15
bağlılığını təmin edir. Bu baxımdan “Albaniya tarixi” əsərinin Azərbaycan tarixinə
dair qaynaqlar sırasında müstəsna mövqeyi vardır.
Gəncədə anadan olmuş, ilk təhsilini bu şəhərdə almış, sonralar təhsilini
Kilikiyada davam etdirmiş
5
Mxitar Qoşun (təqribən 1120, başqa məlumata görə,
1130-1213) “Alban salnaməsi” əsəri Azərbaycanın Səlcuqilər dövrü tarixinin
öyrənilməsinə yardım edən mühüm qaynaqlardan biridir. Yarımçıq qalmış bu
əsərdə 1130-1162-ci illərdə baş vermiş hadisələrdən bəhs olunur. Alban katolikosu
Stepanos (1155 – 1195) ilə münasibətləri pozulduğuna görə Mxitar Qoş 1184-cü
ildə Gəncəni tərk etmiş, Xaçında əsasını qoyduğu Nor Getik monastrında rahib
həyat tərzi keçirmiş və oradaca vəfat etmişdir. O, “Təmsillər”, hüquqi məcəllə
(Mxitar Qoş Qanunnaməsi) və s. kimi onlarla əsərin müəllifidir. Sultan Səncərin
hakimiyyəti dövründə Arranın paytaxtı olmuş Gəncə Səlcuqilərin İraq sultanlığının
tabeliyində idi. “Alban salnaməsi” məhz bu tarixi dövrün hadisələrini əks etdirir.
Bir çox alban yazılı abidələri kimi bu əsər də erməni saxtakarlıqlarının güclü
təsirinə məruz qalmış, erməni dilinə tərcümə edilmiş, əsərin əsli məhv edilmiş,
salnamə “erməni mədəni faktı” kimi təqdim olunmuşdur. Mxitar Qoşun 1139-cu
ildə Gəncədə baş vermiş güclü zəlzələ haqqındakı məlumatları bir anda itirilmiş
mədəni potensial haqqında müəyyən təsəvvür yaradır: “Zəlzələdən paytaxt Gəncə
şəhəri də əhalisi ilə birlikdə cəhənnəmə vasil oldu. Dağlıq mahallarda bir çox
qalalar və kəndlər əhalinin başına uçulub tökülən monastırlar və kilsələrlə (alban
monastır və kilsələri ilə - X. Q.) birlikdə dağıldı. Viran olmuş binalar və qalaların
altında saysız-hesabsız adam tələf oldu... Zəlzələnin baş verdiyi elə həmin gündə
çar Davidin oğlu Gürcüstan çarı Demetre böyük bir qoşunla hərəkət edərək Arran
vilayətinə gəldi... Onlar sağ qalmış şəhər əhalisi üzərinə amansızcasına və kobud
surətdə hücum edərək hamını qılıncdan keçirdilər, ya da özlərinə qul etdilər.
İşğalçılar... qızıl və gümüş xəzinələrini qazıb çıxararaq özləri ilə apardılar.
İşğalçılar öz basqınları və işgəncələri ilə (xalqa) zəlzələdən daha çox əzab
verdilər”
6
. “Salnamə”də əsasən dövrün dini, siyasi fakt və hadisələrinə diqqət
yetirmiş müəllif təbii fəlakətlə birlikdə gürcü hökmdarlarının da Arranın, Gəncənin
mədəni həyatına vurduqları ağır zərbələri nəzərdən qaçırmamışdır.
Azərbaycanın orta çağlardakı mədəni təkamülü prosesini əks etdirən
mənbələr arasında ərəbdilli müəlliflərin əsərləri mühüm yer tutur
7
. Tarixçi, fəqih
və ilahiyyatçı Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbərinin (838-923) “Tarix ər-
rüsul və-l-müluk” (“Peyğəmbərlərin və padşahların tarixi”) əsərində başlıca diqqət
əsasən siyasi tarix məsələlərinə yönəldilmişdir. Çoxcildlik bu əsər Yaxın Şərq
ölkələrinin (eləcə də Azərbaycanın) orta çağlar tarixinin öyrənilməsində mühüm
mənbədir. Əsərdə ərəblərin Azərbaycanı işğal etməsi, Xürrəmilər, Babək hərəkatı
(816-837), Məzyədilər sülaləsi və Sacilər dövləti haqqında geniş məlumatlar da
vardır və bu məlumatlar əsasında Azərbaycan mədəniyyətinin inkişaf şəraitinin
öyrənilməsi mümkündür. Ərəb xilafətinin siyasi həyatında türklərin rolu və
Azərbaycanda onların fəaliyyəti haqqında ət-Təbərinin məlumatları o dövrdə
16
ölkədə baş vermiş etnik proseslər barədə müəyyən təsəvvür yaratması ilə də
əhəmiyyətlidir. Ət-Təbərinin əsəri ərəb işğallarında bilavasitə iştirakçı və şahid
olmuş şəxslərin məlumatlarına əsaslandığı üçün ərəb qaynaqları arasında ən
mötəbəri kimi qiymətləndirilir
8
. Ət-Təbərinin əsərində 915-ci ilədək baş vermiş
tarixi hadisələr (əsasən hərbi-siyasi qarşıdurmalar) öz əksini tapmışdır.
828/829-cu ildə dünyasını dəyişmiş Əbu Məhəmməd Əbdülməlik ibn
Hişamın “Kitabül-tican fi müluk himyər” (“Himyər hokmdarları haqqında taclar
kitabı”) adlı əsərində beşinci ərəb xəlifəsi, Xilafətdə Əməvilər sülaləsinin banisi I
Müaviyə (661-680) ilə çağdaş olmuş Übeyd ibn Şəriyyə əl-Curmuhi barədə
maraqlı yazı verilmişdir. Əbu Məhəmməd ibn Hişamın kitabı əslində əl-
Curhuminin I Müaviyə ilə söhbətlərinin inikasıdır. Əsərin fəsillərindən biri “Übeyd
ibn Şəriyyə əl Curmuhinin əxbarı” (“Xəbərləri”) adlanır. Bu fəsildə Azərbaycan
tarixinə aid olan parçanı ilk dəfə Z.M. Bünyadov çap etdirmiş, onu ərəb işğalına
qədərki Azərbaycan və onun türkdilli əhalisi haqqında mötəbər bir qaynaq kimi
qiymətləndirmiş, “Azərbaycanın XI – XII əsrlərdə türkləşdiyini” iddia edən
araşdırıcıların qeyri-obyektiv mövqedə olduqlarını ilkin mənbə məlumatı ilə sübut
etmişdir.
9
Əbülabbas Əhməd ibn Yəhya ibn Cabir əl-Bəlazurinin “Kitab fütuh əl-
buldan” (“Ölkələrin fəthi kitabı”) tədqiq olunan dövrün Azərbaycan mədəniyyətinə
dair müəyyən məlumat verən dəyərli qaynaqlardan biridir. Təqribən 820-892-ci
illərdə yaşamış, fars mənşəli əl-Bəlazuri Abbasilər sarayına yaxın olmuşdur.
Əsərdə ərəb ordularının Azərbaycana hücumu, ölkənin işğal olunması, müxtəlif
ərəb qəbilələrinin Azərbaycana köçürülməsi, inzibati idarələrdə, dəftərxanalarda
ərəb dilinin işlənməsi, ərəb qrafikasının tarixi haqqında müfəssəl məlumatlar
verilmişdir. Ərəb ordu başçılarının Azərbaycan vilayət və şəhər rəhbərləri ilə
bağladıqları müqavilələr, müxtəlif Azərbaycan şəhərləri haqqında məlumatlar da
vətən tarixinin bu dövrünü araşdıranlar üçün əhəmiyyətlidir. Əl-Bəlazuri ərəb
qəbilələrinin tədricən Arranda və Azərbaycanda məskunlaşmasına, işğal olunmuş
ərazilərdə onların qalalar, qəsrlər, müxtəlif təyinatlı binalar yaratmasına, xüsusilə
diqqət yetirmişdir.
10
Əbu Yusif Yəqub ibn İbrahim əl-Kufinin (731-798) “Kitab əl-xərac”
(“Xərac haqqında kitab”) əsəri mövzunun ətraflı surətdə araşdırılmasına yardım
edən qaynaqlardan biridir. “Əbu Yusif” adı ilə məşhurlaşmış bu ərəb qanunşünası
“Əl-Xərac” əsərini xəlifə Harun ər-Rəşidin (786-809) göstərişi ilə yazmışdır. Əbu
Yusif həmin dövrdə Bağdadın qazısı olmuşdur. Əsərdə xəlifə üçün mühüm olan
iqtisadi-maliyyə məlumatları verilmişdir. “Kitab əl-xərac” elə bir mənbədir ki,
Xilafətin VII-VIII əsrlər tarixini tədqiq edərkən onsuz keçinmək olmaz”
11
. Əl-
Kufinin əsərindəki məlumatlar mədəniyyətin inkişafının iqtisadi-siyasi mühitini
anlamaq baxımından əhəmiyyətlidir.
Əbu Məhəmməd ƏHməd ibn Əsəm əl-Kufinin (926-cı ildə vəfat etmişdir)
“Kitab əl-fütuh” (“Fəthlər kitabı”) əsəri Xilafətin, eləcə də ərəb işğalına məruz
Dostları ilə paylaş: |