Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   41   42   43   44   45   46   47   48   ...   138

96 
 
Memarlıq  və  şəhərsalma  VII-XII  əsrlərdə  Azərbaycan  mədəni  mühitinin 
mühüm sahəsi olmuşdur. VII-X əsrlərin memarlıq obyektlərinin əksəriyyəti ictimai 
və təbii səbəblər nəticəsində tarix səhnəsini tərk etmiş, həmin memarlıq incilərinin 
yalnız  fraqmentləri  qalmışdır.  Erkən  İslam  dövründə  Azərbaycanda  zərdüşti  və 
xristian  dini  obyektləri  məscidlərə  çevrilirdi,  İslamın  ehkamları  və  tələbləri 
əsasında yenidən qurulurdu. Bu zaman ərzində Azərbaycanda yerli xüsusiyyətlərə 
malik  olan  məscid  tipi  formalaşmışdı.  Şamaxıdakı  Cümə  məscidi,  Ağsudakı  və 
Sündü  kəndindəki  məscidlər  ərəb  hökmranlığı  zamanındakı  planlarını  saxlamış 
məscidlərin  yerində  inşa  olunmuşdur.  Araşdırıcılar  ilk  iki  məscidin  VIII  əsrdə 
tikildiyini  bildirirlər.  Sündü  məscidi  isə  920-ci  ildə  tikilmiş  və  dəfələrlə  bərpa 
olunmuşdur.
125
 IX əsrdən XIII əsrin əvvəllərinədək “Qəbələ bir feodal şəhəri kimi 
özünün  ən  yüksək  inkişaf  dövrünü  keçirmişdir.  Bayır  şəhər  və  sənətkarlar 
məhəlləsi məhz bu zamanlar meydana gəlmiş və yüksəlmişdir”.
126
 VII-XII əsrlərin 
Azərbaycan  şəhərlərinin  görkəmi,  memarlıq  obyektləri  barədə  müəyyən 
məlumatlar  bu  dövrün  ərəbdilli  qaynaqlarında  verilmişdir.  Həmin  qaynaq 
məlumatları  arxeoloji  qazıntıların  nəticələri  ilə  də  təsdiqlənmişdir.  Bu  dövrün 
Azərbaycan  şəhərlərinin  əksəriyyətində  örtülü  su  kəmərləri  və  saxsı  borulardan 
quraşdırılmış  kəhrizlərin  mükəmməl  şəbəkəsi  fəaliyyət  göstərirdi.  İri  və  xırda 
arxlar (kanallar) sisteminin varlığı ölkə şəhərlərinin əksəriyyəti üçün səciyyəvi idi. 
Erkən orta çağların iri Azərbaycan şəhərlərindən biri olmuş Gəncə şəhərgahı (şəhər 
yeri)  müasir  Gəncənin  şimal-şərqində  yerləşirdi.
127
  Orta  əsr  müəllifləri  (məsələn, 
Əl-Müqəddəsi)  Bərdənin  əhəmiyyətini  nəzərə  alaraq  onu  “bu  diyarın  Bağdadı” 
adlandırırdılar.
128 
Bərdənin  ətrafı  bağlarla  əhatə  olunmuşdu.  Karvansaralar, 
hamamlar,  çoxsaylı  örtülü  bazarlar,  məscidlər,  kübar  evləri  Bərdənin  qaynar 
həyatının  başlıca  ünsürləri  kimi  səyyahların  diqqətini  cəlb  edirdi.  Örtülü  bazarlar 
və  hamamlar  bu  dövrdə  Bərdəni  daha  çox  məşhurlaşdırmış  memarlıq  obyektləri 
olmuşlar.  Körpülər  müxtəlif  yaşayış  məntəqələrini  bir-birinə  bağlayan  qurğular 
olmaqla  yanaşı  incə  memarlıq  abidələri  idi.  Xudafərin  aşırımı  üzərindəki 
körpülərdən biri məhz bu zaman (635-ci ildə) inşa olunmuşdur. Bu körpü Bəkr ibn 
Abdullahın layihəsi əsasında və onun başçılığı altında yaradılmışdır. Naxçıvandakı 
Əlincə qalası, Amaras monastırı (təqribən IX əsrdə inşa olunduğu ehtimal edilir) da 
bu dövrün diqqətəlayiq memarlıq incilərindəndir. Qazax bölgəsinin Əskipara kəndi 
yaxınlığında,  meşədə  -  əlçatmaz  dağlıq  yerdə  V-XI  əsrlər  ərzində  formalaşmış 
monastır  kompleksi  bu  zaman  Azərbaycanda  alban-xristian  mədəni  dəyərlərinin 
yaşadığından xəbər verir. 
Səlcuq  yürüşləri  Azərbaycanda  şəhər  həyatının  ümumi  inkişaf  meylinin 
qarşısını  ala  bilmədi.  Bu  dövr  Azərbaycanda  şəhərlərin  və  şəhər  mədəniyyətinin 
çiçəklənməsi,  memarlığın  tərəqqisi  ilə  səciyyəvi  olmuşdur.  Yeni  “səlcuq  üslubu” 
incəsənətin memarlıq sahəsində xüsusilə nəzərə çarpırdı. Azərbaycan memarlığının 
3  üslub  istiqaməti  (Şirvan-Abşeron,  Naxçıvan-Marağa,  Arran  memarlıq 
məktəbləri)  mövcud  idi.  “Bu  dövrdə  Azərbaycan  memarlığında  iki  istiqamət 


97 
 
təşəkkül  tapdı.  Lokal  (yerli)  memarlıq  məktəblərinin  Azərbaycan  memarlığının 
sonrakı  inkişafında  mühüm  rol  oynamış  Naxçıvan  və  Şirvan-Abşeron 
məktəblərinin  yaranması  prosesi  başa  çatdı”.
129 
Abşeronda  inşası  tarixi  dəqiq 
müəyyən olunmuş ən erkən  memarlıq abidəsi olan, xalq arasında  “Sınıqqala” adı 
ilə  tanınmış,  1078/79-cu  ildə  inşa  olunmuş  məscid  Şirvan-Abşeron  memarlıq 
məktəbinin nadir incilərindəndir. Bu məscid ustad-rəis Məhəmməd ibn Əbubəkrin 
göstərişi  ilə  tikilmişdir.  Abidənin  daş  kitabəsində  “əl-ustad  əl-rəis”  ifadəsinin 
olması XI əsrin II yarısında Şirvan və Arran şəhərlərində şəhər rəislərinin ictima-
isiyasi həyatdakı rolunun yüksək olduğunu sübut edən örnəkdir. Bu dövrdə rəislər 
şəhər  tacirlərinin  və  sənətkarlarının  mənafeləri  naminə  fəaliyyət  göstərmiş,  siyasi 
mübarizədə  onlara  arxalanmış  şəxslər  olmuşlar.  Daş  kitabədə  Şirvanşahın  adının 
olmaması I Fəriburzün Səlcuqilərə tabe olduğunu və rəislərin siyasi mövqeyinin bu 
zaman  gücləndiyini  göstərir.  XII  əsrin  30-cu  illərində  Azərbaycan  Atabəyləri 
dövlətinin tərkibində  olmuş İraqi-Əcəm vilayətinin Həmədan  və  Qəzvin şəhərləri 
ətrafında  təşəkkül  tapmış  Qəzvin-Həmədan  memarlıq  məktəbi  də  Azərbaycan 
memarlığının  ümumi  inkişaf  prosesinə  öz  təsirini  göstərmişdir.  Azərbaycan 
memarlıq  məktəblərinin  başlıca  materialları  əhəngdaşı  (Şirvan-Abşeron),  daş  və 
kərpic  (Arran)  və  bişmiş  kərpic  (Naxçıvan-Marağa)  olmuşdur.  Daha  dayanıqlı, 
sadə  və  çox zaman asimmetrik (qeyri-mütənasib) kompozisiyalar Şirvan-Abşeron 
məktəbi  abidələrinə,  yaraşıqlı  kompozisiya,  daha  zərif  ayrıntılar  və  incə  görkəm 
Arran məktəbi memarlıq obyektlərinə, hər yandan fasadlı olması, bəzəkdə həndəsi 
ornamentin  üstünlüyü,  şirli  kərpiclərin  işlədilməsi,  epiqrafikanın  rolunun  artması, 
gövdənin karkas sxemi,  üzləmə  bloklarının işlədilməsi,  memarlıq obyektinin əsas 
tikinti  kütləsinə  və  üzlük  örtüyünə  ayrılması  Naxçıvan  abidələrinə  xas  olan 
cəhətlərdəndir.  Memarlıq  obyektlərinin  bəzəyində  həndəsi,  nəbati  naxışlardan 
(habelə  ərəb  qrafikasından)  həmin  dövrədək  görünməmiş  miqyasda  istifadə 
olunması  zamanın  sənətlərində  dekorativliyə  və  rəmziliyə  olan  güclü  tələbatla 
bağlı  idi.  Bu  isə  İslam  ehkamlarının  tələblərindən  törənmiş  gerçəklik  kimi 
meydana  çıxmışdı.  Bu  dövr  “məscidləri  mehrablarının  önündə  günbəzli  salonun-
məqsurənin  olması  Səlcuq  dövrünün  monumental  dini  tikililəri  üçün 
səciyyəvidir”.
130
  Məhz  buna  görə  də  Səlcuq  dövrünün  məscidləri  “səlcuq  köşkü”, 
“səlcuq  məqsurəsi”  adları ilə  tanınmışdı.  Əsrin əvvəllərində  Azərbaycanda  olmuş 
Yaqut əl-Həməvi olkədə mövcud olan “çoxlu qalalar”dan bəhs etmişdir. Qalaların 
çoxluğu  isə  ölkədəki  siyasi  qeyri-sabitliyin  göstəricisi  idi  və  ərəb  səyyahı  bunu 
xüsusilə qeyd edirdi. Bu dövrün müdafiə qurğularını iki qrupa bölmək olar: Qala 
divarları  və  qalalar  (qəsrlər).  “Yaqutun  bir  çox  Azərbaycan  qalaları  haqqında 
məlumatı orijinal və əvəzsizdir. Belə ki, vəfatından sonra baş vermiş ikinci monqol 
yürüşü,  eləcə  də  sonrakı  əsrlərdə  olmuş  başqa  hadisələr  Yaqutun  olduğu  və 
gördüyü qalalardan çoxunu  yerlə-yeksan etmiş, onlar haqqında  bizə  yalnız  Yaqut 
kimi  alimlərin  məlumatı  qalmışdır”.
131
  Bir  cəhəti  qeyd  etmək  lazımdır  ki,  Yaqut 
yalnız  ölkənin cənub qismində  olmuşdur. Bu ərəb səyyahı  qeyd edir: “Bu ölkədə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə