Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   31   32   33   34   35   36   37   38   ...   138

76 
 
təşəkkül  dövrü  1136-1160-cı  illərə,  yüksəliş  və  çiçəklənmə  1161-1191-ci  illərə, 
tənəzzül mərhələsi isə 1191-1225-cı illərə təsadüf edir. Şəmsəddin Eldəniz (1136- 
1175),  Məhəmməd  Cahan  Pəhləvan  (1175-1186),  Qızıl  Arslan  (1186-1191), 
Əbubəkir  (1191-1210)  və  Özbək  (1210-1225)  qurulmuş  dövlətin  varlığını  təmin 
etmiş  hökmdarlar  idilər.  Bu  dövrdə  Azərbaycan  Yaxın  və  Orta  Şərqin  mühüm 
mədəni mərkəzlərindən birinə çevrilmişdi. Bağdad və onun ətrafı istisna olunmaqla 
Qafqaz dağlarından Fars  körfəzinədək olan böyük ərazi dövlətin banisi Eldənizin 
hakimiyyəti  altında  idi.
32
  İraq  Səlcuq  sultanlığı  daxilində  baş  vermiş  hərbi-siyasi 
çəkişmələr, vaxtaşırı baş vermiş gürcü həmlə və hücumları Azərbaycan Atabəyləri 
dövlətinin başlıca qayğı obyektləri olmuşdur. 
 
§ 2. Azərbaycan mədəniyyətinin başlıca inkişaf 
istiqamətləri 
 
Nəzərdən  keçirilən  böyük  tarixi  dövrün  ictimai-siyasi  hadisələri  mədəni 
prosesin  axarına  əsaslı  surətdə  təsir  göstərmişdir.  Ərəb  istilası  və  Azərbaycanın 
uzun  müddət  Xilafət  tərkibində  olması  Azərbaycanın  mədəni  həyatında  da  əsaslı 
dəyişikliklərin başlıca səbəbi oldu. Bu dəyişiklik özünü ilk növbədə dini baxışlarda 
büruzə  verdi.  Yeni  din  -  İslam  tədricən  mənimsənildi,  Azərbaycan  mədəniyyəti 
İslam  mədəniyyəti  sisteminə  inteqrasiya  olundu,  türk  dilinin  inkişafı  prosesində 
fasilə  yarandı.  Təqribən  XI  əsrədək  ərəb  dili  elmi,  dini  və  ədəbi  yaradıcılığın 
başlıca vasitəsinə çevrildi. Buna obyektiv amillər (ümumi dilin, əlifbanın olmaması 
və.s) əlverişli şərait yaratmışdı. Xəlifə Əbdülməlikin (685-705) islahatı nəticəsində 
kargüzarlıq  ərəb  dilində  aparılmağa  başlandı,  1-2  əsrdən  sonra  ərəb  dili  tədricən 
işğalçının  dilindən  mədəniyyət  göstəricisinə  çevrildi.  “Rəsmi  dil  kimi  Xilafətdə 
Əməvilərin hakimiyyətdə olduqları dövrdə (750-ci ilədək) Sasanilərdən qalma fars 
və  yeni  işğalçıların  ərəb  dilləri,  Abbasilərin  hakimiyyətdə  olduqları  dövrdə  isə 
(Səlcuqlaradək)  ərəb  dili  işlədilirdi”.
33
  Ərəb  hökmranlığı  dövründə  “milli-etnik 
sərhədlər tədricən zəifləyərək yox dərəcəsinə çatmışdı”
34
. İmperiya əhalisinin dini 
və etnik müxtəlifliyinin artıq Abbasi xəlifələri tərəfindən nəzərə alınması Xilafətdə 
IX  əsrin  ortalarından  etibarən  dünyəvi  elmlərin  inkişafı  üçün  şərait  yaratdı. 
Ortodoksal  (rəsmi,  mühafizəkar)  İslamın  təriqətçilərlə  çəkişmələri,  sünni  və 
şiələrin geniş mübahisələri isə dini nəzəriyyələrin, müsəlman hüququnun (fiqhin), 
fəlsəfənin,  məntiqin  inkişafına  səbəb  oldu.  İslamda  ziddiyyətli  fikirlərin  artması 
çoxsaylı  mədrəsələrin  təsis  olunmasını  labüd  və  zəruri  etdi.  Mənbələrdən  aydın 
olur ki, Xilafət ərazisində ilk mədrəsə X əsrin sonlarında Nişapurda (İranın şimal-
şərqində)  açılmış,  sonralar  isə  İslam  aləminin  bütün  böyük  şəhərlərində 
yayılmışdır.  Xəlifə  Harun  ər-Rəşidin  dövründə  Bağdadda  təsis  olunmuş,  “Darül-
hikmə”  və  ya  “Xizanət  əl-hikmə”  (“Hikmət  evi”  və  ya  “Hikmət  xəzinəsi”) 
adlandırılmış elmi mərkəz müxtəlif (xüsusilə yunan və ya siryani) dillərdə yazılmış 
əsərlərin  ərəb  dilinə  tərcümə  olunması,  geniş  yayılması  sahəsində  xeyli  iş  gördü. 


77 
 
Beləliklə,  yeni  tarixi  dövrdə  antik  (qədim)  mədəni  dəyərlərin  dirçəldilməsi,  bu 
dəyərlərin  ərəb  dilində  geniş  yayılması,  yenidən  nəzərdən  keçirilməsi  prosesi 
gerçəkləşdi və ərəb dili bu prosesdə başlıca ötürücü rolunu oynadı. 
114  surədən  (fəsildən)  ibarət  olan,  ayələrə  bölünən  Quran  yalnız  İslam 
dininin  deyil,  hüququn,  Şəriətin  və  ümumiyyətlə  müsəlman  xalqlarının 
ideologiyasının əsasını təşkil edir. Orta çağlarda fəlsəfi, ictimai, siyasi, etik, estetik 
görüşləri  Qurandan  təcrid  olunmuş  halda  təsəvvür  etmək  qeyri-mümkündür.  Hər 
bir ideoloji cərəyan, təlim bu ya digər dərəcədə onunla bağlıdır. İslam dininin və 
Ərəb  dövlətinin  banisi  Məhəmməd  Peyğəmbər  Əleyhissəlamın  sağlığında  Quran 
şifahi  formada  olmuşdur.  Məhəmmədin  vəfatından  sonra  müqəddəs  mətnin 
tədricən  unudulması  təhlükəsi  olduğuna  görə  bütün  “vəhy”ləri  toplamaq,  onları 
yazıda maddiləşdirmək zərurəti yaranmışdı. Xəlifə Əbubəkrin dövründə (632-634) 
bu işi Zeyd ibn Sabit gördü.
35 
Üçüncü xəlifə Osmanın dövründə (644-656) Quranın 
mətni ilk dəfə  əl  ilə tərtib olunmuş,  yazılmış kitab formasına  salınmışdı və  məhz 
həmin kitab Quranın ilk nəşri hesab olunur.
36
 Orta çağlarda İslam Şərqində Quranı 
bilmək, onu təfsir, təbliğ etmək alimlik, ariflik əlaməti hesab olunurdu. Buna görə 
də  İslam  ilahiyyatı  nəzərdən  keçirilən  dövrün  mədəni  həyatının  ayrılmaz,  tərkib 
elementi olmuşdur. Quran, sünnə (hədislər toplusu), icma (din xadimlərinin yekdil 
qərarı) və qiyas müsəlman hüququnun (fiqhin) əsasları idi. İlk iki əsasda ortodoksal 
(mühafizəkar)  mövqe  üstün  olmuşdur.  Beləliklə,  VII  əsrin  30-cu  ilində  siyasi 
vəhdət (dövlət) əldə etmiş ərəblər beynəlxalq aləmdə (Yaxın və Orta Şərqdə) hərbi 
uğurlar  qazandıqdan  sonra  ideoloji  (İslamın  bərqərar  olunması  və  yayılması), 
mədəni  (ərəb  dilinin  hegemon  mövqe  qazanması)  sahələrdə  də  nəzərəçarpacaq 
nailiyyətlər əldə etdilər. Lakin mühüm bir cəhəti qeyd etmək lazımdır ki, siyasi və 
hərbi  cəhətdən  fəth  olunmuş  ölkələrin  çoxusunun  mədəni  səviyyəsi  fatehlərin 
(ərəblərin)  mədəni  səviyyəsindən  yüksək  idi.  Buna  görə  də  mədəni  sahədə  qalib 
tərəf  fəth  olunmuş  ölkələr  və  xalqlar  oldu.  Bəzi  hallarda  səhvən  “ərəb 
mədəniyyəti”  kimi  təqdim  olunan  “İslam  mədəniyyəti”nin  inkişafında  aparıcı, 
həlledici  rol  və  mövqe  qeyri-ərəblərə  məxsus  olmuşdur.  “İslam  mədəniyyəti”nin 
təkamülü prosesində Azərbaycan mədəni potensialının fəal iştirakı danılmaz tarixi 
gerçəklikdir. 
İslam  ilahiyyatı  Ərəb  Xilafətində  daha  çox  inkişaf  edən  sahələrdən  idi. 
İlahiyyatın inkişafı zamanın tələbindən törəmişdi. Ərəb xəlifələri hərbi-siyasi yolla 
fəth etdikləri ölkələrdə özəl dinlərini (İslamı) daha geniş yaydıqdan sonra İslamın 
daha  dərindən  araşdırılmasına  və  təbliğinə  can  atırdılar.  Quran,  hədislər  toplusu, 
müsəlman  hüququ  (fiqh)  bu  tarixi  dövrün  ilahiyyatı  üçün  başlıca  araşdırma 
obyektlərinə  çevrilmişdi.  İlahiyyatçılar,  fəqihlər  (İslam  hüquqşünasları) 
Azərbaycanda  da  fəaliyyət  göstərirdilər.  Əl-Müqəddəsi  bu  alimlərin  əsasən 
sünniliyin  hənbəli  məzhəbinə  mənsub  olduqlarını  qeyd  edirdi.  Əbu  Səid  Əhməd 
İbn  Hüseyn  əl-Bərdəyi  Bağdadda  fəaliyyət  göstərmiş  görkəmli  Azərbaycan 
ilahiyyatçısı, hənəfiliyin və mötəzililiyin tanınmış nümayəndəsi,
37
 hüquqşünas idi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə