Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   22   23   24   25   26   27   28   29   ...   138

55 
 
potensialı  hesabına  “özünə  qayıtmış”,  azad  inkişaf  yolunu  davam  etdirmişdir. 
Xalqın mədəni-tarixi təkamülündə Azərbaycan zəminindən doğmuş və bu zəminə 
bağlı olmuş siyasi birliklərin-dövlətlərin ən qədimləri Manna, Midiya, Atropatena 
və  Albaniyadır.  Manna  və  Midiya  tariximizin  qədim  dövrü  ilə  bağlı  faktlar 
olduqlarına görə onları nəzərdən keçirmək fikrindən uzağıq. 
Eramızdan  əvvəl  IV  əsrdən  eramızın  20-ci  ilinədək  əsasən  Cənubi 
Azərbaycan  ərazisi  Atropatena  dövlətinin  tərkibində  olmuşdur.  Mərkəzi 
Azərbaycan  olan,  bir  çox  hallarda  “Midiya-Atropatena”  adlandırılmış  bu  dövlət 
ellinist (yunan siyasi,  mədəni təsirinə məruz qalmış) dövlətlər sistemində  mühüm 
rol  oynamışdır.  “Ellinizm  bu  sistemə  daxil  olmuş  ölkələrin  etnik  və  dini 
qapalılığının dağıdılmasına başlanğıc verdi, dövlətçiliyin yeni formalarını meydana 
gətirdi, yeni mədəniyyətin, yeni incəsənətin, yeni inamların əsasını qoydu”.
238
 Şərq 
və ellin (yunan) mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı təsiri prosesi Midiya-
Atropatenanı  da  mədəni  baxımdan  zənginləşdirdi.  Atropatenanın  I-II  əsrlər  siyasi 
həyatında  başlıca  hadisələr  alanların  ölkəyə  ardıcıl  hücumları  ilə  bağlı  olmuşdur. 
Atropatena  təqribən  2  əsr  ərzində  Parfiya  dövlətinin  güclü  siyasi  təsirinə  məruz 
qalmış,  əski  müstəqilliyini  bərpa  edə  bilməmişdir.  III  əsrin  əvvəllərində  İranda 
siyasi  hakimiyyəti  Sasani  sülaləsi  ələ  keçirdi,  bu  sülalənin  hakimiyyəti  getdikcə 
möhkəmlənərək  qonşu  ölkələri  də  öz  təsiri  altına  saldı.  Bu  dövrdə  Atropatena 
siyasi  müstəqilliyini  tamamilə  itirib  İran  (Sasani)  şahənşahının  dastakertinə 
(əyalətinə  -  şəxsi  torpağına)  çevrildi.  Lakin  Sasanilər  dövründə  Atropatenanın 
mədəni  və  dini  mərkəz  kimi  rolu  daha  da  gücləndi.  “Azərbaycan”  anlayışının 
formalaşmasının,  habelə  onunla  bağlı  olan  digər  siyasi  və  etno-mədəni  səciyyəli 
hadisələrin  başlanğıcı  məhz  vətən  tarixinin  Atropatena  dövründə  qoyulmuşdur. 
Burada  ilk  dəfə  xalq  təşəkkül  tapmışdı.  “Avesta”  müqəddəs  kitablar  məcmusu 
məhz Atropatenada başa çatdırılmış, tamamlanmışdı. Atropatenada hələ eramızdan 
əvvəl II əsrdən etibarən yalnız Azərbaycanın deyil, eləcə də bütün İranın mədəni-
mənəvi həyatında mühüm rol oynamış zərdüştiliyin yeni ocağı yaranmış, Sasanilər 
dövründə (III-VII əsrlərdə) onun mövqeyi daha da möhkəmlənmiş və bu vəziyyət 
ərəb işğalınadək davam etmişdi.
239
 Hesab olunur ki, zərdüştiliyin dirçəlişi, intibahı 
məhz  Sasani  dövründə  baş  vermiş,
240
  Atropatena  bu  prosesin  mərkəzində 
olmuşdur. Bu dövrdə müqəddəs “Avesta” mətnləri 21 kitabda cəmləşdirilmişdi.
241
 
Bu  işdə  Atropatenada  qərarlaşmış  baş  kahin  Aturpat  (Adarbad)  mühüm  rol 
oynamışdı.  “Avesta”nı  qələmə  almaq  məqsədilə  xüsusi  əlifba  yaradılmışdı.
242
 
Yunan müəllifləri hesab edirlər ki, yazılı “Avesta” (və ya onun ayrı-ayrı hissələri) 
2  milyon  misradan  ibarət  olmuşdur.  Zərdüşti  ənənəsinə  və  sonrakı  ərəb,  fars 
müəlliflərinə görə  “Avesta” 12 min öküz (inək) dərisi və ya taxta lövhə  üzərində 
qızılı hərflərlə tərtib olunmuşdu və Makedoniyalı İsgəndərin Şərqə gəlişindən xeyli 
əvvəl  mövcud  idi.
243
  Təbiidir  ki,  Sasanilər  dövründə  “Avesta”  Makedoniyalı 
İsgəndərin  əmrilə  məhv  olunmuş  “Avesta”  mətnindən  həcmcə  az  idi.  Zərdüştilik 
dünya vəhy dinlərindən ən qədimidir və görünür ki, o bəşəriyyətə digər etiqadlara 


56 
 
nisbətən bilavasitə və ya vasitəli şəkildə daha çox təsir göstərmişdir”.
244 
Zərdüştilik 
yalnız  dini  təlim  deyildir.  O,  fəlsəfi  və  əxlaqi,  ictimai-siyasi,  elmi  baxışların 
mükəmməl  sistemidir.  Zərdüştilik  və  onlarla  bağlı  olan  dini-fəlsəfi  sistemlər 
iudaizmə,  erkən  xristianlığa  da  müəyyən  təsir  göstərmişdir.  Bu  mükəmməl 
sistemin  antik  yunan  fəlsəfi-elmi  fikrinin  nümayəndələrinə  təsiri  isə  daha  çox 
olmuşdur.  Zərdüştilik  dövlət  və  ehkam  dini  kimi  Sasanilər  imperiyası  zamanında 
tam  şəkildə  formalaşmışdır.  Son  zərdüştilik  ənənəsinə  görə,  Zərdüşt  (Zaratustra) 
əslən Cənubi Azərbaycandan olmuşdur. Bir çox orta əsr müsəlman müəllifləri də 
israrla  qeyd  edirlər  ki,  bu  din  yaradıcısının  (peyğəmbərin-Zaratustranın)  vətəni 
Cənubi  Azərbaycandır.
245
  Bunun  səbəbini  Azərbaycanın  Sasanilər  imperiyasının 
mədəni-mənəvi həyatındakı aparıcı rol oynaması ilə izah etmək lazımdır. Sasanilər 
imperiyasının dövlət əhəmiyyətli, əsas, müqəddəs ocaqlarından biri (Adurquşnasp 
atəşpərəstlik məbədi) burada idi və Sasani şahənşahlarının bu ocağı ziyarət etməsi 
icbari  ənənəyə  çevrilmişdi.  Azərbaycan  müqəddəs  atəşpərəstlik  məbədlərinin, 
“çoxsaylı  maqların”  (kahinlərin)  cəmləşdiyi  möhtəşəm  ocaq  olmuşdur.  Orta  əsr 
müəlliflərinin  məlumatlarına  görə,  bu  müqəddəs  yerlərin  çoxusu  hələ  Zərdüştə 
qədərki  dövrdə  də  vardı.  Zərdüştilik  Azərbaycanın  ictimai-siyasi,  mədəni-mənəvi 
həyatında  ərəblərin  gəlişindən  3-4  əsr  sonra  da  müəyyən  rol  oynamışdır.  Yeni 
torpaqlara  yeni  dinlə  hərbi  yürüşlər  etmiş  ərəblər  əsas  zərbəni  dini-ideoloji 
ocaqlara,  xüsusilə  zərdüştiliyə  endirmək  qərarında  idilər.  Sasanilər  imperiyasının 
dini mərkəzi, ocağı olmuş Atropatena (Azərbaycan) ərəb ordularının başlıca zərbə 
obyektinə  çevrildi.  Qeyd  olunmalıdır  ki,  Sasanilər  dövründə  vətənimizin  şimal 
vilayətləri  də  (Dərbəndə  qədər)  ələ  keçirilmişdi.  Lakin  həmin  dövrdə  ölkənin 
cənub və şimal vilayətlərinin eyni, vahid dövlət tərkibində olması hər iki bölgənin 
inteqrasiyası  meylini  gücləndirdi,  onların  mədəni baxımdan  yaxınlaşmasını təmin 
etdi. Albaniya feodal dövləti Sasanilərin tam təsiri altında deyildi. 
Eramızın əvvəllərindən etibarən  Azərbaycanın  şimalından  ölkəyə kütləvi 
surətdə  türk  tayfalarının  (hunların,  sabirlərin  və  b.)  axını  gücləndi.  Sasani 
şahənşahları  imperiyanın  şimal  bölgələrində  öz  mövqelərini  möhkəmləndirmək 
üçün  həmin  dövrdə  Şimali  Azərbaycana  (Albaniyaya)  xeyli  İran  tayfaları 
köçürmüşdülər.  Beləliklə,  eramızın  ilk  əsrləri  Azərbaycan  üçün  intensiv  etnik 
proseslərlə  səciyyəvi  olmuşdur.  Qafqaz,  türk  və  İran  etnik  elementlərinin 
Azərbaycan  xalqının  etnogenezi  prosesində  iştirakı  dərəcəsi  müxtəlif  olmuşdur. 
Eramızdan  əvvəlki  tarixi  dövrdə  də  Albaniyada  türk  tayfalarının  məskunlaşdığını 
toponimik  materiallar  isbat  edir.  “Bir  sıra  türk  mənşəli  coğrafi  toponimlər  qədim 
dövrə  və  eramızın  ilk  əsrlərinə  gedib  çıxır”.
246 
Həmin  fikri  ərəb  mənbələrinin 
məlumatları  da  sübuta  yetirmişdir.
247
  Lakin  qeyd  etmək  vacibdir  ki,  etnosun 
(xalqın)  mühüm  elementləri  sırasında  dil  yeganə,  həlledici  amil  deyildir. 
Azərbaycan  xalqında  onun  etnogenetik  təkamülündə  iştirak  etmiş  Qafqaz,  İran 
elementlərinin  mədəni-psixoloji  keyfiyyətlərinin  dinamik  məcmusu  da 
yaşamaqdadır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə