Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə319/340
tarix26.08.2018
ölçüsü4,41 Mb.
#64733
1   ...   315   316   317   318   319   320   321   322   ...   340

931 

 

onlara  qoşulub  Xorasanı  zəbt  etmək  məqamındadırlar,  özbəklər 



qalibiyyətli şah ordusunun gəlişindən bixəbər olmuşlar". 

Amma  əmirlər,  ağsaqqallar  və  atalıqlar  qızılbaşlarla 

müharibə  etməyi  düşünürdülər.  Dəfələrlə  məsləhət  püşkü  atdılar. 

Aqil  adamlar  və  ağsaqqallar,  xüsusilə  mənqət  tayfasından  olan 

sultanzadələrdən  dünyagörmüş  fikir  sahibi  və  tədbirli  adam  olan 

Hacı  bəy  və  Əbülməhəmməd  bəy  dedilər:  "Xorasan  vilayəti 

qızılbaşların  yüzillik  yurd  və  məskəni  olmuşdur  və  özbəklər  heç 

vaxt orada tam üstünlüyə malik olmamışlar. Bizim isə yurdumuz və 

məskənimiz  Mavərənnəhrdir.  Qədim  yurdumuzu  qoyub,  Xorasan 

üstündə təlaş etmək məsləhət deyildir. Mavərənnəhrdəsə padşahlığa 

layiqli adam olmadığı üçün hər şeydən üstün budur ki, o tərəfə üz 

tutaq  və  o  vilayətdə  yaşayaq.  Yox  əgər  Xorasandan  tamam  əl 

çəkmək  istəmirsinizsə,  qoy  Dinməhəmməd  xan  öz  qardaşı  Baqi 

Sultanı iki-üç min nəfər və bir illik azuqə ehtiyatı ilə Herat qalasında 

saxlasın,  həmçinin  Tun,  Qayin,  Sistan  qalalarını  və  Heratın  bu 

tərəfindəki  başqa  mahalları  öz  etibarlı  adamlarına  versin. 

Qızılbaşların  əzəmətli  padşahı  ilə  dostluq  və  səadət  izhan  edib, 

yenidən  məhəbbət  üslublu  bir  məktub  yazsınlar,  onu  bir  adam 

vasitəsilə göndərsinlər və elan etsinlər ki, Allah-təalanın köməyi və 

əlahəzrətin  razılığı  ilə  Əbdülmömin  xanın  istilası  bitmiş,  rahatlıq 

yaranmışdır, özbək əmirləri artıq öz boyunlarına itaət boyunduruğu 

salmışlar. İndi ərz etdiyimiz kimi, sözümüz sözdür və Xorasan sizin 

mülazimlərinizindir.  Biz  isə  bu  sülalənin  dövlət  mərkəzi  olan 

Mavərənnəhrə üz tutmuşuq. Biz müqəddəs Məşhəd, Nişapur, Tərşiz 

və  bəzi  mahalların  qalalarını  boşaldaraq  sizin  mülazimlərinizə 

vermişik. Öz xanəköçümüzü buradan aparmaq zərurəti olduğundan 

sizin inayətinizə, lütfünüzə və fitri (cəbəli) mürüvvətinizə arxalanıb 

öz fərzəndlərimizi, əhl-əyalımızı, həmçinin qardaşım Baqi ilə Herat 

qalasında  saxladığımız  özbək  əmir  və  əyanını  və  namusumuzu  siz 

həzrətin  mülazimlərinə  tapşırırıq.  Himmətinizi  əsirgəməyin. 

İnşaallah  öz  əsl  yurdumuzu  ələ  keçirdikdən  sonra  bizim  səltənət 

kökümüz  möhkəmlənəcəkdir  və  Heratın  və  Xorasanın  başqa 

mahallarını  da  o  tərəfin  fərmanı  altına  verəcəyik.  İndi  isə  böyük 

güman hissi ilə düşünürük ki, qızılbaşların padşahı öz comərdliyinə 

(fotovvət) sadiq qalıb bizim bu səmimi xahişimizi razılıq qulağı ilə 

dinləyəcək,  müvafiqət  və  dostluğun  üstünü  müxalifət  dırnaqı  ilə 

qaşımayacaq,  bu  yürüş  zamanı  müqəddəs  Məşhəd  və  özbəklər 

tərəfindən boşaldılan sair mahallarla kifayətlənəcək,  Herat  və onun 




932 

 

ətrafına  hücum  etməyəcəkdir.  Bizim  işlərimiz  Mavərənnəhrdə, 



Türküstanda,  Bəlxdə  və  Bədəxşanda  istədiyimiz  kimi  yoluna 

qoyulduqdan  və  səltənət  işləri  qaydaya  salındıqdan  sonra,  əgər 

Xorasanın  meylində  olsanız,  iqtidarla  oraya  gələrək,  həmin  yerin 

fəthi, işlərinin tənzimlənməsi və yoluna qoyulması ilə məşğul olarıq, 

yox, əgər belə olmazsa zəmanəyə müvafiq hərəkət edərik". 

Aqil  adamların  və  ağsaqqalların  əksəriyyəti  bu  fikri 

bəyəndilər,  qərarnamə  yazmağa  və  qaladarlıq  ləvazimatı 

hazırlamağa  başladılar.  Onlara  qarşı  olan  bir  neçə  Herat  əhlini  və 

qəbilə  başçılarını  tuıub  həbs  etdilər.  Amma,  bəzi  cahillər  və  dava 

axtaranlar bu  məsləhətlə razılaşmayıb dedilər: "Hal-hazırda qızılbaş 

padşahından xəbər-ətər yoxdur, onların qarşımıza gələn adamlarının 

sayı  isə  on-on  iki  min  nəfərdən  artıq  deyil.  Onların  çox  yaxına 

gəlmələrinə baxmayaraq on-on beş min qızılbaşa arxa çevirib [geri 

çəkilməyimiz]  zəifliyimiz  və  məğlubiyyətimiz  deməkdir.  Əgər, 

beləliklə,  Mavərənnəhrə  qayıdıb  Xorasanı  əldən  verərsək,  bədnam 

olarıq  və  şücaətli  bahadırların  tənəsinə  məruz  qalarıq.  Belə  olan 

halda,  məlumdur  ki,  əlimizdən  nələr  çıxacaqdır.  Bizim  hələ 

Mavərənnəhrin  vəziyyətindən  və  oranın  əmirlərinin  qərarlarından 

xəbərimiz  yoxdur.  Xorasan  məmləkətlərindən  əl  çəkmək  və  nəğdi 

nisyəyə vermək ağıl və mərdanəliyə dəlalət etməz. Bu camaatın hərb 

kəmərini  belimizə  bağlayaraq,  gərək  mərdliklə  onların  dəf 

olunmasına  başlayaq.  Əgər  qalib  gəlsək,  xanlıq  iqtidarının  səsi 

ucalar və bütün işlər məqsədimizə uyğun qaydaya düşər, yox, əgər, 

Allah eləməsin, başqa cür olarsa, onlardan bir daha üzr istəyərik". 

Dinməhəmməd  xan  ikinci  fikrə  meyl  etdi.  Xorasandakı 

hakimliyin  ləzzəti  başlarından  getməyən  dalaşqan  cahillərin 

əksəriyyəti də bu məsləhəti üstün tutdular. Abdulla xanın sağlığında 

Xorasanda  baş  vermiş  hərc-mərclik  zamanı  bəzi  tədbirsiz  qızılbaş 

əmirləri  ilə  vuruşub  qalib  gələn  Dinməhəmməd  xan  qızılbaşlarla 

hərbi asan anlayıb, qüruru üzündən müharibə etmək qərarına gəldi. 

Çıxıb  buradan  getmək  istəyən  bəzi  adamlar  qorxaq  (cobn)  kimi 

görünmək  istəmədikləri  üçün  sakit  dayandılar.  Aqil  və  bacarıqlı 

adam  olan  Əbülməhəmməd  bəy,  xanın  qızılbaşlarla  hərbini 

istəmədiyindən  və  onun  vəziyyətinin  ürək  istəyincə  olmayacağını 

müşahidə  etdiyindən,  bir  gecə  çoxlu  özbəklə  ondan  ayrılıb  fərar 

yoluna  düşdü.  Bu  məsələdən  agah  olan  Dinməhəmməd  xan  artıq 

bəyin uzun məsafə qət etdiyini bilib əlini ondan üzdü. 



933 

 

Bu  əsnada  İraqdan  qorxulu  məlumat  gəldiyi  üçün 



qızılbaşların geriyə qayıtma xəbəri gəlib çatdı. [Özbəklər] qaladarlıq 

etmək fikrini başlarından atıb, onları təqib etmək əzmi ilə Xacə Nur 

bağçasından çıxaraq irəli gəldilər. Dinməhəmməd xan ürəkləndi  və 

onunla  əlahəzrət  arasında  Heratın  Robate-Pəryan  adlı  yerində 

qarşılaşma  vaqe  oldu  ki,  onun  şərhi  [bu  kitabın]  Xorasanın  fəthi, 

Dinməhəmməd  xanın    itkisi    (təzyi)    və    Mavərənnəhrin    başqa  

hadisələri  hissəsi  yazılarkən  veriləcəkdir,  əgər  tək  olan  Allah 

istərsə.


628

 

 



XORASAN FƏTHİNİN BAŞLANMASI VƏ BU 

HADİSƏLƏRİN BAŞ VERMƏSİ VAXTIALLAH-TƏALANIN 

İSTƏYİ İLƏ OLMUŞ BƏZİ MƏSƏLƏLƏRİN BƏYANI 

 

Bundan  əvvəl,  zirək  qələm  belə  yazmışdı:  Bu  il  əlahəzrət 

zilləllah şahın ilhamlı başına Xorasana  yürüş etmək fikri düşdü. O 

həzrət  səfər  ləvazimatı  hazırlamaqdaydı  ki,  Abdulla  xan  özbəyin 

vəfatı xəbəri gəlib çatdı. Şahın istəyi daha da şiddətləndi, öz düzgün 

əzmi  və xoşbəxt taleyinə rəğmən  min altıncı ilin mübarək ramazan 

ayının  üçündə  (miladi  1598,  9  aprel)  uğurlu  bir  saatda  İsfahan 

darüssəltənəsindən  çıxıb,  bir  neçə  gün  qalibiyyətli  əskərlərin 

məvaciblərinin ödənilməsi və qarşıdakı səfərin zəruri işlərinin təşkili 

ilə  bağlı  Kaşanda  dayandı.  Əlahəzrət  irsi  mülkü  olan  behiştnişan 

Mazandaranda seyr və şikar etmək meylinə düşdü, çünki o mülkün 

ələ  keçirilməsindən  sonra  hələ  oranı  görməmişdi.  Fərhad  xanın 

orada olduğu həmin vilayətə Siyahkuh yoluyla rəvan oldu ki, qoşun 

yığılanadək  bir  neçə  gün  həmin  ürəkaçan  yerdə  qalsın,  seyr  və 

şikardan  sonra  həmin  yolla  Bəstama  getsin.  Əlahəzrət  sərhəd 

əmirlərinin  və  hümayün  əsgərlərin  çağırışı  xüsusunda  hökmlər 

göndərib qərara aldı ki, qorçibaşı əzəmətli qorçilərlə gəlib müzəffər 

orduya  birləşsin,  Allahverdi  xan  Fars  [vilayətinin]  qulam  və 

əsgərləri ilə, Gəncəli xan isə Kirman ləşkəriylə Yəzd və Biyabanək 

yoluyla Xorasana gələrək, cah-cəlal ordusunun dayanacağı hər yerdə 

müzəffər ordu ilə birlikdə olsun. 

Xülasə,  qızılbaş  əmir  və  əskərləri  qəza  fərmanına  uyğun 

olaraq,  dəstə-dəstə  Xorasan  səfərinə  üz  tutdular,  gəlib  Bəstam 

çəmənliyində  toplaşdılar.  Əlahəzrət  də  bir  neçə  gün  behiştnişan 

                                                           

628


  İfadənin ərəbcə: "in şəə-l-lahi təalə vahdəhu-l-aziz". 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   315   316   317   318   319   320   321   322   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə