Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   50   51   52   53   54   55   56   57   ...   138

115 
 
ticarət və  mədəni həyatında  aparıcı rol oynamışlar. Tədqiqatlar sübut etmişdir ki, 
XII  əsrin  sonu  -  XIV  əsrin  əvvəllərində  Azərbaycanda  70-dən  artıq  müxtəlif  (iri, 
orta, kiçik) şəhər olmuşdur.
32
 “Arazdan şimalda yerləşən Bərdə və Beyləqan istisna 
olmaqla…  bu  şəhərlərin  çoxunda  olmuş,  monqol  hücumlarının  nəticələrini  öz 
gözləri ilə görmüş”.
33 
Yaqut  əl-Həməvi (1179/80-1229) qeyd edirdi ki,  bu zaman 
Azərbaycanda  41  şəhər  mövcud  idi.
34
  Arazdan  şimalda  yerləşən  bir  çox 
Azərbaycan şəhərlərində olmamış ərəb səyyahının məlumatlarının öz gördüklərinə 
uyğun  olduğunu  buradaca  qeyd  etmək  lazımdır.  Mənşəcə  Kiçik  Asiyalı  yunan 
olmuş  Yaqut  əl-Həməvi  1224-cü  ildə  yazdığı  “Mucəm  əl-buldan”  (“Ölkələrin 
lüğəti”)  adlı  əsərində  16  min  toponim,  habelə  Azərbaycanın  təqribən  90  yaşayış 
məntəqəsi  barədə  qısaca  məlumat  vermişdir
35 
ki,  həmin  məntəqələrin  yalnız  41-i 
“şəhər”  kimi  qiymətləndirilir.  Ərəb  müəllifi,  həyatının  56  ilini  İslam  Şərqinin  2 
nəhəng kitabxanasında (Marağa rəsədxanasının və əl-Müstənsiriyyə mədrəsəsinin) 
keçirmiş, böyük Azərbaycan alimi və dövlət xadimi Nəsirəddin ət-Tusinin şagirdi 
olmuş,  50  cilddən  ibarət  olan  “Təlxis  məcmə  əl-ədəb  fi  mucəm  əl-əlqəb” 
(“Ləqəblər  lüğətindəki  adların  əlifba  qaydasında  tərtib  olunmuş  məlumatların 
müxtəsər  toplusu”)  əsərini  yazmış  ibn-əl-Fuvati  (1244-1326)  də  Azərbaycan 
vilayətləri,  şəhərləri  haqqındakı  məlumatları  ilə  dövrün  şəhər  həyatının  təsvirini 
vermişdir.  Həmin  dövrdə  paytaxta  və  yaxud  iqamətgaha  çevrilmiş  şəhər  iqtisadi 
inkişaf (habelə  mədəni səviyyə) baxımından digər şəhərləri arxada  qoyurdu. Belə 
şəhərlər  xeyli  hərbi  qüvvə  ilə  qorunurdu.  Xüsusi  inzibati  və  siyasi  əhəmiyyətə 
malik olan bu şəhərlər iqtisadi  məzmunlu imtiyazlara  malik idilər.
36
  Bu  şəhərlərə 
kənardan daim əhali axını baş verirdi. Məhz buna görə də həmin şəhərlərin əhalisi 
gəlmələrin hesabına durmadan artırdı. 
Dağıntılar,  iqtisadi  həyatdakı  qeyri-mütəşəkkillik  halları,  aşkar 
soyğunçuluq faktlarının çoxluğu, təsərrüfat həyatının idarəsi işində özbaşınalıq və 
nəzarətsizlik, müəyyən olunmuş vergi sisteminin əslində nəzərə alınmaması “XIII 
əsrin  II  yarısında  -  XIV  əsrin  əvvəllərində  Azərbaycanın  bir  çox  şəhərlərinin 
iqtisadiyyatını  dağıdan  ən  mühüm  səbəblər  idi”.
37 
Azərbaycanın  şəhər  həyatında 
müəyyən  canlanma  halları  təqribən  XIV  əsrin  50-ci  illərinədək  müşahidə 
olunmuşdur.  Əsrin  50-ci  illərindən  XV  əsrin  əvvəllərinədək  olan  tarixi  dövr 
“Azərbaycanda şəhərlərin aşkar tənəzzülü dövrü kimi qiymətləndirilə bilər”.
38
 
Ümumiyyətlə,  XIII  əsrin  20-ci  illərindən  XIV  əsrin  sonlarınadək  olan 
dövr Azərbaycan tarixinin müharibələr, beynəlxalq və daxili səciyyəli çəkişmələr, 
saray  çevirilişləri,  dağıntılar,  əhali  üçün  sonsuz  əzablar  ilə  zəngin  zaman  kəsimi 
olmuşdur.  Bu  hadisələr  dövrün  mədəni-mənəvi  həyatında  özünün  adekvat  əksini 
tapmalı idi. 
Mükəmməllikdən  uzaq  olan  cəmiyyətdə  insanların  kamilliyə,  maddi 
həyatdan  daha  çox  mənəvi  aləmə  meyli  bariz  şəkildə  aşkara  çıxır.  Bu  cür 
cəmiyyətdə  ədəbiyyata,  fəlsəfi  axtarışlara,  səyahətlərə  can  atanların  faizi  yüksək 
olur. XIII-XIV əsrlərdə Azərbaycanın mədəni həyatı məhz bu cəhətləri, əlamətləri 


116 
 
ilə  diqqəti  cəlb  edirdi.  XIV  əsrin  əvvəllərində  Təbrizin  şimal-şərqində  yerləşən 
Rəbi-Rəşididə  “Darülfünün”  təsis  olunmuşdu.  Bu  ali  tədris  müəssisəsində  7  min 
tələbə  təhsil  alırdı.  Çin,  Hindistan,  Misir  və  Şirvandan  gəlmiş  50  tanınmış  alim 
burada müxtəlif elmlərin tədrisi işi ilə məşğul olurdu. Burada təbiətşünaslıq, tarix, 
təbabət, nücum, məntiq, ilahiyyat şöbələri fəaliyyət göstərirdi. Təbabəti tədris edən 
hər müdərrisin 12 tələbəsi olurdu, təhsil 5 il ərzində davam edirdi. Təhsil müddəti 
başa  çatdıqdan  sonra  məzunlar  bir  il  ərzində  Rəbi-Rəşididə  xəstələri  müalicə 
etməli,  əldə  etdikləri  nəzəri  bilikləri  təcrübədə  tətbiq  etməli  idilər.  Təbabət 
şöbəsinin tələbələri burada olan “Darüş-şəfa”da (“Şəfa evində”) təcrübə keçirdilər. 
Müəssisənin ixtiyarında olan kitabların sayı vəqf hesabına artırdı. Burada müxtəlif 
elm sahələrinə aid olan 60 min nüsxə kitabın saxlanıldığı kitabxana vardı. Həmin 
dövrdə  Bakıdakı    Şirvanşahlar  sarayında,  Ərdəbildəki  Şeyx  Səfiəddin  məqbərəsi 
kompleksində, bir sıra hökmdar saraylarında zəngin kitabxanalar mövcud idi 
Xacə Nəsirəddin Məhəmməd Tusi (1201-1274) bu dövrün ən parlaq elm 
və  mədəniyyət  xadimi  olmuşdur.  O,  Həmədanda,  bəzi  mənbələrə  görə  isə  Tus 
şəhərində  anadan  olmuş,  məzmunlu  və  ziddiyyətli  ömür  sürmüş,  Bağdadda  vəfat 
etmişdir.  Nəsirəddin  Tusi  “XIII  əsrin  elm  tarixində  nadir  hadisədir”.
39 
XIII  əsrin 
30-cu  illərində  Nəsirəddin  Tusi  Kuhistana  gəlmiş,  İsmaililər  dövlətinin  başçısı 
Möhtəşəmin  sarayına  dəvət  olunmuşdu.  Sarayda  o,  hökmdarın  önəmli 
müşavirlərindən birinə çevrilmişdi. Onun istedadı, dövlətçilik sahəsindəki bilgiləri 
və bir çox hadisələri öncədən görmə qabiliyyəti sarayda yüksək qiymətləndirilirdi. 
Qeyd olunmalıdır ki, İsmaililər dövləti İslam Şərqində orijinallığı ilə seçilən siyasi 
qurum  olmuşdur.  Bu  dövlət  1090-cı  ildə  yaranmışdı,  mərkəzi  Ələmut  (İrandadır) 
qalası  idi.  İran  və  Suriyadakı  bir  sıra  torpaqlar,  qala  və  qəsrlər  həmin  dövlətin 
tərkibində olmuşdur. İsmaililər dövləti vaxtilə Səlcuqilərə qarşı mübarizə gedişində 
meydana  gəlmişdi.  Təbliğat,  üsyanlar,  bir  sıra  dövlətlərin  əleyhinə  təşkil  olunan 
qiyamlar,  siyasi  terror  ismaililərin  xüsusi  mübarizə  üsulları  idi.  Dövlətin  banisi 
Həsən Səbbah (1090-1124) olmuşdur. İsmaili hökmdarları vaxtilə monqollara qarşı 
mübarizədə Xarəzmşah Cəlaləddinə (1221-1231) hərtərəfli yardım göstərmişdilər. 
1256-cı  ildə  Hülakü  xan  bu  dövlətin  varlığına  son  qoydu.  Qısa  tarixi  ekskursdan 
aydın olur ki, Nəsirəddin Tusinin siyasi, elmi fəaliyyətinin əvvəli çox təhlükəli bir 
şəraitə təsadüf etmişdir. Fəaliyyətinin erkən dövründə İsmaililərin sarayında böyük 
nüfuz,  mövqe  və  hörmət  qazanmış  Nəsirəddin  Tusi  tezliklə  saray  fəsadlarının 
qurbanına  çevrildi.  Kuhistan  hökmdarı  Nəsirəddin  Əbülfəth  Əbdürrəhim  Əbu 
Mənsur  (Nasir)  (1257-ci  ildə  vəfat  etmişdir)  ona  Əbu  Əli  Misqəveyhin  (1030-cu 
ildə dünyasını dəyişmişdir) “ət-Təharə” (“Saflıq”, “Paklıq”) adlı kitabını fars dilinə 
tərcümə  etməyi  təklif  etmiş,  Nəsirəddin  Tusi  isə  xüsusi  əsər  (risalə)  yazacağını 
hökmdara  bəyan  etmiş  və  mütəfəkkirin  bu  fikri  bəyənilmişdi.  1235-ci  ildə 
Nəsirəddin Tusi vəd etdiyi əsərini başa çatdırdı.
40
 “Əxlaqi-Nasiri” (“Nasirin əxlaq 
kitabı”)  adlanan  bu  risalənin  ön  sözündən  aydın  olur  ki,  artıq  əsərin  yazılıb  başa 
çatdırıldığı  məqamadək  Nəsirəddin  Tusinin  İsmaili  hökmdarı  ilə  qarşılıqlı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə