Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   34   35   36   37   38   39   40   41   ...   138

82 
 
metafizikanı  və  təbiyyatı  araşdırmaq  üçün  başlıca  qaynaqlardan  biri  olmuşdur. 
Artıq  XII  əsrdə  bu  əsər  ərəb  dilindən  farscaya  tərcümə  olunmuşdur.  Böyük 
mütəfəkkirin  fəlsəfəsində  varlıq  təlimi,  idrak  nəzəriyyəsi  və  məntiq  məsələləri 
sistemli  surətdə  işıqlandırılmışdır.  O,  Yaxın  və  Orta  Şərq  ölkələrində  daha  çox 
məntiqçi kimi tanınmışdı. Bəhmənyar məntiqi həm elm, həm də sənət baxımından 
qiymətləndirmişdir. 
Əbunnəcib  Əbdülqahir  ibn  Sührəvərdi  (1097-1168),  Eynəlqüzzat 
Əbülməali  Abdulla  ibn  Məhəmməd  Miyanəci  (1099-1131),  Əbusəid  Urməvi 
(təvəllüdü  və  ölümü  tarixi  bəlli  deyildir,  XI-XII  əsrlərdə  yaşadığı  məlumdur), 
Şihabəddin  Əbuhəfs  Ömər  ibn  Məhəmməd  Sührəvərdi  (1145-1234)  bu  dövrün 
tanınmış  Azərbaycan  filosoflarından  olmuşdur.  Onlar  Azərbaycanda  mötədil 
sufizmin görkəmli nümayəndələrindən idilər. Əbusəid Urməvi filosof, ədəbiyyatçı, 
nəzm  və  nəsr  əsərlərinin  müəllifi  idi.  Məntiq,  riyaziyyat,  ilahiyyat  onun  başlıca 
araşdırma  obyektlərindən  olmuşdur.  Əbunnəcib  Sührəvərdi  Nizamiyyə 
mədrəsəsində  dərs  demiş,  bir  müddət  bu  mədrəsəyə  başçılıq  etmişdir.  Yaqut  əl-
Həməvi  onun  halal  zəhmətlə  yaşamış  mütəfəkkir  olduğunu  qeyd  edirdi.  Zəncan 
yaxınlığındakı  Sührəvərd  qəsəbəsində  anadan  olmuş,  Bağdaddakı  Nizamiyyə 
mədrəsəsində  təhsil  almış,  gənclik  illərində  yoxsul  həyat  tərzi  sürmüş,  müdrik 
çağında böyük sufi şeyxi kimi tanınmış və buna görə də hakim dairələr tərəfindən 
toxunulmaz elan olunmuş Əbunnəcib təqib olunan bir çox mütərəqqi şəxslər üçün 
xilaskar  rolunu  oynamışdır.
60
  Mütəfəkkir  qeyd  edirdi:  “Təsəvvüfün  əvvəli  elm, 
ortası  əməl,  sonu  ilahi  vergidir.  Elm  muradı  aşkar  edir,  əməl  tələbi 
müəyyənləşdirir,  ilahi  vergi  ümid  qayəsinə  çatdırır”,  yəni  təsəvvüf  şəriətdən 
başlanır, təriqətdən (mənəvi kamillik yolundan) keçərək həqiqətdə sona yetir. 
Eynəlqüzzat  Miyanəci  Həmədanda  baş  qazı  olmuş,  bu  xidmət  sahəsində 
böyük  uğurları  və  hörməti  müqabilində  “Eynəlqüzzat”  (“Qazıların  gözü”)  fəxri 
adını almışdı.
61
 Onun başlıca uğurları fəlsəfə sahəsində aşkara çıxmışdı. Dövrünün 
bütün fəlsəfi baxışlarını tənqidi surətdə öyrənmiş Eynəlqüzzat Miyanəci azadfikirli 
filosof  kimi  tanınmışdı.  Məhz  azadfikirliyinə  görə  o,  1128-ci  ildə  həbsxanaya 
salınmış, burada “Vətəndən ayrı salınmış qəribin ölkələrin alimlərinə şikayəti” adlı 
risalə  yazmışdır.  Bu  əsər  müəllifin  bədii-estetik  və  elmi-fəlsəfi  baxışları  ilə 
zəngindir.  Bir  müddət  həbsxanada  qaldıqdan  sonra  filosof  Həmədana  qaytarılmış 
və vaxtilə dərs dediyi mədrəsədə edam olunmuşdur. Edam olunarkən onun 32 yaşı 
vardı. Mütəfəkkir 24 yaşınadək daha çox hədis, ədəbiyyat, fiqh, təfsir, sxolastika, 
ilahiyyat,  peripatetizm  problemləri  ilə  məşğul  olmuş,  daha  sonra  isə  diqqətini 
sufizmin  panteist  fəlsəfəsinin  işlənib  hazırlanmasına  yönəltmişdir.  “Sufizmin 
panteist  fəlsəfəsi  İbn  Ərəbidən  yarım  əsrdən  çox  əvvəl  Eynəlqüzzat  Miyanəci 
tərəfindən dolğun şəkildə ifadə edilmişdir”.
62
 “Şəriətdən kənara çıxan bir kəlamdan 
ötrü  öldürülmüş”
63
  bu  mütəfəkkirin  sufi  panteist  təlimi  İslam  Şərqində 
azadfikirliliyin  təkamülündə  həlledici  rol  oynamış,  onun  əsərləri  əsasında  İbn 
Ərəbi, İbn əl-Fariz, Mahmud Şəbüstəri, İmadəddin Nəsimi və digər tanınmış sufi-


