176
sahib olmuş Səfəvilər orta əsr müsəlman Şərqinin tipik sülaləsi kimi səciyyəvidir.
“Müsəlman regionu ölkələrində qanunvericilik əsası kimi Şəriətin uzun müddət
qüvvədə qalması daha bir vacib cəhət ilə, yəni onunla bağlıdır ki, burada min ildən
artıq dövr ərzində dünyəvi hakimiyyətlə dini hakimiyyət bir əldə cəmlənmişdi:
Dövlətin başçısı (xəlifə, sultan və əmir) eyni zamanda həm də əmir-əl-Möminin
(yəni möminlərin başçısı) adını daşıyırdı”.
33
Müsəlman ölkələrindən biri kimi
Səfəvilər dövründə “dinin ictimai və şəxsi həyata və hətta məişətə təsiri”
34
gerçəklik idi. Şah I İsmayılın dini islahat keçirməsi (şiəliyin dövlət məzhəbi elan
edilməsi) də
35
mövqeyin möhkəmləndirilməsi, siyasi və sinfi mübarizədə
əleyhdarların məğlub olunması, mədəni – ideoloji sahədə dövlət nəzarətinin daha
da genişləndirilməsi cəhdi idi. Beləliklə, dinin rolunun artması sinfi, siyasi
mübarizənin kəskinliyinin nəticəsi kimi meydana gəlmişdi. Lakin qeyd etmək
zəruridir ki, Səfəvi hökmdarlarının dini radikalizmi sabit təmayül deyildi. Dini
ideologiya onların dünyagörüşündə dünyəvi ideologiya ilə qovuşurdu. Səfəvi
şahlarının əksəriyyətinin ədəbiyyata və incəsənətə dərin maraq və qayğı göstərməsi
bu həqiqəti sübut edir. Azərbaycan (türk) və fars dillərində şeirlər yazan, miniatür
rəssamlığı və kalliqrafiya ilə məşğul olan hökmdarlar XVI-XVII əsrlərin
Azərbaycan mədəniyyətinin səciyyəvi hadisəsi idi. C.Nehru Moğol hökmdarı
Zahirəddin Məhəmməd Babur (1483-1530) haqqında yazmışdır: “Babur cazibədar
şəxsiyyət, intibah dövrünün səciyyəvi hökmdarı, cəsur və bacarıqlı insan idi. O,
incəsənəti və ədəbiyyatı sevirdi, həyatdan zövq almağı xoşlayırdı”.
36
Şah I
Təhmasib, Şah I Abbas bu baxımdan daha maraqlı şəxsiyyətlər idilər. Onlar
Səfəvilər dövründə baş vermiş intibahın hakim sinifdən olan nümayəndələri kimi
qiymətləndirilə bilər.
37
C.Nehru bu dövrü belə qiymətləndirir: “Teymurilər
sülaləsinin hökmdarı Babur Dehli taxtına çıxdı. Bu, XVI əsrin əvvəllərində baş
verdi. Bu zaman, Səfəvilər hakimiyyəti dövründə İran incəsənəti parlaq İntibah
dövrünü yaşayırdı. Bu dövr fars incəsənətinin qızıl əsri kimi məşhurdur”.
38
Müəllif
Səfəvilərin etnik mənsubiyyətinə əhəmiyyət verməmiş, bu dövlətin ictimai,
iqtisadi, mədəni-tarixi və siyasi mərkəzinin Azərbaycan olduğu faktını sərfnəzər
etmiş, Səfəvi dövrünün mədəni sisteminə regional /İran/ mədəniyyət faktı kimi
yanaşmış, incəsənətin inkişafında Azərbaycanlıların aparıcı mövqelərinə və roluna
fikir verməmişdir. Lakin C.Nehrunun incəsənətdə, ədəbiyyatda intibah barədəki
fikri də Səfəvi şahlarının dünyəvi dünyagörüşə mail olduğunu sübute edir.
XVI əsrin sonlarına doğru Səfəvilər dövlətinin ictimai-iqtisadi və siyasi
sistemində baş vermiş bir sıra proseslər (dünya ticarət yollarının dövlətin cənub
vilayətlərinə keçməsi, dövlətin paytaxtının 1598-ci ildə Qəzvindən İsfahana
köçürülməsi, ictimai mübarizənin kəskinləşməsi, Azərbaycanın inkişaf etmiş
vilayətlərindən əhalinin bir hissəsinin İran vilayətlərinə köçürülməsi və s.)
Azərbaycan mədəniyyətinin inkişaf axarına mənfi təsir göstərdi. Xarici siyasi
amilin rolu da mühüm idi: 1590-cı ilədək Osmanlı Türkiyəsi Azərbaycan
vilayətlərinin əksəriyyətini işğal etdi.
39
Osmanlı və Səfəvi dövlətləri arasında,
177
İstanbulda bağlanmış sülh müqaviləsinə əsasən Səfəvi dövlətinin tərkibində yalnız
Qaracadağ, Ərdəbil və Talış əyalətləri qaldı.
40
Beləliklə, bir çox mənfi amillərin
təsirinə baxmayaraq, uğurla inkişaf etmiş Azərbaycan, onun mədəniyyəti ağır,
çətin mühitə düşdü. Lakin Azərbaycan mədəniyyətinin inkişaf imkanları belə ağır
şəraitdə də güclü surətdə aşkara çıxmaqda idi. Azərbaycan mühitində törəmiş,
genişlənmiş Səfəvilər dövləti XVI əsrin sonlarından etibarən Azərbaycan xalqının
mədəni inkişaf prosesində aparıcı rolunu itirməyə başladı. Bu dövrdən başlayaraq
Azərbaycan mədəniyyətinin inkişaf zəmini daha da genişləndi (Mədəniyyətin
inkişafı geniş xalq kütlələrinə arxalanırdı).
§ 2. Azərbaycan
ədəbiyyatı.
Ədəbiyyat Azərbaycan mədəniyyəti
sistemində
mühüm rolu və mövqeyi
olan incəsənət sahəsidir. Spesifik incəsənət sahəsi olan “ədəbiyyat incəsənətin ən
yüksək növüdür. Ədəbiyyat azad insan sözləri ilə ifadə olunur ki, bu da həm səs,
həm lövhə, həm də müəyyən, aydın ifadə olunmuş təsəvvürdür. Buna görə də
ədəbiyyat başqa incəsənətlərin bütün ünsürlərinə malik olub, ayrılıqda onların hər
birinə aid olan bütün vasitələrdən birdən-birə və tamamilə istifadə etmək olur”.
41
Obyektiv gerçəkliyi bədii obrazlarla əks etdirən söz sənəti kimi ədəbiyyatda milli
ruh, xalqın düşüncə tərzi spesifik xüsusiyyətləri daha bariz şəkildə aşkara çıxır.
“Ədəbiyyatda xalqın ruhunun inkişafı əks edir: ədəbiyyat xalqın
tarixinin mühüm
bir tərəfidir”.
42
Nəzərə almaq lazımdır ki, “incəsənət elm deyildir və o ancaq milliliyi ilə
güclüdür”.
43
Bu və ya digər yaradıcılıq ənənəsini davam etdirən milli məktəblər
məhz ədəbiyyatda təşəkkül tapmışdır. Nəsimi, Xətai, Füzuli kimi dahilər məhz
Azərbaycan ədəbi məktəbinin yetirmələridir, bu məktəbin zənginləşməsində
mühüm rol oynamışlar.
Azərbaycan ədəbiyyatı qədim dövrlərdən etibarən türk, Şərq və İslam
kontekstlərinin kompleksində inkişaf edən spesifik sistemdir. İlk orta əsrlərdə
İslam regionuna daxil olmuş Azərbaycanın ədəbiyyatı sonrakı tarixi dövrlərdə
öznün funksional zənginliyi ilə səciyyələnirdi. “İslam dininin rəssamlığa,
musiqiyə, teatra, fəlsəfəyə münasibəti ona səbəb oldu ki, ədəbiyyatın öhdəsinə
İslam tərəfindən qadağan olunmuş bütün incəsənət növlərinin funksiyalarının
yerinə yetirilməsi kimi nəhəng vəzifə düşdü. Obrazların bədiiliyi və
monumentallığı, şeirin musiqilliyi, hekayətin faciəliliyi, poetik formada elmi
görüşlərin təbliği cəhdləri, dərin fəlsəfı məna məhz bundan irəli gəlir. Təəccüblü
deyildir ki, ədəbiyyat orta əsrlərin İslam Şərqində fəlsəfi fikrin yayılmasının və
inkişafının əsas formalarından biridir”.
44
Ərazicə geniş, bir çox xalqları öz
sərhədləri daxilində birləşdirən iri dövlətlərin mövcudluğu orta əsrlərin (xüsusilə
İslam Şərqinin) mühüm əlamətlərindən biri idi. Hərbi - siyasi çəkişmələrin çoxluğu
və dövlət sərhədlərinin mütəhərrikliyi, sabit olmaması da bu dövrün səciyyəvi
Dostları ilə paylaş: |