Mövlana
Dostları ilə paylaş: |