Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə97/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   93   94   95   96   97   98   99   100   ...   138

206 
 
və  xalçaçılığın  inkişafına  güclü  təsir  göstərirdi.  Təsadüfi  deyildir  ki,  ən  mahir 
kalliqraflar  Təbriz  məktəbinin  yetirməsi  idilər.  Abdulla  Qazı  Xoylu,  Ətiq 
Ordubadi, Sadıqbəy Əfşar, Şəmsəddin Məhəmməd Təbrizi, Seyid Məhəmməd, Şah 
Mahmud  Nişapuri  XVI  əsrin  ən  məşhur  xəttatları  olmuşlar.
202
  Kitab  çapı 
olmadığına görə Azərbaycanda xəttatlıq bu dövrdə də zəruri və kütləvi sənət növü 
idi. 
 
§ 7. Dekorativ və tətbiqi incəsənət növləri 
 
Orta əsrlərin Azərbaycan dekorativ-tətbiqi incəsənət sistemində (mozaika, 
divar  naxışları,  keramika,  ağac  və  şüşə  məmulatı  istehsalı,  daş,  ağac  və  kəc 
üzərində  oyma,  bədii  parça  və  tikmələr,  toxuculuq,  bədii  metal,  zərgərlik, 
xalçaçılıq  və  s.)  xalçaçılıq  mühüm  yer  tutur.  Məsələn,  “Böyük  Britaniyada  rast 
gəlinən  Azərbaycan  sənətkarlığı  nümunələrinin  80  faizini  xalça  və  xalça 
məmulatları təşkil edir”.
203
 XVI əsrdə Azərbaycanda olmuş səyyahların əksəriyyəti 
xalqın  məişətində  və  sənərkarlıq  fəaliyyətində  xalçanın  ümdə  mövqe  tutduğunu 
qeyd etmişdir. Məsələn, ingilis səyyahı  Antoni  Cenkinson  1562-ci  ildə  Şamaxıda 
Şirvan hakimi Abdulla xanın ingilis diplomatlarının şərəfinə təşkil etdiyi qəbulda 
gördüklərini belə təsvir edirdi: “Alaçığın içinə başdan-başa zəngin, bəzəkli xalçalar 
döşənmişdi. Onun altına isə qızıldan və gümüşdən bəzək vurulmuş kvadrat şəkilli 
xalça salınmış, üstünə də ona layiq iki yastıq qoyulmuşdu”.
204
 Bu əsrdə xalçaçılıq 
sənəti o dərəcədə inkişaf etmişdi ki, şəhərlərdə xarici bazarlar üçün xalça məmulatı 
istehsal  edən  xüsusi  karxanalar  fəaliyyət  göstərirdi.  “XVI  əsrdə  xalçaçılıq  həm 
bədii  cəhətdən,  həm  də  istehsalın  həcminin  artması  baxımından  xüsusi  inkişaf 
mərhələsini  keçirirdi”.
  205
  Yalnız  Təbrizdə  bir  neçə  toxuculuq  karxanası  fəaliyyət 
göstərirdi. “I Şah Təhmasib ucuz işçi qüvvəsindən, kənizlərin əl əməyindən istifadə 
edərək  xalça  toxuculuğundan  xeyli  gəlir  əldə  etdiyi  üçün  onun  inkişafına  xüsusi 
maraq  göstərirdi.  İsfahan  və  Kaşanla  yanası,  Təbrizdə  istehsal  olunan  xalı  və 
xalçalar  təkcə  Azərbaycan  və  İranla  qonşu  olan  ölkələrə  deyil,  hətta  Avropa 
ölkələrinə  də  ixrac  olunurdu”.
206
  Xalçaçılıq  sənətinin  bu  cür  inkişafı  daxili  və 
xarici  bazarın  güclü  tələbatından  irəli  gəlirdi.  Azərbaycan  xalçaları  yalnız  utilitar 
(məişət) tələbləri deyil, habelə estetik tələbatı da ödəyirdi. Azərbaycan xalçaçılığı 
adi  sənətkarlıq  həddini  çoxdan  aşmış  və  incəsənətin  spesifik  bir  sahəsinə 
çevrilmişdi.  XVI  əsrdə  toxunmuş  bir  çox  sifarifşli,  nümunəvi  xalçaların 
hazırlanması  prosesində  yalnız  toxucu  deyil,  dövrün  miniatürçü  rəssamları  da 
iştirak  edirdilər.  Xalçaların  tərtibatında  həndəsi,  nəbati,  heyvani  və  insani 
motivlərdən  istifadə  olunurdu.  Nəbati  ornamentlərdən  istifadə  daha  geniş 
yayılmışdı. Azərbaycan xalçaları coğrafi baxımdan 4 qrupa ayrılırdı: Quba-Şirvan, 
Gəncə-Qazax,  Qarabag  və  Təbriz  tipli  xalçalar.  Bu  xalçalar  öz  bədii 
xüsusiyyətlərinə  görə  iki  böyük  qrupa  (ornamental  və  süjetli)  bölünürdü  və 
ornamental  xalçalar  həmişə  çoxluq  təşkil  edirdi.
207
  Lakin  süjetli  xalçalar  daha 


207 
 
cazibədar  idi  və  XVI  əsrdə  onların  hazırlanması  müxtəlif  sənətlərin  sintezinin 
gözəl  nümunələrri  hesab  edilirdi.  “Süjetli  xalçaların  əksəriyyəti  tarixən 
Azərbaycanın  cənub  vilayətlərində,  əsasən  Təbrizdə  hazırlanırdı.  Təbrizdə  süjetli 
xalçaların  istehsalında  çiçəklənmə  XVI  əsrə  təsadüf  edir.  Dekorativ  incəsənətin 
müxtəlif sahələrində çalışan ustaların və miniatürçü rəssamlarm əsas qüvvələri bu 
şəhərdə  cəmlənmişdi”.
208
  Süjetli  xalçalar  klassik  Şərq  poeziyası  əsasında  tərtib 
edilir və həmin xalçalar üzərində poetik sətirlər yazılırdı. Azərbaycanda toxunmuş 
xalçalar  “Türk  xalçaları”  adı  ilə  tanınırdı.  Bu  xalçalar  Azərbaycanda,  Yaxın  və 
Orta  Şərq  ölkələrində  məscidlərin,  feodal  əyanlarının  və  xalq  məişətinin  başlıca 
bəzəyinə çevrilmişdi. Təbriz xalçaçılıq sənətinin şah əsərlərindən biri “Şeyx Səfi” 
xalısı  idi.  Həmin  xalı  Ərdəbildəki  Şeyx  Səfı  kompleksi  üçün  1539-cu  ildə 
hazırlanmışdır. Bu xalı 1893-cü ildə ingilislər tərəfindən Ərdəbildə satın alınmış və 
Londona göndərilmişdir.
209
  Həmin  xalının  uzunluğu  10,55,  eni  5,35  metr,  ümumi 
sahəsi  56,12  kvadratmetrdir.
210
  32  milyon  ilmədən  ibarət  olan  bu  xalı  nəbati 
ornamentlərlə  bəzədilmişdir.  Beləliklə,  XVI  əsrin  Azərbaycan  xalçaçılığı 
beynəlxalq əhəmiyyətə malik dekorativ incəsənət sahəsi idi. 
Kaşıkarlıq məmulatı günbəzlərin, alaqapıların, minarələrin və mehrabların 
bədii tərtibatında geniş tətbiq olunan material kimi İslam Şərqində yüksək inkişaf 
səviyyəsinə  çatmışdı.  Kaşıkarlıq  memarlığın  inkişafına  da  müəyyən  təsir 
göstərmişdir.  Rəngli  kaşıların  XV  əsrdən  etibarən  memarlıq  abidələrində  geniş 
istifadə  olunması daş üzərində  təsvirli oymaların aradan çıxmasına  səbəb oldu.
211
 
Kaşılar  həndəsi,  nəbati  və  epiqrafik  ornamentlərdən  ibarət  idi  və  İran,  Türkiyə, 
Orta  (Mərkəzi)  Asiya,  Azərbaycan  memarlığında  XII  əsrdən  başlayaraq  istifadə 
olunurdu.  Bu  məmulatın  adı  orta  əsrlərin  ən  iri  incəsənət  mərkəzlərindən  olmuş 
İranın Kaşan şəhərindən əxz edilmişdi. XVI əsr kaşıkarlığının ən gözəl nümunəsi 
Ərdəbildəki  Şeyx  Səfi  kompleksidir.  Azərbaycan  kaşıkarlarından  Əhmədşah 
Təbrizi, Məhəmməd Yusif və Nemətulla Bəvvab məşhur idilər. 
XVI  əsrdə  dekorativ  sənət  sahələri  içərisində  daşoyma  sənəti,  xüsusilə 
fərqlənirdi. Məzarüstü daşlar üzərində nəbati, həndəsi, süjetli rəsmlər həkk edilirdi. 
Daşoyma  sənəti  nümunələrinin  əksəriyyətində  islamaqədərki,  türk  motivləri 
mövcud idi.  “Bu zaman incəsənətdə  islamaqədərki dövrdə  mövcud olmuş  mövzu 
və  süjetlər  yenidən  ön  mövqelərə  çıxdı.  Burada  insan,  heyvan  və  quş  təsvirləri 
mərkəzi yer tutur.”
212 
Azərbaycan daşoyma sənətində qoyun və at fiqurları əsas yer 
tuturdu. Belə fiqurlar XVI əsrdə daha çox hazırlanırdı.
213 
Üzərində müxtəlif süjetli 
rəsmlər  olan,  daşdan  yonulmuş  qoyun  və  at  fiqurlarının  yayıldığı  ərazi  çox 
genişdir.  Məzarüstü  daşlar  müxtəlif  formalarda  yonulurdu  (dik  başdaşları,  üfüqi 
şəkildə yonulmuş sənduqələr, at və qoç fiqurları) və süjetli rəsmlərlə bəzədilirdi.
214
 
Keramika sənəti, zərgərlik məmulatı istehsalı, bədii parçalar hazırlanması 
kimi  sahələr  Azərbaycan  dekorativ  incəsənəti  sistemində  əhəmiyyətli  yer  tuturdu 
və sıx qarşılıqlı təsir prosesində inkişaf edirdi. Sənətlərin sıx qarşılıqlı təsiri prosesi 
XVI əsrdə xüsusilə güclü idi və xalq kütlələrinin geniş yaradıcılığına əsaslanırdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə