57
Qafqaz Albaniyasının (şimali Azərbaycanın) ictima-isiyasi, dini, ideoloji,
mədəni uğurları da islamaqədərki təkamül dövrümüzün tarixi gerçəkliklərindəndir.
“Qafqaz Albaniyasının taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar.
Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə
borcludurlar”.
248
Qafqaz Albaniyası Azərbaycan Respublikasının ərazisini və hal-
hazırda Rusiya Federasiyasının tərkibində olan Dağıstan ərazisinin cənub hissəsini
əhatə etmişdir. Albaniya dövlətinin er. əv. IV-III əsrlərdə təşəkkül tapdığı ehtimal
olunur. Dövlətin ilk paytaxtı Kabalaka (Qəbələ) olmuş, eramızın V əsrindən
etibarən isə Bərdə şəhəri bu funksiyanı yerinə yetirmişdir. Bu dövlət, ərazi antik
(yunan və Roma) mənbələrində “Albaniya”, orta fars dilində tərtib olunmuş
qaynaqlarda “Ardan”, ərəb mənbələrində “Arran”, gürcü mənbələrində “Rani”,
ermənidilli mənbələrdə “Ağvan”, Suriya qaynaqlarında “Aran” şəklində xatırlanır
(Ərəb Xilafəti dövründə isə adətən Kür və Araz çayları arasındakı ərazi “Aran”
adlanırdı). Lpina, Kambisena, Kabalaka (Qəbələ), Şəki, Heceri, Çola, Kaspiana,
Uti, Sakasena, Girdiman, Arsax və Sünik Albaniyanın əsas vilayətləri olmuşlar.
249
Kaspiana eramızın IV əsrinin II yarısından Albaniya hakimiyyətinə qaytarılmışdı.
Albaniya əhalisi təbiət qüvvələrinə (Ay, Səma, Günəş) sitayiş edirdi. Aya sitayiş
albanların inamlar sistemində önəmli yer tutmuşdur. Bu sitayiş obyektinin şərəfinə
ölkənin bir çox yerlərində məbədlər inşa olunmuşdu. Qədim və erkən orta əsr
qaynaqlarında 30-dan artıq Albaniya şəhərinin adı çəkilmişdir. Eramızın I əsrinin
ortalarınadək dövləti yerli mənşəli hökmdarlar idarə etmişlər. Sonralar Parfiya
Arşakilərindən asılı vəziyyətə düşmüş Albaniyada da bu sülalənin nümayəndələri
hakim mövqelər qazandılar. Beləliklə, VI əsrə qədər ölkəni alban Arşakiləri idarə
etmişlər. IV əsrin əvvəllərində (313-cü ildə) başda hökmdar Urnayr olmaqla alban
zadəganları xristianlığı qəbul etdilər.
250
Beləliklə, Albaniya nəinki Qafqazda, eləcə
də Yaxın və Orta Şərqdə ilk xristian ocaqlarından biri olmuşdur. Həmin zamandan
etibarən Albaniyada xristianlıq dövlət dini elan olundu, lakin geniş yayılmadı.
Albaniya əhalisinin bir qismi bütpərəstliyi, digər qismi isə mazdaizmi qoruyub
saxladı. Təşkilat baxımından avtokefal (müstəqil) olan Alban apostol kilsəsinin
başında patriarx - katolikos dururdu. Albaniya IV əsrin əvvəllərindən Sasani
imperiyasının tərkibində olmuşdur. Lakin ölkənin strateji əhəmiyyətini nəzərə alan
Sasani şahənşahları daxili idarəetmə sistemini imperiyanın yalnız bu bölgəsində
saxlamışdılar. V əsrin ortalarına qədər Sasanilərlə alban hökmdarları arasında
sülalə nikahları ilə möhkəmləndirilmiş münasibətlər mövcud olmuşdur. 462-ci ildə
Sasani Şahənşahı Alban hökmdarlığını ləğv etdi. Lakin 481-484-cü illərdə Sasani
hakimiyyəti əleyhinə baş vermiş üsyanın təsiri ilə şahənşah 487-ci ildə III
Vaçaqanın (487-510) simasında alban Arşakilərinin hakimiyyətini bərpa etməli
oldu. Məhz III Vaçaqanın hakimiyyəti illəri Albaniyanın siyasi müstəqilliyinin
möhkəmləndirilməsi və mədəni dirçəliş dövrü idi. V-VI yüzilliklərdə Albaniyaya
türk tayfalarının (hunlar, bulqarlar, barsillər, xəzərlər) ardıcıl axınları başlandı.
Hunların ardıcıl hücumlarının təsiri altında V əsrdə Albaniyanın paytaxtı
58
Qəbələdən Bərdəyə köçürüldü. Artıq VI əsrdə xeyli savir və xəzər Qəbələ
ərazisində yaşayış məntəqələri saldı. VI əsrin sonunda - VII əsrin əvvəlində ölkədə
Girdiman hakimlərinin-Mehranilərin sülaləsi gücləndi. Bu sülalənin ən nüfuzlu
hökmdarı Cavanşir ölkənin müstəqilliyini qorumaq üçün müxtəlif vaxtlarda
Sasanilərə, Bizansa, xəzərlərə və ərəblərə qarşı mübarizə aparmalı olmuşdu.
Mehranilərin hakimiyyəti illərində Albaniya siyasi və mədəni cəhətdən çiçəklənmə
dövrünü keçirmişdir. Dərbənd, Şabran, Şamaxı, Qəbələ, Şəki, Şəmkir, Gəncə,
Bərdə, Beyləqan şəhərləri Albaniyanın başlıca iqtisadi, siyasi və mədəni
mərkəzləri idilər. Bu dövrdə Bərdə şəhəri Yaxın və Orta Şərqin mühüm ticarət
mərkəzlərindən birinə çevrilmişdi.
251
Eramızın IV-VII əsrlərində alban
mədəniyyəti xristianlığa qədərki inamların və xristian baxışlarının təsiri altında
inkişaf etmişdir. V əsrin əvvəllərində artıq alban əlifbası mövcud idi. V əsrin I
rübündə yaradılmış alban əlifbasında 52 hərf (10 sait və 42 samit) vardı. Bu əlifba
V-VII əsrlərdə Albaniya ərazisində geniş yayılmış, məktəblərdə tədris olunmuş, bu
əlifba ilə dini, elmi və bədii əsərlər yazılmışdır. V-VI əsrlərə aid olan alban təqvimi
də bu əlifba əsasında tərtib olunmuşdur. Erməni (qriqoryan) və alban kilsələləri
arasında gedən mübarizədə erməni kilsəsinin üstünlük qazanması ilə bağlı olaraq
alban dilinin və bu dildə müxtəlif məzmunlu ədəbiyyatın qadağan olunması, habelə
Albaniyada sonralar ərəb hökmranlığının möhkəmlənməsi, ərəb dili və əlifbasının
yayılması nəticəsində Alban əlifbası VIII əsrdə tarixəçevrildi.
VII əsrdə Albaniya Sasani-Bizans müharibələrinə cəlb olundu. 654-cü
ildən isə Albaniyanın ərəblər tərəfindən işğalı prosesi başlandı. Bizansın, Ərəb
Xilafətinin və Xəzər Xaqanlığının ardıcıl hücumlarına məruz qalmış Albaniya 685-
ci ildən hər üç dövlətə bac verməyə məcbur olmuşdu. 705-ci ildən isə Albaniya
Əməvilər Xilafətinin (661-750) tərkibinə daxil edildi. Mehranilər sülaləsi bir əsr
ərzində nominal hakimiyyətini saxladı, lakin artıq ölkəni ərəb əmirləri idarə
edirdilər. Ərəb Xilafəti dövründə Albaniya ərazisi Arran, Muğan və Şirvan
vilayətlərinə bölündü. Xilafətə tabe olan xristian əhalisinin və kilsəsinin
fəaliyyətinə nəzarət etmək məqsədini güdən xəlifə erməni kilsəsinin yardımı ilə
Alban apostol kilsəsini monofizitləşdirdi (əvvəllər diofizit mövqedə olmuşdur) və
onu erməni (qriqoryan) monofizit kilsəsinə tabe etdi (705-ci ildə).
252
Bundan sonra
alban katolikoslarını erməni katolikosları təsdiq etməyə başladılar. Albaniyanın
düzənlik ərazilərində və şəhərlərdə yaşayan əhalinin yeni dini-islamı qəbul etməsi
alban və erməni (qriqoryan) kilsələrinin yaxınlaşmasına səbəb oldu. Alban apostol
kilsəsinin qriqoryanlaşması prosesi başlandı. Xristian əhalisinin tabe olduğu alban
katolikosunun mərkəsi Arsax vilayətindəki müqəddəs Yakov kilsəsinə köçürüldü
(XIV əsrin sonundan isə Alban kilsəsinin və katolikosluğunun mərkəzi Qanzasar
oldu). Alban mədəniyyəti faktlarının erməni (qriqoryan) kilsəsi tərəfindən intensiv
surətdə mənimsənilməsi (erməni dilinə tərcümə olunması, erməniləşdirilməsi),
daha sonra isə alban mədəni dəyərlərinin məhv olunması prosesi məhz bu
zamandan başlandı. Azərbaycan tarixinin Albaniya ilə bağlı olan dövrünün başlıca
Dostları ilə paylaş: |