Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   47   48   49   50   51   52   53   54   ...   138

109 
 
dövründə  tikilmiş  bütxanalar,  xristian  kilsələri,  yəhudi  mədəbləri  (sinaqoqlar) 
dağıdıldı  və  onların  yerində  məscidlər,  xanəgahlar  inşa  olundu.  İslamın  əski 
mövqeyi  bərpa  edildi.  Avropanın  xristian  hökmdarlarının  və  erməni 
avantüristlərinin İslam Şərqində daha bir “xristian adası” yaratmaq xülyaları boşa 
çıxdı,
10
  yeni  ərazilərdə  dövlət  qurmuş  monqolların  (eləcə  də  kütləvi  surətdə  bu 
ərazilərdə məskunlaşmış yeni türk tayfa və qəbilələrinin) siyasi mövqeyi ilə yanaşı, 
ideoloji,  mədəni  mövqeləri  də  möhkəmləndi.  Elxanilər  imperiyası  ərazisində 
bütpərəstliyin, xristianlığın, digər dinlərin mövqeləri sarsıldı. Abaqa xanın (1265-
1282),  Əhməd  xanın  (1282-1284),  Arqun  xanın  (1284-1291),  Keyxatu  xanın 
(1291-1295)  və  bir  neçə  ay  hökmranlıq  etmiş  Baydu  xanın  hərbi-siyasi,  dini-
ideoloji  “eksperimentləri”ndən  sonra  Qazan  xanın  İslama  doğru  əsaslı  dönüş 
etməsi,  bir  sıra  ictimai-iqtisadi  islahatlar  keçirməsi  Elxanilər  dövlətinin  müəyyən 
qədər  sabit  inkişafını  təmin  etdi.  Sultan  Ulcaytunun  dövründə  (1304-1316)  bu 
sabitliyin əlamətləri artıq ictimai-iqtisadi həyatın bir çox sahələrində özünü büruzə 
verirdi.
11
  Sultan  əbu  Səidin  (1316-1335)  öldürülməsindən  sonra  Elxanilər  dövləti 
tədricən  tənəzzülə  uğradı  və  parçalandı.  Arpa  xan  (1335-1336)  başlanmış  bu, 
obyektiv  prosesin  qarşısını  almaq  iqtidarında  deyildi.  Artıq  XIV  əsrin  30-cu 
illərinin  sonlarında  imperiyada  “qoşa  və  çoxpadşahlılıq  meydana  çıxdı”.
12
  iri 
dövlətin parçalanmasında Elxani-Qızıl Orda hərbi-siyasi qarşıdurmasının da böyük 
rolu  olmuşdur.  Ərəb  tarixçiləri  Hülakü  dövləti  ilə  Qızıl  Orda  arasındakı 
qarşıdurmanın  başlıca  səbəbini  dini  təfriqə  ilə  əlaqələndirmişlər.  Lakin  tarixi 
faktlardan  aydın  olur  ki,  iki  dövlət  arasındakı  ziddiyyətlər  Elxanilərin  XIII  əsrin 
sonlarında İslamı qəbul etməsindən sonra da davam etmişdir. 
Ziddiyyətlərin başlıca səbəbi Qızıl Orda xanlarının Azərbaycanı öz ərazisi 
hesab etmələri və bu ərazinin Elxanilər dövlətinin tərkibinə daxil olunması qeyri-
qanuni  hal  kimi  qarşılamaları  olmuşdur.  Azərbaycan  Qızıl  Orda  xanlarını  strateji 
mövqeyi,  iqtisadi  və  ticarət  potensialı  ilə  cəlb  edirdi.  Elxanilər  dövləti  onların 
perspektiv,  strateji  məqsədlərinin  gerçəkləşdirilməsi  yolunda  başlıca  əngəl  idi. 
Qızıl  Orda  xanlarının  Azərbaycana  hərbi  yürüşləri  Hülakü  xanın  zamanından 
Elxanilər  dövlətinin  süqutu  məqamınadək  (1357-ci  ildə)  davam  etdi.
13
  Beləliklə, 
təqribən  bir  əsr  ərzində  Azərbaycan  iki  rəqib  dövlətin  hərbi  toqquşmalarının 
obyektinə  çevrilmiş,  ölkənin  inkişaf  potensialı  tam  gerçəkləşməmişdi.  Qızıl  Orda 
xanı Canı bəyin (1340-1357) 1357-ci ildə Təbrizi ələ keçirməsindən sonra Çobanı 
Əmiri  Məlik  Əşrəfin  tutulması  və  öldürülməsi  ilə  Elxanilər  dövləti  süqut  etdi  və 
Azərbaycan Qızıl Orda dövlətinə tabe olundu. Elxanilər dövləti tarixinin son 20 ili 
bu siyasi qurumun tənəzzül prosesi ilə səciyyəvi olmuşdur: Artıq XIV əsrin 40-cı 
illərinə  doğru  dövlət  40-a  yaxın  hissəyə  parçalanmışdı.  Bu  dövrdə  Elxanilər 
dövlətini əslində Çobani əmirləri “idarə edirdilər”.  “Çobani feodalları 1338-1357-
ci illərdəki fəaliyyətləri dövründə Azərbaycanda və onların nüfuz dairələrində olan 
ərazilərdə  Hülakülərin  təsirindən  azad,  müstəqil  dövlət  təsis  etmişdilər...  Onlar 
Hülakülər  dövlətinin  müdafiəsi  bayrağı  altında  mübarizə  apardılar  və  dövləti 


110 
 
Hülakü şahzadələrinin... adından idarə etdilər. Çobanilər əməli olaraq hakimiyyəti 
ələ  aldılar,  lakin  onlar  qonşu  dövlətlər  tərəfindən  müstəqil,  tamhüquqlu  dövlətin 
hökmdarları  kimi  tanınmadılar”.
14
 
Hakimiyyətdən  maksimum  dərəcədə 
bəhrələnmiş  son  Çobani  əmiri  Məlik  Əşrəf  idi.  O,  hakimiyyətdə  13  il  olmuşdur. 
Məlik  Əşrəf  “745-ci  ildə  (hicri  tarixi  ilə  -  red.)  Təbrizə  gəlib  oturdu  və  zülm 
bayrağını  üfüqlərə  qaldırdı...  O,  Azərbaycan  və  Arran  mülkündə  ədalətsizliyə 
başladı...  Məlik  Əşrəf  gəldi  və  zülmü  başdan  aşdı...  camaatdan  zorla  mal-dövlət 
topladı  və  xəzinəsini  doldurdu...  Ölkədə  üç  şey  bol  idi:  zülm,  bahalıq  və  vəba... 
camaat  cana  gəlmişdi,  ölüm  arzulayırdı.  O,  dünyada  bir  dirhəm  qızıl  qoymadı, 
hamısını güclə və haqsız olaraq cəmlədi. Onun 14 xəzinəsi vardı. Onun məzəmmət 
olunası  işləri  çoxdur,  əgər  onlarla  məşğul  olsam,  çox  uzun  çəkər...  Camaat  ona 
nifrət edirdi... On üç il ərzində zülmlə topladığı xəzinədən və ləl-cəvahirdən onun 
payına  iki  dirhəm  belə  düşmədi”.
15
  Son  Çobani  əmirinin  13  illik  özbaşınalıq 
dövrünün başlıca cəhətlərini Əbubəkr əl-Qütbi əl-əhəri bu cür nəzərə çatdırmışdır. 
Çobanilər  hakimiyyətə  qayıtmağa  çalışaraq  siyasi  tarix  səhnəsinə  çıxmış 
Cəlairilərlə  bir  müddət  çəkişdilər.  1359-cu  ildə  Azərbaycan  ərazisi  Şeyx  Üveys 
(1360-1374)  tərəfindən  Cəlairilər  dövlətinin  tərkibinə  daxil  olundu.  Bu  dövlətin 
əsasını  1340-cı  ildə  Bağdadın  fəthi  ilə  Şeyx  Həsən  qoymuşdu.  Şeyx  Üveysin 
dövründə  Azərbaycanın  iqtisadi,  mədəni  həyatında  nəzərəçarpacaq  canlanma  baş 
verdi. Cəlairilərin Azərbaycanda hökmranlığı 1410-cu ilədək davam etdi. 
XIII  əsrdə  monqol  qoşunlarının  başlıca  hücum  obyektləri  şəhərlər 
olmuşdur.  Şəhərlərin  tənəzzülə  uğraması  isə  öz  növbəsində  mədəni  həyatda 
durğunluq  üçün  zəmin  hazırlamışdı.  Məsələn,  1231-ci  ildə  monqolların  II  hərbi 
yürüşü  zamanı  Gəncə  şəhəri  tamamilə  dağıdılmış,  şəhər  4  il  ərzində  əhalisi 
olmayan,  viran  edilmiş  məntəqə  kimi  qalmışdı.  Həmin  dövrdə  monqolların 
viranedici  “fəaliyyəti”  bölgənin  əhalisini  təbii  fəlakət  təhlükəsi  qədər  qorxuya 
salmışdı.  “Monqol  işğalı  dövründə  tətbiq  edilmiş  soyğunçu  vergi  siyasəti,  Qızıl 
Orda xanlarının XIII əsrin 60-cı illərindən başlanmış yürüşləri Azərbaycanda şəhər 
həyatına  mənfi  təsir  göstərmiş  əsas  amillər  idi”.
16
  Bu  amillərə  Çobani-Cəlairi 
çəkişmələrini,  daxili  feodal  mübarizəsini  də  əlavə  etmək  lazımdır.  Hülakülər 
dövlətinni  paytaxtına  çevrilmiş  Təbriz  istisna  olunmaqla,  bütün  Azərbaycan 
şəhərlərinin  əhalisi  bir  neçə  dəfə  azalmış,  şəhərlərin  kəndlərə  çevrilməsi  meyli 
güclənmişdi.  Lakin  müəyyən  məqamadək  dağıdıcılıq  fəaliyyəti  göstərmiş 
monqollar  yeni  məkanda  dövlət  qurduqdan  sonra  yaradıcılıq  fəaliyyətinə  keçid 
etməli oldular, çünki bu fəaliyyət olmadan “yeni vətəndə” möhkəmlənmək, qalmaq 
qeyri-mümkün olardı. 
XIII-XIV  yüzilliklər  ərzində  Şirvanşahlar  dövləti  bölgədə  bir-biri  ilə 
amansız çəkişmələrdə olan dövlətlərdən asılı olmamaq uğrunda mübarizə aparmalı 
olmuşdur.  XIII  əsrin  20-ci  illərinə  doğru  Şirvanşahların  hakimiyyəti  altında  olan 
Azərbaycan  ərazilərində  şəhər  həyatı,  sənətkarlıq,  ticarət,  tikinti  işləri  uğurla 
inkişaf  edirdi.  Lakin  1220-ci  ildən  etibarən  Şirvan  üzərində  də  monqol  əsarəti 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə