10
2.
Orta əsr Azərbaycan mədəniyyətinin VII əsrdən sonrakı təkamülünün başlıca
mərhələləri müəyyənləşdirilmişdir;
3.
Hər bir tarixi mərhələnin Azərbaycan mədəniyyətinin təkamülünə təsir
göstərmiş ictimai-iqtisadi, siyasi, ideoloji amillər nəzərdən keçirilmiş, təhlil
olunmuşdur;
4.
Tədqiq olunan dövrün Azərbaycan ədəbiyyatı və dilinin, memarlığının,
maarifinin, fəlsəfi və elmi biliklərinin, miniatür rəssamlığının və xəttatlığının,
folklorunun və musiqisinin, dekorativ-tətbiqi incəsənətinin inkişafının mühüm
xüsusiyyətləri müəyyən edilmişdir.
Tədqiqat işinin elmi yeniliyi bir neçə məqamı ilə müəyyənləşir.
Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq:
1.
Böyük bir tarixi dövrün (orta çağların) Azərbaycan mədəniyyətinin
dinamikada, kompleks surətdə, xronoloji ardıcıllıqla araşdırılmasına;
2.
İntibah (Renessans), Şərq Renessansı və Azərbaycan İntibahı problemlərinin
tənqidi
təhlilinə, avropasentrizm və Şərq sentrizminin tənqidinə;
3.
Ümumtürk İntibahının tərkib hissəsi kimi XVI – XVII əsrlərdə Azərbaycanın
mədəni həyatında İntibahın tarixi fakt olduğunun əsaslandırılmasına;
4.
Azərbaycan xalqının etnogenetik təkamülünün başlıca mərhələlərinin
müəyyənləşdirilməsinə cəhd göstərilmişdir.
Tədqiqat gedişində əsasən tarixi-tipoloji metoda, yanaşma tərzinə
üstünlük verilmişdir. Araşdırma zamanı bir sıra ictimai elmlər üçün səciyyəvi
hesab olunan tədqiqat metodlarından da istifadə edilmişdir. Müqayisəli-tarixi,
tarixi-tipoloji, tarixi-genetik və retrospektiv metodlar orta çağların Azərbaycan
mədəniyyəti araşdırılarkən tətbiq olunmuş, tarix elminə xas başlıca metodlardır.
Monoqrafiyanın yazılması prosesində xronoloji, konkret təhlil (analiz), məntiqi
təhlil, problem-xronoloji, dövrləşdirmə, perspektiv, sinxron, struktur-sistem
metodlarının müsbət cəhətlərindən də istifadə olunmuşdur. Mədəniyyət nəzəriyyəsi
və mədəniyyət tarixi sahəsində əsasən, xarici ölkələrin araşdırıcılarının müəyyən
uğurları da tədqiqat prosesində nəzərə alınmışdır.
Əsərin tədqiqat obyekti orta əsrlərin Azərbaycan mədəniyyətidir.
Mədəniyyətimizin orta əsrlərdəki ziddiyyətli inkişafı, onun xüsusiyyətləri III
əsrdən əvvəlki bütün tarixi təkamüllə şərtlənmişdi və yeni dövrün (XVIII əsrdən
sonrakı) mədəni-tarixi inkişaf yolarını müəyyənləşdirmişdir.
Orta çağların Azərbaycan mədəniyyətinin inkişafı ölkə ərazisi ilə
məhdudlaşmırdı. Orta əsrlərdə dövlət sərhədlərinin qeyri-sabit olması səciyyəvi hal
idi. Azərbaycan xalqı bir çox yüzilliklər ərzində müxtəlif xalqlarla ümumi dövlət
hüdudlarında olmuş, bu isə mədəniyyətin qarşılıqlı təsir prosesini təmin etmişdir.
Azərbaycan bir çox hallarda Yaxın və Orta Şərqin qüdrətli dövlətlərinin mərkəzi
olmuş, bu gerçəklik onun aparıcı mədəni mərkəzə çevrilməsində həlledici rol
oynamışdır. Mədəni potensialın bir dövlətin ərazisindən digər dövlətin hüdudlarına
kütləvi axını məhz orta çağlarda, xüsusilə intensiv olmuşdur.
11
III – XIV yüzilliklər ərzində özünəməxsus inkişaf yolu keçmiş
Azərbaycan xalqının özgünləşməsi və yeniləşməsi prosesi məhz XV əsrin
sonlarından başlanır. Həmin prosesin mühüm təzahürləri mədəniyyətin bütün
elementlərində (ədəbiyyat və incəsənət, elm, maarif və s.) aşkara çıxmışdı. XVI
əsrin I yarısı Azərbaycan Səfəvilər dövlətinin güclü siyasi vahid kimi meydana
gəlməsi və yüksəlişi ilə səciyyəvi idi. Azərbaycan xalqının inkişafında
“özünəqayıdış” (İntibah) üçün bu siyasi gerçəkliyin böyük əhəmiyyəti olmuşdur.
Bütün Azərbaycan ərazilərinin vahid, mərkəzləşdirilmiş dövlətdə birləşməsi
mədəniyyətin inkişafına güclü təkan vermişdi. Türkdilli ədəbiyyatın, türk dilinin
yüksəlişi, türk dövlətlərinin Şərq regionunda aparıcı mövqelərdə olması XVI –
XVII əsrlərin təsadüfi hadisəsi deyildi, Türk İntibahının təzahürü idi. Şərq mədəni
sisteminin, “İslam mədəniyyəti”nin əhəmiyyətli dəyərlərini daşıyan, türk
dünyasına mənsub olan Azərbaycan xalqı XVI əsrdə qədim irsə “müraciət etdi”.
Yeni dövlət qurumlarının təşəkkülü iqtisadi münasibətlərdə baş
verən canlanma ilə,
mədəni-ictimai sahədə isə özünəqayıdışla müşayiət olunurdu. XVI əsrdə türk
xalqlarının ictimai təfəkküründə baş vermiş özünəqayıdış prosesi universal bir
hadisə idi. Türk İntibahı XVI – XVII əsrlərin tələbatından doğmuşdu və bu
prosesin gedişi çox ziddiyyətli idi.
XVII əsrin əvvəllərindən etibarən Azərbaycan mədəniyyətinin inkişafı
prosesində Səfəvilər dövlətinin rolu azaldı. Mədəniyyətin inkişafına dövlət
qayğısının azalması daxili və xarici siyasi çəkişmələrin nəticəsi idi. XVII əsrdə
Azərbaycan ədəbiyyatı, incəsənəti, maarifi və elminin inkişafı tələbat, zərurət
üzündən daha geniş ictimai zəminə keçdi. XVI – XVII əsrlər Azərbaycan
mədəniyyətinin inkişafı prosesində mühüm keyfiyyət çevrilişi ilə səciyyələnən
tarixi mərhələ idi. XVIII əsrin Azərbaycan mədəniyyəti müxtəlif xanlıqların
hüdudlarında, əsasən qapalı, bir-birindən təcrid olunmuş şəkildə inkişaf etməsi
faktı ilə əlamətdar olmuşdur.
Monoqrafiyada Azərbaycan İntibahı probleminə müəyyən münasibətin
bildirilməsi zəruri hesab olunmuşdur. Bu problemə yanaşma tərzi
formalaşdırılarkən, dünya elminin həmin məsələyə münasibəti qısaca nəzərdən
keçirilmişdir.
Araşdırmanın mənbə zəmini haqqında monoqrafiyanın I fəslində ətraflı
şəkildə bəhs olunur. Bu fəsildə orta çağların Azərbaycan mədəniyyətinin
öyrənilməsinə yardım edə biləcək ilkin qaynaqların əsas kütləsi nəzərdən
keçirilmişdir.
Tədqiqat işinin təcrübi dəyəri aşağıdakılardan ibarətdir:
-
Orta çağların Azərbaycan mədəniyyəti ölkənin III əsrə qədərki ictimai-iqtisadi,
siyasi, etno-mədəni təkamül tarixinə istinadlanmışdı. Bu böyük tarixi dövrün
Azərbaycan mədəniyyəti xalqımızın təkamülündə mühüm keyfiyyət mərhələsi idi
və milli mədəni sistemin sonrakı inkişafının əsası olmuşdur. Monoqrafiyada
problemin nəzəri cəhətləri araşdırılır, bu sahədə mövcud olan kulturoloji və tarixi