Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   44   45   46   47   48   49   50   51   ...   138

102 
 
bədii  metal  sənəti  nümunələri  arasında  Şirvanda  hazırlanmış  fiqurlu  bürünc 
məmulatı böyük elmi dəyərə malikdir. Bu dövrün Azərbaycan bürünc plastikasının 
elmi  dəyəri  ondan  ibarətdir  ki,  həmin  nümunələrin  olması  ilə  İslam  dövründə 
müsəlman Şərqində fiqurlu qabların olduğunu inkar edən tətqiqatçıların müddəaları 
təkzib  olunur,  əks  müddəanın  düzgünlüyü  sübuta  yetirilir.  Bu  dövrdə  tuncdan 
hazırlanmış  fiqurlu  məmulat  Azərbaycanın  başqa  bölgələrində  də  yayılmışdı. 
Qəbələ  və  Örənqala  (Beyləqan)  şəhərgahlarında  tapılmış  tunc  heykəlcik  buna 
misaldır.  Yenilik  kimi  qiymətləndirilən  bu  heykəlcik  insan  simasına  malik  olan 
əfsanəvi  varlıq  şəklindədir.  Heykəlciyin  başında  üçdişli  tac  vardır.  Hal-hazırda 
Gürcüstanın  Gelati  monastırında  saxlanan  Gəncə  şəhər  darvazası  bədii  metal 
sənətinin nadir incilərindəndir. Darvazanın 1063-cü ildə hazırlandığı kufi xətti ilə 
tərtib olunmuş qısa mətndən bəlli olur. 
Ərəb  işğalları  ərəfəsində  Azərbaycanda  xalçaçılıq  yüksək  səviyyədə 
inkişaf  etmişdi  və  bunu  həmin  dövrün  ərəbdilli  müəllifləri  də  qeyd  etmişlər.
152
 
Ümumiyyətlə,  xalçaçılıq  və  bədii  parça  istehsalı  milli  dekorativ  sənətdə  mühüm 
yer  tutur.  XI-XII  əsrlərə  aid  olunan  Azərbaycan  xalça  məmulatı  dövrümüzə  gəlib 
çatmamışdır. Lakin orta əsr qaynaqlarında (əl-Müqəddəsi, Yaqut əl-Həməvi və b.) 
bu  sənətin  varlığı,  onun  yüksək  səviyyədə  olması  barədə  məlumatlar  vardır. 
“Kitabi-Dədə  Qorqud”da,  Nizami  Gəncəvinin  poetik  əsərlərində  də  buna  dair 
məlumatlar  mövcuddur.  “Azərbaycan  xalçasının  tarixini  araşdıranlar  bədii  və 
texnoloji  xüsusiyyətlərinə  görə  xalçalarımızı  adətən  dörd  böyük  növə  bölürlər: 
Quba-Şirvan,  Gəncə-Qazax,  Qarabağ  və  Təbriz  xalçaları”.
153
  Böyük  Britaniyada 
saxlanan Azərbaycan bədii sənətkarlığı nümunələrinin təqribən 70-80 faizini xalça 
və  xalça  məmulatlarımızın  təşkil  etməsi
154
  bu  sənətin  milli  mədəni  sistemdə 
tutduğu yeri sübut edən faktdır. 
Beləliklə,  ərəb  işğalından  XII  əsrin  sonunadək  olan  uzun,  ziddiyyətli  və 
zəngin,  dövlətlərin,  imperiyaların  yaranması,  inkişafı,  tənəzzülü  və  süqutu,  daxili 
(Azərbaycan  miqyaslı)  və  regional  səciyyəli  çəkişmələri,  etnik,  dini,  mədəni, 
ideoloji  xarakterli  prosesləri  ilə  fərqlənmiş  tarixi  mərhələdə  Azərbaycan 
mədəniyyəti  öz  təkamülünün  yeni,  keyfiyyətcə  daha  zəngin  səviyyəsinə  yetmiş, 
dünya mədəniyyəti xəzinəsinə elmin, ədəbiyyatın, incəsənətin müxtəlif sahələrində 
fərqlənmiş dahilərinin bənzərsiz irsini əlavə etmiş, Şərq  - İslam, türk mədəniyyəti 
məcmusunu  Azərbaycan  özəllikləri  ilə  zənginləşdirmişdir.  Azərbaycanın  antik 
dövrünün,  atəşpərəstlik  və  xristianlıq  mərhələsinin  mədəni  dəyərlər  sisteminə 
İslam dəyərləri, ərəb dünyası vasitəsilə isə qədim yunan və Roma mədəni faktları 
da əlavə olundu. Azərbaycan bu zaman kəsimində də dünyada baş vermiş mədəni 
inteqrasiya prosesinin ən fəal obyekti və subyekti olmuşdur. 
 
1
 Azərbaycan tarixi. 7 cilddə. II cild, s.161-162. 
2
 Yenə orada, s.169. 


103 
 
3
Vəlixanlı  N.  Ərəb  Xilafəti  və  Azərbaycan.  Bakı,  1993,  s  .51;  Bünyadov  Z.М. 
Azərbaycan VII-IX əsrlərdə, s.112-113. 
4
 Vəlixanlı N. Ərəb Xilafəti və Azərbaycan, s.51-52. 
5
 Azərbaycan tarixi. 7 cilddə, II cild, s.185. 
6
 Yenə orada, s. 186. 
7
 Bünyadov Z.М. Azərbaycan VII-IX əsrlərdə, s.147. 
8
Hacıyev  Q.  Bərdə  şəhərinin  tarixi,  s.150-151;  Nuriyev  А.,  Babayev  Ə.  Bərdə 
şəhərinin tarixi-arxeoloji oçerki, s .21-23. 
9
 Hacıyev Q. Bərdə şəhərinin tarixi, s.155-161. 
10
 Bax: Gəncə (tarixi oçerk). Bakı, Еlm, 1994, s. 9-10. 
11
Йакут  ал-Хамави.  Муджам  ал-булдан  (Сведения  об  Азербайджане).  Баку, 
1983, с.10. 
12
 Bünyadov Z.М. Azərbaycan VII-IX əsrlərdə, s.146. 
13
 Yenə orada, s. 227; Vəlixanlı N. Ərəb Xilafəti və Azərbaycan, s.53. 
14
 Bünyadov Z.М. Azərbaycan VII-IX əsrlərdə, s.228. 
15
 Bax: Bünyadov Z.М.. Azərbaycan VII-IX əsrlərdə, s.219-257; Vəlixanlı N. Ərəb 
Xilafəti  və  Azərbaycan,  s.53-57;  Səid  Nəfisi.  Azərbaycan  qəhrəmanı  Babək 
xürrəmidin. Bakı, 1990, 128 s. 
16
 Azərbaycan tarixi. 7 cilddə. II cild, s.252. 
17
Yenə orada, s. 291-292. 
18
Ашурбейли С.Б. Государство Ширваншахов, с.46. 
19
 Azərbaycan tarixi. 7 cilddə. II cild, s.295. 
20
 Bünyadov Z.М. Azərbaycan VII-IX əsrlərdə, s.189. 
21
 Ашурбейли С.Б. Государство Ширваншахов, с.75. 
22
 Минорский В.Ф. История Ширвана и Дербенда…, с.176-177. 
23
 Ашурбейли С.Б. Государство Ширваншахов, с.86. 
24
 Azərbaycan tarixi. 7 cilddə, s. 302. 
25
 Ашурбейли С.Б. Государство Ширваншахов, с.138. 
26
 Azərbaycan tarixi. 7 cilddə. II cild, s. 318. 
27
 Bax: Şərifli М. Х. IX əsrin II yarısı… 
28
 Azərbaycan tarixi. 7 cilddə. II cild, s. 341. 
29
 Bünyadov Z.М. Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər). 
30
 Azərbaycan tarixi. 7 cilddə. II cild, s.355. 
31
 Bünyadov Z.М. Azərbaycan Atabəyləri dövləti, s.367. 
32
Azərbaycan tarixi. 7 cilddə, II cild, s.367. 
33
Vəlixanlı N. Ərəb Xilafəti və Azərbaycan, s.64-65 
34 
Yenə orada, s. 60. 
35
А.Маss. İslam. Bakı, Azərnəşr, 1964, s.87-92; İslam. Qısa məlumat kitabı, s.44. 
36
 Yenə orada, s. 87-88; İslam. Qısa məlumat kitabı, s.44, 
37
Məmmədov Z. Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri, s.8. 
38
 Hacıyev Q. Bərdə şəhərinin tarixi, s. 286. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə