82
metafizikanı və təbiyyatı araşdırmaq üçün başlıca qaynaqlardan biri olmuşdur.
Artıq XII əsrdə bu əsər ərəb dilindən farscaya tərcümə olunmuşdur. Böyük
mütəfəkkirin fəlsəfəsində varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq məsələləri
sistemli surətdə işıqlandırılmışdır. O, Yaxın və Orta Şərq ölkələrində daha çox
məntiqçi kimi tanınmışdı. Bəhmənyar məntiqi həm elm, həm də sənət baxımından
qiymətləndirmişdir.
Əbunnəcib Əbdülqahir ibn Sührəvərdi (1097-1168), Eynəlqüzzat
Əbülməali Abdulla ibn Məhəmməd Miyanəci (1099-1131), Əbusəid Urməvi
(təvəllüdü və ölümü tarixi bəlli deyildir, XI-XII əsrlərdə yaşadığı məlumdur),
Şihabəddin Əbuhəfs Ömər ibn Məhəmməd Sührəvərdi (1145-1234) bu dövrün
tanınmış Azərbaycan filosoflarından olmuşdur. Onlar Azərbaycanda mötədil
sufizmin görkəmli nümayəndələrindən idilər. Əbusəid Urməvi filosof, ədəbiyyatçı,
nəzm və nəsr əsərlərinin müəllifi idi. Məntiq, riyaziyyat, ilahiyyat onun başlıca
araşdırma obyektlərindən olmuşdur. Əbunnəcib Sührəvərdi Nizamiyyə
mədrəsəsində dərs demiş, bir müddət bu mədrəsəyə başçılıq etmişdir. Yaqut əl-
Həməvi onun halal zəhmətlə yaşamış mütəfəkkir olduğunu qeyd edirdi. Zəncan
yaxınlığındakı Sührəvərd qəsəbəsində anadan olmuş, Bağdaddakı Nizamiyyə
mədrəsəsində təhsil almış, gənclik illərində yoxsul həyat tərzi sürmüş, müdrik
çağında böyük sufi şeyxi kimi tanınmış və buna görə də hakim dairələr tərəfindən
toxunulmaz elan olunmuş Əbunnəcib təqib olunan bir çox mütərəqqi şəxslər üçün
xilaskar rolunu oynamışdır.
60
Mütəfəkkir qeyd edirdi: “Təsəvvüfün əvvəli elm,
ortası əməl, sonu ilahi vergidir. Elm muradı aşkar edir, əməl tələbi
müəyyənləşdirir, ilahi vergi ümid qayəsinə çatdırır”, yəni təsəvvüf şəriətdən
başlanır, təriqətdən (mənəvi kamillik yolundan) keçərək həqiqətdə sona yetir.
Eynəlqüzzat Miyanəci Həmədanda baş qazı olmuş, bu xidmət sahəsində
böyük uğurları və hörməti müqabilində “Eynəlqüzzat” (“Qazıların gözü”) fəxri
adını almışdı.
61
Onun başlıca uğurları fəlsəfə sahəsində aşkara çıxmışdı. Dövrünün
bütün fəlsəfi baxışlarını tənqidi surətdə öyrənmiş Eynəlqüzzat Miyanəci azadfikirli
filosof kimi tanınmışdı. Məhz azadfikirliyinə görə o, 1128-ci ildə həbsxanaya
salınmış, burada “Vətəndən ayrı salınmış qəribin ölkələrin alimlərinə şikayəti” adlı
risalə yazmışdır. Bu əsər müəllifin bədii-estetik və elmi-fəlsəfi baxışları ilə
zəngindir. Bir müddət həbsxanada qaldıqdan sonra filosof Həmədana qaytarılmış
və vaxtilə dərs dediyi mədrəsədə edam olunmuşdur. Edam olunarkən onun 32 yaşı
vardı. Mütəfəkkir 24 yaşınadək daha çox hədis, ədəbiyyat, fiqh, təfsir, sxolastika,
ilahiyyat, peripatetizm problemləri ilə məşğul olmuş, daha sonra isə diqqətini
sufizmin panteist fəlsəfəsinin işlənib hazırlanmasına yönəltmişdir. “Sufizmin
panteist fəlsəfəsi İbn Ərəbidən yarım əsrdən çox əvvəl Eynəlqüzzat Miyanəci
tərəfindən dolğun şəkildə ifadə edilmişdir”.
62
“Şəriətdən kənara çıxan bir kəlamdan
ötrü öldürülmüş”
63
bu mütəfəkkirin sufi panteist təlimi İslam Şərqində
azadfikirliliyin təkamülündə həlledici rol oynamış, onun əsərləri əsasında İbn
Ərəbi, İbn əl-Fariz, Mahmud Şəbüstəri, İmadəddin Nəsimi və digər tanınmış sufi-
83
panteist mütəfəkkirlər cəsarətli müddəalar irəli sürmüşlər, Şihabəddin Əbuhəfs
Ömər ibn Məhəmməd Sührəvərdi bu dövrün məşhur sufi alimlərindən idi.
Müəyyən müddət ərzində Bağdadda baş şeyx vəzifəsini tutmuş bu Azərbaycan
mütəfəkkiri dövrün ictimai, siyasi həyatında fəal mövqe tutmuş, Xilafətin elçisi
olmuş, bir sıra diplomatik danışıqlarda iştirak etmişdir. “Əvarif əl-məarif”
(“Ariflərin töhfələri”) Şihabəddin Ömər Sührəvərdinin ən böyük və məşhur
əsəridir. Sufi elmi ədəbiyyatının incilərindən hesab olunan bu əsər o zaman (XIII
əsrdə) türk və fars dillərinə tərcümə olunmuş və geniş yayılmışdır. Mütəfəkkir
digər mühüm əsərlərin də müəllifi idi. Bu filosof həmin dövrün ictimai-siyasi
həyatında fəal rol oynamış əxilərin “Fütüvvətnamə” adlanan nizamnaməsini
yazmışdır. Şihabəddin Ömər Sührəvərdinin elmi yaradıcılığında sufiliyin bütün
başlıca məsələləri özünün geniş əksini tapmışdır. O, sufizmin panteist baxışlarını
rədd etmiş, bu təlimin monoteist sistemini yaratmışdır.
64
Böyük filosof, işraqilik
fəlsəfi təliminin banisi, şair Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş Sührəvərdi
(1154-1191)
nəzərdən keçirilən tarixi dövrün bənzərsiz Azərbaycan
mütəfəkkirlərindən olmuşdur. Dövrünün bir çox elm sahələrində arif olan bu şəxs
İsfahan, Konya, Diyarbəkir və Hələb şəhərlərində olmuş, elmi mübahisələrdə
dəfələrlə qalib çıxmış, nəticədə “çox bildiyinə”, azadfikirliyinə görə dinsizlikdə
ittiham olunmuşdu. Onun ölümünə fitva verilmişdi. “Öz əqidəsindən dönməzliyi
üzündən şəhidliyi Yaxın və Orta Şərqdə onun adını “Öldürülmüş filosof” (“əl-
Fəyləsuf əl-məqtul”) kimi əbədiləşdirmişdir”.
65
Sufilik, işraqilik və peripatetizm
problemləri bu filosofun əsas araşdırma obyektləri olmuşdur. Onun “ət-Təlvihat”
(“Qeydlər”), “əl-Müqavəmat” (“Müqavimətlər”), “əl-Zəməhat” (“Baxışlar”) və
digər fəlsəfi əsərləri vardır. Şihabəddin Yəhya Sührəvərdi “Əqaid əl-hükəma”
(“Filosofların görüşləri”) adlı risaləsində Şərq peripatetizmini rəsmi İslam
ideoloqlarının
hücumlarından
qorumuşdur.
Elmi-fəlsəfi
yaradıcılığında
məhsuldarlığı ilə fərqlənən mütəfəkkir işraqilik fəlsəfi təliminin banisi kimi daha
çox tanınmışdır. Onun “Həyakil ən-nur” (“İşıq heykəlləri”), “Pərtovnamə”
(“İşıqnamə”), “əl-Əlvah əl-İmadiyyə” (“İmadəddin lövhələri”) və xüsusilə
“Hikmət əl-İşraq” (“İşraq fəlsəfəsi”) adlı əsərlərində bu fəlsəfi təlimin mahiyyəti,
başlıca ideyaları izhar olunmuşdur. Həmin təlimə görə, “işıqlardan və onun
kölgələrindən təşəkkül tapmış bütün mövcudatın zirvəsində işıqlar işığı (nur əl-
ənvar) durur. Tək və səbəbsiz olan həmin işıqdan mərtəbə-mərtəbə digər işıqlar və
onların kölgələri (cisimlər) vücuda gəlmişdir. Bununla, işraqilik fəlsəfəsində Şərq
peripatetizmindəki əql, nəfs və cismin üçlük sisteminə deyil, ikiliyə - işıq və
qaranlığın ikilik sisteminə əsaslanan yeni bir emanasiya nəzəriyyəsi
yaradılmışdır”.
66
Filosof poeziyada da bu təlimi təbliğ etmişdir. Fəqih, ilahiyyatçı
və filosof olmuş Əminəddin Müzəffər ibn Əbülxeyr Təbrizi-Varaninin (1163-
1224) fəaliyyətinin müəyyən qismi bu dövrə təsadüf etmişdir. Mükəmməl təhsil
almış bu şəxs bir müddət Bağdaddakı Nizamiyyə mədrəsəsində çalışmış, sonra
Misirə getmiş, oradakı Nasiriyyə mədrəsəsində dərs demiş, ömrünün son qismini
Dostları ilə paylaş: |