Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   43   44   45   46   47   48   49   50   ...   138

100 
 
görülməmiş inkişafı üçün şərait yaratmışdı. Naxçıvanda gözəl saraylar, mədrəsələr, 
məscidlər,  köşklər,  məqbərələr  və  məbədlər  vardı.  Azərbaycan  Atabəylərinin 
hakimiyyəti  zamanı  tikilmiş  iki  mədrəsə  Möminə  Xatun  məqbərəsinin  vəqf 
mülkiyyəti  idi.  Həmin  mədrəsələr  vəqfin  gəlirləri  hesabına  saxlanırdı.  “Şəhər 
Atabəy  Şəmsəddin  Eldənizin  dövründə,  Azərbaycan  Atabəyləri  dövlətinin 
paytaxtlarından  biri  olarkən,  özünün  ən  böyük  çiçəklənmə  dövrünə  çatmışdı”.
139
 
Atabəy  Qızıl  Arslanın  hakimiyyəti  zamanı  onun  iqamətgahına  çevrilmiş  Təbriz 
sürətli  inkişaf  dövrünə  qədəm  qoydu.  “Təbrizin  Azərbaycanda  iri  memarlıq 
məktəbinə  çevrilməsi  məhz  orta  əsr  Azərbaycan  memarlığının  inkişafında  dönüş 
mərhələsi  sayıla  biləcək  XI-XII  əsrlərə  düşür”.
140
  VII  əsrin  ortalarında  ərəblər 
Azərbaycanı  fəth  edərkən  Ərdəbil  ölkənin  mərkəzi  şəhəri  hesab  olunurdu.  Bu 
şəhərin  tədrici  inkişafı  prosesində  sürətlənmə  məqamları  məhz  həmin  zamandan 
daha  çox  nəzərə  çarpırdı.  “Azərbaycan  Atabəylərinin  hakimiyyət  dövrü  şəhər 
həyatının  çiçəklənməsi  əsridir…  Mənbələrin  məlumatının  azlığı  və  XII-XIII 
əsrlərdəki  Azərbaycan  şəhərlərinin  arxeologiyasının  öyrənilməməsi  (bunu  təəssüf 
hissilə qeyd edirik)  tədqiqatçı  üçün böyük çətinliklər törədir. Bununla  belə  yazılı 
abidələr  şəhərlərin  qaynar  həyatının  mənzərəsini  yenidən  canlandırmaq  imkanı 
verir… Bu dövrün ən iri şəhəri Qafqaz miqyasında deyil, həmçinin bütün Yaxın və 
Orta  Şərqdə  ən  mühüm  ticarət-sənaye  mərkəzi  olan  Gəncə  idi…  Gəncə  əvvəlcə 
Səlcuq sultanlarının - canişinlərinin paytaxtı, sonra isə Eldənizlərin paytaxtlarından 
biri  olmuşdur”.
141
  Gəncədə  0,5  milyona  qədər  əhalinin  yaşadığı  yazılı  mənbələr, 
arxeoloji  materiallar  əsasında  müəyyənləşdirilmişdir.
142
  Gəncənin  mədəniyyət 
mərkəzi kimi uğurlu təkamülü prosesinə də təbii fəlakət  mənfi təsir göstərmişdir. 
1139-cu  ilin  30  sentyabr  zəlzələsi  nəticəsində  Gəncədə  həlak  olanların  sayı  “bir 
məlumata görə, 230 min nəfər, başqa məlumata əsasən isə 300 min nəfərə çatır… 
Əgər  şəhər  əhalisinin  yarısının  həlak  olduğunu  fərz  etsək,  onda  heç  bir  şübhə 
yoxdur  ki,  Gəncədə  həmin  dövrdə  300  mindən  çox  əhali  var  imiş”.
143
  Zəlzələnin 
nəticələri  2-3  il  ərzində  aradan  qaldırıldı,
144
  lakin  şəhərin  əski  əzəmətini  uzun 
müddət  ərzində  bərpa  etmək  mümkün  olmadı.  Qeyd  etmək  lazımdır  ki,  XII-XIII 
əsrin Azərbaycan şəhərləri arasında arxeoloji baxımdan daha yaxşı tədqiq olunanı 
Beyləqandır. Beyləqan orta çağlar tarixi “nəinki orta əsr Azərbaycan şəhərlərinin, 
ümumiyyətlə  feodal  Şərqi  şəhərinin  tarixi  problemlərini  öyrənərkən  bir  çox 
baxımdan  etalon  (meyar,  ölçü)  ola  bilər”.
145
  XII  əsrin  əvvəllərində  Səlcuqilər 
imperiyasında daxili çəkişmələrin gərginləşdiyi bir zamanda Səlcuq canişinlərinin 
hakimiyyəti o qədər zəiflədi ki, Beyləqan nəzarət altından çıxdı və təqribən muxtar 
əyalət  şəhərinə  çevrildi.
146
  1161-ci  ildə  Beyləqan  Azərbaycan  Atabəylərinin 
nəzarəti  altına  keçdi.  Şəhər  monqolların  gəlişinədək  bu  hökmdarların  nəzarəti 
altında  qaldı.  XIII  əsrin  əvvəllərində  Beyləqanda  40  minə  yaxın  əhali  yaşayırdı. 
XII əsrin sonlarına doğru Naxçıvan, Şamaxı, Təbriz şəhərlərinin hərəsində 100 min 
və  daha  artıq  əhali  yaşayırdı.  Beləliklə,  monqol  yürüşləri  ərəfəsində  şəhərlər 


101 
 
Azərbaycan mədəni potensialının cəmləşdiyi və  həmin potensialın aşkara çıxdığı, 
gerçəkləşdirildiyi ictimai-iqtisadi, siyasi mərkəzlər olmuşdur. 
Dövrün  dekorativ-tətbiqi  sənət  nümunələri  Azərbaycan  ərazisində 
aparılmış  arxeoloji  qazıntılar  nəticəsində  aşkara  çıxarılmış,  araşdırıcıların  elmi 
təhlil obyektinə çevrilmişdir. VII əsrin II yarısından X əsrədək olan tarixi dövrün 
Azərbaycan  yerüstü  abidələrinin  cüzi  qismi  qalmışdır.  Həmin  dekorativ-tətbiqi 
sənət  örnəkləri  Qəbələ,  Beyləqan,  Şamaxı,  Gəncə,  Bakı,  Naxçıvan,  Şabran 
şəhərlərində,  Xarabagilan,  Gülüstan  və  Qız  qalaları  sahələrində,  bir  sıra  qədim 
yaşayış  məskənlərinin  yerində  aşkar  olunmuşdur.  Beyləqanda  və  Qəbələdə 
aparılmış arxeoloji araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, artıq bu dövrdə 
xalq sənətinin keramika, misgərlik, şüşə məmulatı istehsalı, daşişləmə sahələrində 
müəyyən  uğurlar qazanılmışdı.
147
  Elmi  araşdırmalar  isbat  edir  ki,  XI-XII  əsrlərdə 
Azərbaycan  dekorativ-tətbiqi  sənət  sahələri  arasında  bədii  keramika  aparıcı 
mövqedə  olmuşdur.  Monqol  işğallarına  qədərki  dövrdə  Azərbaycanda  bir  neçə 
dulusçuluq  mərkəzi  var  idi.  Həmin  mərkəzlərdə  məişət  təyinatlı  keramika 
məmulatı  və  inşaat  üçün  zəruri  olan  məhsullar  hazırlanırdı.  Beyləqan,  Bakı, 
Qəbələ,  Şamaxı,  Naxçıvan,  Şabran,  Təbriz,  Gəncə,  Şəmkir,  Marağa  bu  dövrün 
başlıca keramika istehsalı mərkəzləri olmuşdur.
148
 Beyləqan bu mərkəzlər arasında 
xüsusilə seçilirdi. Burada və ölkənin digər keramika mərkəzlərində aşkar olunmuş 
maye tutumlu və tutumsuz, şirli və şirsiz dulusçuluq məmulatında bəzək müxtəlif 
texniki üsullarla (möhür, həkketmə, qabarıq yapma, kəsmə, təsvirləmə və s.) tətbiq 
edilmişdir.  Dekorativ  incəsənətin  başqa  sahələrində  olduğu  kimi,  keramikada  da 
məmulatın bəzədilməsi işinə təbiət, gerçək olan mühit (quş, heyvan, bitki,  məişət 
əşyaları, həndəsi, qrafik ünsürlər və. s) başlıca mövzu mənbələri olmuşdur. Nəbati 
naxışlar  və  sujetli  rəsmlər  də  keramika  məmulatının  mühüm  naxışlama 
ünsürlərindən idi. Keramika məmulatı üzərində insan təsviri bu dövrdə nisbətən az 
olmuşdur.  İnsan  təsviri  adətən  boşqab  və  fincanların  dibində,  iri  planda,  naxışlar 
içərisində  verilirdi.  Azərbaycanla  qonşu  olan  ölkələrin  heç  birinin  keramika 
sənətində rəsmlərin (xüsusilə sujetli təsvirlərin) bu cür genişliyinə, rəngarəngliyinə 
təsadüf  olunmamışdır.
149
  Cənubi  Azərbaycan  bədii  keramika  nümunələrinin 
bəzəyində quş təsvirləri üstünlük təşkil edir. 
Bu  dövrdə  daşın  bədii  oyma  sənətinin  ən  parlaq  örnəkləri  Şirvanda, 
xüsusilə  Abşeron  abidələrində  yaradılmışdır.  Həndəsi,  qrafik  oyma  naxışlarla 
bəzədilmiş “Sınıqqala”nın (Məhəmməd məscidinin - 1078-1079) minarəsi,
150
 Bakı 
qəbirüstü  abidələrindəki  qrafik,  nəbati,  həndəsi  naxışlar  bu  sənətin  bənzərsiz 
örnəklərindəndir.  “Ölkənin  şimalında  başlıca  inşaat  materialı  əhəngdaşı  olduğuna 
görə  memarlıq  obyektləri  daş  üzərində  oymalarla  bəzədilirdi.  Cənubda  isə 
monumental  inşaatda  bişmiş  kərpicdən  istifadə  olunurdu  və  buna  görə  də  burada 
bəzəmə  materialı  keramika  məmulatı  idi.  Beləliklə,  Azərbaycan  daş  oyma 
sənətinin  ən  yaxşı  örnəklərinə  bu  dövrdə  ölkənin  şimalında  təsadüf  edilir”.
151
  Bu 
dövrdə  metalın  emalı  sahəsində  də  müəyyən  uğurlar  qazanılmışdı.  Azərbaycan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə