Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   23   24   25   26   27   28   29   30   ...   138

57 
 
Qafqaz Albaniyasının (şimali Azərbaycanın) ictima-isiyasi, dini, ideoloji, 
mədəni uğurları da islamaqədərki təkamül dövrümüzün tarixi gerçəkliklərindəndir. 
“Qafqaz Albaniyasının taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. 
Bu  sahədə  onlar  dünya  elmi  qarşısında  məsuliyyət  daşıyırlar,  dünya  elminə 
borcludurlar”.
248
  Qafqaz  Albaniyası  Azərbaycan  Respublikasının  ərazisini  və  hal-
hazırda Rusiya Federasiyasının tərkibində olan Dağıstan ərazisinin cənub hissəsini 
əhatə etmişdir. Albaniya dövlətinin er. əv. IV-III əsrlərdə təşəkkül tapdığı ehtimal 
olunur.  Dövlətin  ilk  paytaxtı  Kabalaka  (Qəbələ)  olmuş,  eramızın  V  əsrindən 
etibarən  isə  Bərdə  şəhəri  bu  funksiyanı  yerinə  yetirmişdir.  Bu  dövlət,  ərazi  antik 
(yunan  və  Roma)  mənbələrində  “Albaniya”,  orta  fars  dilində  tərtib  olunmuş 
qaynaqlarda  “Ardan”,  ərəb  mənbələrində  “Arran”,  gürcü  mənbələrində  “Rani”, 
ermənidilli mənbələrdə “Ağvan”, Suriya qaynaqlarında  “Aran” şəklində  xatırlanır 
(Ərəb  Xilafəti  dövründə  isə  adətən  Kür  və  Araz  çayları  arasındakı  ərazi  “Aran” 
adlanırdı).  Lpina,  Kambisena,  Kabalaka  (Qəbələ),  Şəki,  Heceri,  Çola,  Kaspiana, 
Uti, Sakasena, Girdiman, Arsax və Sünik Albaniyanın əsas vilayətləri olmuşlar.
249
 
Kaspiana eramızın IV əsrinin II yarısından Albaniya hakimiyyətinə qaytarılmışdı. 
Albaniya  əhalisi  təbiət  qüvvələrinə  (Ay,  Səma,  Günəş)  sitayiş  edirdi.  Aya  sitayiş 
albanların inamlar sistemində önəmli yer tutmuşdur. Bu sitayiş obyektinin şərəfinə 
ölkənin  bir  çox  yerlərində  məbədlər  inşa  olunmuşdu.  Qədim  və  erkən  orta  əsr 
qaynaqlarında 30-dan artıq Albaniya  şəhərinin adı çəkilmişdir. Eramızın I əsrinin 
ortalarınadək  dövləti  yerli  mənşəli  hökmdarlar  idarə  etmişlər.  Sonralar  Parfiya 
Arşakilərindən asılı vəziyyətə düşmüş  Albaniyada  da  bu sülalənin nümayəndələri 
hakim mövqelər qazandılar. Beləliklə, VI əsrə qədər ölkəni alban Arşakiləri idarə 
etmişlər. IV əsrin əvvəllərində (313-cü ildə) başda hökmdar Urnayr olmaqla alban 
zadəganları xristianlığı qəbul etdilər.
250
 Beləliklə, Albaniya nəinki Qafqazda, eləcə 
də Yaxın və Orta Şərqdə ilk xristian ocaqlarından biri olmuşdur. Həmin zamandan 
etibarən  Albaniyada  xristianlıq  dövlət  dini  elan  olundu,  lakin  geniş  yayılmadı. 
Albaniya  əhalisinin  bir  qismi  bütpərəstliyi,  digər  qismi  isə  mazdaizmi  qoruyub 
saxladı.  Təşkilat  baxımından  avtokefal  (müstəqil)  olan  Alban  apostol  kilsəsinin 
başında  patriarx  -  katolikos  dururdu.  Albaniya  IV  əsrin  əvvəllərindən  Sasani 
imperiyasının tərkibində olmuşdur. Lakin ölkənin strateji əhəmiyyətini nəzərə alan 
Sasani  şahənşahları  daxili  idarəetmə  sistemini  imperiyanın  yalnız  bu  bölgəsində 
saxlamışdılar.  V  əsrin  ortalarına  qədər  Sasanilərlə  alban  hökmdarları  arasında 
sülalə nikahları ilə möhkəmləndirilmiş münasibətlər mövcud olmuşdur. 462-ci ildə 
Sasani Şahənşahı Alban hökmdarlığını ləğv etdi. Lakin 481-484-cü illərdə Sasani 
hakimiyyəti  əleyhinə  baş  vermiş  üsyanın  təsiri  ilə  şahənşah  487-ci  ildə  III 
Vaçaqanın  (487-510)  simasında  alban  Arşakilərinin  hakimiyyətini  bərpa  etməli 
oldu.  Məhz  III  Vaçaqanın  hakimiyyəti  illəri  Albaniyanın  siyasi  müstəqilliyinin 
möhkəmləndirilməsi  və  mədəni dirçəliş dövrü idi.  V-VI  yüzilliklərdə  Albaniyaya 
türk  tayfalarının  (hunlar,  bulqarlar,  barsillər,  xəzərlər)  ardıcıl  axınları  başlandı. 
Hunların  ardıcıl  hücumlarının  təsiri  altında  V  əsrdə  Albaniyanın  paytaxtı 


58 
 
Qəbələdən  Bərdəyə  köçürüldü.  Artıq  VI  əsrdə  xeyli  savir  və  xəzər  Qəbələ 
ərazisində yaşayış məntəqələri saldı. VI əsrin sonunda - VII əsrin əvvəlində ölkədə 
Girdiman  hakimlərinin-Mehranilərin  sülaləsi  gücləndi.  Bu  sülalənin  ən  nüfuzlu 
hökmdarı  Cavanşir  ölkənin  müstəqilliyini  qorumaq  üçün  müxtəlif  vaxtlarda 
Sasanilərə,  Bizansa,  xəzərlərə  və  ərəblərə  qarşı  mübarizə  aparmalı  olmuşdu. 
Mehranilərin hakimiyyəti illərində Albaniya siyasi və mədəni cəhətdən çiçəklənmə 
dövrünü  keçirmişdir.  Dərbənd,  Şabran,  Şamaxı,  Qəbələ,  Şəki,  Şəmkir,  Gəncə, 
Bərdə,  Beyləqan  şəhərləri  Albaniyanın  başlıca  iqtisadi,  siyasi  və  mədəni 
mərkəzləri  idilər.  Bu  dövrdə  Bərdə  şəhəri  Yaxın  və  Orta  Şərqin  mühüm  ticarət 
mərkəzlərindən  birinə  çevrilmişdi.
251
  Eramızın  IV-VII  əsrlərində  alban 
mədəniyyəti  xristianlığa  qədərki  inamların  və  xristian  baxışlarının  təsiri  altında 
inkişaf  etmişdir.  V  əsrin  əvvəllərində  artıq  alban  əlifbası  mövcud  idi.  V  əsrin  I 
rübündə yaradılmış alban əlifbasında 52 hərf (10 sait və 42 samit) vardı. Bu əlifba 
V-VII əsrlərdə Albaniya ərazisində geniş yayılmış, məktəblərdə tədris olunmuş, bu 
əlifba ilə dini, elmi və bədii əsərlər yazılmışdır. V-VI əsrlərə aid olan alban təqvimi 
də  bu  əlifba  əsasında  tərtib  olunmuşdur.  Erməni  (qriqoryan)  və  alban  kilsələləri 
arasında  gedən  mübarizədə  erməni  kilsəsinin  üstünlük qazanması ilə bağlı olaraq 
alban dilinin və bu dildə müxtəlif məzmunlu ədəbiyyatın qadağan olunması, habelə 
Albaniyada sonralar ərəb hökmranlığının möhkəmlənməsi, ərəb dili və əlifbasının 
yayılması nəticəsində Alban əlifbası VIII əsrdə tarixəçevrildi. 
VII  əsrdə  Albaniya  Sasani-Bizans  müharibələrinə  cəlb  olundu.  654-cü 
ildən  isə  Albaniyanın  ərəblər  tərəfindən  işğalı  prosesi  başlandı.  Bizansın,  Ərəb 
Xilafətinin və Xəzər Xaqanlığının ardıcıl hücumlarına məruz qalmış Albaniya 685-
ci  ildən  hər  üç  dövlətə  bac  verməyə  məcbur  olmuşdu.  705-ci  ildən  isə  Albaniya 
Əməvilər  Xilafətinin  (661-750)  tərkibinə  daxil  edildi.  Mehranilər  sülaləsi  bir  əsr 
ərzində  nominal  hakimiyyətini  saxladı,  lakin  artıq  ölkəni  ərəb  əmirləri  idarə 
edirdilər.  Ərəb  Xilafəti  dövründə  Albaniya  ərazisi  Arran,  Muğan  və  Şirvan 
vilayətlərinə  bölündü.  Xilafətə  tabe  olan  xristian  əhalisinin  və  kilsəsinin 
fəaliyyətinə  nəzarət  etmək  məqsədini  güdən  xəlifə  erməni  kilsəsinin  yardımı  ilə 
Alban apostol kilsəsini monofizitləşdirdi (əvvəllər diofizit mövqedə olmuşdur) və 
onu erməni (qriqoryan) monofizit kilsəsinə tabe etdi (705-ci ildə).
252 
Bundan sonra 
alban  katolikoslarını  erməni  katolikosları  təsdiq  etməyə  başladılar.  Albaniyanın 
düzənlik ərazilərində və şəhərlərdə yaşayan əhalinin yeni dini-islamı qəbul etməsi 
alban və erməni (qriqoryan) kilsələrinin yaxınlaşmasına səbəb oldu. Alban apostol 
kilsəsinin qriqoryanlaşması prosesi başlandı. Xristian əhalisinin tabe olduğu alban 
katolikosunun  mərkəsi  Arsax  vilayətindəki  müqəddəs  Yakov  kilsəsinə  köçürüldü 
(XIV  əsrin  sonundan  isə  Alban  kilsəsinin  və  katolikosluğunun  mərkəzi  Qanzasar 
oldu). Alban mədəniyyəti faktlarının erməni (qriqoryan) kilsəsi tərəfindən intensiv 
surətdə  mənimsənilməsi  (erməni  dilinə  tərcümə  olunması,  erməniləşdirilməsi), 
daha  sonra  isə  alban  mədəni  dəyərlərinin  məhv  olunması  prosesi  məhz  bu 
zamandan başlandı. Azərbaycan tarixinin Albaniya ilə bağlı olan dövrünün başlıca 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə