Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   28   29   30   31   32   33   34   35   ...   138

70 
 
Bərdə  Əməvi  xəlifələri  dövründə  bərpa  olundu.  Xilafətdə  Abbasi  sülaləsinin 
hakimiyyətə  gəlişindən  sonra  Bərdənin  inzibati-siyasi  mərkəz  kimi  rolu  daha  da 
artdı.  Ərəb  Xilafətinin  zəifləməsi,  separatçı  meyllərin  güclənməsi  nəticəsində 
Bərdə şəhəri Cənubi Qafqazdakı inzibati mərkəz statusunu itirdi. Sonralar isə şəhər 
Sacilərin,  942-ci  ildən  Salarilərin  başlıca  şəhərlərindən  birinə  çevrildi.  Bərdənin 
yüksəlişi  X  əsrin  II  yarısınadək  davam  etdi.  “Qapılar  qapısı-Bab  əl-Əbvab 
(Dərbənd)  bu  dövrdə  Arranın  ikinci  böyük  şəhəri  olmuşdur.  Ərəblər  Dərbəndin 
strateji və ticarət əhəmiyyətini nəzərə alaraq onun azad şəhər statusunu saxladılar. 
Şəhəri əmirlər və ya rəislər şurası idarə edirdi. Tiflis ərəb mənbələrində Arranın üç 
böyük  şəhəri  sırasında  sadalanır.  944-cü  ildə  ruslar  Bərdəni  dağıntılara,  talanlara 
məruz  qoydular.  Bu  hadisədən  sonra  Beyləqanın  rolu  və  əhəmiyyəti  yüksəldi. 
Bərdənin tənəzzülüdən sonra Gəncə şəhəri Arran vilayətinin mərkəzinə çevrildi.
10
 
Şəmkir  (əl-Mütəvəkkiliyyə),  Şamaxı  (əl-Yəzidiyyə),  Bakı,  Ərdəbil,  Marağa, 
Urmiyə  bu  dövrün  mühüm  sənətkarlıq,  ticarət  və  mədəniyyət  mərkəzlərindən 
olmuşdur.  Ərəb  işğalı  dövründə  Ərdəbil  cənubi  Azərbaycanın  ən  böyük  və  əsas 
şəhəri  idi.  Yaqut  əl-Həməvi  şəhərin  əhəmiyətini  qeyd  edərək  göstərirdi  ki,  hələ 
“İslama qədər o, ölkənin paytaxtı olmuşdur”.
11
 Ərəb hökmranlığının ilk dövründə 
(VII  əsrin  40-ci  illərinədək)  bu  şəhər  Xilafətin  Azərbaycandakı  canişinliyinin 
iqamətgahı  olmuşdur.  IX  əsrin  sonu  -  X  əsrin  əvvəlində  Yusif  ibn  Əbu  Sac 
Ərdəbili  Sacilər  dövlətinin  paytaxtı  etdi.  Məhz  bu  dövrdə  şəhər  3  darvazası  olan 
qala  divarları  ilə  əhatə  olundu.  VIII  əsrdən  etibarən  Xilafət  canişini  Mərvan  ibn 
Məhəmmədin dövründən (732-744-cü illər) Azərbaycanın əsas şəhərinə, Xilafətin 
canişinlik  mərkəzinə  çevrilmiş  Marağa  da  qala  divarları  ilə  əhatə  edildi,  burada 
xeyli qoşun yerləşdirildi. 
Ərəb  işğalının  ilk  illərində  diqqəti  cəlb  etməyən  Təbriz  artıq  X  əsrdən 
etibarən Azərbaycanın ən məşhur şəhərinə çevrildi. VIII əsrin ortalarında xəlifənin 
əmrinə əsasən öz qəbiləsi ilə buraya köçmüş yəmənli Rəvvad ibn Musanna əl-Əzdi 
və onun varisləri şəhərin yüksəlişində  mühüm rol oynadılar. IX əsrin sonlarından 
etibarən Azərbaycan şəhərlərinin həyatında dirçəliş və çiçəklənmə dövrü başlandı. 
“Azərbaycan  şəhərləri  məhz  ərəb  hökmranlığı  dövründə  iqtisadi  cəhətdən  inkişaf 
etmişdir”.
12
  Təbiidir  ki,  Azərbaycan  şəhərlərinin  iqtisadi  baxımdan  daha  yüksək 
inkişaf  mərhələsinə  qədəm  qoyması  ərəblərin  ölkədəki  siyasi,  ideoloji,  iqtisadi 
mövqelərinin möhkəmlənməsindən sonra mümkün oldu. 
Azərbaycanda  İslamın  mövqelərinin  möhkəmlənməsi,  ölkənin  Ərəb 
Xilafəti sisteminə inteqrasiyası sahəsində qazanılmış uğurlar, şəhərlərdə ticarət və 
sənətkarlıq fəaliyyətinin genişlənməsi ilə yanaşı xəlifələri bərk narahat edən (hətta 
Ərəb  Xilafətinin  varlığını  təhlükə  altına  alan)  gerçəkliklər  də  mövcud  idi. 
Xürrəmilər  hərəkatı  bu  “təhlükələrdən”  ən  önəmlisi  olmuşdur.  Xürrəmilərin  ilk 
məlum  çıxışı  778-cı  ilə  aid  olunur.
13 
Bu  təlimin,  hərəkatın  atəşpərəstliklə 
(zərdüştiliklə)  bağlılığı  mübahisə  doğurmayan  tarixi  faktdır.  816-cı  ildə  Babəkin 
Cavidanı  əvəz  etməsindən  sonra  Xilafətə  qarşı  mübarizə  daha  fəal  və  ardıcıl 


71 
 
xarakter aldı. “Bəzi mənbələrin verdiyi məlumata görə, Babək guya bir vaxt İslamı 
qəbul  edibmiş  və  onun  müsəlman  adı  Həsən  imiş.  Babəkin  İslama  müəyyən 
münasibətini göstərən bu yeganə məlumat nəzərə alınmazsa, bütün digər mənbələr 
təsdiq edir ki, Babək ərəblərə və onların dininə nifrət bəsləyirdi, bütün ömrü boyu 
Xilafətə  qarşı  mübarizə  edirdi  və  Azərbaycanda  İslamdan  əvvəl  mövcud  olan 
qayda-qanunları  bərpa  etməyə  çalışırdı”
14
.  816-837-ci  illər  ərzində  daha  fəal  və 
ardıcıl olmuş xürrəmilər hərəkatı Ərəb Xilafətinin hakim dairələrinin başlıca qorxu 
və qayğı obyektinə çevrilmişdi. Məğlubiyyətə uğramasına baxmayaraq, bu hərəkat 
nəhəng  dövlətin  hərbi,  iqtisadi  potensialının  sarsılmasında  mühüm  rol 
oynamışdır.
15
 Xürrəmilər hərəkatı üzərindəki qələbə “Xilafətə baha başa gəldi: 20 
ildən  artıq  müddət  ərzində  babəkilər  Xülafətin  225000  döyüşçüsünü  və  xeyli 
sərkərdəsini  məhv  etmişdilər…  bu  hərəkat  əl-Məsudinin  dili  ilə  desək,  “az  qala 
Abbasilər  dövlətini  məhv  edəcəkdi”.
16
  Xürrəmilər  hərəkatı  Xilafətin  vəhdətini 
pozan, onun müxtəlif dövlətlərə parçalanması prosesini gücləndirən başlıca siyasi 
amilləridən  biri  idi.  Məhz  bu  hərəkatdan  sonra  mərkəzi  hakimiyyətin 
zəifləməsindən  istifadən  edən  yerli  hakimlər  (habelə  Azərbaycanda)  siyasi 
müstəqillik  yoluna  qədəm  qoydular.  Artıq  IX  əsrin  sonu  -  X  əsrin  əvvəlləri 
Abbasilər  Xilafəti  daxilində  separatizm  meyllərinin  güclənməsi  ilə  əlamətdar 
olmuşdur.  Xürrəmilər  hərəkatı  “İslamın  Azərbaycanda  dinc  yolla  qərarlaşması” 
fikrini  yaymağa  çalışanların  qeyri-obyektiv  mövqedə  olduqlarını  da  təsdiqləyən, 
danılmaz tarixi gerçəklikdir. 
Xilafətin  zəifləməyə  başladığı  dövrdə  Azərbaycan  ərazisində  Sacilər 
sülaləsinin yaratdığı yeni dövlət meydana gəldi (IX əsrin sonları  – X əsrin birinci 
yarısı).  Sülalənin  banisi  Əbu-s-Sac  Divdad  ibn  Yusif  ibn  əl-Divdast  görkəmli 
sərkərdə  kimi  Xilafət  qarşısında  xidmətləri  müqabilində  bir  sıra  əyalətlərə  hakim 
təyin  olunmuşdu.  Atası  kimi  Xilafətə  xidmət  etmiş  Əbu  Übeydullah  Afşin 
Məhəmməd 869-cu ildə Azərbaycana hakim göndərildi. 898-ci ildə yeni Xəlifə onu 
yenidən hakim vəzifəsinə təsdiq etdi. 901-ci ildə Yusif ibn Əbu-s-Sac hakimiyyəti 
ələ  keçirdi  (901-927).  929-cu  ildə  isə  dövlətə  Divdad  ibn  Məhəmməd  rəhbərlik 
etməyə  başladı.  Ərəb  xəlifələri  tərəfindən  canişin  təyin  olunmuş  bu  sülalə 
nümayəndələri  Xilafətlə  hesablaşmır,  müstəqil  siyasət  yürüdürdülər.  Sacilərin 
hakimiyyəti dövründə  (889-941) Azərbaycan  torpaqlarının böyük bir qismi  vahid 
dövlət  tərkibində  birləşdirilmişdi,  bu  isə  ölkədə  iqtisadi  və  mədəni  həyatın  xeyli 
canlanması üçün əlverişli şərait yaratmışdı. Sacilər sülaləsi əslən Mərkəzi Asiyanın 
“Afşin” titullu türk əmirləri nəslinə bağlı idi. Sülalə banisi sərkərdəlik qabiliyyətini 
və  inzibati  idarəçilik  məharətini  Xilafətin  bir  sıra  bölgələrinin  canişini  olarkən 
nümayiş  etdirdikdən  sonra  vəfat  etdi.  Onun  böyük  oğlu  Məhəmməd  də  bu  cür 
uğurlar  qazandıqdan  sonra  (869-cu  ildə)  Azərbaycanın  hakimi  təyin  olundu. 
Qərbdə  Ani  və  Dvindən  Şərqdə  Xəzər  dənizinədək,  cənubda  Zəncandan  şimalda 
Dərbəndədək olan geniş ərazi Sacilər sülaləsinin hakimiyyəti altında  birləşdirildi. 
Şirvan,  Şəki,  Xaçın,  Sünik  hakimləri  Sacilərə  vergi  ödəmək  məcburiyyəti 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə