Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   48   49   50   51   52   53   54   55   ...   138

111 
 
təhlükəsi artmağa başladı. 1221-ci ildə Beyləqanı ələ keçirəndən sonra xarabazara 
çevirmiş  monqollar  Arranın  paytaxtı  Gəncəni  mühasirəyə  aldılar.  Onlar  böyük 
ödənc  aldıqdan  sonra  hücum  istiqamətini  dəyişərək  Gürcüstana  soxuldular. 
Monqollar  bu  ölkədə  dağıntılar,  qarətlər,  qətllər  törətdikdən  sonra  Şirvana  doğru 
yürüş  etdilər.  Şamaxı  şəhəri  mühasirə  edildi,  sonra  isə  ələ  keçirildi.  Monqollar 
Şamaxını dağıntılara, şəhər əhalisini isə amansız əzablara məruz qoydular. Bakını 
ələ keçirməyə çalışan monqollar uzun müddət bu məqsədə nail ola bilmədilər.
17
 İlk 
yürüş zamanı monqolların Dərbənd şəhərini də ələ keçirmək planı gerçəkləşmədi. 
Monqol  hərbi  qüvvələri  Dərbəndi  yalnız  1239-cu  ildə  ələ  keçirə  bildilər.
18
  Bakı 
qalası da bu tarixi məqamda yeni fatehlərə tabe edildi. Həmin tarixi məqamda baş 
vermiş  monqol  hərbi  yürüşləri,  gürcülərin  vaxtaşırı  təkrarlanan  təcavüzkar 
həmlələri, xarəzmşah Cəlaləddinin ölkəyə hücum təhlükəsi Şirvanşahlar dövlətinin 
zəifləməsinə  gətirib çıxardı.  Xarəzmşah  Cəlaləddin  Azərbaycanın  şimal  qismində 
möhkəmlənməyə  çalışarkən  (1225-1231)  Şirvanşahlar  itaətkarlıq  və  diplomatik 
bacarıq nümayiş etdirərək öz  dövlətinin müstəqilliyini, Şirvanın abadlığını, əmin-
amanlığını qoruya bildilər. Lakin 1231-ci ildə monqolların ikinci gəlişindən sonra 
Şirvan  dövlətinin  vəziyyəti  xeyli  gərginləşdi.  Kəşfiyyat  yürüşü  güdişində  hərbi, 
siyasi rəqiblərin zəif cəhətlərini əsaslı şəkildə öyrənmiş monqollar II yürüşün 8 ili 
ərzində Qafqazı, eləcə də Şirvanı fəth etdilər.  Ölkənin (Şirvanın) fəth olunmasına 
baxmayaraq,  şirvanşahlar  monqollardan  tam  asılı  deyildilər.  XIII  əsrin  50-ci 
illərinədək Şirvanşahlar  monqollara  bac verməklə  kifayətlənmişlər. 1239-cu ildən 
sonra  Şamaxıda,  Bakıda  və  Abşeron  yarımadasında  müxtəlif  təyinatlı  mühüm 
qurğuların tikilməsi işində fasilə yarandı, bu fasilə XIII əsrin sonlarınadək davam 
etdi.
19
  Əsaslı  tikinti  işlərində  yaranmış  fasilə  monqol  hərbi  yürüşləri  nəticəsində 
Şirvanın maliyyə, iqtisadi baxımdan iflası ilə bağlı olmuşdur. Elxanilər dövlətinin 
yaranması  və  onun  ərazisinin  tədricən  artması  Qızıl  Orda  xanlarının  gərgin 
müqaviməti  ilə  qarşılandı.  İki  dövlət  arasındakı  uzunmüddətli  çəkişmələr  zamanı 
Şirvan əhalisi,  bu vilayətin əsrlər boyu  yaradılmış  maddi-mənəvi sərvətləri qarət, 
talan  və  zərbə  obyektlərinə  çevrilirdi.  Qızıl  Orda  xanları  Elxanilərə  qarşı  hərbi 
yürüşlər  zamanı,  adətən  Dərbənd  keçidi  vasitəsilə  Şirvana  daxil  olur,  rəqib  hərbi 
qüvvələrin  toqquşmalarının  əksəriyyəti  bu  ərazidə  baş  verirdi.  Şirvan  (bəzən 
Dərbəndin  şimal  hissəsi,  bəzən  isə  Bakıdan  şimalda  olan  ərazilər)  həmin  rəqib 
dövlətlər  arasında,  sərhədboyu  zolağa  çevrilmişdi.  Şirvanşah  II  Əxsitan  Hülakü 
xana  qeyd-şərtsiz  tabe  olduğunu  bəyan  edərək  Şirvanı  daha  genişmiqyaslı 
dağıntılardan,  qarət  və  talanlardan  xilas  etdi.  Şirvanşahın  qoşunları  Elxanilərin 
bütün hərbi yürüşlərində fəal surətdə iştirak etməyə borclu idilər. 
II  Əxsitanın  hakimiyyəti  dövründə  Şirvanşahlar  dövlətinin  vəziyyəti  çox 
ağır olmuşdur. 1260-cı ildə bu Şirvanşah Hülakü xanın əmrinə əsasən öldürüldü.
20
 
Əsrin sonlarınadək Hülakü xanları Şirvanı tam asanlıqla, nəzarət altında saxladılar. 
Lakin  XIV  əsrin  əvvəllərində  (xüsusilə  Elxan  Əbu  Səidin  hakimiyyəti  zamanı) 
Elxanilər dövləti zəifləyərkən Şirvanşahların öz mülklərində hakimiyyəti gücləndi. 


112 
 
Məhz bu zaman Şirvanın təsərrüfat həyatında yüksəliş, şəhərlərdə ticarətin inkişafı 
nəzərə çarpırdı. Şirvanşahların siyasi müstəqillik uğrundakı mübarizəsi “XIV əsrin 
40-cı  illərinə  doğru  Şirvanın  müstəqil  dövlət  kimi  fəaliyyət  göstərməsinə  səbəb 
oldu”.
21
  Həmin  əsrin  ortalarına  doğru  Elxanilər  dövlətinin  tənəzzülü  və  süqutu 
Şirvanın  yenidən  müstəqilləşməsi  prosesi  üçün  əlverişli  zəmin  yaratmışdı. 
Elxanilərin  dövlət  aparatında  nəzarəti  ələ  keçirmiş  Çobani  əmirlərini  siyasi 
mübarizə meydanından uzaqlaşdırmaq üçün Şirvanşah Kavus Qızıl Ordanın hərbi 
qüdrətindən faydalanmağı qərara aldı və həmin qüvvəni Çobani əmiri Məlik Əşrəf 
istiqamətinə (Təbriz şəhərinə) yönəltdi. Başlıca siyasi rəqibdən yaxasını qurtarmış 
Şirvanşah  tezliklə  yeni  rəqiblə  (Cəlairi  hökmdarı  ilə)  üzləşməli  oldu.  Cənubi 
Azərbaycanda,  Arranda  və  Naxçıvanda  möhkəmlənmiş  Cəlairi  hökmdarı  Şeyx 
Üveys Şirvanı da tabe etməyə can atırdı. Şirvanşah Kavus rəqibin hərbi potensialı 
ilə  hesablaşaraq  Şeyx  Üveysə  tabe  olduğunu  bəyan  etdi.  XIV  əsrin  80-ci 
illərinədək  şirvanşahlar  Cəlairilərin  xəzinəsinə  illik  xərac  ödəməli  və  Cəlairilərin 
adları  həkk  olunmuş  sikkələr  zərb  etdirməli  oldular.
22
  Şirvanşah  Kavusun 
vəfatından  sonra  Şirvan  taxtına  onun  Cəlairi  hökmdarı  Sultan  Şeyx  Üveysin 
sarayında  girov  saxlanmış  oğlu  Huşəng  sahib  oldu.  Şeyx  Üveysin  ölümündən 
(1374-cü ildə) sonra Cəlairilər dövləti daxilində baş vermiş çəkişmələrdən istifadə 
edən  Şirvanşah  Huşəng  özünün  hakimiyyətini  və  Şirvan  dövlətinin  mövqeyini 
möhkəmləndirdi.  Lakin  numizmatik  materiallar  sübut  edir  ki,  Şirvanşahlar 
Cəlairilər dövlətinin süqutu məqamınadək Cəlairi sultanlarından vassal asılılığında 
olmuşlar.  10  il  hakimiyyətdə  olmuş  Huşəng  təhsilli,  şair  kimi  tanınmış  şəxs  idi. 
1382-ci  ildə  bu  Şirvanşah  Şirvanda  baş  vermiş  üsyan  nəticəsində  öldürüldü. 
Hakimiyyətə Şeyx İbrahim (1382-1417) gəldi.
23
 I İbrahim də ənənəvi xarici siyasət 
yeridərək  Şirvanşahlar  dövlətinin  varlığını  qorumaq  qayğısını  çəkirdi.  Onun 
hakimiyyəti  illərində  İslam  Şərqində  dövlətlərarası  münasibətlər  yenidən 
kəskinləşmişdi.  Siyasi  tarix  səhnəsinə  çıxmış  Əmir  Teymurun  sarsıdıcı  hərbi 
yürüşləri  nəticəsində  Cəlairilər  dövləti  tədricən  tənəzzülə  uğradı.  Bölgənin  digər 
dövlətləri, eləcə də Şirvanşahlar dövləti üçün siyasi müstəqilliyi itirmək təhlükəsi 
yarandı.  XIV  əsrin  sonlarına  doğru  Şirvan  hökmdarı  cənubdan  Əmir  Teymurun, 
şimaldan  isə  Qızıl  Orda  xanı  Toxtamışın  viranedici  hücumlarından  qurtulmaq 
problemi  qarşısında  qalmışdı.  1385-ci  ildə  Toxtamış  90  minlik  qoşunla  Şirvana 
doğru  irəlilədi,  ölkəni  qarət  və  talanlara  məruz  qoyaraq  Azərbaycanın  Cənub 
vilayətlərinə  soxuldu.
24
  Həmin  qoşun  bir  müddətdən  sonra  Şirvan  ərazisini  viran 
edərək geri qayıtdı. Yeni tarixi şəraitdə Şirvanşah daha güclü hərbi və siyasi qüvvə 
ilə  yaxınlaşmaqla  Şirvanda  öz  hakimiyyətini  müdafiə  etdi.  1386-cı  ildə  o, 
Qarabağa-Əmir Teymurun qərarlaşdığı məntəqəyə gedərək bölgənin (Şərqin) yeni 
fatehinə tam itaət etdiyini bildirdi. I İbrahimin itaətkar davranışı Əmir Teymura elə 
xoş  gəldi  ki,  o,  Şirvanşahı  “oğul”  adlandıraraq  ona  fəxri  libas  bağışladı,  onu 
Şirvanın  və  Şamaxının  hökmdarı  təyin  etdi.
25
  Yeni  müttəfiqlər  1387-ci  ildə 
yenidən  Şirvana  soxulmuş  Toxtamışın  qoşunlarını  darmadağın  etdilər,  onları 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə