Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə320/340
tarix26.08.2018
ölçüsü4,41 Mb.
#64733
1   ...   316   317   318   319   320   321   322   323   ...   340

934 

 

Mazandaranın  gözəl  yerlərində  seyr  və  şikara  başladı,  əsgərlərinin 



cəmləşmələrindən  sonra  Fərhad  xanla  birlikdə  Savə  və  Çəhardeh 

yoluyla  Astrabada  gəldi,  orduya  birləşdi.  Xarəzm  vilayətinin 

padşahı Hacı Məhəmmədlə oğlu Ərəb Məhəmməd,  habelə Şahican 

Mərvinin,  Nisanın  və  Əbivərdin  valisi  Nurməhəmmədxan  ibn 

Əbülməhəmməd,  yuxarıda yazıldığı kimi, Abdulla xanın hücumuna 

görə öz irsi məmləkətlərindən çıxıb hümayun dövlətin kölgəsi altına 

sığınmışdılar  və  indi  şah  ordusunun  tərkibindəydilər.  Bəstam 

çəmənliyi  bir  neçə  gün  müzəffər  əsgərlərin  dayandıqları  yer  oldu. 

Şah orada qalibiyyətli əsgərlərin rəsmi-keçidinə (san) baxdı, [amma] 

Fars və Kirman əsgərləri gəlməmişdilər. 

Belə  bir  vaxtda  Əbdülmömin  xanın,  yuxarıda, 

Mavərənnəhrin  vəziyyəti  bəhsində  söylənildiyi  kimi,  Mir  Qulbaba 

Kukəltaşı  cəzalandırması,  onun  Bəlx,  Buxara,  Səmərqənd  və 

Daşkənddən  ləşkər  çəkib  Hezarə  xan  və  özbək  xanla  cəng  etməsi, 

onlara  qalib  gəlməsi,  fitnəkarlığa  qurşanan  hər  bir  sultanzadəni 

aradan  götürməsi,  bütün  özbəklərin  onun  hakimiyyəti  altına 

keçmələri  və hal-hazırda isə tam şan-şöhrət, istiqlal, qələbə və ağır 

qoşunla Bəlxə və Xorasana yollanması barədə xəbərlər yayıldı. Dar 

düşüncəli  bəzi  şəxslər  [şaha]  bu  il  Xorasana  getməyi  məsləhət 

görmədilər  və  dedilər  ki,  bu  yürüşdə  Astrabad  işlərinin 

tənzimlənməsi  ilə  məşğul  olub  bu  məmləkətin  zəbtindən  xatircəm 

olduqdan sonra geri qayıtmaq lazımdır ki, qoy Əbdülmömin xanın 

gəldiyi qərar məlum olsun və gələn il, vaxta uyğun olaraq, [Xorasan 

yürüşünə başlanılsın]. Əlahəzrət zilləllah şahın ucalarda uçan şahin 

quşu artıq Xorasan  məmləkətlərinin qartalını ovlamaq olduğundan, 

şah elə dar düşüncəli şəxslərin səhv fikirlərinə iltifat göstərmədi. 

Xülasə,  onlar  bir  neçə  gün  göylərə  ucalan  çadır  və 

bargahlarda  qaldıqdan  sonra  Astrabad  işlərinin  nizamlanmasından 

ötrü  oraya  yollandılar.  Mazandaran  hakimliyi  Fərhad  xana  aid 

olduğundan, bu məkana yaxın olan Astrabadı da Mazandarana əlavə 

edib ona tapşırdılar. Əhalinin, əyanların və hərəsi bir bölüyü (bölük) 

özbaşına  olaraq  özünə  tabe  etmiş  Astabad  siyahpuşlarına  nəvaziş 

hökmləri  göndərildi.  Fərhad  xan  özünün  Qaraman  bəy  adlı  bir 

qohumunu  daruğə  təyin  edərək,  onu  üç  yüz  nəfər  qaramanlı  və 

başqa  adamlarla  oraya  yolladı.  Astrabadın  siyahpuş  sərdarları  bir-

biriləri ilə düşmənçilik etdiklərindən və hümayun ordu artıq qızılbaş 

əsgərləriylə təmtəraqla Bəstama gəldiyi üçün, itaət etməkdən başqa 

çarə tapmadılar və adı çəkilən daruğəyə tabe oldular. 




935 

 

Bu işlərin baş verdiyi  vaxt, Əbdülmömin xanın sağlığında 



hələ  xan  rütbəsi  olmayan  Yetim  Sultanın  Yusif  Quşbəyi  adlı  bir 

adamı  elçi  sifətilə  [şahın  yanına]  gəldi.  Yetim  Sutanın  göndərdiyi 

məktub bu  məzmunda idi:  "Abdulla xan dövlətinin yetişdirdiyi biz 

dövlətxah  qardaşlar,  atasından  dönmüş  Əbdülmömin  xandan 

dönərək onunla əlaqəni kəsdik və o, elə buna görə də ürəyində bizə 

qarşı kin saxlayıb ədavət izhar etdi. Hal-hazırda səltənətdə müstəqil 

olan xan, Abdulla xanın sağ olduğu vaxtlarda onunla müttəfiq olan 

adamlardan  intiqam  almaqdadır.  Buna  görə  də,  mənim  məslək 

aşiyanlı  astanadan  (qızılbaş  sarayından  -  Ş.F.)  başqa  heç  bir 

pənahım  yoxdur.  Əgər  hümayun  məiyyət  günəşi  Xorasana  vüsal 

kölgəsi  salarsa,  mən  şahın  tərəfdarları  silsiləsinə  girib  belimə  itaət 

qayışı bağlayacağam". 

Əlahəzrət şah bu xəbərdən sevindi, Herata  gedərək Yetim 

Sultana Yusif Quşbəyi ilə bir neçə baş tazı at və layiqli hədiyyələr 

göndərdi. 

Xülasə,  Bəstam  çəmənliyində  müzəffər  əsgərlərin 

toplanmaları  başa  çatdıqdan  sonra  şah  Hacı  Məhəmməd  xanı 

Astrabad  yoluyla  Xarəzmə  tərəf  rəvan  etdi,  qədim  vaxtlardan 

Xarəzm  sultanlarına  tabe  olan,  Gürqan  və  Ətrək  çayları  kənarında 

yaşayan  yəqə  ürkmanlarının  sayinxani  qəbilələrinə  nəvaziş 

məktubları  göndərdi,  onlan  Hacı  Məhəmməd  xana  itaət  və 

yoldaşlığa dəvət etdi. Hacı Məhəmməd xan da öz nəvələri Bərəndəq 

Sultanı və Uluq Mirzəni şahın mülazimətində saxladı ki, qoy həmişə 

müqəddəs şah məiyyətinin mülazimləri olsunlar. 

Xan  özünün  ən  böyük  oğlu  Ərəb  Məhəmməd  Sultan  və 

başqa övladları ilə [Xarəzmə tərəf] rəvan olduğu  vaxt əlahəzrət də 

zəfər və iqballa Bəstamdan  çıxıb Cacərm yoluyla getdi. Fərhad xan

Azərbaycan  bəylərbəyi  Zülfüqar  xan  və  əsgərlərinin  sayı  on  min 

nəfərədək  olan  bəzi  əmirləri  şah  çərxçisi  və  öndə  gedən  dəstə 

(moqəddemətol - ceyş) şəklində bir mənzil irəli yolladı. 

 

Şah Abbasın Əbdülmömin xana məktubu: 

 

Bu hadisələrin baş verdiyi vaxt şahın nurlu   xatiri   istədi   



ki,   müqəddəs  məiyətin canfəda  mülazimlərinin birini elçi sifətilə 

Əbdülmömin  xanın  yanına  göndərib,  ona  şəfəqqətli  nəsihətlər, 

padşahanə  kəlmələr,  vədlərlə  dolu  bir  məktub  yazsın.  Söhbət 

yasovulu  Ruhulla  bəy  Zülqədər  bu  xidməti  qəbul  etdi  və  həmin 




936 

 

məktub  yazıldı.  Məktubun  xülasəsi  belədir:  "Əbdülmömin  xan  bir 



neçə ildir ki, mülklər tutmaqdan ötrü hər il Xorasana tərəf yürüşlər 

edir. Mənim başım İraqda və sərhəd yerlərində bəzi işlərə  qarışdığı 

üçün  o,  fürsət  tapıb  müqəddəs  Məşhədi  və  Xorasanın  bəzi 

mahallarını  işğal  edib  və  daha  bir  neçə  yeri  əlinə  keçirdi.  Mənim, 

onunla  qarşılaşmaqdan  ötrü,  hər  dəfə  uzaq  yol  qət  edib  İraqdan 

Xorasana gəldiyim vaxt o, müzəffər əskərlərimin önünə çıxmayır və 

özünə  fərar  qərarı  verirdi.  O,  belə  bəhanə  edirdi  ki,  onun  padşah 

olan atası (Abdulla xan  -Ş.E)  qızılbaş padşahı ilə müharibə etməyə 

icazə  vermirmiş.  Həmin get-gəllər nəticəsində Xorasan  vilayəti hər 

iki  tərəf  ləşkərlərinin  at  təpikləri  altında  qalmış,  rəiyyət  və  yoxsul 

əhali  didərgin  və  ev-eşiksiz  olmuşlar.  İndi,  sizin  möhtərəm  atanız 

fani  dünyaya  vida  etmişdir  və  Mavərənnəhr,  Türküstan,  Bəlx  və 

Bədəxşan  səltənəti siz  böyük  nəsildən  olan  şəxsin  əlinə  keçmişdir. 

Siz  artıq  sizə  qarşı  olanları  və  əmi  oğlanlarınızı  dəf  etmişsiniz  və 

başqa  düşməniniz  qalmamışdır.  Artıq  taxta  tam  əyləşmiş  və 

müstəqil  olmuşunuz.  Bütün  özbək  qoşunları  sizin  əmrinizə 

tabedirlər.  Biz  isə,  indi  irsi  mülkümüz  olan  Xorasanın  xilası  üçün 

gəlmişik və bundan ötrü belimizə himmət kəməri bağlamışıq. Əgər, 

inşallah,  bu  dəfə  oranı  tutmaq  bizə  müyəssər  olmazsa,  dövlət 

mərkəzimizə  qayıtmaq  imkammız  olmayacaqdır.  Siz  əgər  bizim 

şəfəqqətli nəsihətlərimizi razılıq qulağı ilə dinləsəniz, yaxşısı budur 

ki, qədimdən bəri İrana daxil olan və bu xanədanın irsi mülkü kimi 

tanınan  Xorasandan  əl  çəkib  birlik,  ülfət  və  üzrxahlıq  məqamına 

gələsiniz  ki,  biz  də  didərginlərin  geri  qayıtmaları  və  Xorasan 

diyarındakı  biçarələrin  asudəliyindən  ötrü  "uzaq  keçmişdə  olduğu 

kimi"


629

, hərb və intiqam büsatı qurmayaq, sizinb məhəbbət, dostluq 

və ülfət edək, dövlətinizin düz yola düşməsinə çalışaq, malımıza və 

ləşkərimizə  köməkçi  olaq.  Siz  indi  məsləhət  qulağınıza  qəflət 

pambığı  salmayın,  dostluq  qapılarını  bağlamayın,  müxalifət  və 

inadkarlıqda israr etməyin, keçən illərdə olduğu kimi məkr və hiylə 

məqamında  olmayın.  İstiqlal  və  iqtidar  mövcud  olduğu  bir  vaxtda 

fərar  etmək  aləm  tərəfindən  bəyənilməz  bir  işdir.  Bu  barədə 

fikirləşərək,  yubanmadan  döyüş  meydanına  mərdanəlik  qədəmi  at 

ki,  daha  bəhanəyə  yer  qalmamışdır.  Haranı  məsləhəl  bilsən,  oranı 

da,  illərdən  bəri  bütün  aləmin  intizar  gözü  ilə  gözlədiyi 

tərəflərimizin  qarşılaşmasına  qərar  ver  ki,  İlahinin  istəyi  örtülü 

                                                           

629


 İfadənin ərəbcəsi: "əl-madi və yuzkəru". 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   316   317   318   319   320   321   322   323   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə