Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   51   52   53   54   55   56   57   58   ...   138

117 
 
münasibətləri  gərginləşmişdi.
41
  Əsərin  başa  çatdırıldığı  -  1235-ci  ildə  Nəsirəddin 
Tusi  həbs  olunaraq  Əlamut  qalasına  salındı.  Mütəfəkkir  bu  həbsxanada  20  ildən 
artıq bir müddət ərzində saxlanıldı
42
 və xeyli əsərini bu şəraitdə yazdı. Onun “Tusi” 
ləqəbi  təhsil  aldığı  Tus  şəhərindən  törəmişdir.  Nəsirəddinin  ilk  müəllimi  atası 
olmuşdur.  Sonralar  o,  İbn  Sinanın  və  Bəhmənyar  əl-Azərbaycaninin  məktəbinə 
mənsub  olan  alimlərdən  təhsil  almışdır.  “Zici-elxani”  (“Elxani  cədvəlləri”), 
“Əxlaqi-Nasiri”,  “Əxlaqi-Möhtəşəmin”,  “Övsafül-əşrəf”  (“Alicənab  insanların 
xarakterləri və keyfiyyətləri”), “Risaleyi-fəlsəfi” (“Fəlsəfi risalə”), “Qəvaidi-elmi-
tibb”  (“Tibb  elminin  qaydaları”)  adlı  fəlsəfi,  əxlaqi,  məntiqi,  riyazi,  astronomik 
məzmunlu  əsərlər  onun  elmi  fəaliyyətinin  nəticəsidir.  Alimin  maliyyə 
məsələlərinə, musiqiyə aid mühüm əsərləri də vardır. Nəsirəddin Tusi Azərbaycan 
mədəniyyət  tarixində  Marağa  rəsədxanasının  yaradıcısı,  rəhbəri  kimi  iz 
qoymuşdur.  Həmin  rəsədxana  onun  göstərişi  və  fəal  iştirakı  ilə  1259-cu  ildə 
Marağa şəhəri ətrafındakı yüksək bir yerdə inşa olunmuşdur. Qeyd olunmalıdır ki, 
Elxanilər (Hülakülər) dövlətinin banisi sərkərdə Hülakü xan (1217-1265) İsmaililər 
dövlətinin  varlığına  son  qoyarkən  Nəsirəddin  Tusini  də  Əlamut  qalasındakı 
həbsxanadan  azad  etdirmiş,  alimi  özünə  məsləhətçi  etmiş,  sonralar  onun  bir  sıra 
dəyərli  məsləhətləri  ilə  hesablaşmışdı.  İlk  elxan  alimin  Marağa  rəsədxanası 
haqqındakı  ideyasını  da  müsbət  qarşılamış,  bu  obyektin  qurulması  işinə 
himayəçilik  etmişdir.  Hülakü  xanın  vəfatından  sonra  Nəsirəddin  Tusinin 
qabiliyyəti,  elmi  və  siyasi  tərcübəsi  Abaqa  xana  (1265-1274)  da  lazım  olmuş,  o, 
elxanın  vəziri  vəzifəsini  icra  etmişdir.  Nəsirəddin  Tusinin  yaratdığı  Marağa 
rəsədxanası  53  ilə  yaxın  bir  müddət  ərzində  fəaliyyət  göstərmişdir.  Alim  elmə, 
təhsilə bağlılıq, sədaqət hissini övladlarına da ötürmüşdür. Onun vəfatından sonra 
Marağa  rəsədxanasının  fəaliyyətinə  oğulları  Sədrəddin  Əli  və  Əsiləddin  Həsən 
(1317-ci ildə dünyasını dəyişmişdir) başçılıq etmişlər. 
Kainatın  öyrənilməsi  üzrə  mərkəzə  çevrilməli  olan  Marağa  rəsədxanası, 
elmi  kompleksi  16  binadan  ibarət  idi.  Həmin  binalar  əsas  və  yardımçı  hissələrə 
ayrılırdı.  Astronomik  müşahidələrin  aparıldığı,  elmi  avadanlığın  yerləşdirildiyi 
binalar birinci  qrupu təşkil edirdi.  Mədrəsə, kitabxana, emalatxana  binaları ikinci 
(yardımçı) qrupa aid idi. 16 binadan yeddisi plan baxımından dairəvi şəkildə inşa 
olunmuşdu.
43
  Binaların  mərkəzində  rəsədxananın  baş  qülləsi  yerləşirdi.  Bu 
qüllənin daxili diametri 22 metr idi. Kompleksə daxil olan kitabxananın sahəsi 330 
kvadratmetrə  bərabər  olmuşdur.
44
  Yeddi  Elxani  hökmdarının  dövründə  fəaliyyət 
göstərmiş  Marağa  rəsədxanası  Yaxın  və  Orta  Şərqin  mühüm  elm  və  mədəniyyət 
mərkəzinə  çevrilmişdi.  “Zici-Elxani”  əsəri  Nəsirəddin  Tusinin  Marağa 
rəsədxanasındakı  elmi  axtarışlarının  məntiqi  nəticəsi  idi.  Bu  əsərdə  çoxlu  riyazi, 
astronomik  və  coğrafi  cədvəllər  də  verilmişdir.  Onun  “Evklidin  həndəsi  üsulları” 
kitabından uzun müddət ərzində tədris vəsaiti kimi istifadə olunmuşdur. Nəsirəddin 
Tusinin dünyagörüşünə Əbu Nəsr Fərabinin (870, Fərab-950, Dəməşq) elmi-fəlsəfi 
yaradıcılığı  həlledici  təsir  göstərmişdir.  Orta  (Mərkəzi)  Asiya  türklərindən  olmuş 


118 
 
Əbu  Nəsr  Fərabi  filosof,  ensiklopediyaçı  alim  olmuşdur.  Fəlsəfə  və  elm 
sahəsindəki uğurları İslam Şərqində bu alimə Aristoteldən sonra “ikinci müəllim” 
(“əl-müəllim əs-sani”)  fəxri adını qazandırmışdı.  O, “Elmlərin siyahıya  alınması” 
adlı  risalənin  müəllifi  kimi  daha  çox  tanınırdı  (əsər  ərəbcədən  bəzi  dillərə 
“Elmlərin  təsnifatı”  adı  altında  tərcümə  olunmuşdur).  Əbu  Nəsr  Fərabi  Şərq 
peripatetizminin  ən  görkəmli  yaradıcılarından  idi.  O,  habelə  məşhur  musiqiçi, 
bəstəkar, yeni musiqi alətlərinin ixtiraçısı olmuş, musiqiyə dair “Kitab əl-musiq əl-
Kəbir” (“Musiqiyə dair böyük kitab”) adlı çoxcildli nəzəri əsər yazmışdır. Elmlərin 
mənşəyi və təsnifatı, məişətə  baxış, materiyaya  yanaşma, insanın idraki fəaliyyəti 
problemləri, ictimai fəaliyyətdə şüur və onun rolu məsələlərində Əbu Nəsr Fərabi 
irsinin  Nəsirəddin  Tusiyə  daha  güclü  təsir  göstərdiyi  aşkardır.  Cəmiyyətin 
quruluşunun və Şərq xalqlarının ictimai-siyasi həyatının öyrənilməsi məsələlərində 
Orta  Asiya  mütəfəkkirinin  Azərbaycan  aliminə  həlledici  təsiri  danılmazdır. 
Dövlətçilik  məsələlərində  Xacə  Nəsirəddin  Tusi  zəmanəsinin  arif  adamlarından 
biri  kimi  tanınmışdı.  Onun  məsləhətlərindən  bir  çox  hökmdarlar  faydalanmağa 
çalışmışlar. Monqollar Əlamut qalasına hücum edərkən Kuhistan ismaililərinin son 
hökmdarı  Rüknəddin  Hürşahın  baş  məsləhətçisi  Nəsirəddin  Tusi  olmuşdur. 
“Hülakünün Ərəb Xilafətinə son qoymaq üçün Bağdada hücum etməsinin də əsas 
səbəbkarı Tusi olmuşdur”.
45
 
Nəsirəddin Tusi məhsuldar alim idi. Onun elmin müxtəlif sahələrinə həsr 
olunmuş 76 əsər müəllifi olduğu məlumdur.
46 
Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” 
əsərindən  Yaxın  və  Orta  Şərqdə  uzun  müddət  ərzində  etika  (əxlaq)  dərsliyi  kimi 
istifadə  olunmuşdur.  Mütəfəkkir  məhz  bu  əsərinə  görə  cəzalandırılmış,  həyatının 
20  ildən  çox  qismini  Əlamut  qalasında  keçirmişdi.  “Əxlaqi-Nasiri”  3  məqalə,  30 
fəsildən  ibarətdir  və  burada  müəllifin  fəlsəfi,  əxlaqi,  ictimai-siyasi  baxışları  öz 
əksini tapmışdır. Nəsirəddin Tusi yazdığı bu əsərinə tənqidi yanaşmış, 1232-1273-
cü  illər  ərzində  onu  ən  azı  üç  dəfə  yenidən  təkmilləşdirmişdir.  “Əxlaqi-Nasiri” 
demək  olar  ki,  özündən  əvvəl  Yaxın  və  Orta  Şərqdə  hökm  sürən  əxlaqi-fəlsəfi 
fikirlərə  yekun  vurmuş,  bunların  yığcam  icmalını  verməklə  Tusi  öz  orijinal 
fikirlərini də buraya əlavə etmişdir. Ona görə də heç də təəccüblü deyildir ki, biz 
son  yeddi  yüz  il  müddətində  fars  dilində  “Əxlaqi-Nasiri”  kimi  ikinci  bir  orijinal 
əsərin  yaranmasına  hələlik  təsadüf  etmirik”.
47
  Əsərin  I  məqaləsində  əxlaqın 
saflaşdırılması,  ikinci  məqaləsində  “evqurma”  qaydaları,  üçüncü  məqaləsində  isə 
“ölkə  (şəhərləri)  idarəetmə  qaydaları  haqqında  bəhs  olunur.  “Əxlaqi-Nasiri”nin 
ictima-isiyasi  məsələlərə  həsr  olunan  hissələri  xüsusilə  maraqlıdır.  İctimai-siyasi 
problemlərin  həllində  Nəsirəddin  Tusi  üçün  “ədalət”  başlıca  prinsipdir.  “Dövlət 
yalnız  ədalət  əsasında  uzun  müddət  yaşaya  bilər.  Ədalətin  birinci  şərti  odur  ki, 
xalqın  müxtəlif  təbəqələri  arasında  uyğunluq  yaradılsın.  İnsanın  sağlamlığı  dörd 
ünsür arasındakı tənasüblükdə olduğu kimi, cəmiyyət arasındakı uyğunluq da dörd 
sinfin qarşılıqlı müvafiqliyində olar”.
48
 “Qələm əhli” (ziyalılar); “qılınc əhli” (ordu, 
hərbçilər);  “müamilə  əhli”  (tacirlər,  sənətkarlar);  “ziraət  əhli”  (əkinçilər, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə