Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   46   47   48   49   50   51   52   53   ...   138

107 
 
142 
Bax: Эволюция восточных обшеств: Синтез традиционного и …; Гейдаров 
М.Х.  Города  и  городское  ремесло  Азербайджана;  Məmmədov  R.  Naxçıvan 
şəhərinin tarixi oçerki. 
143
 Bünyadov Z.М. Azərbaycan Atabəyləri dövləti, s. 188. 
144
 Yenə orada, s. 189. 
145
 Ахмедов Г. Автореферат докт. диссертации, с. 5. 
146
 Минорский В.Ф. История Ширвана и Дербенда…, с. 157. 
147
  Bax:  Əliyev  İ.,  Qədirov  F.  Qəbələ;  Ахмедов  Г.  Средневековый  город 
Байлакан и т.д. 
148
 Bax: Əfəndiyev R. Azərbaycan xalq sənəti, Bakı, 1994. 
149 
Azərbaycan tarixi. 7 cilddə. II cild, s. 457. 
150
 Azərbaycan incəsənəti, s. 65. 
151
 Rasim Əfəndi. Каменная пластика Азербайджана, с. 6. 
152
 Керимов Л. Азербайджанский ковер. Том II, с. 14-17. 
153
 Azərbaycan incəsənəti, s.75. 
154
Əfəndiyev R. Azərbaycan bədii sənətkarlığı dünya muzeylərində, s. 78. 
 
III FƏSİL 
 
XIII-XIV ƏSRLƏRDƏ AZƏRBAYCANIN 
MƏDƏNİ HƏYATI 
 
§ 1. Dövrün ictimai-iqtisadi və siyasi mühitinə dair 
 
XII  əsrin  sonlarına  doğru  Azərbaycanın  siyasi  həyatında  təqribən  50  il 
ərzində hegemon mövqelərdə olmuş Eldənizlər (Atabəylər) dövləti əzəli əzəmətini, 
qüdrətini  itirməyə  başladı.  Atabəylər  ailəsinin  ayrı-ayrı  üzvləri  arasında  səltənətə 
varis  olmaq  uğrunda  şiddətli  mübarizə  gedirdi.  Qızıl  Arslanın  xələfi  olan  atabəy 
Əbubəkr (1191-1210) yalnız Azərbaycanda (Şirvan və Marağa istisna olunmaqla) 
hökmranlıq  edirdi.  Eldənizlər  sülaləsinin  son  nümayəndəsi  olan    Özbək  (1210-
1225)  feodal  qruplaşmalarının  əlində  oyuncağa  çevrilmişdi.  Bütün  dövlət  işləri 
Özbəyin  iştirakı  olmadan  həll  edilirdi.
1
  Uzaq  Şərqdə  siyasi  vəhdət  halına  gəlmiş, 
xeyli  ərazini  öz  nəzarəti  altına  ala  bilmiş  monqollar  məhz  bu  tarixi  məqamdan 
istifadə  edərək  Azərbaycana  müdaxilə  etdilər.
2
  Onların  Azərbaycana  ilk  yürüşü 
1220-ci  ildə  baş  verdi.  Monqolların  Orta  (Mərkəzi)  Asiyaya  hücumu  nəticəsində 
hakimiyyətdən  məhrum  olmuş  Xarəzmşah  Məhəmmədin  oğlu  Cəlaləddin  özgə 
ərazilərdə  öz  dövlətini qurmaq xəyalına  düşdü.  Cəlaləddinin  hücumu və  Özbəyin 
ölümü  ilə  Azərbaycanda  Eldənizlər  dövləti  süqut  etdi.  Azərbaycan  Cəlaləddinin 
əlinə  keçdi,  Şirvanşahlar  isə  ondan  vassal  asılılığına  düşdülər.  Cəlaləddinin 
iqamətgahı Gəncədə yerləşirdi. Gəncədə 1231-ci ildə şəhər əhalisinin güclü üsyanı 
baş verdi. Üsyan yatırıldı, lakin tezliklə monqollar şəhərə soxuldular. Monqolların 


108 
 
Azərbaycana  ikinci  yürüşü  məhz  1231-ci  ilə  təsadüf  etmişdi.  1239-cu  ildə 
Dərbəndin  istila  olunması  ilə  Azərbaycanın  monqollar  tərəfindən  işğalı  prosesi 
başa çatdı.
3
 Şirvanşahlar dövləti 1256-cı ildə yaradılmış monqol mənşəli Hülakülər 
(Elxanilər)  dövlətinin  vassalına  çevrildi.  Ticarət-sənətkarlıq  və  mədəniyyət 
mərkəzləri  olan  xeyli  Azərbaycan  şəhəri  xarabazara  çevrildi.  Kəşfiyyat  səciyyəsi 
daşıyan I yürüşdən fərqli olaraq, II yürüş zamanı monqolların başlıca məqsədi zəbt 
olunmuş  ölkələrdə  (eləcə  də  Azərbaycanda)  möhkəmlənmək  idi.    Buna  görə  də 
monqollar  qələbə  əldə  etdikdən  sonra  Monqolustana  qayıtmadılar,  Cənubi 
Qafqazda və İranda məskunlaşdılar.
4
 Azərbaycan və ümumiyyətlə, Cənubi Qafqaz 
ərazisi  1239-1256-cı  illərdə  Ali  Monqol  xaqanlığının  təyin  etdiyi  canişinlər 
tərəfindən idarə olunurdu.
5
 
Ali Monqol xaqanı Munkenin qardaşı Hülakünün hərbi yürüşü nəticəsində 
Azərbaycan tabe olundu. 1258-ci ilin dekabrında Hülakü Bağdadı fəth etdi və 500 
ildən  artıq  mövcud  olmuş  Abbasilər  xilafəti  tarixə  çevrildi.  “Zəbt  edilmiş  yeni 
ərazilər hesabına beşinci   monqol ulusu  – Hülakülər (Elxanilər) dövləti yaradıldı. 
Bu dövlət Azərbaycanda bir əsr (1357-ci ilədək) fəaliyyət  göstərdi”.
6
  Bu  dövlətin 
yaranması və yüz il ərzində mövcud olması tədricən Azərbaycanın ictimai-iqtisadi, 
siyasi və mədəni həyatına əhəmiyyətli təsir göstərdi, onun hüdudlarında, əhalisinin 
etnik  tərkibində,  dini  görüşlərində,  mədəni  həyatında,  dilində  nəzərəçarpacaq 
dəyişikliklər baş verdi. Azərbaycan Hülakülər dövlətinin siyasi, inzibati mərkəzinə 
Marağa,  sonralar  isə  Təbriz  və  Sultaniyyə  onun  paytaxt  şəhərlərinə  çevrildilər.
7
 
Elxanilər  dövləti  Yaxın  və  Orta  Şərqdə  geniş  ərazini  əhatə  edirdi.  XIII  əsrin 
ortalarında Hülakü xanın hərbi hissələrinin tərkibində bir çox türk-monqol mənşəli 
qəbilə  Cənubi  Qafqaza  gəlmişdi.  Qaynaqların  məlumatı  və  toponimik  materiallar 
“20-dən  artıq  qəbilənin...  həmin  dövrdə  Azərbaycana  gəlib  məskunlaşdıqlarını 
təsdiqləyir.  Onların  tərkibində  türkdilli  tayfalar  çoxluq  təşkil  edirdi...  Türk  dili 
dövlət  dili  mövqeyi  qazandı.  Məhəmməd  Naxçıvaninin  məlumatına  görə, 
Hülakülər  dövründə  mühüm  sənədlər  3  dildə  (ərəbcə,  farsca  və  türkcə)  –  hər  bir 
xalqa öz dilində çatdırılırdı”.
8
 
Monqollar hərbi yolla fəth etdikləri ərazilərdə öz dini görüşlərini, adət və 
ənənələrini  bərqərar  etməyə  xeyli  cəhdlər  etdilər.  Onlar  bütpərəstliyi  yaymaq 
məqsədilə İslama  qarşı ciddi mübarizəyə  başladılar. “Monqolların hakimiyyətinin 
ilk  30  ili  ərzində  mərkəzi  dövlət  aparatında  “ölkənin  baş  qazısı”  vəzifəsi  rəsmən 
tanınmadı,  vəqf  torpaqları  müsadirə  edildi,  dini  işlərin  idarəsi  icarəyə  verildi  və 
nəticədə İslamın dövlət aparatındakı mövqeyi zəiflədi. İlk Elxanilərin İslama qarşı 
mənfi  münasibətində  xristianlığın,  yəhudiliyin,  buddizmin,  habelə  Avropanın 
xristian  dövlətləri  başçılarının  böyük  təsiri  oldu”.
9
  Qazan  xan  (1295-1304) 
hakimiyyətə  yiyələnmək  və  Azərbaycanda  (eləcə  də  İslamın  yayıldığı  ölkələrdə) 
mövqelərini möhkəmləndirmək naminə bütpərəstlikdən üz döndərərək İslamı qəbul 
etdi və onu yenidən dövlət dini elan etdi. Həmin islahata görə Qazan xan “altıncı 
əsr  (hicri)  İslam  dininin  islahatçısı”  kimi  tanındı.  Monqol  hakimiyyətinin  ilk 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə