21
məsələlərinə xeyli diqqət yetirmişdir. Əl-Ayni inşaat işlərində insanın iştirak
etdiyini xüsusilə qeyd edir.
41
Bu mənbə məlumatlarından “belə bir nəticəyə gəlmək
olur ki, ilk monqol yürüşlərindən sonra potensialı zəifləmiş Azərbaycan
mədəniyyəti tezliklə yeni inkişaf imkanları qazanmışdı... Əsrin II yarısından
etibarən yeni qüdrətli dövlətin mərkəzinə çevrilən Azərbaycan mədəni inkişaf
prosesində əski mövqeyini bərpa etdi. Vaxtilə Azərbaycanı tərk etmiş alim və
mütəfəkkirlər, mahir sənətkarlar vətənə qayıtdılar, hakim sülalənin himayəçiliyi
şəraitində fəaliyyətlərini davam etdirdilər”.
42
Təbiidir ki, Bədrəddin Mahmud əl-
Ayni müasiri olmadığı zamanların tarixi hadisələrini, faktlarını ərəbdilli, farsdilli
mənbələrdən əxz etmiş, həmin məlumatları öz əsərinə əlavə etmişdir. Beləliklə,
uzun müddət ərzində həyat və fəaliyyəti, başlıca əsəri xüsusi araşdırma obyektinə
çevrilməmiş Bədrəddin Mahmud əl-Ayninin Azərbaycan mədəni mühiti ilə bağlı
olan məlumatları bizim üçün çox mühümdür.
İran tarixçisi, coğrafiyaşünası Həmdullah Mustovfi əl-Qəzvininin
(1281/82-1349/50) “Tarixi-qozide” (“Seçilmiş tarix”), “Nüzhət əl-qülub”
(“Qəlblərin əyləncəsi”), “Zəfərnamə” əsərləri vardır. O, vəzir Fəzlullah
Rəşidəddinin yanında maliyyə məmuru işləmişdir. Onun I əsərində xürrəmilər
hərəkatı, Şirvanşahlar sülaləsi, Səlcuq sultanları, Eldənizlər sülaləsi, II əsərində
Azərbaycanın iqtisadi vəziyyəti, şəhərləri, elm və mədəniyyət xadimləri,
monqolların hücumu haqqında məlumatlar verilir.
43
Əsərlərini farsca yazmış bu
müəllifin “Zeyle-tarixe-qozide” əsəri də vardır.
44
Zəkəriyyə ibn Məhəmməd ibn Mahmud əl-Qəzvini (1203-1283) ərəb
tarixçisi və coğrafiyaşünasıdır. Onun “Asar əl-bilad və əxbar əl-ibad”
(“Ölkələrdəki abidələr və allah bəndələri haqqında xəbərlər”) əsərində (1275-1276-
cı ildə tamamlanmışdır) Azərbaycanın şəhərləri, Xətib Təbrizi, Nizami Gəncəvi,
Xaqani Şirvaninin həyat və fəaliyyətinə dair məlumatlar da vardır. Azərbaycan
alimi Əbdürrəşid Bakuvi özünün “Abidələrin” xülasəsi və qüdrətli hökmdarların
möcüzələri” (“Kitab təlxis əl-asar va acayib əl-malik əl-qəhhar”) əsərini yazarkən
Zəkəriyyə Qəzvininin bu coğrafi əsərinə istinad etmişdir.
45
Zeynəddin bin Həmdullah əl-Qəzvini XIV əsrin İran tarixçisidir,
Həmdullah Qəzvininin oğludur. O, atasının “Tarixi-qozide” əsərinə 1341-1392-ci
illərdə Azərbaycanda və İranda baş vermiş tarixi hadisələrin təsvirini artırmışdır.
Əsərdə bu dövrün başlıca hərbi-siyasi hadisələrinin təsviri verilir və bu hadisələrin
mədəni mühitə təsiri dərəcəsini öyrənmək baxımından o, qiymətli mənbələrdən
biridir. Ümumiyyətlə, “XIII – XIV əsrlərdə, Şərq ölkələrində, o cümlədən
Azərbaycanda və İranda tarix elmi nəzərəçarpacaq dərəcədə irəliləmişdi. Akad.
V.V. Bartold bu dövrü “Fars (İran) tarixşünaslığının qızıl əsrləri”
adlandırmışdır”.
46
Əlaəddin Əta Məlik ibn Bəhaəddin Məhəmməd əl-Cüveyni (1225/1226-
1283) İran tarixçisi, siyasi xadimi olmuşdur. 1259-cu ildə Hülakü xan onu Bağdad
hakimi (məlik) təyin etmişdi. 1281-ci ildə o, vəzifəsindən uzaqlaşdırıldı. 1282-ci
22
ildə Elxan Əhməd Tekudar onu dövlət vəzifəsinə qaytardı, lakin tezliklə o, əmlakı
müsadirə olunaraq vəzifədən çıxarıldı. Cüveyni Arranda vəfat etmişdir. O, 1260-cı
ildə 3 cildlik “Tarixi-cahanguşay” (“Dünya fatehinin tarixi”) əsərini (farsca)
tamamlamışdır. Əsərdə monqolların Azərbaycana hücumları, Xarəzmşah
Cəlaləddinin ölkəni işğal etməsi, monqolların vergi siyasətinə qarşı Təbriz
əhalisinin çıxışı barədə məlumatlar vardır.
İran alimi, həkim və tarixçi, dövlət xadimi Rəşidəddin Fəzlullah Əbülxeyr
Həmədani (1247, Həmədan – 1318, Təbriz) “Cami ət-təvarix” (“Tarixlərin
toplusu”) əsərinin (1300, 1301-ci ildə başlanmış, 1310-1311-ci ildə
tamamlanmışdır) müəllifi kimi tanınır. O, Abaqa xanın (1265-1282) dövründə
dövlət işinə cəlb olunmuş, Qazan xanın, Olcaytunun və Əbusəidin vəziri
vəzifələrini icra etmişdir. Rəşidəddin mədəniyyətin inkişafına himayəçiliyi ilə
məşhurlaşmış, Olcaytunun ölümündə günahlandırılıb edam edilmişdir. Onun əsas
əsəri Azərbaycan tarixinin mühüm qaynaqlarındandır.
47
“Cami ət-təvarix” əsərində türk xalqlarının tarixinə xüsusi diqqət yetirilir.
XI əsrdən etibarən “türkman” adını daşıyan oğuzların arasından Səlcuqilər və
Osmanlı sülalələrinin nümayəndələri çıxmışlar. Əsərdə oğuzların tarixi ilk dəfə
olaraq ümumdünya tarixi kontekstində şərh olunur. “Oğuzların tarixi”nin (“Cami
ət-təvarix”ə daxil olan hissədir) və ya “Oğuznamə”nin xüsusiyyəti ondan ibarətdir
ki, o, yazılı mənbələrə deyil, əfsanə ilə gerçəkliyin çuğlaşdığı şifahi xalq
yaradıcılığı əsasında yaradılmışdır. “Cami ət-təvarix” əsərinin 2 babdan (hissədən)
ibarət olan xüsusi qismi türk və monqol tayfalarının tarixinə həsr olunmuşdur və bu
qisim əsərin I cildinə daxildir. Oğuzların Şirvana, Şamaxıya, Arrana, Muğana,
Azərbaycana yürüşlərinə həsr olunmuş hissələr “Oğuznamə”nin maraqlı
fraqmentlərindəndir.
48
Məhəmməd bin Hinduşah Naxçıvani (XIII əsrin sonu – XIV əsrin II
yarısı) bir müddət Elxanilərin sarayında maliyyə işində çalışmış, Fəzlullah
Rəşidəddinin oğlu vəzir Qiyasəddin Məhəmməd Rəşidi ilə dostluq etmiş və onun
göstərişilə fars dilində “Dəstur əl-katib fi təyin əl-məratib” (“Dərəcələrin təyin
olunmasında katiblər üçün göstəriş”) əsərini yazmışdır. Əsərdə iqtisadi-maliyyə
məsələlərindən başqa, görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin həyatı və
s. barədə məlumatlar verilir, buna görə də Azərbaycan mədəniyyət problemlərinin
tədqiqi gedişində istifadəsi zəruri olan mənbələrdəndir.
49
XIV əsrin Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi əl-Əhərinin “Tarixe-
Şeyx Üveys” ümumtarix əsəri Cəlairi sultanı Şeyx Üveysə (1356-1374) həsr
olunmuşdur. Fars dilində yazılmış bu əsərin 1304-1359-cu illərdə baş vermiş
hadisələrə həsr olunmuş qismi Azərbaycan tarixinin öyrənilməsi üçün qiymətli
mənbədir. Əsərdə Elxanilər dövlətinin tənəzzülü və Cəlairilər dövlətinin təşəkkülü
prosesi işlənilir.
50
Haqqında bəhs olunmuş farsdilli “mənbələrin hamısı ümumi monqol
tarixi, daha doğrusu, Hülakülər dövlətinin tarixi nöqteyi-nəzərindən yazılmışdır və
Dostları ilə paylaş: |