Azərbaycarı Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına
Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur
Layihənin rəhbəri:
Yaqub Mahmudov
Əməkdar elm xadimi,
AMEA-nın miixbir üzvü,
tarix elmləri doktoru, professor
Q.Ə.Əliyev
tarix elmləri doktoru, professor
V.S.Həsənov
tarix elmləri doktoru
İ.Y.Həsənov
tarix elmləri rıamizədi
Elmi redaktor:
Rəyçilər:
H.V. İsakov. Azərbaycan Respublikasının “Böyük tpək yolu”nun
bərpasında iştirakı (1991-2005-ci Шэг)
Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2011, 284 səh.
Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq “İpək yolu”nun bərpası pro-
sesi monoqrafiyada kompleks şəkildə tədqiq edilmişdir. Əsərdə SSRİ dağıl-
dıqdan sonra respublikanın nəqliyyat-iqtisadi vəziyyətinə aydınlıq gətirilmiş,
“Yeni ipək yolu”nun yaradılmasmın iqtisadi, siyasi zəruriliyi elmi baxımdan
şərh edilmiş, bərpa istiqamətində Avropa Komissiyasmın həyata keçirdiyi layi-
hələr təhlil və tədqiq edilib öyrənilmişdir. Monoqrafiyada həmçinin Ümum-
milli lider Heydər Əliyevin bu sahədəki xidmətləri elmi tədqiqat obyektinə
çevrilmiş, bərpa prosesinin respublikanın nəqliyyat infrastrukturunun yenidən
qurulmasında, regional və beynəlxalq nəqliyyat-iqtisadi əlaqələrin inkişafmda
əsaslı rolu, həmçinin Ermənistanm ölkəmizin iqtisadiyyatına, ekologiyasına
və mədəniyyətinə vurduğu zərbələr elmi baxımdan təhlil və tədqiq edilib
öyrənilmişdir.
Monoqrafiya elm və təhsil sahəsində çalışanlar, tədqiqatçılar, ali məktəb
tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
ISBN 978-9952-34-652-7
© AMEA Tarix İnstitutu, 2011
© “Şərq-Qərb” Nəşriyyat evi, 2011
Azərbaycan Respublikası dövlət müstəqilliyi əldə etdikdən
sonra tariximizin müxtəlif problemlərinin, о cümlədən о1кэ-
mizin iştirak etdiyi qlobal iqtisadi layihələrlə bağlı məsələlərin
tədqiq edilib öyrənilməsi istiqamətində uğurlu addımlar atılmış,
bir çox əsərlər yazılmış, dissertasiyalar
müdafiə edilmişdirsə də,
уепэ də bu qəbildən olan işlərə daha çox ehtiyac duyulmaqdadır.
Bu baxımdan tarix elmləri namizədi Hakim Vəlican oğlu İsako-
vun təqdim etdiyi “Azərbaycan Respublikasının “Böyük İpək
yolu”nun bərpasında iştirakı (1991-2005-ci illər)”adlı mono-
qrafiya böyük əhəmiyyət kəsb edir. Müəllif əsərdə ilk dəfə ola-
raq geniş faktiki və tarixi materiallara əsaslanaraq müasir tarixi
mizin iqtisadi inkişafla bağlı aktual bir istiqamətini - “Böyük
İpək yolu”nun bərpası ilə bağlı problemi hərtərəfli və kompleks
şəkildə tədqiq edərək “Yeni İpək yolu” ilə bağlı elmi dövriyyəyə
yeni, maraqlı faktlar gətirmişdir.
Müəllif əsərin stnıkturunu məntiqi baxımdan düzgün müəy-
yənləşdirərək “Böyük Ipək yolu”nun bərpasmı
tələb edən obyek-
tiv tarixi zərurəti, iqtisadi və siyasi səbəbləri elmi baxımdan
əsaslandırmış, bu prosesdə mühüm əhəmiyyət kəsb edən Avropa
Birliyinin “Traseka” proqramı çərçivəsində həyata keçirdiyi
texniki və investisiya yardım layihələrini оугэпэгэк təhlil etmiş,
bərpa prosesinin ölkənin iqtisadi inkişafındakı rolunu, nəqliy-
yatın müxtəlif növlərinin, rabitənin, yol və liman təsərrüfatmın,
gömrük sisteminin inkişafı kontekstində tədqiq etmişdir.
Monoqrafiyada həmçinin “Yeni İpək yolu”nun yaradılma-
sının elm və mədəniyyətlərin qarşılıqlı zənginləşməsində, turiz-
min inkişafında, ətraf mühitin mühafizəsində və ölkənin sosial
həyatındakı rolu kimi məsələlər də əsaslı tədqiqat obyektinə
çevrilmiş, elmi baxımdan maraq doğuran ümumibşmələr apanlmış
cədvəllər verilmiş və onlar təhlil edilmişdir.
GİRİŞ
1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpa edilməsi ölkəmizin iqtisadi qüdrəti-
nin
yüksəldilməsini, regional və beynəlxalq əməkdaşlığın inkişaf
etdirilməsini, dünya birliyinə daha geniş şəkildə inteqrasiyanı
həyati zərurətə çevirdi. SSRİ-nin dağılması nəticəsində pozulmuş
iqtisadi, xüsusilə də nəqliyyat əlaqələrinin bərpa edilməsi və
yeni əsaslarla təşkil edilməsi mühüm və təxirəsalınmaz vəzifə-
lərdən biri kimi xüsusi əhəmiyyət kəsb etməyə başladı. Bu işdə
Avropa Komissiyasının hazırladığı və ölkə rəhbərliyinin iqtisadi
inkişaf strategiyasmda mühüm yer tutan “Tarixi İpək yolu”nun
bərpası, “Avropa-Qafqaz-Asiya” (TRASEKA) nəqliyyat dəhlizi
layihəsinin həyata keçirilməsi mühüm rol oynadı.
Ümummilli liderimiz Heydər Əliyev məqsədyönlü və kom-
pleks tədbirlər həyata keçirməklə “Tarixi İpək yolu”nun bərpası
ideyasını xəyaldan reallığa çevirdi. Bu nəhəng layihənin gerçəkləş-
dirilməsi nəticəsində ölkəmizin geostrateji və geosiyasi əhəmiyyəti
daha da artmış, Azərbaycan Şərqlə Qərb arasında strateji кофй
rolunu oynayan əlverişli tranzit əhəmiyyətli dövtlətlərdən birinə
çevrilmişdir.
“Tarixi İpək yolu”nun bərpası prosesinin həyata keçirilməsində
mühüm mərhələ 1993-cü il may ayının 3-7-də Avropa Birliyinin
təşəbbüsü ilə Brüsseldə çağınlmış konfransla başlandı. Konfransda
5 Mərkəzi Asiya ölkəsi - Qazaxıstan, Qırğızıstan, Türkmənistan,
Özbəkistan, Tacikistan və 3 Qafqaz respublikası - Azərbaycan,
Gürcüstan və Ermənistanın nəqliyyat və ticarət nazirləri iştirak
etdilər. Adları çəkilən ölkələr üçün “TRASEKA” proqramı və
“Brüssel bəyannaməsi” qəbul olundu. Proqramın əsas məqsədi
aşağıdakılar elan edildi:
-
Müstəqillik əldə etmiş ölkələrin Avropa
və Dünya bazanna
altemativ nəqliyyat marşrutu ilə çıxışını təmin etməklə onlara
iqtisadi və siyasi yardım göstərmək;