165
başladılar. Ağqoyunlu sultanlarının hakimiyyəti dövründə Avropa elçi və
səyyahlarının Azərbaycanda daha çox “peyda olması” Qərb hökmdarlarının
Ağqoyunlu sultanlarını Osmanlı dövləti əleyhinə təşkil olunan ittifaqa cəlb etmək
istəyi ilə bağlı olmuşdur. Siyasi, diplomatik, iqtisadi, dini-ideoloji məqsədlərlə
Azərbaycana gəlmiş Avropa “səyyahları” istər-istəməz ölkənin mədəni həyatı ilə
bağlı olan faktlara diqqət yetirirdilər. Bəzi qüsurlarına, gerçəkliyə uyğun olmayan
məlumatlara baxmayaraq, onların qeydləri diqqəti cəlb edir.
Rui Qonsales de Klavixo Kastiliya kralı III Enrikonun 1403-1406-cı
illərdə Teymurilər dövlətində səfiri olmuş, Aralıq dənizi, Kiçik Asiya, Azərbaycan
və İrandan keçərək 1404-cü ilin 4 sentyabrında Səmərqəndə çatmış və danışıqlar
apardıqdan sonra həmin yolla da İspaniyaya qayıtmışdı. Onun səfir olduğu zaman
tərtib etdiyi gündəlik bir sıra Yaxın Şərq və Mərkəzi Asiya xalqları tarixinin
öyrənilməsində (habelə Azərbaycan tarixinin tədqiqində) dəyərli mənbədir.
Klavixo Xoy, Təbriz, Miyanə, Sultaniyyə, Əlincə qalası, Xəzər dənizi haqqında da
məlumatları “gündəliyinə” daxil etmişdi. O, 1412-ci ilin 2 aprelində dünyasını
dəyişmişdir.
Klavixonun Təbrizə dair müşahidələrində deyilir: “Bu şəhərdə heyrət
olunacaq oymalar və şəbəkələr, yunan ustalarının işlədiyi mina və qızıl, habelə
çoxlu gözəl şüşələrlə bəzədilmiş çox böyük binalar və məscidlər var. Söyləyirlər
ki, bu gözəl işləri mötəbər və varı ilə tanınmış adamlar gördürmüşlər, onlar bir-biri
ilə bəhs etdiklərindən, kimin daha yaxşı iş görəcəyini bilmək istəmiş və beləliklə,
bütün varını xərcləmişlər. Bu binaların və tikililərin arasında gözəl və zəngin
işlənmiş, divarla əhatə olunmuş böyük bir ev olmuşdur, bu evdə iyirmi min hücrə
və ayrı-ayrı otaqlar var imiş…”.
65
Klavixonun “Azərbaycan haqqında məlumatı
əvvəlki Qərb səyyahlarınınkından daha ətraflıdır, dəqiqdir”.
66
Onun Təbriz
haqqındakı məlumatı daha qiymətlidir. “Şərqin bu qədim iqtisadiyyat və
mədəniyyət
mərkəzi
haqqında
Klavixonun
məlumatı
başqa
Avropa
səyyahlarınınkından daha genişdir, hərtərəflidir”.
67
İohann Şiltberqer alman səyyahı idi. O, təqribən 1380-ci ildə anadan
olmuşdur. İohann Şiltberqer Şərq ölkələrinə uzunmüddətli səyahətə çıxmış ilk
Avropa səyyahlarından biridir. Onun müxtəlif Asiya ölkələrinə səyahəti təqribən
33 il davam etmişdir (1394-1427). Lakin onun “səyahəti” taleyin hökmü ilə zorən
baş verdi (səyyah öncə osmanlılara, sonra isə Teymura əsir düşmüşdü).
İ.Şiltberqerin “Səyahətnamə”si ilk dəfə 1473-cü ildə nəşr olunmuşdur. O, Təbriz,
Astara, Naxçıvan, Şamaxı, Şabran, Dərbənd, Şəki, Maku, Marağa şəhərlərində,
Lahıc qəsəbəsində də olmuşdur.
68
Katerino Zeno XV əsrdə yaşamış italyan (Venesiya) diplomatı olmuşdur.
Katerino Zenonun Azərbaycan sarayı ilə qohumluq əlaqəsi də vardı. O, “Uzun
Həsənin arvadı Dəspinə xatunun bacısı qızı Violantaya evlənmişdi”.
69
Katerino
Zeno 1471-1473-cü illərdə Venesiya Respublikasının Ağqoyunlu dövlətində səfiri
olmuşdur. Venesiya senatı 1471-ci ildə “qohumluq faktını” nəzərə alaraq, onu
166
Ağqoyunlu sarayına səfir təyin etmişdi. Bu şəxs Ağqoyunluların Otluqbeli
döyüşündəki (11.08.1473) məğlubiyyətindən sonra Uzun Həsənin elçisi kimi
danışıqlar aparmaq üçün Avropaya göndərilmişdi və daha sonra (1474-cü ildə)
Venesiyaya qayıtmışdı. O, vətənində “Səyahətnamə”sini (xatiratını) yazmışdı.
Əsərin əlyazması itmiş, lakin sonralar onun Azərbaycandan Venesiya senatına
göndərdiyi məktubları və şəxsi qeydləri əsasında bərpa olunmuşdur.
İosafat Barbaro (1413-1494) italyan (Venesiya) diplomatı, taciri və
səyyahı idi. Bu şəxs 1474-1478-ci illərdə Venesiya Respublikasının Ağqoyunlu
dövlətində səfiri olmuşdur. O, Osmanlı dövlətinə qarşı Ağqoyunlu dövləti ilə
ittifaq bağlamağa nail olmuşdu. Bu səfir Şamaxı, Dərbənd, Təbriz və s. şəhərlərin
təsvirini də vermişdir. O, Venesiyanın hərbi-siyasi və mədəniyyət tarixində
məşhurlaşmış Barbarolar nəslinin nümayəndələrindəndir. O da Katerino Zeno kimi
Uzun Həsənin bir çox hərbi səfərlərində iştirak etmiş, bir sıra hadisələrin şahidi
olmuşdur. İosafat Barbaro Uzun Həsənin ölümündən sonra Ağqoyunlu sarayını
tərk etmişdir. Onun “Tanaya (Tanaisə - red.) və İrana səyahət” adlı əsəri vardır. Bu
əsər 1543-cü ildə Venesiyada nəşr olunmuşdur.
Ambrocco Kontarini italyan (Venesiya) diplomatı, səyyahı olmuş və
1499-cu ildə vəfat etmişdir. O, 1474-1475- ci illərdə Venesiyanın Ağqoyunlu
dövlətində səfiri vəzifəsini icra etmişdir. Onun başlıca məqsədi Uzun Həsəni
osmanlılara qarşı müharibəyə təhrik etmək idi. Bu səfirin “Şöhrətli Venesiya
Respublikasının məşhur İran şahı Uzun Həsən sarayında səfiri Ambrocco
Kontarininin səyahəti” adlı əsəri vardı.
70
1474-cü ilin sentyabrının sonlarında
Sultaniyyəni görmüş Ambrocco Kontarini yazmışdı: “Sultaniyyə ilk baxışda gözəl
şəhərdir və ağcdan xeyli böyük qalası var (əhatələnmiş məscidləri səhvən “qala”
adlandırır - red.). Bu qalada məscid var. Görünür, çox qədim olan bu məscid,
özünün üç tunc darvazası ilə xüsusilə gözəldir. Bu darvazalar Venesiyadakı
müqəddəs Mark kilsəsinin darvazalarından hündürdür və onlara oyma üsulu ilə
gümüşü bəzək vurulmuşdur. Darvazalar dedikcə gözəldir və şübhəsiz ki, çox
dəyərlidir”.
71
XV əsr Azərbaycan tarixinin xüsusi əhəmiyyətə malik olmuş keyfiyyət,
dönüş mərhələsidir. Azərbaycan məhz bu mərhələdə müxtəlif iddialı Şərq
hökmdarlarının, dövlətlərinin təqribən 200 illik əsarətindən qəti şəkildə qurtuldu.
Əski siyasi qurumların sabit inkişafı, yeni və müstəqil feodal dövlətlərinin
yaranması və genişlənməsi üçün əlverişli şərait məhz bu tarixi mərhələdə yarandı.
Həmin əsrin əvvəlində bütün Azərbaycanın vahid dövlət daxilində birləşməsi
imkanı gerçəkləşmədi. XV yüzillik ərzində Azərbaycanın ictimai-iqtisadi, siyasi və
mədəni inkişafı üç dövlətin (Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu) varlığı
şəraitində baş verdi. Bu dövrdə Azərbaycan mədəniyyətinin daha sabit inkişafı
Şirvanşahlar dövləti tərkibində olan vilayətlərdə nəzərə çarpırdı. Ölkənin
Cənubunda mədəni həyatda böyük canlanma Ağqoyunlu dövlətinin varlığı (son
dövrü istisna olunmaqla) ərzində müşahidə olunurdu. XV əsrdə Azərbaycan xalqı
Dostları ilə paylaş: |