Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   39   40   41   42   43   44   45   46   ...   138

92 
 
Azərbaycanın… Qax rayonunda yerləşir. Nizaminin İran Qumundan olduğu fikrini 
bir  kənara  atmaq  lazımdır.  Eyni  zamanda  məlumdur  ki,  Nizami  heç  bir  vaxt  öz 
vətənini tərk etməmişdir”.
99
 İlyas ibn Yusif sənətkar ailəsində anadan olmuşdur. O, 
Gəncə  mədrəsələrində  təhsil  almış,  şəxsi  mütaliəsi  sayəsində  Şərqin  orta  çağ 
elmlərini  mükəmməl  səviyyədə  öyrənmişdir.  Şair  türk,  ərəb,  fars  dillərinin  dərin 
bilicisi idi. Onun yunan və erməni dillərini də bildiyi, yunan fəlsəfəsini və tarixini, 
qədim hind fəlsəfəsini, astronomiyanı, təbabəti və həndəsəni mükəmməl səviyyədə 
mənimsədiyi  öz  əsərlərindən  bəlli  olur.  Nizami  saray  şairi  olmaqdan  qətiyyətlə 
imtina etmiş, lakin bir sıra hökmdarların sifarişi ilə poetik əsərlər yaratmış, həmin 
əsərlərin müqabilində layiqli haqq və hədiyyələr almışdır. Şair təqribən 1169/70-ci 
ildə  Dərbənd  hökmdarı  Seyfəddin  Müzəffərin  hədiyyə,  kəniz  kimi  göndərdiyi 
qıpçaq  qızı  Afaqla  (Appaqla)  evlənmişdir.  1174-cü  ildə  bu  izdivacdan  oğlu 
(Məhəmməd) dünyaya gəlmişdir. O, yaradıcılığa lirik şeirlər yazmaqla başlamışdır. 
Nizami böyük şeirlər “Divan”ının müəllifidir. Şərq təzkirəçiləri onun 20 min beyt 
həcmində  divan  yaratdığını bildirmişlər, lakin bu  şeirlərin  az bir qismi qalmışdır. 
Şair  dünya  tarixinə  məsnəvi  formasında  yazdığı  beş  poemadan  ibarət  olan 
“Xəmsə”  (“Beşlik”)  müəllifi  kimi  daxil  olmuşdur.  Nizami  “Məxzənül-əsrar” 
(“Sirlər  xəzinəsi”)  əsərini  1177-ci  ildə  yazmışdır.  2263  beytdən  ibarət  olan
100
  bu 
poema  Ərzincanın  Səlcuq  valisi  (hakimi)  Fəxrəddin  Bəhramşah  ibn  Mənkuçəkə 
(1162-1225) ithaf olunmuş, şair bu əsərinin  müqabilində  5  min dinar pul  hədiyyə 
almışdır.
101
 Sonuncu İraq Səlcuq Sultanı III Toğrulun sifarişi ilə yazılmış “Xosrov 
və Şirin” poemasını Nizami 1180-cı ildə bitirmişdir. Şair 6966 beytdən ibarət olan 
bu  poemanı
102
  Azərbaycan  Atabəyi  Məhəmməd  Cahan  Pəhləvanın  ünvanına 
göndərmiş,  lakin  atabəy  1186-cı  ildə  vəfat  etdiyinə  görə  əsərin  mədhiyyə  hissəsi 
Qızıl  Arslana  həsr  olunmuşdur.  1188-cı  ildə  Şirvanşah  I  Əxsitan  şairə  “Leyli  və 
Məcnun” poemasını yazmağı sifariş etdi. Şair Şirvan hökmdarının sifarişini yerinə 
yetirməkdən  boyun  qaçırmaq  istəmiş,  lakin  oğlunun  təkidi  ilə  Şərqdə  ilk  dəfə  bu 
mövzuda poemanı yazmışdır. Onun bu poeması 4613 beytdən ibarətdir.
103 
Nizami 
1196-cı  ildə  yazdığı  4968  beytlik
104
  “Həft  peykər”  (“Yeddi  səyyarə”,  “gözəl”) 
poemasını  Ağsunqur  Marağa  hakimi  Əlaəddin  Körpə  Arslana  ithaf  etmişdir.  Şair 
təqribən 1203-cü ildə 2 hissədən ibarət olan “İsgəndərnamə” poemasını yazdı. 10 
min 540 beytlik poemanın birinci qismində (“Şərəfnameyi-İsgəndəri”) 6896, ikinci 
qismində  (“İqbalnameyi-İsgəndəri”)  isə  3644  beyt  vardır.
105
  İrihəcmli  bu  poema 
Azərbaycan  atabəyi  Nüsrətəddin  Əbubəkrə  həsr  olunmuşdur.  Sifarişçi-hökmdar 
1000 qızılı şairə dərhal göndərmiş və ona 400 qızıl miqdarında illik maaşın təyin 
olunması  haqqında  fərman  vermişdi.
106 
Nizami  Gəncəvinin  “Sirlər  xəzinəsi”  ilk 
dəfə  Yaxın  Şərqdə  didaktik  fəlsəfi  şeirin  nümunəsi  hesab  olunur.  Poemadakı  20 
məqalət  arasında  üzvi  ideya  birliyi  (vəhdəti)  vardır.  Şair  -  mütəfəkkirin  Şərq 
poeziyasına güclü təsiri olmuşdur. XIII əsrdən başlayaraq Nizaminin poemalarına 
onlarla nəzirələr yazılmışdır (o, cümlədən “Sirlər xəzinəsi”nə, “Xosrov və Şirin”ə, 
“Leyli  və  Məcnun”a  ayrı-ayrılıqda  40-dan  artıq  nəzirə  yazılmışdır).  Şairin 


93 
 
poemalarının  sifarişçiləri,  ithaf  obyektləri  haqqında  araşdırıcılar  arasında  bəzi 
mübahisələr  mövcuddur.  Məsələn,  son  poemanın  Əhər  hakimi  Nüsrətəddin  Piş-
Təkin  ibn  Məhəmmədə  (1155-1210)  ithaf  olunduğu  fikri  də  elmi  ədəbiyyatda 
göstərilir.
107
 Lakin kimlərə həsr olunduğundan, hansı hökmdara ithaf olunmasından 
asılı  olmayaraq  həmin  poemalar  şair-mütəfəkkir  Nizami  Gəncəvinin  bədii,  elmi, 
fəlsəfi  baxışlarının  dərinliyindən  xəbər  verir.  “Onun  mənəvi  varlığından  bəhs 
edərkən  demək  lazımdır  ki,  yazdığı  dilin  farsca  olmasına  baxmayaraq  şairin 
daşıdığı  hissiyyatı  ilə  işlədiyi  mövzular  onun  Azərbaycan  duyğularından  doymuş 
bir zövqə sahib olduğunu göstərmişdir… Ədəbi bir əsərin milli olması üçün yalnız 
onun  formaca  milli  olması  kafidirmi?  Yoxsa  bir  əsəri  milliləşdirən  ruh,  məna  və 
məzmundur?  Bizimqənaətimizcə,  yalnız  forma  kafi  deyil  və  formanın  böyük 
əhəmiyyətinə  baxmayaraq,  o,  zəruri  də  deyildir.  Hər  bir  əsəri  milliləşdirən  onun 
məzmunu və daxili varlığının milli olmasıdır… Əsəri milliləşdirən amil formadan 
çox məzmun və özlüyü, başqa ifadə ilə desək, dildən çox məna və məzmundur”.
108
 
Nizami  Gəncəvinin  “yaradıcılığı  forma  baxımından  Azərbaycana  nisbətdə  milli 
deyilsə  də,  hissiyat,  duyğu,  düşüncə,  şüur  və  şüuraltı  ilə  öz  yetişdiyi  mühitə 
dərindən  bağlıdır…  Bu  bağlılıq  onu  bizim  gözümüzdə  azərbaycanlı  bir  şair 
olmaqdan başqa, bir Azərbaycan şairi də etmişdir”.
109
 Dünya şöhrətli  Azərbaycan 
şairinin  ləqəbi  “Nizaməddin”,  künyəsi  “Əbu  Məhəmməd”dir;  Nizaminin  “anası, 
özünün  qeyd  etdiyi  kimi,  “Rəiseyi-kürd”  olub  Gəncədə  yaşamış  Azərbaycan 
kürdlərindən olan bir ailənin qızı olmuşdur”.
110
 Dərin biliklər sahibi olduğuna görə 
Nizami Gəncəviyə “Həkim” (böyük bilici, müdrik) ləqəbi də verilmişdi. “Ömrünün 
idrak və cismani hisslər haqqında təlimi əsasında, şair T.Kampanella, Tomas Mor, 
A.Sen-Simon  və  s.  kimi  görkəmli  sosialistlərin  fikrini  bir  neçə  əsr  qabaqlayaraq 
son  dərəcə  kamil  bir  nəzəriyyə  yaratmışdır”.
111 
Nizaminin  öz  əsərlərinə  yazdığı 
müqəddimələrdən belə bir nəticə hasil etmək mümkündür ki, o, pəhləvi, nəsturi və 
yəhudi dillərini də  bilirmiş.  Nizami dindar şəxs idi.  Şair din sahəsində  göstərdiyi 
müvazinəti  fikir  sahəsində  də  nümayiş  etdirmişdir.  O,  “bir  sufi  sifətiylə  sufiliyə 
çox  yabancı  olmadığı  kimi,  tərkidünyalıq  istəyən  dərvişlərə  də  özünü 
bağlamamışdı. İsrafdan və dünya nemətlərindən sui-istifadədən, bəd əməllərdən və 
hər  cürə  düşkünlüklərdən  özünü  qorumaqla  bərabər,  o,  həyatı  sevirdi  və  həyat 
sevgisində özünə məxsus bir gözəllik tapırdı, gözəl yaşamağı ürəkdən diləyirdi”.
112
 
Tədqiqatçıların bir qismi Nizaminin sufi olduğunu qəbul etmir, lakin onun sufiyanə 
həyat  tərzi  keçirməsi  haqqında  bütün  araşdırıcılar  həmrəydirlər.  Müxtəlif 
hökmdarlardan  xeyli  ənamlar  almasına  baxmayaraq,  şair  həyatını  sadə  və 
təvazökarlıqla  keçirmiş,  “az  yemək,  çox  bağışlamaq”  prinsipinə  uyğun  surətdə 
yaşamışdır.  “Sirlər  xəzinəsi”  poemasını  yazanadək  Nizaminin  keçirdiyi  həyat 
tərzinə  dair  səhih  məlumatlar  yoxdur.  Lakin  sonralar  şair  həyatının  sonunadək 
abidliyə  üstünlük  vermiş,  təam  məhdudluğu  prinsipinə  əməl  etmiş,  həyat 
nemətlərinin bir çoxundan özünü məhrum etmişdir. Lakin əsərlərindən məlum olur 
ki, Nizami dövrünün görkəmli dövlət xadimlərinin ödənişli sifarişlərini də yüksək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə