161
dövrün digər sənət sahələri haqqında xeyli məlumat verən obyektlərdir. Çoxəsrlik
tarixi təcrübə göstərir ki, “şəhərsalma sənəti cəmiyyətin siyasi-ictimai quruluşu,
iqtisadi gücü, məhsuldar qüvvələri, mədəniyyət və incəsənətin inkişaf səviyyəsi ilə
çox bağlıdır”.
52
O, xalqın taleyi ilə, qədim adət-ənənələri, milli xüsusiyyətləri,
psixologiyası, habelə təbii-iqlim şəraiti ilə şərtlənən mürəkkəb yaradıcılıq
sahəsidir.
XIV əsrin sonlarından etibarən Şərq ölkələrində (eləcə də Azərbaycanda)
şəhərlərin əhəmiyyəti yenidən artmağa başladı, onların bir çoxu inzibati mərkəzlərə
çevrildi. Bu dövrdə hökmdarların iqamətgahları əvvəllər olduğu kimi uzaq və
əlçatmaz qalalarda deyil, məhz şəhərlərdə yerləşirdi. Məsələn, XV əsrdə Bakının
Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsi prosesini, şəhərsalma tədbirlərinin
miqyasını xatırlamaq kifayətdir.
53
Orta çağların Azərbaycan şəhərlərinin çoxusu
müdafiə funksiyası daşıyan qala divarları ilə əhatə olunduğu üçün onların inkişafı
məhdudlaşmışdı. Yalnız “Ərdəbil XIV-XVI əsrlər ərzində qala divarları ilə əhatə
olunmadığına görə nisbətən azad planlaşma əsasında inkişaf etmişdir”.
54
Avropa
şəhərlərindən fərqli olaraq Azərbaycanın orta əsr şəhərlərində yeni müdafiə xətti
tikilərkən köhnəsi dağıdılmırdı, nəticədə bir çox Azərbaycan şəhərləri iki, bəzən
isə üç müdafiə xəttinə malik idi. Şəhər planının müdafiə sistemindən asılılığı onun
strukturuna və kompozisiyasına böyük dəyişiklik gətirə biləcək əsaslı şəhərsalma
işlərinin aparılmasını çətinləşdirirdi. Orta əsrlər ərzində Azərbaycanda şəhərlərin
plan quruluşunun əsrlərlə çox az dəyişməsi səbəblərindən biri də məhz bu idi.
İslam Şərqində özünün ulu tarixi, nəfis sənətkarlığı, qüdrətli memarlığı,
zəngin mədəniyyəti, böyük ticarəti və qaynar şəhər həyatına görə Təbrizlə
müqayisə oluna biləjək şəhər çox azdır. 1400-cü ildə Bağdadın Əmir Teymur
tərəfindən yenidən dağıdılması Təbrizin iqtisadi və mədəni inkişafını daha da
sürətldəndirmişdi. Uzun müddət ərzində müxtəlif dövlətlərin paytaxtı olması bu
şəhərin yüksələn xətlə, sabit inkişafını təmin etmişdir. Şəhərin plan quruluşunun
formalaşmasında ticarət binalarının (bazarların) böyük rolu olmuşdur. XV əsrdə
“Qeysəriyyə”nin tikilməsindən sonra genişmiqyaslı tikinti tədbirləri nəticəsində
Təbriz xüsusilə qərbə doğru sürətlə böyümüşdü. Bu dövrdə memarlığın inkişafını
zəruri edən obyektiv şərtlər aşağıdakılar idi:
1.İslam dini ideologiyası - məscidlərin, mədrəsələrin, müxtəlif dini
təyinatlı obyektlərin inşasını
tələb edirdi;
2.Ticarət və sənətkarlığın artımı - müxtəlif tipli bazarların, dükanların,
karvansaraların, ovdanların və s.-nin tikintisini
zəruri etmişdi;
3.Şəhərlər, ölkələr arasındakı inteqrasiya, əlaqə meyli - ticarət yollarının,
körpülərin və s.-nin salınmasını tələb edirdi.
4.Hakim sinfin mənafeləri - sarayların, saray komplekslərinin, müxtəlif
təyinatlı emalatxanaların tikilişini zərurətə çevirmişdi.
5.Yaşayış məskənlərinin qorunması zərurəti - müxtəlif müdafiə
obyektlərinin (qalaların, qüllələrin, qala divarlarının), istehkamların inşasını zəruri