170
sonlarında başlanmış Böyük coğrafi kəşflər ölkənin iqtisadi inkişaf prosesinə mane
olmağa başladı. Böyük coğrafi kəşflərin başlanmasını sürətləndirmiş ən mühüm
siyasi amil Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Osmanlı dövlətinin hərbi-
siyasi qüdrəti idi. Şərq ölkələri ilə uzunəsrlik ticarət əlaqələri Avropa ölkələrinin
ictimai-iqtisadi və siyasi sabitliyini təmin etmişdi. Həyati zərurət olan bu əlaqələri
yalnız Osmanlı dövləti ilə hərbi münaqişədə bərpa etmək mümkün idi. Lakin
kifayət qədər hərbi potensialı olmayan və daxili (Avropa miqyasında) ziddiyyətlər
məngənəsində sıxılmış Avropa ölkələri ayrı-ayrılıqda yeni dəniz yolları aramağa
başladılar. Atlantik okeanı vasitəsilə yeni dəniz yolunun kəşfi (Hindistana,
Amerika qitəsinə) Yaxın və Orta Şərq regionunun ticarət-iqtisadi əhəmiyyətinin
kəskin şəkildə azalmasına səbəb oldu. “Osmanlı imperiyası Səfəvi tacirlərinə
Aralıq dənizinə azad çıxış yolunu qapadı. Bundan əlavə, Səfəvi dövlətinin iqtisadi
vəziyyəti Böyük coğrafi kəşflər nəticəsində, xüsusilə Hindistana dəniz yolunun
kəşfindən sonra daha da pisləşdi”.
1
XVI əsrdə baş vermiş regional miqyaslı proseslər də Azərbaycanda
iqtisadi inkişafa öz təsirini göstərirdi. Azərbaycanın iqtisadi potensialının Yaxın və
Orta Şərq ticarət-iqtisadi sistemində gerçəkləşdirilməsi işi də çətinləşmişdi. XVI
əsrin əvvəllərində Şeybanilər dövləti (1500-1599) ilə Xorasan vilayəti uğrunda
aparılmış müharibələr, XVI əsr ərzində - XVII əsrin ilk onilliklərində baş vermiş
Osmanlı-Səfəvi müharibələri Azərbaycanın iqtisadi tərəqqisi prosesinə mənfi təsir
göstərmişdi. Yalnız Moğollar dövləti (1526-1858) ilə sabit ictimai-iqtisadi, siyasi
və mədəni münasibətlər Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərmiş
amil idi.
2
Lakin Avropaya çıxış yolu qapanmış, regionda (Yaxın və Orta Şərqdə)
hərbi-siyasi çəkişmələrdə bulunan Səfəvilər dövlətinin iqtisadi inkişaf səviyyəsi
dövrün tələblərinə uyğun idi.
Azərbaycanın ictimai-iqtisadi, siyasi səviyyəsinin dövrün tələblərinə
uyğun olmasının ən gerçək sübutu güclü dövlətin (Səfəvilər dövlətinin)
mövcudluğu idi. “İqtisadi, ictimai və dövlət quruluşunun əsası olmaq etibarilə
feodalizm Şərqdə Qərb ölkələrinə nisbətən əvvəl meydana gəlmişdir. Bu
mərhələdə Şərqin aparıcı rolunun digər əlaməti o idi ki, feodalizmin erkən və güclü
inkişafı ilə əlaqədar olaraq bu dövrdə məhz Şərqdə daha iri, güclü dövlətlər
yaranmışdı”.
3
Səfəvilər dövləti öz ərazisində bir çox tayfaları və xalqları
birləşdirmişdi. “Lakin bu dövlətdə uzun müddət ərzində Azərbaycan feodalları
üstünlük təşkil etmişlər”.
4
Hərbi-siyasi çəkişmələrlə səciyyəvi olan orta əsrlərdə,
xüsusilə Şərq regionunda mövcud olmuş feodal dövlətləri labüd şəkildə geniş
əraziləri əhatə edirdi. “Səfəvilərin rəhbərliyi altında qızılbaş tayfalarının hərəkatı
ilk mərhələdə Azərbaycanın feodal baxımından birləşdirilməsi səciyyəsi daşıyırdı.
Lakin sonralar siyasi şərait Səfəvilər qarşısında daha geniş vəzifə qoydu. İctimai-
iqtisadi inkişafın nisbətən yüksək mərhələsində olan Azərbaycan geniş əraziyə
malik olan bir dövlətin mərkəzini təşkil etdi. Bu dövlətin tərkibinə habelə … Kiçik
Asiyanın vilayətləri və İran daxil edildi”.
5
Müəyyən dövrdə (1508-1534-cü illərdə)
171
İraq ərazisi də Səfəvilər dövlətinin tərkibində idi.6 Azərbaycanın iqtisadi inkişaf
imkanlarının müəyyən qədər gerçəkləşdirilməsi üçün əlverişli şərait yaranmışdı.
Azərbaycanın Cənub və şimal vilayətləri vahid iqtisadi sistemdə tərəqqi edirdi.
Təbiidir ki, bu inkişaf prosesi də ziddiyyətlərsiz keçinmirdi.
XVI əsrdə Azərbaycanda iqtisadi inkişafın əsasında feodal istehsal
münasibətləri dayanırdı. Başlıca istehsal vasitəsi torpaq, iqtisadiyyatın aparıcı
sahəsi isə kənd təsərrüfatı idi. Sənətkarlığın inkişafı əsrin tələblərinə cavab verirdi.
Azərbaycan Səfəvilər dövlətinin XVI əsrin siyasi münasibətlər sistemində mühüm
rol oynamasının, Osmanlı Türkiyəsinə qarşı uzunmüddətli müharibələrdə
dəyanətinin əsas səbəbi onun iqtisadiyyatının uğurlu inkişafı idi.
Azərbaycan Səfəvilər sülaləsi hakimiyyətinin bərqərar olması ərəfəsində
“ölkə dərin iqtisadi durğunluq vəziyyətində idi”.
7
Ölkənin iqtisadi həyatının sabit
hala salınmasını və dövlət xəzinəsinin artmasını təmin etmək üçün Səfəvi
hökmdarları - Şah I İsmayıl (1501-1524) və I Təhmasib (1524-1576) kəndlilərin
vəziyyətini yaxşılaşdıran islahatlar keçirdilər. Müxtəlif ölkələrin tarixi dəfələrlə
sübut etmişdir ki, dövlət siyasəti iqtisadi proseslərdən asılıdır, iqtisadi proseslərə
biganə yanaşmış siyasi birlik formaları iflasa məhkumdur, iqtisadi problemlərin
həll olunması siyasi hakimiyyətin saxlanıb möhkəmləndirilməsinə tabe edilməlidir.
Bu baxımdan ilk Səfəvi hökmdarlarının siyasi xətti gerçək iqtisadi proseslər
əsasında yeridilirdi. İlk Səfəvi hökmdarlarının iqtisadi islahatları əkinçiliyin və
heyvandarlığın inkişafına təkan verdi. Tarix ədəbiyyatında orta əsrlərdə
“Azərbaycanda kənd təsərrüfatının natural səciyyə daşıması”, “Şərqin Avropa
ölkələrindən geridə qalması” və s. kimi fikirlər mövcuddur. Azərbaycan kənd
təsərrüfatının XVI əsrdə natural səciyyə daşıması tarixi gerçəklikdir. Ümumiyyətlə,
orta əsrlər (feodalizm) təsərrüfat sisteminin müəyyən naturallığı ilə səciyyəvidir,
onun natural xarakteri yalnız son feodalizm mərhələsində pozulur. Məgər Fransa
kimi qabaqcıl sayılan Qərbi Avropa ölkəsində kənd təsərrüfatı XVI əsrdə hələ də
natural səciyyə daşıyan feodal münasibətləri zəminində inkişaf etmirdimi? Orta
əsrlərə dair ədəbiyyatda qeyd edilir: “Fransa kəndinin siması XVI əsrdə də feodal
səciyyəsi daşıyırdı… Kəndli əməyinin məhsuldarlığı yüksək deyildi, məhsuldarlıq
çox aşağı idi. Feodal töycüləri isə getdikcə artırdı”.
8
XVI əsr Rusiyasının (Moskva
knyazlığının) kənd təsərrüfatında da vəziyyət belə idi. İntibahın (Renessansın) baş
verdiyi İtaliyada və İspaniyada da XVI əsr kənd təsərrüfatı bu şəraitdə inkişaf
edirdi.
Sadə əmək alətlərinin tətbiqinə əsaslanan, sənətkarın şəxsi ustalığının
həlledici əhəmiyyət kəsb etməsinə və istehsalın məhdud xarakterinə görə
səciyyələnən sənətkarlığın inkişafında XVI əsrdə müəyyən canlanma vardı. Bir sıra
məlumatlara əsasən Azərbaycanda 100-ə qədər sənət növü mövcud idi. Lakin orta
əsr sənətkarlığında əmək bölgüsünün dərinləşməsi prosesi ləng gedirdi.
9
XVI əsrdə
Azərbaycan şəhərlərində azad sənətkarların, dövlətə və feodallara məxsus olan
emalatxanalarda çalışan sənətkarların sayı və şəhərlərin ictimai həyatında onların
Dostları ilə paylaş: |