83 
 
panteist  mütəfəkkirlər  cəsarətli  müddəalar  irəli  sürmüşlər,  Şihabəddin  Əbuhəfs 
Ömər  ibn  Məhəmməd  Sührəvərdi  bu  dövrün  məşhur  sufi  alimlərindən  idi. 
Müəyyən  müddət  ərzində  Bağdadda  baş  şeyx  vəzifəsini  tutmuş  bu  Azərbaycan 
mütəfəkkiri  dövrün  ictimai,  siyasi  həyatında  fəal  mövqe  tutmuş,  Xilafətin  elçisi 
olmuş,  bir  sıra  diplomatik  danışıqlarda  iştirak  etmişdir.  “Əvarif  əl-məarif” 
(“Ariflərin  töhfələri”)  Şihabəddin  Ömər  Sührəvərdinin  ən  böyük  və  məşhur 
əsəridir. Sufi elmi ədəbiyyatının incilərindən hesab olunan bu əsər o zaman (XIII 
əsrdə)  türk  və  fars  dillərinə  tərcümə  olunmuş  və  geniş  yayılmışdır.  Mütəfəkkir 
digər  mühüm  əsərlərin  də  müəllifi  idi.  Bu  filosof  həmin  dövrün  ictimai-siyasi 
həyatında  fəal  rol  oynamış  əxilərin  “Fütüvvətnamə”  adlanan  nizamnaməsini 
yazmışdır.  Şihabəddin  Ömər  Sührəvərdinin  elmi  yaradıcılığında  sufiliyin  bütün 
başlıca  məsələləri özünün  geniş əksini tapmışdır. O, sufizmin panteist baxışlarını 
rədd  etmiş,  bu  təlimin  monoteist  sistemini  yaratmışdır.
64
  Böyük  filosof,  işraqilik 
fəlsəfi  təliminin  banisi,  şair  Şihabəddin  Əbülfütuh  Yəhya  ibn  Həbəş  Sührəvərdi 
(1154-1191) 
nəzərdən  keçirilən  tarixi  dövrün  bənzərsiz  Azərbaycan 
mütəfəkkirlərindən olmuşdur. Dövrünün bir çox elm sahələrində arif olan bu şəxs 
İsfahan,  Konya,  Diyarbəkir  və  Hələb  şəhərlərində  olmuş,  elmi  mübahisələrdə 
dəfələrlə  qalib  çıxmış,  nəticədə  “çox  bildiyinə”,  azadfikirliyinə  görə  dinsizlikdə 
ittiham  olunmuşdu.  Onun  ölümünə  fitva  verilmişdi.  “Öz  əqidəsindən  dönməzliyi 
üzündən  şəhidliyi  Yaxın  və  Orta  Şərqdə  onun  adını  “Öldürülmüş  filosof”  (“əl-
Fəyləsuf  əl-məqtul”)  kimi  əbədiləşdirmişdir”.
65
  Sufilik,  işraqilik  və  peripatetizm 
problemləri  bu  filosofun  əsas  araşdırma  obyektləri  olmuşdur.  Onun  “ət-Təlvihat” 
(“Qeydlər”),  “əl-Müqavəmat”  (“Müqavimətlər”),  “əl-Zəməhat”  (“Baxışlar”)  və 
digər  fəlsəfi  əsərləri  vardır.  Şihabəddin  Yəhya  Sührəvərdi  “Əqaid  əl-hükəma” 
(“Filosofların  görüşləri”)  adlı  risaləsində  Şərq  peripatetizmini  rəsmi  İslam 
ideoloqlarının 
hücumlarından 
qorumuşdur. 
Elmi-fəlsəfi 
yaradıcılığında 
məhsuldarlığı ilə  fərqlənən  mütəfəkkir işraqilik  fəlsəfi  təliminin banisi  kimi daha 
çox  tanınmışdır.  Onun  “Həyakil  ən-nur”  (“İşıq  heykəlləri”),  “Pərtovnamə” 
(“İşıqnamə”),  “əl-Əlvah  əl-İmadiyyə”  (“İmadəddin  lövhələri”)  və  xüsusilə 
“Hikmət əl-İşraq” (“İşraq fəlsəfəsi”) adlı əsərlərində bu fəlsəfi təlimin mahiyyəti, 
başlıca  ideyaları  izhar  olunmuşdur.  Həmin  təlimə  görə,  “işıqlardan  və  onun 
kölgələrindən  təşəkkül  tapmış  bütün  mövcudatın  zirvəsində  işıqlar  işığı  (nur  əl-
ənvar) durur. Tək və səbəbsiz olan həmin işıqdan mərtəbə-mərtəbə digər işıqlar və 
onların kölgələri (cisimlər) vücuda gəlmişdir. Bununla, işraqilik fəlsəfəsində Şərq 
peripatetizmindəki  əql,  nəfs  və  cismin  üçlük  sisteminə  deyil,  ikiliyə  -  işıq  və 
qaranlığın  ikilik  sisteminə  əsaslanan  yeni  bir  emanasiya  nəzəriyyəsi 
yaradılmışdır”.
66   
Filosof poeziyada da bu təlimi təbliğ etmişdir. Fəqih, ilahiyyatçı 
və  filosof  olmuş  Əminəddin  Müzəffər  ibn  Əbülxeyr  Təbrizi-Varaninin  (1163-
1224)  fəaliyyətinin  müəyyən  qismi  bu  dövrə  təsadüf  etmişdir.  Mükəmməl  təhsil 
almış  bu  şəxs  bir  müddət  Bağdaddakı  Nizamiyyə  mədrəsəsində  çalışmış,  sonra 
Misirə  getmiş, oradakı Nasiriyyə  mədrəsəsində  dərs demiş, ömrünün son qismini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə