174
idi. Lakin bu əsasın səmərəliliyi, onun müdafiə qüdrəti xeyli mənada özündən asılı
idi. Dini sistemin dövləti zəif müdafiə etdiyi yerlərdə hakimiyyət və onunla birgə
cəmiyyət asanlıqla məhv olurdu. Lakin bu sistemin optimal fəaliyyət göstərdiyi
yerlərdə nəticə başqa cür olurdu”.
23
Hakimiyyətə sahib olmaq uğrunda mübarizədə
Səfəvilərin qələbəsi təsadüfi hadisə deyildi. Bu, obyektiv və zəruri idi, labüd
tələbatdan irəli gəlirdi. Bu mübarizədə şiəlik ideyalarından geniş istifadə olunması
hərəkatın taleyini həll etdi. “Tarixi kökləri etibarilə şiəlik məğlubların,
məzlumların, şəhid olanların ruhuna yaxın idi və buna görə də geniş xalq
kütlələrini özünə cəlb etmişdi”.
24
Sonsuz əzablara düçar olmuş xalq kütlələri
Səfəvilərin timsalında ölkənin siyasi sabitliyini, iqtisadi və mədəni tərəqqisini
təmin edəcək qüvvə görürdülər. “Qızılbaş hərəkatının feodal yuxarı dairələri xalq
kütlələrinin ifrat ideoloqlarının güclü təsirinə məruz qalmışdı. Bu, hərəkatda sadə
xalqın geniş iştirakının göstəricisi idi. Şah İsmayılı çox sevir və onu
ilahiləşdirirdilər. Venesiya səyyahlarının məlumatlarından məlum olur ki, o, xalq
içərisində də məşhur idi. Ona Mehdi, İmam, Sahib-əz-zaman kimi baxırdılar. Onun
çıxışı xalq kütlələrinin ən yoxsul və istismar olunan təbəqələrinin ictimai çevrilişə
olan inamları ilə birləşirdi”.
25
“Zahirən mistik və dini görünən şiə ideyaları”,
bilavasitə hərəkətdə öz ifadəsini asanlıqla tapırdı və bu ideyalar hərəkatın önündə
gedən elementlərin siyasi xəttini təşkil edirdi.
26
XV əsrin sonunun - XVI əsrin
əvvəllərinin həyat şəraiti geniş xalq kütlələrinin qızılbaş hərəkatında iştirakını
zəruri və labüd etmişdi. Şiə-qızılbaş hərəkatı Kiçik Asiyanı (Osmanlı ərazisini) də
əhatə etmişdi. “Hərəkatın ilkin mərhələsində şiə ilahiyyatçıları tərəfindən təbliğ
olunan ictimai bərabərlik ideyası cəlbedici qüvvəyə malik idi və şəhərlərdə,
kəndlərdə əhalinin geniş kütlələrinin hərəkatda iştirakını təmin edirdi. Hakimiyyətə
gəlmiş Səfəvilər əxiliyin və şiəliyin utopik ideyalarını tamamilə inkar etdilər. Bu,
ruhani dayaqlara malik olan əsil feodal dövləti idi.
27
Lakin “etnik mənşəyi xüsusi
tədqiqat tələb etməyən”
28
Səfəvilər dövlətinin yaranması mütərəqqi hadisə idi.
Milli dövlətlərin yaranması meyli orta əsrlərdə tərəqqinin ən mühüm aləti idi.
Osmanlı - Səfəvi münasibətlərində mərkəzi yerlərdən biri sünni-şiə problemi
tuturdu. Lakin belə hesab etmək olar ki, bu problem dini səciyyədən daha çox milli
və siyasi səciyyəyə malikdir. İslam dinində olan ayrılıqlar siyasi qarşıdurma
prosesində yalnız ideoloji vasitə kimi istifadə olunurdu. Bütün XVI əsr ərzində
şiəlik Osmanlı hakimiyyəti üçün həmçinin daxili təhlükə olmuşdur. Kiçik Asiyanın
şərq hissəsində (Anadoluda) şiəlik geniş yayılmışdı və osmanlılara qarşı
mübarizədə şüar idi.
29
Səfəvi dövləti bundan istifadə etməyə çalışırdı. Səfəvilər
dövlətinin meydana gəlməsi və güclənməsi Yaxın və Orta Şərq regionundakı
beynəlxalq münasibətlər sisteminə dinamiklik, yenilik gətirdi. Bu dövrdə “xarici
siyasət amillərinin Azərbaycanın və ona qonşu olan ölkələrin daxili siyasi və
iqtisadi həyatına təsiri xeyli artdı”.
30
Dini şüarlar altında baş vermiş uzunmüddətli
Osmanlı-Səfəvi qarşıdurmasının (müharibələr, qəfil hücumlar, bir-birinin daxili
işlərinə qarışmaq faktları və s.) mənfi nəticələri qarşılıqlı səciyyə daşımışdır.
175
Osmanlı Türkiyəsi Azərbaycan Səfəvilər dövlətinin Qərb ölkələri ilə qarşılıqlı
ictimai-siyasi, iqtisadi və mədəni münasibətlərinin gedişinə əngəl idisə,
Azərbaycan Səfəvilər dövləti də Osmanlı Türkiyəsinin şərq istiqamətindəki
müvafiq münasibətlərinin axarına maneçilik törədirdi. 200 ildən artıq davam etmiş
Osmanlı-Səfəvi qarşıdurmasından zərərçəkənlər əsasən bu iki türk dövlətləri
oldular. Hər iki dövlət arasındakı qüvvələr müvazinəti onların daxili iqtisadi,
ictimai-siyasi və mədəni inkişafındakı imkanların daha bariz şəkildə aşkara
çıxmasına əngəllər törətdi. Müharibələr zamanı minlərlə Azərbaycan sənətkarı,
memarı, şairi, kalliqrafı, alimi əsir alınaraq Osmanlı imperiyasına aparılmışdı.
İşğal, dağıntılar, əsarət bir çox Azərbaycan mədəniyyəti xadimlərinin başqa
ölkələrə mühacirət etməsini sürətləndirmişdi. Osmanlı sultanları qonşu ölkələrdən
əsir gətirilmiş mədəni potensiala böyük əhəmiyyət verir və bu potensialdan
maksimum dərəcədə istifadə etməyə çalışırdılar. Osmanlı sarayında sənətkarların,
memarların, şairlərin və alimlərin xüsusi siyahıları tərtib edilmişdi. Həmin
siyahılarda əsir alınıb sənətkarlıq, incəsənət və elm sahələrində istifadə edilənlərin
adı, ixtisası, gətirildiyi ölkə, sultan sarayında qeydiyyata alındığı vaxt və gündəlik
maaşı qeyd olunurdu. Belə siyahılardan ən ilkini 1526-cı ilin yanvarına aiddir.
31
Memar, şair, alim, musiqiçi, rəssam və kalliqrafların (xəttatların)
Azərbaycandan uzaq düşməsi yalnız xarici səciyyəli hadisələrlə əlaqədar deyildi.
Səfəvilər dövlətinin öz daxilində baş verən ictimai-siyasi və hərbi səciyyəli
hadisələr də ədəbiyyat və incəsənət xadimlərini Azərbaycanı tərk etməyə vadar
etmişdi. Onların könüllü surətdə mühacirət etdiyi ölkə Hindistan idi. “XVI və XVII
əsrlərdə Səfəvi dövlətindən, xüsusilə Azərbaycandan Hindistana siyasi və dini
əqidələrinə görə təqib olunan alimlər və şairlər mühacirət etdilər. Onlar
Hindistanda yaxşı qarşılandılar və onlardan bir çoxu ömrünün sonlarınadək orada
qaldı.”
32
Lakin qeyd etmək zəruridir ki, Hindistana və digər ölkələrə köçmüş
Azərbaycan mədəniyyət xadimlərinin Səfəvilər dövründə siyasi və dini əqidələrinə
görə təqib olunan hissəsindən başqa, dövlətlərarası razılaşma əsasında yaşayış-
fəaliyyət yerlərini dəyişənlər də var idi. Türk-monqol mənşəli, İslam əqidəli Moğol
hökmdarları ilə Səfəvi şahları arasında sabit münasibətlər mədəniyyətlərin
qarşılıqlı təsiri üçün geniş imkanlar açmışdı.
Orta əsr cəmiyyətində, ictimai-iqtisadi, siyasi-ideoloji, dini ziddiyyətlərin
mövcud olduğu sistemdə dövlət hakimiyyətinin mədəni proseslərə nəzarət etməsi
obyektiv gerçəklikdir. Hər bir tarixi mərhələdə hökmran sinfin fikirləri cəmiyyətdə
hakimdir. Cəmiyyətin hakim maddi qüvvəsini təmsil edən sinif eyni zamanda
aparıcı mənəvi qüvvədir. Maddi istehsal vasitərərinə malik olan sinif mənəvi
istehsal vasitələrinə də malikdir. Məhz bunun sayəsində mənəvi istehsal
vasitələrinə malik olmayanların fikirləri hakim sinfin fikirlərinə tabe vəziyyətdə
olur. Səfəvilər dövlətinin XVI əsrin ortalarından etibarən yenidən dini ideologiyaya
üstünlük verməsi ölkədə ictimai mübarizənin kəskinləşməsindən irəli gəlirdi.
Ruhani feodallar olan Səfəvilərin bu mövqeyi təbii idi. Dünyəvi hakimiyyətə də
Dostları ilə paylaş: |