919
Qara bəzi mülazimlərlə söhbətləşib dedi: "Bu adam padşahdan
(Əbdülmömin xanıdan - Ş.F.) qaçır. O, ya qızılbaşların, yaxud da
cığatayların yanına gedəcəkdir. Görəsən biz niyə onunla gedirik?".
Mir Qulbaba gəmiyə daxil olmaq istərkən Mövlana Qara dedi:
"Abdulla xan dünyadan getmişdir və indi özbəklərin padşahı onun
oğlu Əbdülmömin xandır. Əgər siz onun xidmətinə getməsəniz,
əlinizdə təyinat məktubu olmasa, sizi Herat qalasına qoymayacaqlar.
Yaxşısı budur ki, Bəlx istiqamətinə rəvan olub, [yeni] padşahla
görüşmək şərəfinə yetək". Mir Qulbaba istədi ki, onun ağıllı
təklifinə cavab olaraq "hal-hazırda [Əbdülmömin] xanın yanına
getmək məsləhət deyildir" söyləsin, amma məlum oldu ki, bütün
mülazimlər bir-biriləriylə əlbir olaraq Mövlana Qaranın dediyini
deyirlər. Mövlana Qara açıq-aydın bildirdi: "Siz əgər bu fikrə xilaf
olsanız, bu camaat sizi tutub xanın yanına aparacaq". Mir Qulbaba
onların bu məsələ xüsusunda birliyini görüb, nə qədər çalışdısa da,
bunun faydası olmadı, camaat onu getməyə məcbur etdi və hamı
Əbdülmömin xanın dərgahına yollandı. Mir Qulbaba da, məcbur
olub mülkdən, maldan, bəlkə də həyatdan əlini üzüb məhbus kimi o
istiqamətə rəvan oldu. Əbdülmömin xan Bəlxdən çıxıb Səmərqəndə
gedən vaxt Mir Qulbabanı [onun yanına] apardılar. İşin əvvəlində
xan miri görməkdən (guya) sevinc izhar etdi, [hətta] ona müxtəlif
iltifatlar göstərdi.
Əbdülmömin xanın əmriylə
Mir Qulbabanın iki oğlunun öldürülməsi:
Mir Qulbaba xana ərz etdi: "Bu
vaxta qədərki xidmətimdə
olan xanın əmriylə
təqsirlərim duz-çörəyə hörmətim
və vəlinemətin
haqqını tapdamamağımla əlaqədardır. Bundan sonra vəlinemət-
həzrət xandır. Daha əlimdən gələn qədər xidmət etmək və fədakarlıq
göstərməkdə qüsurum olmayacaqdır". Amma, Mövlana Qara öz
xidmətini xana bildirməkdən ötrü belə dedi: "O istəyirdi ki, Herata
gedib, oranı möhkəmləndirsin və müxalifət bayrağı qaldırsın. Biz
onu zorla buraya gətirmişik". Sözün qısası, Əbdülmömin xan
intiqam məqamına gələrək, onu həbs etdi. Əvvəlcə onun mal və
əşyalarının ələ gətirilməsinə başlandı. Xorasan camaatı ona demişdi
ki, Mir Qulbaba Xorasan və Mavərənnəhrdən əlli min tümən pul
toplamışdır. Xan onun bu vəsaitini aldıqdan sonra cəzaya başladı.
Onun əmriylə mirin iki oğlunu yerə yıxıb atasının gözü önündə
920
qoyun kimi başlarını kəsdilər. Xan dedi: "Oğulların qətli atalarından
ötrü acıdırmı, ya yox?
Mir Qulbabanın qətli:
Bəs sən mənlə atam arasında fəsad yaradıb, məgər
istəmirdinmi ki, atamı məhv edəsən?" Mir Qulbabanın oğlanlarının
qətlindən sonra belə eşidildi ki, xanın özü onun sinəsinə bir ox
vurdu və başqaları isə işini bitirdilər, mir böyük əziyyətlə öldürüldü.
Xan məsələnin başlanğıcında Süleyman Yasavulu
Herata göndərdi, ondan sonrasa o vilayətin hakimliyi xanın
dövlətxah adamlarından olan Hacı bəyə verildi, Hacı bəy tez-tələsik
Herata çatıb hökumət işlərinə başladı.
İndi isə Əbdülmömin xanın [sonrakı] vəziyyətinin şərhinə
qayıdaq. Məhəmməd Baqi Atalığın bir-birinin ardınca Bəlxə
göndərdiyi adamlar oraya çatıb, atasının xəstələnərək vəziyyətinin
pisləşməsi haqda xana xəbər çatdırdıqları vaxt, o, Məhəmməd
Baqinin tez gəlib özünü çatdırmaq barədəki təklifini yubatdı. Çünki,
atasının sağlığında Abdulla xan əmirlərinin bəziləri ona qarşı
müxalifət etdiklərinə görə Əbdülmömin xan onlara etibar etmir,
buna görə də Səmərqəndə getməyini ləngidirdi.
Xülasə, xan öz əsgərlərinin çağırılmaları haqda fərman
verdi. O, çoxlu adamla Bəlxdən çıxıb yavaş-yavaş getməkdə və bəzi
adamlarını irəli yollayıb hər mənzildə vəziyyəti öyrənməkdəydi. Hər
yerə belə xəbər yaymışdı: "Atam bimardır və mən onu yoluxmağa
gedirəm". Abdulla xanın vəfatı xəbəri Səmərqənddə yayılan gün, bir
neçə nəfər bu xəbəri Əbdülmömin xana çatdırıb, göz aydınlığı
almaqdan ötrü onun ordusuna doğru rəvan oldu. Müjdə gətirən
birinci adamı tutub, dilinin boğazından çıxarılması barədə əmr
etməsinə baxmayaraq bu əmrini icra etmədi.
Müjdə verməkdən ötrü ikinci adamın da gəlişindən sonra
atasının ölümünün həqiqət olduğunu bildi, amma ona da etirazla
dedi: "Ataların ölümünü oğullara belə asanlıqla demək olmaz, bəs
siz niyə bu xəbəri mənə bu cür asan söylədiniz və məni pərişan
etdiniz?" Xan gözlərindən şadimanlıq yağışı axıdır, sevincindən
dərisinə sığışmırdı.
Gəlib bu xəbəri çatdıran üçüncü şəxs Məhəmməd Baqi
Divanbəyi və başqa əmirlərin onu padşah elan etmələri barədəki
921
xəbəri söylədikdə, şahanə ali bir məclis quraraq səltənət taxtına
cülus etdi, onun şərəfinə şadimanlıq nağaraları çalındı.
Amma, yenə də [Səmərqəndə] yavaş-yavaş getməkdəydi.
Hər gün əmirlər və əsgərlər hər tərəfdən axışıb onunla görüşürdülər.
Yolda eşitdi ki, Abdulla xanın Səmərqənd və Daşkənddə olan
qardaşı oğlu Hezarə özünə xan ləqəbi götürmüş, Əbdülmömin xanla
müxalifətə başlamış, Hezarənin qohumlarından olan Dostum Sultan
və Özbək Sultan da ona itaət etmişlər, Daşkəndin və Səmərqəndin
ləşkərləri də onun dövlət bayratı altına toplaşmışlar. Əbdülmömin
xan zalım, qaniçən və daşürəkli bir padşah kimi məşhur idi,
qohumlarına və əmisi oğlanlarına qarşı diqqətsizdi. Xan onları
dövlət gülzarının tikanları sanırdı. Onun xasiyyətini bilən Hezarə
xan və qohumları onunla atası arasındakı vəziyyətdən nəticə
çıxararaq, özlərinin və fərzəndlərinin sağ qalmalarından ötrü onunla
müxalifət məqamına gəlmişdilər.
Xülasə, Əbdülmömin xan tam əzəmət və iqtidarla
Səmərqəndə gəlib cahanbanlıq taxtına qədəm basdı. O, Bəlx,
Buxara, Qərşi, Səmərqənd və ətraf yerlərin ləşkərlərini torlayıb,
Hezarə xanın fitnəsini yatırmaqdan ötrü Daşkənbə yollandı. Elə
onlar da xanın qarşısında çıxdılar. Aralarında ağır cəng başlandı.
Əhalinin çoxu Əbdülmömin xana meylli olduğundan müxaliflər
məğlubiyyətə uğradılar və ələ keçdilər. Əbdülmömin xan onları kişi
cinsindən olan fərzəndləri ilə məhv etdi, bir dəqiqə də olsa
rəhmsizliyindən qalmadı. Səmərqənd hakimliyini Məhəmməd Baqi
Divanbəyiyə verib, hər mahala hakimlər təyin edən Əbdülmömin
xan zəfərlə Buxaraya qayıtdı. Qazax sultanzadələri və ətraf yerlərin
hakimləri xanın yanına adam yollayıb, ona öz itaət və bağlılıqlarını
izhar etdilər. Xan Buxarada da, sağlam, qabiliyyətli və dünya
işlərinə maraqları olan qohumlarının və əmi oğlanlarının həyatına
son qoydu.
Xülasə, o, öz dudmanının tüstüsünü (dud), Pir Məhəmməd
Sultan adlı küçələrdə dolaşan bir şəxsdən başqa, göyə ucaltdı. Pir
Məhəmməd ev-eşiksiz bir dərviş idi, həmişə kasıbçılığı və talesizliyi
üzündən küçələrdə yaşayırdı. Xan onu öldürmədi, amma iki-üç
uşaqdan başqa Abdulla xanın bircə qohumunu da sağ qoymadı, ağır
qoşunla Xorasana yürüş etməkdən ötrü Buxaradan çıxıb, Bəlxə
rəvan oldu.
Dostları ilə paylaş: |