- TRASEKA proqramı iştirakçısı olan ölkələr arasında regio
nal əməkdaşlığın genişlənməsinə kömək göstərmək;
- TRASEKA layihələrinin reallaşdınlması işinə maksimum
dərəcədə beynəlxaq maliyyə qurumlannın - Avropa Yenidənqurma
və İnkişaf Bankının, Dünya Bankınm cəlb edilməsinə nail olmaq;
- “Avropa-Qafqaz-Asiya” nəqliyyat dəhlizinin Transavropa
şəbəkəsi ilə inteqrasiysına kömək etmək (236,1).
Konfransda Azərbaycan tərəfindən çıxış edən milli əlaqələn-
dirici akademik Ziyad Səmədzadə qeyd etmişdi ki, müstəqillik
əldə etmiş ölkələrin bazar iqtisadiyyatına uyğunlaşması, dünya
iqtisadi sisteminə inteqrasiyası inkişaf etmiş nəqliyyat şəbəkəsi
olmadan mümkün deyildir. Bu baxımdan TRASEKA proqramı
böyük əhəmiyyətə malikdir. Azərbaycan Şərqlə Qərb arasında
əlverişli coğrafi məkanda yerləşən, zəngin sərvətləri olan əhəmiy-
yətli bir ölkədir. Azərbaycan nümayəndəsi çıxışında həmçinin
proqramın reallaşdmlması baxımından mövcud olan çətinliklərə
toxunmuş, nəqliyyat sahəsində özəl bölmənin yenicə yarandığım,
mövcud yollann dünya standartlarma cavab vermədiyini, dövlətin
maliyyə imkanlannın zəif olduğunu, Qarabağ münaqişəsinin davam
etdiyini bildirmişdir. О, 1993-1995-ci illər üçün TRASEKA
dəhlizinin fəaliyyətində mühüm rol oynayan Bakı dəniz limanının
yenidən qurulması üçün 7,5 mlrd manat (denominasiyaya qədərki
kursla), avtomagistrallann yenidən qurulması üçün 85,6 mlrd
manat, yeni yol texnikasının alınması üçün 36 mlrd manat, hava
nəqliyyatı ilə tranzit yüklərin daşınmasının təşkili üçün 25 mlrd
manatın lazım olduğunu qeyd etmişdir (235, 653-659).
Brüssel bəyannaməsində iştirakçı ölkələr öz üzərlərinə
aşağıdakı öhdəlikləri götürdüklərini bəyan etdilər:
- Ticarət xidmətləri üçün nəqliyyat sisteminin inkişaf etdiril-
məsini;
- Beynəlxalq nəqliyyat və ticarət əlaqələrinin genişləndiril-
məsini;
- Regional nəqliyyat və ticarət sahəsində öz təcrübələrini
mübadilə etməyi;
- Nəqliyyat və ticarət sahəsində beynəlxalq konvensiya və
sazişlərə qoşulmaq niyyətində olduqlannı (235,662-664).
TRASEKA layihəsi bir sıra beynəlxalq təşkilatlar: Avropa
Komissiyası, BMT-nin Avropa Komissarlığı, Asiya və Sakit okean
ölkələri Sosial-İqtisadi Komissiyası (ESKATO), Nəqliyyat Nazir-
lərinin Avropa Konfransı (EKMT) və digər beynəlxalq təşkilat-
lar tərəfindən rəsmən tamnmışdır (223,5).
“Tarixi Ipək yolu”nun bərpası istiqamətində həyata keçirilən
növbəti addımlardan biri 1996-cı ilin mayında Azərbaycan,
Gürcüstan, Türkmənistan və Özbəkistan dövlət başçılarmın işti-
rakı ilə Türkmənistanın Sərəxs şəhərində tranzit yükdaşımanın
tənzimlənməsi, dəmir yolu nəqliyyatının əlaqələndirilməsi haqqmda
sazişin imzalanması oldu. Sazişdə dövlətlərarası yükdaşımalann
hüquqi və tarif əsaslan, tranzit daşımalarına maksimum kömək
göstərilməsi, tariflərin 50% həcmində azaldılması, yüklərin maneə-
siz keçirilməsi, qonmması kimi mühüm məsələlər öz əksini
tapmışdır (100, 15.05,1996).
TRASEKA proqramının reallaşdınlması istiqamətində həyata
keçirilən uğurlu işlərdən biri də 1996-cı ilin dekabnnda Odessada
Azərbaycan, Gürcüstan, Ukrayna dövlət başçılannın Avrasiya
nəqliyyat dəhlizinin yaradılması haqqında sazişi imzalamalan
oldu (25). 1997-ci ilin sentyabnnda Azərbaycan Prezidenti Heydər
Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadzenin görü-
şündə növbəti ildə Qafqazda prezidentlər səviyyəsində konfrans
çağınlması təşəbbüsü irəli sürüldü. Bu razılaşmaya uyğun olaraq
Azərbaycan Respublikası Prezidentinin 17 iyun 1998-ci il tarixli,
830 saylı sərəncamı ilə Bakıda “Tarixi İpək yolu”nun bərpası
üzrə beynəlxalq konfrans çağınlması qərara alındı (22, 1998,
№6, s.252).
“Yeni İpək yolu”nun yaradılması istiqamətində atılan addım-
lardan ən mühümü 1998-ci il sentyabnn 7-də Bakıda “Tarixi
İpək yolu”nun bərpasına dair beynəlxalq konfransm keçirilməsi
oldu. 9 ölkənin - Azərbaycan, Gürcüstan, Özbəkistan, Ukrayna,
Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Bolqanstan dövlət baş-
çılarının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə-
lərinin iştirak etdiyi konfransm mühüm nəticələrindən biri Avropa
İttifaqının TRASEKA proqramı əsasmda “Avropa-Qafqaz-Asiya”
nəqliyyat dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında
“Çoxtərəfli Əsas Saziş və onun beynəlxalq ticarət gəmiçiliyi,
gömrük proseduru və sənədlərin işlənməsi üzrə texniki əlavələr
haqqında” sənədin imzalanması, həmçinin “Bakı Bəyannaməsi-
nin” qəbul edilməsi oldu (126, 1998, №4, s.71). Saziş Bakı kon-
fransında iştirak edən 13 dövlətin - Azərbaycan, Gürcüstan,
Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Turkmenistan,
Tacikistan, Rummiya, Moldova, Ukrayna, Bolqanstan və Türki-
yənin dövlət və hökumət başçılan tərəfindən imzalanmışdır
(177, 2006, №4, s.35). Konfransda BMT, ATƏT, Avropa Birliyi,
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, Dünya Bankı,
Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam Bankı və digər
beynəlxalq təşkilatlann nümayəndələri iştirak etmişlər (69, 275).
Azərbaycanın konfransda əldə etdiyi çox mühüm nəticə-
lərdən biri də ondan ibarət idi ki, qəbul olunmuş sazişə ölkə
Prezidenti Heydər Əliyevin təkidi ilə düzəliş edilmiş və göstəril-
mişdir ki, əgər Ermənistan başlanğıc tranzit və ya qurtancı ərazi
olsa, nəqliyyatla bağlı saziş və ona edilmiş texniki əlavələrin
bütün müddəalan Azərbaycana tətbiq oluna bilməz. Yəni Ermə-
nistan de-fakto TRASEKA proqramından çıxanldı (126, 1999,
№1, s.6-13).
Belə bir cəhəti də qeyd etmək lazımdn- ki, əgər 1993-1995-ci
illərdə həyata keçirilən layihələr başlıca olaraq Qara dəniz və
Xəzər dənizi regionlannda əlaqələrin möhkəmlənməsinə yönəlmiş
və regional xarakter daşıyırdısa, 1998-ci ildə Beynəlxalq Bakı
konfransmda “Çoxtərəfli Əsas Sazişin” imzalanması ilə TRASEKA
proqramı Avrasiya ölkələri arasında nəqliyyat sahəsində çoxtə-
rəfli əməkdaşlığa çevrilmişdir (126, 1998, №4, s.71). Bununla
TRASEKA proqramı nəinki regional, həmçinin beynəlxalq əhə-
miyyət kəsb etmişdir. Təsadüfi deyil ki, Heydər Əliyev “Tarixi
İpək yolu”nun bərpası üzrə Beynəlxalq Bakı konfransınm
qərarlannm yerinə yetirilməsi ilə əlaqədar tədbirlər haqqında”
26 oktyabr 1998-ci il tarixli sərəncamında bu konfransın mühüm
əhəmiyyətini xüsusi qeyd edərək demişdir: “İpək yolu”nun bər-
pası üzrə keçirilmiş beynəlxalq konfrans və burada imzalanmış
sənədlər böyük siyasi, iqtisadi əhəmiyyət kəsb edərək “Avropa-
Qafqaz-Asiya” nəqliyyat dəhlizində yerləşən ölkələrin inkişafı,
onlann təbii ehtiyatlannm mənimsənilməsi, iqtisadi potensialm-
Yüklə Dostları ilə paylaş: |