Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   42   43   44   45   46   47   48   49   ...   138

98 
 
qarışıqlıq və müharibələrin araları kəsilmir. Buna görə də şəhərlərinin çoxu xaraba, 
kəndlər  isə  boş  (əhalisiz)dir”.
132
  Dövrün  Azərbaycan  şəhərlərinin  əksəriyyəti 
(Şamaxı,  Bakı,  Gəncə,  Təbriz  və  b.)  qala  divarları  ilə  əhatə  olunmuşdu.  Qala-
qəsrlərin  ən  mühüm  obyektləri  bu  dövrdə  Abşeron  yarımadasında  inşa  edilmişdi. 
“Abşeron  qəsrləri”    adlanan  həmin  kompleksə  saray,  məscid  və  müvəqqəti 
sığınacaq  üçün  nəzərdə  tutulmuş  qala  daxil  idi.  Mərdəkan  qəsri  bunlardan  ən 
qədimidir  və  1187-ci  ildə  tikildiyi  abidədəki  daş  kitabədə  qeyd  edilmişdir. 
Buradakı qala isə daş lövhədəki yazıya əsasən 1204-cü ildə tikilmişdir.
133
 XII əsrdə 
Bakı  şəhəri  qala  divarları  ilə  əhatə  olundu.  Belə  güman  da  vardır  ki,  bu  işi  I 
Əxsitanın  atası  III  Mənuçöhr  gördürmüşdü:  ya  qala  divarları  tikdirilmiş,  ya  da 
mövcud  qala  divarları  bərpa  etdirilmişdi.
134
  XII  yüzillikdə  -  XIII  yüzilliyin 
əvvəllərində  Şirvan  memarlığında  çiçəklənmə  baş  verdi.  Mənbələrin  çoxunda 
Şamaxı  yaxınlığında  XII  əsrdən  də  xeyli  əvvəl  inşa  olunmuş  Gülüstan  qalası 
xatırlanır.  “Bakı  şəhərinin  qala  hissəsində  XI  əsrdən  əvvələ  aid  olan  yerüstü 
memarlıq  abidələri  qalmamışdır.  VIII  əsrə  və  daha  əvvələ  aid  olan  müxtəlif 
tikililərin  qalıqları  şəhərin  daha  qədim  hissəsində  -  Bakı  təpəsinin  zirvəsində, 
torpaq altında qalmışdır”.
135
 
Bakıdakı Qız  qalasını Şumer dövründən  eramızın XII əsrinədək aid olan 
bir  zamana  aid  edirlər.  Bu  abidənin  tikilməsi  tarixi,  təyinatı  barəsindəki 
mübahisələr  hələ  də  davam  etməkdədir.  Araşdırıcıların  əsas  qrupu  bu  obyekti 
müdafiə  məqsədilə  tikilmiş  qüllə  -  qala  hesab  edir.  Onun  XII  əsrdən  Bakının 
müdafiə  sisteminə  daxil  olduğu  şübhəsizdir.
136
  28  metr  ucalığı  olan  bu  memarlıq 
obyekti  Bakı  və  onun  ətrafında  yerləşən  müdafiə  qurğuları  sistemində  mərkəzi 
mövqeyə  malik  idi.  Araşdırıcıların  müəyyən  qismi  bu  abidənin  islamaqədərki 
dövrdə inşa olunduğunu və səcdəgah rolunu oynadığını qeyd edir.
137
 Hər bir halda 
Qız  qalası  bənzərsiz  və  nadir  memarlıq  abidəsi  kimi  Azərbaycan  memarlığında 
müstəsna mövqeyi olan obyektlərdəndir. 
1148-ci  ildə  Marağada  tikilmiş  qülləvari  Qırmızı  günbəz  türbəsi 
Azərbaycan  ərazisində  inşa  olunmuş  ən  qədim  müsəlman  xatirə  tikililərindən 
biridir.  Azərbaycan  memarlıq  bəzəyində  kaşı  işlədilməsinin  ilk  məlum  nümunəsi 
bu  türbədədir.  1186-cı  ildə  Naxçıvan  şəhərinin  qərbində  ucaldılmış,  “Atabəy 
günbəzi”  adı  ilə  tanınan  “Möminə  Xatun  türbəsi”  bişmiş  kərpiclə  hörülmüşdür. 
Abidənin  memarı  Əcəmi  Naxçıvani  olmuşdur.  Türbə  zəngin  naxışlarla 
bəzədilmişdir.  Abidə  xırda  kərpiclə  üzlənmiş,  prizmaşəkilli  binadır.  Məqbərənin 
yeraltı  qismində  onguşəli,  bədii  baxımdan  zəngin  olan  sərdabə  vardır.  Bu  dini 
kompleks  mərkəzi  günbəzli  məsciddən,  Möminə  Xatun  türbəsindən,  cinahlarda 
minarələri  olan  giriş  baştağından,  məscidin  vəqfi  olan  mədrəsələrdən  və  s. 
binalardan ibarət idi. Kompleksdən yalnız Möminə xatun türbəsi qalmışdır, həmin 
abidənin  hündürlüyü  hal-hazırda  25  metrdir.  Kompleks  Məhəmməd  Cahan 
Pəhləvanın birinci zövcəsi Möminə Xatunun şərəfinə inşa olunmuşdu. 1162-ci ildə 
memar Əcəmi ibn Əbubəkr ən-Naxçıvaninin layihəsi və başçılığı altında tikilmiş, 


99 
 
“şeyxlərin  başçısı”  Yusif  ibn  Kuseyr  üçün  nəzərdə  tutulmuş  türbə  də 
Naxçıvandadır.  Türbə  səkkizbucaqlı  şəkildə  inşa  olunmuşdur.  Abidə  bişmiş 
kərpiclə  hörülmüş,  kərpiclər  əsasında  türbənin  üzərində  həndəsi  naxışlar  əmələ 
gətirilmişdir. 
Azərbaycan  ərazisinin  mürəkkəb  relyefə,  sıx  çaylar  şəbəkəsinə  malik 
olması ölkədə xeyli körpülər tikilməsinin başlıca təbii səbəbi idi. 11 və 15 aşırımlı 
Xudafərin körpüləri bu tarixi dövrün əzəmətli abidələrindəndir. Körpünün müasir 
görkəmi  XIII  əsrə  aid  olsa  da,  15  aşırımlı  körpünün  hələ  VII  əsrdə  tikildiyi 
ərəbdilli  qaynaqların  məlumatları  ilə  təsdiqlənir.  Körpü  iri  çay  daşlarından  inşa 
olunmuşdur  və  relyef  xüsusiyyətləri  məharətlə  nəzərə  alınmışdır.  11  aşırımlı 
körpüdə  də  bu  cür  inşaat  prinsiplərinə  əməl  olunmuşdur.  Qazax  bölgəsindəki 
“Qırmızı  körpü”  (“Sınıq  körpü”  adı  ilə  tanınır)  XII  əsrə  aid  olan  memarlıq 
obyektidir,  4  aşırımlıdır  və  uzunluğu  175  metrə  yaxındır.  Bu  memarlıq  obyekti 
Azərbaycanda  ilkin  quruluşunu  saxlamış  yeganə  çoxaşırımlı  körpüdür.  Bu  tarixi 
dövrdə yaradılmış Cuqa (Culfa) körpüsünün yalnız dayaqları qalmışdır. Lakin orta 
çağ  qaynaqlarında  onu  “dünya  körpülərinin  ən  gözəli”  adlandırmışlar.  Gəncəçay 
üzərindən  atılmış  3  çoxaşırımlı  körpünün  (XI-XII  əsrlərə  aiddir)  yalnız  dayaqları 
və bəzi fraqmentləri qalmışdır. 
XI  əsrdən  XIII  əsrin  əvvəllərinədək  olan  zaman  kəsimi  Azərbaycan 
memarlığı tarixində  dönüş  mərhələsi  hesab olunur. Bu zaman ölkənin əsas bədii-
mədəni  dairələrinin  lokallaşması  prosesi  başa  çatmış,  əsas  memarlıq  mərkəzləri 
müəyyənləşmiş,  ölkədə  memarlıq  fəaliyyətinin  vahid  sistemi  qərarlaşmışdır.  Bu 
dövrdə  Şamaxı,  Bakı,  Təbriz,  Beyləqan,  Naxçıvan,  Marağa,  Bərdə,  Gəncə, 
Dərbənd  şəhərləri  Azərbaycan  memarlığının  nadir  incilərinin  yaradıldığı  başlıca 
mərkəzlərdən  olmuşdur.  Şamaxı  şəhəri  XII  əsrdən  etibarən  Azərbaycan  tarixində 
müstəsna əhəmiyyətə malik olan, qaynar həyatlı şəhər kimi tanınırdı. Şəhər ölkənin 
ictimai-siyasi,  iqtisadi  həyatında  mühüm  rol  oynayırdı.  Səlcuq  imperiyasının 
parçalanmasından  sonra  Şamaxı  güclənmiş  Şirvanşahlar  dövlətinin  paytaxtına 
çevrilmişdi. XII əsrin sonlarında (1191-ci ildə) Azərbaycan atabəyi Qızıl Arslanın 
Şamaxı şəhərini ələ keçirməsindən sonra Şirvanşah I Əxsitan dövlətinin paytaxtını 
müvəqqəti olaraq Bakıya köçürməli oldu. 1192-ci ildə baş vermiş
138
 güclü zəlzələ 
isə  Şamaxının  dövlət  paytaxtı  olaraq  qalmasını  qeyri-mümkün  etdi.  Şəhərdə  bu 
tarixi məqamadək inşa olunmuş memarlıq obyektlərinin əksəriyyəti həmin zəlzələ 
nəticəsində  yerlə-yeksan  oldu.  Şamaxıda  743-cü  ildə  tikilmiş  Cümə  məscidi 
Cənubi Qafqazda inşa olunmuş ən erkən müsəlman səcdəgahıdir. Şamaxı şəhərinin 
Azərbaycanın  ictimai-siyasi  həyatındakı  öncül  mövqeyini  XII  əsrin  sonlarında 
əsasən  təbii  fəlakət  nəticəsində  itirməsi  onun  memarlıq  baxımından  inkişafı 
istiqamətinə  mənfi  təsir  göstərdi.  Orta  çağlarda  Naxçıvanın  ən  böyük  iqtisadi  və 
mədəni  yüksəlişi  onun  Azərbaycan  Atabəyləri  dövlətinin  paytaxtına  çevrildiyi 
dövrə  -  XII  əsrə  təsadüf  edir.  Azərbaycanın  mühüm  sənətkarlıq  mərkəzi  olması, 
başlıca  karvan  yollarının  qovşağında  yerləşməsi  Naxçıvanda  memarlığın  misli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə